Qubada aqrar sahənin inkişafı diqqət mərkəzindədir
Son illər Azərbaycanın regionlarının qeyri-bərabər
inkişafının qarşısının alınması, həmçinin
paytaxtla ayrı-ayrı rayonlar arasında fərqin
azaldılması sahəsində mühüm uğurlar əldə
olunub. 2004-208-ci illəri əhatə edən "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın əhəmiyyətini bu
baxımdan xüsusi vurğulamaq olar. Dövlət
proqramında hər bir bölgənin tarixi məşğulluq
ənənələrinin bərpası, infrastrukturunun
müasirləşdirilməsi ilə yanaşı, yeni iş
yerlərinin açılması, əhalinin yaşayış
səviyyəsinin yaxşılaşdırılması, sosial
və inzibati obyektlərin inşası kimi məsələlər
də geniş əksini tapıb.
Dövlət Proqramı çərçivəsində
Quba rayonunun də sosial-iqtisadi inkişafı sahəsində
bir sıra tədbirlər həyata keçirilib. Kənd təsərrüfatının
inkişaf etdirilməsi sahəsində görülən tədbirləri
bu baxımdan xüsusi vurğulamaq olar. Bu xüsusda rayonun 2 kəndində
15 hektar sahədə taxıl toxumçuluq təsərrüfatı
yaradılıb. Fransada qiymətli yem bitkisi olan "Kolza"
bitkisinin toxumları əldə olunaraq 2 hektar ərazidə əkilməsi
təmin olunub. Rayonun Aqrar Elm Mərkəzində
Quba-Xaçmaz bölgəsində infroduksiya olunmuş
Fransız buğda sortlarının yerli buğda sortları ilə
müqayisəli şəkildə təsərrüfat-bioloji-xüsusiyyətlərinin
öyrənilməsi, tətbiqi tədqiqat işləri
aparılıb. Heyvandarlığın, habelə
heyvandarlıq məhsulları istehsalı və emalı sənayesinin
inkişafı ilə əlaqədar rayonun 5 kəndində 500
başlıq iribuynuzlu, 215 başlıq xırdabuynuzlu
mal-qarası olan heyvandarlıq təsərrüfatı
yaradılıb. Xınalıq kəndində süd emalı
sexi yaradılaraq fəaliyyətə başlayıb.
Konservləşdirilmiş meyvə-tərəvəz məhsulları
istehsalının inkişafına dair tədbirlərin
görülməsi ilə bağlı II Nügədi kəndinin
ərazisində tara istehsalı sexi yaradılıb. Quba
"SAF" MMC-də məhsuldarlığı saatda 3600 ədəd
"TBA-3" və saatda 1200 olan "TBA-9" meyvə-tərəvəz
şirələri qablaşdıran "Tetrapak" xətti
quraşdırılıb. Həmçinin istehsal proseslərində
"Buxer Engineering", "White CAP", "Edinstvo",
"İndeks", "Kompleks" şirkətlərinin
texnoloji avadanlıqlarından istifadə olunur.
Dövlət Proqramına müvafiq olaraq, rayonda
süfrə suları istehsalı və
qablaşdırılması tədbirləri də diqqət mərkəzində
olub. 1 L və 0,5 L qablarda "Aqua-SAF" qazlı və
qazsız süfrə sularının istehsalına
başlanılıb.
Bundan başqa, arıçılığın
inkişaf etdirilməsi ilə əlaqədar rayonun Dərk kəndində
55 arı ailəsindən ibarət arıçılıq təsərrüfatı
yaradılıb. Haput kəndində 45 arı və "Əli"
MMC-nin nəzdində bir olmaqla, ümumilikdə rayonda 4
arıçılıq təsərrüfatı
yaradılıb. Dağlıq və yüksək dağlıq
ərazilərdə kənd təsərrüfatının
inkişafı bəndinin icrası ilə əlaqədar 19 fərdi
təsərrüfata 3350 ədəd meyvə tingləri (alma,
armud, gilas, gavalı) qrant şəkilində verilib, cəmi 10
hektar meyvə bağları salınıb. II Nügədi kəndində
özəl kartof toxumçuluq yaradılaraq istifadəyə
verilib. Yemçiliyin inkişafı ilə əlaqədar yonca
toxumları təsərrüfat başçılarına
verilmiş 16 hektar sahədə sınaq nümayiş sahələri
salınıb. Tərəvəzçiliyin inkişafı ilə
əlaqədar 10 hektar sahədə kartof əkilərək
sınaq nümayiş sahələri yaradılıb.
Ətraf mühitin
yaxşılaşdırılması və torpaqların
eroziyadan qorunması məqsədilə vətəndaşlar tərəfindən
icarəyə götürülmüş bələdiyyə
torpaqlarında 3 hektar sahədə fındıq və 3 hektar
sahədə qoz tinglərinin əkilməsi təmin olunub. Eyni
zamanda, qoyunçuluqda cins tərkibinin
yaxşılaşdırılması ilə əlaqədar
proqram ərazilərində təcrübəli təsərrüfat
başçılarına 30 baş yüksək məhsuldarlığa
malik qoçlar paylanılıb. Qubada
arıçılığın inkişafı ilə
bağlı kəndlərdə bu sahə ilə məşğul
olan 5 şəxsi təsərrüfatın hər birinə 50
ədəd olmaqla, cəmi 250 arı ailəsi, habelə 669 nəfərə
203,3 min mikrokredit verilib.
Proqram çərçivəsində əhalini
narahat edən kommunal problemlərin həlli də xüsusi
diqqət mərkəzində olub. Şəhərdə su xəttinin
çəkilişi ilə əlaqədar Qəçrəş
kəndi ərazisindəki Qudyal çayında olan su
anbarına suyun süzülməsini gücləndirmək
üçün işlər görülüb, su anbarı
lildən təmizlənib. Vətəndaşların su təchizatının
yaxşılaşdırılması üçün Heydər
Əliyev prospektində, Ərdəbil, M.Əcəmi
küçəsində, 32-33-cü kvartalda subartezian
quyuları qazılıb. Vaqif küçəsi və
"SMU-30" yaşayış massivində 1000 metr, M.Rəsulzadə
küçəsində 730 metr, Bakı küçəsində
700 metr, SMU 12 yaşayış məntəqəsində 1000
metr uzunluğunda su xətti çəkilib.
Quba
şəhərinin "Vaqif"
küçəsində 100 mm diametrində
polad borularla 30 metr uzunluğunda magistral su xətti çəkilib,
Ə.Nərimanov, Fətəlixan, M.Rəsulzadə, Vaqif, Bakı, C.Cabbarlı və Əzizbəyov
küçələrində magistral su xətlərində təmir işləri
aparılıb. Şəhər əhalisinə göstərilən
su xidməti işlərinin
səmərəliliyini daha da yaxşılaşdırmaq məqsədilə
Ümumdünya İnkişaf
Bankının vəsaiti hesabına Quba
şəhəri üçün "Qudyal çayı" hövzəsində 426
mm diametrində metal borularla 1000 metr kapitaj (horizontal su mənbəyi) salınması, 426 mm diametrində metal borularla magistral su xəttinin çəkilişi,
Quba şəhərinin 32-33-cü məhəlləsində
(yeni yaşayış massivi)
1 ədəd yeni subartezian
quyusunun qazılması təmin edilib. Şəhərin yeni
yaşayış massivləri olan "Qəçrəş
yolu" massivində 2000 metr,
"Dəvədabanı" massivində 1000 metr
və 32-33-cü məhəlləsində 1000 metr
uzunluğunda magistral su xətti çəkilib.
Quba şəhər ərazisindəki magistral xətlərin
tənzimləyici siyirtmələrini, subartezian quyularında
istifadə olunan və horizontal su mənbəyindən "Qəçrəş
yolu" su anbarını birləşdirən magistral xəttin
siyrtmələrini yeniləri ilə əvəzlənməsi
məqsədilə 8 ədəd 50 mm diametrində, 6 əd 100
mm diametrində və 6 əd 150-300 mm diametrində yeni siyirtmələr
alınıb, həmin siyrtmələrin xətlərinə
quraşdırılıb.
Dövlət Proqramı çərçivəsində
yeni sosial-mədəni obyektlərin tikintisi də diqqət mərkəzində
olub. Şəhərdə dövlət vəsaiti hesabına əlil
və şəhid ailələri üçün 16 və 30
mənzilli yaşayış binaları istifadəyə
verilib. Suvarma-drenaj şəbəkələrinin bərpası
ilə əlaqədar suvarma kanallarda 148 min kubmetr lildən təmizləmə
işləri görülüb, 70 hidrotexniki qurğu təmir
edilib, daşqın və selə qarşı mübarizə
üçün 348 min kubmetr həcmində sahil qoruyucu
daş çınqıl, 1450 kubmetr daş-beton bənd
qurulub.
Bundan başqa, 2004-2008-ci illərdə Qudyalçay
üzərində 300 min AZN dəyərində 3 ədəd dəmir-beton
bənd inşa edilib. Samur-Abşeron kanalının rayonun
Hacıhüseynli ərazi vahidindən keçən hissəsində
4 ədəd əsas suburaxıcı qapılar və
onların suvarma kanalları təmir olunub. Rayon üzrə
1500 hektardan artıq torpaq sahələrinin suya olan tələbatı
ödənilib. "Şəfəq" dövlət kənd
təsərrüfatı istehsalı müəssisəsinin və
bir sıra digər ərazilərin 500 hektardan artıq torpaq
sahələrinin su təminatı
yaxşılaşdırılıb.
Vəlvələçayın sağ sahilində yerləşən
Vəlvələ kəndi ərazilərinin və kəndlərası
yolların sel sularından yuyulmasının
qarşısının alınmasından ötrü 200 p/metr
dəmir-beton divar inşa edilib. Suvarma drenaj şəbəkələrinin
bərpası ilə əlaqədar Quba rayonunun "Zərdabi"
adına SİB-nin xidmət göstərdiyi 2009 hektar
suvarılan torpaq sahələrində olan daxili suvarma şəbəkələrinin
açıq torpaq kanallarının beton üzlüklə təmir
olunması təmin edilib. Qudyalçayın sol sahilində
yerləşən Susay-Palasa kəndinin nəqliyyat yolunun və
kənd ərazilərinin qorunması üzrə 270 p/m
uzunluğunda beton bəndin inşası üzrə işlər
görülüb.
Qudyalçaydan su götürən
"Qırmızı qəsəbə" adlı kanalın
çaydan su götürən baş hissəsi su
tullayıcı qurğuları və kəndin 800 p/metr
uzunluğunda təzyiqli boru kəməri dəmir beton
boruları ilə əvəz olunaraq istismara verilib. Bundan
başqa, həmin kanal vasitəsilə Küpçal, Qələdüz,
Dağlı, Digah və Əlibəyqışlaq kəndlərinin
2000 hektara yaxın sualtı torpaq sahələri kifayət qədər
daimi suvarma suyu ilə təmin olunub. Su kanallarında 42 min kub
metr lildən təmizləmə işləri
görülüb, 36 hidrotexniki qurğu təmir edilib,
daşqın və selə qarşı mübarizə
üçün 250 min kub metr həcmində sahilqoruyucu
daş-çınqıl bənd qurulub.
Quba Regional Aqrar Elm mərkəzinin maddi-texniki
bazasının gücləndirilməsi ilə əlaqədar
tədbirlərin həyata keçirilməsinin əsas hissəsi
təmin edilib. RAEM-də informasiya mərkəzi yenidən
qurulub, qış calağı vurulması üçün
emalatxana tikilərək istifadəyə verilib, toxum
materiallarının saxlanılması üçün anbar və
calaqçılar evinin tikintisi başa
çatdırılıb. Mərkəzin həyətində
abadlıq işləri başa çatdırılıb.
Quba layihə və axtarış- kimyalaşdırma
laboratoriyası dünya standartları səviyyəsində təmir
olunaraq Türkiyə Respublikasının TİKA təşkilatının
köməkliyi ilə laboratoriyaya cihaz və avadanlıqlarla gətirilərək
quraşdırılıb. Bu laboratoriyada 200 hektara yaxın
torpaq sahəsinin qida maddələri ilə təmin olunma dərəcəsi
təyin edilərək fermer və sahibkarlara məlumat verilib.
Tinglik təsərrüfatlarını inkişafı məqsədilə
Fransadan 20 min ədəd vegetativ calaqaltılar gətirilib və
calaqaltı ağaclıq salınıb. Yeni məhsuldar alma
sortları yetişdirilib, 20 min ədəd introduksiya
olunmuş alma sortlarından calaq vurulub.
Bundan başqa, proqram əsasında turizm, informasiya və
regional əl sənətkarlığı nümunələrinin
nümayişi və satış mərkəzi
yaradılıb, Quba şəhərinin mərkəzində
yerləşən Yardımçı Təcrübə Təsərrüfatının
balansında olmuş mədəniyyət evi rayonun Gənclər
və İdman İdarəsinin balansına verilib. "Gümbəzli
hamam"ın təmizlənmiş fasad hissəsində
abadlıq işləri görülməklə abidə hasara
alınıb.
2004-2008-ci illərdə rayonun Səbətlər kəndində
192 yerlik, Mirzəməmmədkənd kəndində 100 yerlik məktəb
binaları, Xınalıq kəndində 50 yerlik yataqxana
binası, Alekseyevka kəndində 100 yerlik, Baxçaəli kəndində
100, Aşağı Atuc kəndində 100, Qələdüz kəndində
100 yerlik yeni sinif otaqları tikilərək istifadəyə
verilib.
(ardı var)
Yazı Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən
maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Tərlan Nəsirli
Bakı-Quba-Bakı
Mövqe.-
2012.- 10 yanvar.- S. 10.