Quba rayonunun infrastrukturu müasirləşir

 

Son illərdə Quba bütün sahələrdə dinamik inkişaf edib, xüsusən də regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində rayonda genişmiqyaslı tədbirlər həyata keçirilib. 2004-2008-ci illəri əhatə edən proqram çərçivəsində rayonun infrastrukturu, demək olar ki, əsaslı şəkildə yenilənib. Əhalinin su təchizatının yaxşılaşdırılması üçün Vaqif küçəsi və "SMU-30" yaşayış massivində 1000 metr, M.Rəsulzadə küçəsində 730 metr, Bakı küçəsində 700 metr, "SMU 12" yaşayış məntəqəsində 1000 metr uzunluğunda su xətti çəkilb.

Şəhərin Səkinəxanım küçəsində 120 p/m, Heydər Əliyev prospektində 40 p/m kanalizasiya xəttində təmir işləri aparılıb. Ə.Nərimanov küçəsində istismara tam yararsız vəziyyətdə olan 520 metr uzunluğunda magistral su xətti 114 mm diametrində olan metal borularla yenidən çəkilib. Fətəlixan küçəsində istismara yararsız vəziyyətdə olan 89 mm diametrində borularla çəkilmiş magistral su xəttinin 330 metrinin 114 mm diametrində olan metal borularla dəyişdirilib. Şəhərdə 4 subartezian quyusu vurulub, 12 ədəd subartezian quyularının mühərrikləri təmir edilib. 2827 metr yeni kanalizasiya xətti çəkilib, Ərdəbil küçəsində 1 ədəd, subartezian quyusu qazılıb. Q.Qəsəbənin magistral kanalizasiya xəttini Xaçmaz rayonuna çəkilmiş mərkəzi kollektorla birləşdirmək məqsədilə "Azərsu SC"-nin vəsaiti hesabına podratçı təşkilat tərəfindən 400 mm diametrində 4850 metr uzunluğunda plasmas borularla magistral kanalizasiya xətti çəkilərək istismara verilib. Bundan əlavə, bələdiyyələrin və imkanlı şəxslərin vəsaiti hesabına 12 artezian nasosu təmir olunub, 28140 metr su xətti çəkilib, 11260 metr su xətti təmir edilib.

2007-2008-ci illərdə rayonun kənd yaşayış məntəqələrində əhalinin içməli suya olan tələbatı təhlil olunaraq rayon icra hakimiyyətinin köməkliyi ilə kəndlərdə 11, şəhərdə isə 1 subartezian quyusu vurulub. Rayonun Timiryazev qəsəbəsində və II Nügədi kəndində "Aqroservis" xidməti müəssisəsi yaradılıb, 24 yeni texnika gətirilib. Rustov və Aşağı Atuc kəndlərində mexanikləşdirilmiş dəstələr fəaliyyətə başlayıb. Quba şəhərində yeni yunəyirici, boyama sexi, xalçaların sərgi-satış mağazası, Nərimanabad kəndində şirniyyat sexi, Timiryazev kəndində çörəkbişirmə sexi istifadəyə verilib.

Rayon Mərkəzi xəstəxanasında əsaslı təmir işləri aparılıb. Xınalıq kəndində həkim ambulatoriya binası əsaslı təmir edilib, Gədik, Susay, İspik, Ağbil, Aşağı Atuc kəndlərində feldşer-mama məntəqəsi üçün yeni binalar tikilib. Qonaqkənd, Rük, Xınalıq, Rustov, I Nügədi tibb müəssisələri sanitar nəqliyyat vasitələri ilə təmin olunub. "Cənnət bağı" istirahət zonasında 3 mərtəbəli 67 mənzilli mehmanxana binası, "Aynur" istirahət zonasında 2 otaqlı 8 kottej və 240 yerlik banket zalı, "Meqa" market ticarət mərkəzi, "Oskar" otel, 24 mənzilli beşmərtəbəli yaşayış binası, "SPA Bərpa" mərkəzi, "Texnikabank"ın, "Respublikabank"ın, "Dəmiryolbank"ın filiallarının binaları tikilib. Eyni zamanda Qubada "Muğambank"ın, "Parabank"ın Quba filialının, "FİNCA Azərbaycan" qeyri-bank kredit təşkilatının filialları fəaliyyətə başlayıb, yeni ticarət, ictimai iaşə və məişət xidməti obyektləri istifadəyə verilib.

Bundan başqa, 2004-2008-ci illərdə rayonda Qarabağ əlilləri və şəhid ailələri üçün 16 və 30 mənzilli yaşayış binaları tikilib istifadəyə verilib. "Aynur" kiçik müəssisəsinin nəzdində fəaliyyət göstərən Quba bazarında 35 ədəd ticarət obyektinin tikintisi başa çatıb, qapı-pəncərə və mebel sexi istifadəyə verilib.

2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı əsasında rayon əhalisinə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Belə ki, rayonun Afurca kəndində 256, Qımıl kəndində 128, II Nügədi kəndində 758, Xınalıq kəndində 128, Əlik kəndində 64, Digah kəndində 200, Alpan kəndində 384, Zərqova kəndində 256, Zərdabi qəsəbəsində 512 nömrəli, Təngəaltı kəndində 128 nömrəli, Xanagah, İspik, Susay, Yenikənd kəndlərində mini elektron ATS-lər istifadəyə verilib. Rayonun Afurca, Zərqova, Amsar, Talabıqışlaq, Qonaqkənd və Xaltan kəndlərində yeni poçt binaları fəaliyyətə başlayıb.

Afurca, Püstəqasım, Qırız-dəhnə, Küpçal kəndlərində yeni klub, Paşaoba, Ərməki-qışlaq, Dəlləkli kəndlərində kitabxana binası, Novanikalayevka, Davidoba, İdrisiqışlaq, Paşaoba, Qırız-dəhnə, Susay, Gədik, Dəlləkli, Afurca, Qənidərə kəndlərində feldşer-mama məntəqəsi, Alekseyevka, Xınalıq kəndlərində həkim məntəqəsi istifadəyə verilib.

2004-2008-ci illərdə Quba şəhərində respublikanın bir sıra şirkətləri tərəfindən mədəni məişət və ticarət obyektləri inşa olunub. Bu sırada avtovağzal ərazisində 2 ədəd 2 mərtəbəli mağazanı, H.Əliyev prospektinin Quba ticarət mərkəzi ərazisində 3 ədəd 2 mərtəbəli ticarət obyektini, Quba-Qəçrəş yolu massivində onlarla fərdi yaşayış evini, "Villa" inşaat materialları ticarət mərkəzini və sair obyektləri göstərmək olar. Vaqif küçəsində 500 yerlik "Qızıl Tac", H.Əliyev prospektində 500 yerlik "Üç gözəl", II Nügədi kəndində 800 yerlik "Məryəm" şadlıq sarayı, 100 yerlik "Əli" ticarət mərkəzi, "Fərid" kiçik müəssisəsinin nəzdində 80 yerlik, Rustov kəndində 30 yerlik ticarət mərkəzi inşa olunub. Bundan başqa, 3 saylı ərazi vergilər idarəsinin, 52 saylı Quba Seçki Dairəsinin və 53 saylı Quba-Qusar Seçki Dairələrinin, DƏRX-nın, Qaz istismar ilarəsinin, DSMF-in Quba filialının, "UNİ-Bank"ın və "Bank-Standart"ın yeni inzibati binaları tikilərək istifadəyə verilib.

Timiryazev kəndində çörəkbişirmə sexi, Nərimanovka kəndində şirniyyat sexi fəaliyyətə başlayıb. 2008-ci ildə şəhərdə fəaliyyət göstərən bütün ticarət obyektlərinin və şəhərin girəcəyindəki 45 mənzilli yaşayış binasının fasad hissəsi alkapanla işlənilib.

2004-2008-ci illərdə həmçinin rayonun yüngül sənaye obyektlərinin müasir texnologiya əsasında yenidən qurulması və fəaliyyətinin genişləndirilməsi istiqamətində də işlər aparılıb. Belə ki, nəinki respublikada, hətta dünyada məşhur olan Azərbaycan xalçalarının istehsalını daha da genişləndirmək məqsədilə "Qədim Quba" MMC-nin nəzdində yeni texnoloji avadanlıqlarla təchiz olunmuş yun əyirici və boyama sexi tikilib istifadəyə verilib, sərgi-satış salonu fəaliyyətə başlayıb. Rayonun Timiryazev kəndində yeni çörək bişirmə sexi istifadəyə verilib, burada 12 nəfər daimi işlə təmin olunub.

Rayonun Qudyalçay və Vəlvələçay vadisində çınqıl emal edən, gündəlik istehsal gücü 250 ton olan onlarca yeni müəssisə yaradılıb. Akkord Şirkətlər birliyi tərəfindən 150 iş yeri olan daş beton istehsalı zavodu istifadəyə verilib. Rayonda 592 hektar sahədə yeni mədəni meşə əkinləri salınıb, 1443 hektarda təbii bərpaya köməklik tədbirləri aparılıb. 115 hektara qarşı 125,5 hektar əvvəlki illərdə salınmış meşə əkinlərində doldurulma işləri aparılıb, 11 hektarda fidanlıq və 3 hektar sahədə böyütmə sahələri salınıb, 38 toxum tədarük edilib.

2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində rayonda məktəb infrastrukturunun müasirləşdirilməsi tədbirləri də diqqət mərkəzində olub. Ötən illərdə İqriq kəndində 200 yerlik, Püstəqasım kəndində 240 yerlik, Qımıl kəndində 100 yerlik, Davidova kəndində 100 yerlik, Küsnətqazma kəndində 100 yerlik, Qımıl-qazma kəndində 100 yerlik, Üçgün kəndində 100 yerlik, Cek kəndində 100 yerlik, Növdün kəndində 100 yerlik, Gültəpə kəndində 100 yerlik, Suxtakələ kəndində 100 yerlik, Amsar kəndində 240 yerlik, Qəçrəş kəndində 240 yerlik, Qalaxudat kəndində 100 yerlik məktəb binaları H.Əliyev Fondu hesabına tikilərək istifadəyə verilib. Dövlət vəsaiti və digər mənbələr hesabına tikilən Səbətlər kəndində 192 yerlik, Yenikənd kəndində 140 yerlik, Mirzəməmmədkənd kəndində 100 yerlik, Xaroşa kəndində 140 yerlik, Əliməmmədoba kəndində 100 yerlik, Tülər kəndində 100 yerlik, I Nügədi kəndində 100 yerlik, Dağlı kəndində 140 yerlik, Ağbil kəndində 240 yerlik, Xaltan kəndində 240 yerlik, Qırız-Dəhnə kəndində 100 yerlik, Xınalıq kəndində 300 yerlik, Əlik kəndində 100 yerlik, Alekseyevka kəndində 100 yerlik, Baxçaəli kəndində 100, Qələdüz kəndində 100, Aşağı Atuc kəndində 100 yerlik məktəb yeni məktəb binaları və Xınalıq kəndində 50 yerlik yataqxana binası tikilib istifadəyə verilib. Hazırda Güləzi kəndində 220, Söhüb kəndində 100, Susay kəndində 200 yerlik məktəb binalarının tikintisi davam etdirilir.

Dövlət əsaslı vəsait qoyuluşu hesabına Quba şəhər 1 saylı, 3 saylı, 5 saylı və Qonaqkənd orta məktəbi, imkanlı adamların hesabına Qırmızı Qəsəbə 1 saylı orta və 2 saylı əsas məktəbi əsaslı təmir olunub. Rayonun digər kəndlərindəki məktəb binaları yerli icra nümayəndələri, bələdiyyələri və iş adamları hesabına cari təmir olunub. Meyvəçiliyin inkişafı ilə əlaqədar rayonun Timiryazev qəsəbəsində ildə 150-200 min ədəd ting istehsal edən tinglik təsərrüfatı yaradılıb.

Yeni məhsuldar alma sortlarının gətirilib yerləşdirilməsi ilə bağlı "Frazer" layihəsi çərçivəsində 8 yeni alma sortu və 4 yeni veqatativ calaqaltı gətirilərək yeni alma sortunun tingləri istehsal edilməyə başlanılıb. Ötən dövr ərzində 12 min ədəd yeni sort alma tingləri istehsal edilib, 20 hektarda həmin tinglərdən bağ salınıb. Vəl-vələ kəndində 10000 ton meyvə saxlamaq imkanı olan soyuducu istifadəyə verilib. Rayonun təsərrüfatlarında 242 hektar yeni bağ salınıb.

 

(ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan NƏSİRLİ

 

Bakı-Quba-Bakı

 

Mövqe.- 2012.- 7 yanvar.- S. 10.