Hacıqabul
rayonu ötən ili uğurlarla başa vurub
Regionların sosial-iqtisadi inkişafı tədbirlərinin
məntiqi nəticəsi olaraq Hacıqabul rayonu 2011-ci ilin
ötən 9 ayında da mühüm nailiyyətlərə
imza atıb. Hesabat dövründə rayonda abadlıq-quruculuq
tədbirləri uğurla davam etdirilib. İlin 9 ayı ərzində
rayon üzrə məhsul buraxılışının həcmi
113,0 milyon manat, sənaye məhsulunun həcmi isə 2,2 milyon
manat təşkil edib. 2010-cu ilin
müvafiq dövrünə nisbətən
ümumi məhsul buraxılışı
12,2
faiz, sənaye məhsulunun həcmi 35,4 faiz artıb.
Əhaliyə göstərilən
pullu xidmətlərin həcmi keçən
ilin müvafiq dövrü ilə müqayisədə 23,1 faiz artaraq 10317,7 min manata çatıb. Poçt və rabitə xidmətlərinin həcmi
239,8 min manat təşkil
edib və bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 11,7 faiz çoxdur. Pərakəndə əmtəə
dövriyyəsi 88098,8 min manat,
yəni 2010-cu ilin müvafiq
dövründən 26,3 faiz çox olub.
Avtomobil
nəqliyyatı ilə yük
daşınması keçən ilin müvafiq dövrü ilə
müqayisədə 12 min ton
artaraq 153 min ton, sərnişin daşınmasında isə
315 min nəfər artaraq
2773 min nəfər təşkil edib. Ötən il də rayon iqtisadiyyatının əsasını kənd
təsərrüfatı
təşkil edib. Rayonda
aqrar islahatların uğurla
həyata keçirilməsi kənd təsərrüfatının
dinamik inkişaf
etdirilməsinə, bu sahədə
qazanılan uğurları ilbəil artırmağa zəmin
yaradır.
Hacıqabul rayonunda kənd təsərrüfatı məhsulları
istehsal edən kəndli fermer
təsərrüfatlarının, xidmət təşkilatlarının
gərgin əməyi sahəsində rayonda
istehsal olunan kənd təsərrüfatı
məhsullarının həcmi 2010-cu ilin müvafiq dövrü ilə
müqayisədə xeyli artıb.
2011-ci ilin məhsulu üçün
11500 hektar sahədə taxıl əkilib
və bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 2349 hektar artıqdır. Taxıl əkininin
6150 hektarını buğda, 5350
hektarını arpa əkini təşkil edir. 11500 hektar taxıl sahəsindən
34148 ton məhsul əldə edilib və bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 7338 ton çoxdur. İstehsal olunmuş taxılın 21094 tonunu
buğda, 13054 tonunu arpa təşkil edir.
2011-ci ildə 1617 hektar sahədə bostan,
727 sahədə tərəvəz, 200 hektar
sahədə pambıq, 72 hektar sahədə
günəbaxan, 59 hektar sahədə
qarğıdalı, 285 hektar sahədə
yonca əkilib. Keçən
ilin müvafiq
dövrünə nisbətən müvafiq
olaraq 4 hektar tərəvəz,
3 hektar bostan, 170 hektar pambıq, 1 hektar
günəbaxan, 1 hektar
qarğıdalı, 5 hektar yonca sahəsi çox əkilib.
2011-ci ildə kənd əməkçilərinin pambıq əkininə
marağı xeyli dərəcədə
artıb.
2011-ci ilin 9
ayında meyvə və tərəvəzçilikdə də
müəyyən irəliləyişlər olub.
Bu
dövrdə 18930 ton tərəvəz və
8400 ton meyvə istehsal
olunub. Ötən ilin
müvafiq dövrü
ilə müqayisədə tərəvəz istehsalı 5390 ton, meyvə istehsalı isə 2810 ton çox olub. İlk dəfə olaraq 25 hektar sahədə
kartof əkilib, 273 ton
məhsul istehsal olunub.
Rayonda
heyvandarlıq məhsullarının istehsalında da nəzərəçarpacaq artım qeydə
alınıb. İlin 9 ayı ərzində
süd istehsalı 10919 ton,
ət istehsalı 3790 ton, yun
istehsalı isə 216 ton olub.
2010-cu ilin ötən 9 ayı ilə
müqayisədə müvafiq olaraq 885 ton süd, 290 ton ət, 10
ton yun çox
istehsal olunub. Hesabat dövründə yumurta
istehsalı 71,0 milyon ədəd olub. Rayon üzrə iribuynuzlu heyvanların baş
sayı bu ilin 9
ayı ərzində 36311 baş, xırda
buynuzluların sayı isə 129550 baş
olub. Və bu da 2010-cu ilin eyni dövrü ilə
müqayisədə 1721 və 5350 baş çoxdur. Cənab İlham
Əliyevin "Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında" sərəncamının icrası ilə
bağlı Hacıqabul Rayon İcra Hakimiyyəti müvafiq
tədbirlər görüb. Kənd təsərrüfatı
istehsalçılarına əkin sahələrinin becərilməsində
istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət
büdcəsinin vəsaiti hesabına yardımlar verilib. Həmçinin torpaq
mülkiyyətçilərinə güzəştli qiymətlərlə
mineral gübrələrin
satışı təşkil olunub.
"Aqrolizinq" vasitəsilə 2011-ci ilin 9 ayı ərzində
kənd əməkçilərinə 50 faiz güzəştli
qiymətlə 66,5 ton azot satılıb. Rayonda fiziki və
hüquqi şəxslərə hər hektar əkin sahəsinin,
çoxillik əkmələrin becərilməsinə görə
2011-ci ilin 9 ayı ərzində 2283 nəfərə 515,023
manat dövlət yardımı edilib.
"2009-2013-cü
illəri əhatə edən regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"na əsasən Ağsu rayonu ərazisindən
başlayan və rayonun
Padar, Qarasu, Muğan yaşayış məntəqələrini
keçərək 55 kilometrlik Baş Şirvan
kanalının çəkilişi və Pirsaat
çayı üzərində yerləşən su anbarının lildən təmizlənməsi
işi 2011-ci ilin ilin 9 ayı ərzində də davam etdirilib.
Hesabat
dövründə Bakı şəhərində təşkil
olunmuş kənd təsərrüfatı
məhsullarının satış yarmarkasında rayon sahibkarları da
yaxından iştirak edirlər. Təkcə
bu ilin 9 ayı ərzində
həmin təsərrüfatlardan Bakı əhalisinə 3,9 ton mal əti, 1,6 milyon ədəd yumurta,
12,4 ton meyvə, 13 ton
toyuq əti, 19 ton bostan tərəvəz məhsulları
satışı təşkil olunub.
2011-ci ilin 9
ayında rayonda 8 tikinti
təşkilatı fəaliyyət göstərib. Bu müddətdə tikinti
təşkilatları öz gücü ilə 386,5 min
manatlıq iş görüblər. Tikintidə
işləyənlərin sayı 114 nəfərə
çatıb. Bundan başqa, 2011-ci ilin
yanvar-sentyabr aylarında rayonda
bütün maliyyə mənbələri
hesabına 9172,4 min manatlıq əsas fondlar istifadəyə verilib.
İqtisadiyyatın və sosial sahələrin
inkişafına, əsas kapitala 24461,3 min manatlıq investisiyalar
yönəldilib. İnvestisiyaların 96,4 faizi
tikinti və quraşdırma işlərində
istifadə olunub. Ümumi
investisiyanın 80,1 faizi istehsal
təyinatlı sahələrə yönəldilib. 2011-ci ildə
adambaşına düşən investisiyanın həcmi 359,6 manat olub. Hesabat
dövründə rayonda tikinti,
quruculuq, abadlıq və
yaşıllaşdırma işləri davam
etdirilib.
Hesabat dövründə Şəhidlər
Xiyabanında abidə memorial kompleksi 40 sm qalınlıqda 40
kvadratmetr 40 sm qalınlığında, 76 kvadratmetr tumbalarla
hörülməsi, 133 kvadratmetr divarın sement məhlulu ilə
suvanması, emulsiya məhlulu ilə rənglənməsi, 100
kvadratmetr qranit tavalarla üzlənməsi, 20 kvadratmetr beton səki
daşlarının quraşdırılması nəticəsində
istifadəyə verilib. Kompleksin giriş hissəsinə 185
kvadratmetr qum-çınqıl qarışığından əsas
qoyulub və 1223 kvadratmetr sahəyə asfalt-beton
örtüyü vurulub. Şəhərin Heydər Əliyev,
İ.Qayıbov küçələrinə ümumilikdə
40 sm qalınlıqda, ümumilikdə 1960 kvadratmetr divar
hörülüb.
Bundan əlavə, şəhərin Dədə-Qorqud,
A.Şaiq, Savalan, Ə.Şıxlinski, Şəhriyar,
S.Almazov, V.Talıbov, M.Füzuli, Ş.İ.Xətai,
C.Cabbarlı, Xəqani, S.Vurğun, küçələrinə,
Şəhidlər Xiyabanına, daxili küçələri
birləşdirən avtomobil yoluna, 8 saylı məktəbə
gedən yola 130 kubmetr qum-çınqıl
qarışığından, 41738 kvadratmetr sahəyə
asfalt-beton örtüyündən əsas qoyulub, 610 ton
asfalt-beton örtüyündən hamarlayıcı qat verilib. Heydər
Əliyev, İ.Qayıbov, M.Əsədov küçələrinə
paralel piyadaların hərəkəti üçün səkilər
və asfalt-beton örtüyü sökülərək,
ümumilikdə 6350 kvadratmetr tamet tavalar döşənib. Dədə
Qorqud parkında aparılan yenidənqurma işlərində
kadratmetr divar, 28 kvadratmetr güldanlar mişar daşından
hörülüb. Parkda 350 kadratmetr divar ağ lay daşı
ilə üzlənib, 14 ədəd polad işıq dirəkləri
quraşdırılıb. Əraziyə 385 metr məsafədə
polietilen borudan keçirilməklə kabel, 236 metr plastik
borudan isə su xətti çəkilib. 20 ədəd su
çiləyicilərinin və 26 ədəd su
kranlarının quraşdırılması ilə
yanaşı, 1 ədəd fəvvarə də
quraşdırılıb.
Rayonda tikinti-quraşdırma işləri nəticəsində
Polis Şöbəsinin, Bəyannamələrin qəbulu
üçün Vergi Terminalının inzibati binası,
Meyniman kənd tibb məntəqəsi, Navahı polis məntəqəsi,
Daxili Qoşunların əməkdaşları
üçün 68 mənzilli yataqxana binası, 2000 tonluq
soyuducu anbar istismara qəbul olunaraq istifadəyə verilib.
İşlərin davamı olaraq, Rayon Statistika İdarəsinin,
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə
İdarəsinin inzibati binasında işlər başa
çatmaq üzrədir.
2011-ci ilin 9 ayı ərzində Hacıqabul Elektrik
Şəbəkəsinin xidməti ərazisində - 35 kv-luq
Udullu-Muğan hava xəttində və 35 kv-luq Axtaçı
hava xəttində 4 ədəd travers, 540 metr məftil və
8 ədəd dayaq dəyişdirilib. 35 kv-luq Atbulaq hava xəttində 1 ədəd dayaq dəyişdirilib, 1400 metr
naqil quraşdırılaraq
elektrik verici xətlər
bərpa edilib. 10 kv-luq
Ələtli hava xəttində 1 ədəd
vakuum açarı və yağ
açarında 2 ədəd cərəyan transformatoru
yenisi ilə əvəz olunub.
10 kv-luq Cəngən hava
xəttində və 10 kv-luq
Şorbaçı hava xəttində yağ açarları cari
təmir olunub. 6 kv-luq
PQ-13 hava xəttində 250 kva
transformatorun yüksək tərəfində
açar yenisi ilə
əvəz olunub. Hacıqabul
REŞ-nin balansında olan
75 ədəd 10/04 kv-luq güc
transformatorları cari, 32 ədədi isə
əsaslı təmir edilib. 29 ədəd
transformator isə "Şirvan
REŞ" MMC-nin təmir sexinə
göndərilərək təmir olunub,
yerində quraşdırılıb və həmin transformatorlara 800 litr transformator yağı əlavə edilib. Qarasu kəndində fərdi əhali üçün
yeni 10 kv-lu EVX çəkilərək
1 ədəd 100 kv-luq transformator
quraşdırılıb. 10 kv-luq Padar hava xəttində 0,5
km uzunluqda məftil yenisi ilə əvəz edilib.
Şəbəkənin xidməti ərazisində olan 15,3 km uzunluqda
6/10 kv-luq elektrik verici xətlər dartılıb və təmir
qrafikinə əsasən nəzərdə tutulmuş
təmir işləri yerinə yetirilib.
2011-ci ilin 9 ayı ərzində 199 yeni abonentə
"SMART" kart tipli elektrik sayğacı
quraşdırılıb. Rayonun Rəncbər, Udullu, Abdulabad,
Atbulaq, Navahı, Talış Meyniman, Qubalıbaloğlan kəndlərində,
Muğan və Padar qəsəbələrində isə
yanmış və sıradan çıxmış
sayğaclar yenisi ilə əvəz olunaraq 522 ədəd 1
fazalı, 15 ədəd isə 3 fazalı elektrik
sayğacı quraşdırılıb.
(ardı var)
Tərlan Nəsirli
Bakı-Hacıqabul-Bakı
Mövqe.- 2012.- 26 yanvar.- S. 10.