Hacıqabulun problemləri sürətlə
həllini tapır
Hacıqabul rayonunun son illərdəki dinamik
inkişafı həm də ölkə rəhbərliyinin
xüsusi diqqət və qayğısı ilə
bağlıdır. Dövlət başçısı
İlham Əliyev 2004-cü ildən 4 dəfə rayonda səfərdə
olub, regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları çərçivəsində həyata
keçirilən tədbirlərlə maraqlanıb, bir sıra
yeni obyektlərin, istehsal müəssisələrinin
açılışında iştirak edib. Sonuncu dəfə
ölkə prezidenti 2010-cu il sentyabrın 7-də rayonda səfərdə
olub. Və Kür çayının daşması nəticəsində
yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun
Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar
üçün yeni mənzillərin tikilib istifadəyə
verilməsi mərasimində iştirak edib. Dövlət
başçısının iştirakı ilə
sentyabrın 7-də yeni mənzillərin orderləri sahiblərinə
təqdim olunub.
Məlumat üçün bildirək ki, 2010-cu il
mayın 23-də kəndin ərazisində Kür
çayı öz məcrasından çıxaraq təxminən
85 metr uzunluğunda qoruyucu bəndi
dağıtmışdı. Nəticədə Meyniman kəndindəki
280 ev və 286 təsərrüfat, o cümlədən 1350 nəfər
əhalisi olan 1-ci Meyniman kəndindəki 150 həyət su
altında qalmışdı. Daşqın zamanı Meyniman kəndində
35 ev tamamilə uçmuş, 64 ev qəzalı vəziyyətə
düşmüşdü. Prezident İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq, digər kənd və
qəsəbələrlə yanaşı,
meynimanlıların da problemləri diqqətdə
saxlanıldı. Uçmuş evlərin yerində 22 ev
tikildi. Bu evlərdə zəruri infrastrukturun
yaradılması, həyətyanı sahələrin normal vəziyyətə
gətirilməsinə xüsusi diqqət yetirildi. Müasir
üslubda tikilən evlərdən 15-i ikiotaqlı, 3-ü
üçotaqlı, 4-ü dördotaqlıdır. Bununla
yanaşı, kənddəki 21 evdə bərpa-gücləndirmə
işləri aparılıb. 43 evdə cari təmir işlərinin
aparılması üçün ziyan çəkmiş sakinlərdən
110 nəfərinə 109 min manatdan çox yardım verilib. Həmçinin
daşqın nəticəsində Meyniman kəndinin
dağılmış infrastrukturunun yenidən qurulması
istiqamətində də iş aparılıb.
Ümumilikdə, 2010-cu ildə rayonda əsaslı təmir-tikinti
işləri uğurla davam etdirilib. Hacıqabul Rayon İcra
Hakimiyyətinin inzibati binasının fasad hissəsinin 1300
kvadratmetri alkaponla üzlənib, 48 kvadratmetr döşəməyə
süni qranit tavalar qoyulub, 50 kvadratmetr tavan alçıpan
tavalarla üzlənib, 238 kvadratmetr divar emulsiya ilə rənglənib.
Pilləkən divar mərmər tavalarla üzlənib və mərmər
balyanslar quraşdırılıb. Bundan başqa, "Dədə
Qorqud" parkında 85 kvadratmetr divar hörülüb. Şəhərin
Xətai küçəsindəki 3 saylı binada 780
kvadratmetr dam örtüyünün taxta şəbəkəsi
dəyişdirilərək şifer vurulub. Qeyd olunan işlərə
yerli büdcədən 17,632 min manat vəsait xərclənib.
Rəncbər kənd daxili avtomobil yoluna 300 pm, I Udulluda 25 pm, Ələtlidə
400 pm, Abdulabadda 450 pm, Meynimanda 500 pm, Atbulaqda 600 pm,
Qızılburunda 320 pm, Qarasuda 350 pm, Navahıda kənd 500 pm,
Pirsaatda 240 pm yola 10 sm qalınlığında
qum-çınqıl qarışığından əsas
qoyulub. Muğan-Talış avtomobil yolunun 12 kilometrlik hissəsində
cari təmir işləri görülüb.
Şəhərin sel sularından mühafizəsinin təmini
üçün kanalın 60 min kub metr hissəsinin
yatağının qazılması, qruntun 50 metr məsafədən
buldozer ilə nəqli və qruntun 300 metr məsafədən
özüboşaldan maşınlarla daşınması
işləri görülüb. Abdulabad-Kolanı kənddaxili
avtomobil yolunda 500 kv.metr sahəyə 12 sm
qalınlığında qum-çınqıl
qarışığından əsas qoyulub. Muğan-Udullu
avtomobil yolunun 6,3 km hissəsinə 4,5 metr enində
qum-çınqıl qarışığından əsas
qoyulub. Şəhərin cənub hissəsinə dəmir
yoluna paralel 2,5 km uzunluğunda diametri 159 mm olan borudan su xətti
çəkilib. Şəhərin H.Həmidov küçəsinə
dəyəri 36,9 min manat olmaqla, qum-çınqıl
qarışığından 1080 kubmetr əsas düzəldilib.
Həmin küçəyə dəyəri 93,1 min manat olmaqla
6 sm qalınlıqda 8219 kvadratmetr xırda dənəli
asfalt-beton örtüyü vurulub. H.Z.Tağıyev
küçəsinin qərb hissəsində 514 kub metr qum
çınqıl qarışığından əsas
düzəldilib.
Ümumilikdə, hesabat dövründə rayonda
görülmüş tikinti, quruculuq və abadlıq işlərinə
yerli büdcədən 685,3 min, büdcədənkənar vəsait
hesabına 436,7 min manat xərclənib. Rayon ərazisində
son illərdə 3 yeni müasir tipli yanacaq doldurma məntəqəsi,
4 ictimai iaşə, 24 ticarət obyekti, o cümlədən
2010-cu ildə 1 ictimai iaşə, 2 ticarət, 1 yanacaq doldurma
məntəqəsi tikilib. Şəhərin, kənd və qəsəbələrin
yaşıllaşdırılması tədbirləri 2010-cu
ildə də davam etdirilib. Hesabat dövründə təkcə
şəhərdə 18 minə yaxın ağac, 13 min gül
kolları əkilib. Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən Atbulaq kəndi
ərazisindən Hacıqabul şəhəri ərazisinə
qədər 10,000 ədəd müxtəlif ağac növləri
əkilib.
Regionların sosial-iqtisadi inkişafı tədbirləri
çərçivəsində əhalinin elektrik enerjisi, təbii
qaz və içməli su ilə etibarlı səviyyədə
təmini də diqqət mərkəzində olub. 2010-cu ildə
rayonun Kompressor, Xilə, Çkalov, Talış, Kolanı,
Axtaçı-Şirvan, Navahı, Rəncbər, Muğan,
Udullu, Qarasu, Abdulabad hava xətlərində müxtəlif
kilovatlıq transformatorlar cari təmir olunub. Kür
çayının daşması nəticəsində Xilə-Mirzə
hava xəttində su altında qalmış 1000 Kva-lıq
transformatorun əvəzinə 630 kva-lıq transformator
quraşdırılıb. Su altında qalan "K 3" nasos
stansiyasının yerində 1 ədəd 1000 Kva-lıq transformator
yarımstansiyası quraşdırılıb.
Bundan əlavə, rayon ərazisində yerləşən
yarımstansiyalarda və hava xətlərində xeyli cari və
əsaslı təmir işləri aparılıb. 35/10 kv-luq
Abdulabad, Muğan və Udullu yarımstansiyalarında, həmçinin
35/6 kv-luq Atbulaq, Pirsaat, Hacıqabul və Pirsaat
yarımstansiyalarında transformatorlar cari təmir olunub. 2010-cu
il ərzində Kolanı, Axtaçı-Şirvan, Muğan,
Qarasu, Talış, Navahı, Pirsaat, Qubalıbaloğlan,
Meyniman kəndlərində əhali istehlakçı qrupuna
352 ədəd, o cümlədən Kür çayının
daşması nəticəsində evləri uçmuş
sakinlər üçün yeni sayğaclar
quraşdırılıb. Şəhərdə fərdi
abonentlər üçün 51 ədəd smartkart tipli yeni
sayğaclar quraşdırılıb. Kənd ərazilərində
yanmış və sıradan çıxmış
sayğaclar yenisi ilə əvəz olunaraq 470 ədəd 1
fazalı, 15 ədəd 3 fazalı sayğac
quraşdırılıb.
Əhalinin təbii qazla dayanıqlı şəkildə
təmini də hesabat dövründə Hacıqabul Rayon
İcra Hakimiyyətinin diqqət mərkəzində olub. 2010-cu
ildə rayon ərazisində qaz sisteminin yenidən qurulması
işi davam etdirilib. Ümumiyyətlə, hesabat dövründə
şəhərdə 255.954 pm boru çəkilib. 4650 evə
çıxış dayağı qoyulub, 128 siyirtmə və
2 ədəd kollektor quraşdırılıb.
Fərdi evlərə bu günə kimi 4383 sayğac
quraşdırılıb. Rayon kəndlərində də
qazlaşma işlərinə başlanılıb.
Qızılburun Qubalıbaloğlan, Navahı, Rəncbər,
Atbulaq, Qarasu kəndlərində, Navahı, Muğan qəsəbələrində
qazlaşdırma işləri başa
çatdırılıb. Abdulabad, Kolanı, Talış,
Meyniman və Udulu massivində yerləşən 7 kənddə
də polietilen borularla qaz çəkilişinə
başlanılıb. Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramına əsasən, şəhərin mərkəzi
tam, Rəncbər kəndində 584 və Muğan qəsəbəsində
696 ev qazlaşdırılıb.
Hacıqabul Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə,
mədəniyyət və gənclər təşkilatları
ilə işi də daim diqqət mərkəzində
saxlayır. Hesabat dövründə rayonda 30 ümumtəhsil
məktəbi, 5 məktəbdənkənar, 3 məktəbəqədər
tərbiyə müəssisəsi fəaliyyət göstərir.
Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində də bir sıra işlər
görülüb. Yeni tikilən məktəblərlə yanaşı,
onlarca sinif otaqları da inşa və təmir edilib. Hesabat
dövründə məktəblərə ümumi dəyəri
80115 manat olan 350 dəst şagird partası, 35 ədəd
yazı lövhəsi, 20 ədəd müəllim stolu, 171 ədəd
müəllim stulu, 91 ədəd şkaf, 5 ədəd
kompüter stolu və digər avadanlıqlar verilib. Məktəblərə
ümumi dəyəri 9292 manat olan 7 dəst kompyuter
ayrılıb. Şəhər 2 saylı və Ağacanlı
kənd orta məktəbləri əsaslı təmir olunub.
2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına
uyğun olaraq keçirilmiş "Ən yaxşı müəllim"
müsabiqəsində şəhər 1 saylı orta məktəbin
biologiya müəllimi Səbinə Rəsulova qalib olub və
5000 manat pul mükafatına layiq görülüb. Rəncbər
kənd orta məktəbinin məzunu Günay Məmmədova
ali məktəbə qəbul zamanı yüksək bal
topladığına görə prezident təqaüdünə
layiq görülüb.
Dövlət Proqramı çərçivəsində
Hacıqabulda səhiyyə müəssisələrinin fəaliyyəti
də diqqət mərkəzindədir. Rayonda 106
çarpayılıq 2 xəstəxana, 10 həkim və 12
tibb məntəqələri, 55 həkim, 174 orta tibb
işçisi əhaliyə səhiyyə xidməti göstərir.
Əhalinin hər 10 min nəfərinə 8,2 həkim, 26 orta
tibb işçisi düşür. Rayon səhiyyəsinin
strukturuna Dəmiryol xəstəxanası və Qovşaq dəmiryol
poliklinikası, həmçinin Gigiyena və Epidemiologiya mərkəzi
daxildir. 2010-cu ildə Hacıqabulda əhaliyə göstərilən
tibb xidmətinin səviyyəsini yüksəltmək məqsədilə
müəyyən işlər görülüb. Yeni istifadəyə
verilmiş poliklinika-xəstəxana və Uşaq Tibb Mərkəzi
müasir avadanlıqla təchiz edilib. Hesabat dövründə
16 həkim, 24 orta tibb işçisi təkmilləşdirmə
kurslarında olub.
Rayon Mədəniyyət və Turizm şöbəsinin
taleyində 21 klub, 32 müstəqil kitabxana, 1 yeddi illik musiqi məktəbi,
Tarix-Diyarşünaslıq muzeyi, 14 arxeoloji tarixi abidə fəaliyyət
göstərir. Şöbə öz işini günün tələbləri
səviyyəsində qurmağa çalışaraq bir
sıra tədbirlər həyata keçirir. Ötən il
şəhər klubu, mərkəzi və uşaq
kitabxanaları, Abdulabad və Kolanı mədəniyyət evləri
əsaslı şəkildə təmir olunaraq yeni inventar və
avadanlıqlarla təmin olunub. Qarasu kənd və 3 saylı
şəhər kitabxanaları yeni binalara
köçürülüb.
(ardı var)
Tərlan Nəsirli
Bakı-Hacıqabul-Bakı
Mövqe.- 2012.- 25 yanvar.- S. 10.