Şamaxının tərəqqisi yeni sürət mərhələsində

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Bu gün dünyanın iqtisadi gündəmini məşğul edən başlıca mövzu Qərb ölkələrini çuğlayan yeni böhrandır. Əsasən də Avropada özünü qabarıq şəkildə büruzə verən bu böhranın dünya iqtisadiyyatına mənfi yöndə təsir göstərəcəyi qaçılmaz sayılır. Lakin azsaylı dövlətlər də var ki, sözügedən iqtisadi böhranın təsirlərindən kifayət qədər effektiv müdafiə olunurlar. Həmin dövlətlər sırasında Azərbaycan da yer alır və bunu 2009-cu ildə özünün zirvə nöqtəsinə çatan qlobal iqtisadi böhran da sübuta yetirdi.

Elə indi də proqnozlaşdırılır ki, Qərb ölkələrində başlayan böhranın Azərbaycana hər hansı ciddi təsiri olmayacaq. Bunu şərtləndirən əsas məqamlardan biri isə inkişafın Azərbaycan modelinin kifayət qədər möhkəm özüllər üzərində qurulması. Dinamik tərəqqinin möhkəm əsaslarının yaradılmasıdır.

Qeyd olunan dinamik tərəqqinin əsas ünvanlarından biri kimi isə Azərbaycan regionları çıxış edir. Regionlarda sürətli tərəqqi tempinin yaşanmasında isə buraya yatırılan böyük həcmdə investisiya və görülən digər tədbirlər vacib rol oynayır. Bunun real təsdiqini qədim tarixə malik Şamaxının timsalında görmək olar. Sosial-iqtisadi sferada rayon böyük nailiyyətlər əldə edib.

Məlumat üçün bildirək ki, Şamaxı rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı və emalı təşkil edir. Bununla yanaşı bir sıra sənaye müəssisələrinin fəaliyyətə başlaması rayonun sənaye cəhətdən inkişaf eməsinə səbəb olub. Eləcə də 2004-2008 və 2009-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində son illər rayonda çoxsaylı istehsal müəssisələri, Heydər Əliyev mərkəzi, Bakı-Şamaxı, Şamaxı-Pirqulu avtomobil yolları, beynəlxalq standartlara cavab verən müalicə diaqnostika mərkəzi istifadəyə verilib, xeyli sayda yeni məktəb tikilib, mərkəzi xəstəxana, poliklinika binaları, Mədəniyyət Sarayı, tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Fondu tərəfindən Şahmat məktəbi yüksək keyfiyyətlə təmir olunub. Şəhərdə yeni parklar salınıb, küçələr abadlaşdırılıb, işıqlandırma sistemi tam yenidən qurulub. Bu proses davam etməkdədir. Ötən ilin sosial-iqtisadi yekunları da mühüm uğurlardan xəbər verir. Prezident İlham Əliyevin bu il yanvarın 18-də imzaladığı "Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı, bu Sərəncamla Prezidentin Ehtiyat Fondundan 6 milyon manat vəsaitin ayrılması rayonunn inkişaf dinamikasını daha mütəhərrik hala gətirir. Hesabat ilində isə rayonda 167,7 milyon manat dəyərində ümumi məhsul istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 3,5 milyon manatya 2,2 faiz çoxdur. Qeyd olunan müddətdə əsas kapitala yönəldilən investisiyaların həcmi 75 milyon, tikinti-quraşdırma işlərinin həcmi 69,9 milyon, sənaye məhsullarının həcmi 4,8 milyon manat təşkil edib. 2012-ci ildə rayonda 618 daimi yeri açılıb.

Əsasən aqrar bölgə olan Şamaxıda ötən il 44,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2011-ci illə müqayisədə 2,6 milyon manat çoxdur. Taxılçılıq, üzümçülük, heyvandarlıq sahələrində nəticələr uğurlu olub. Qeyd edək ki, rayonda əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan bitkiləri, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri ilə vaxtilə böyük şöhrət qazanmışdır. Üzümçülük əsasən dəmyə xarakteri daşıyır. Keçən əsrin 90-cı illərindən üzümlüklərin xeyli azalmasına və bu sahəyə qayğının zəifləməsinə baxmayaraq rayon Azərbaycanın məşhur texniki üzümçülük-şərabçılıq rayonu əhəmiyyətini saxlamaqdadır. Burada istehsal olunan "Mədrəsə” və "Kaqor” şərabları respublikadan çox uzaqlarda məşhurdur. Hazırda üzümçülük burada sürətlə inkişaf edir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına müvafiq olaraq Şamaxıda üzümçülüyün inkişafı ilə əlaqədar ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayonda üzüm plantasiyalarının sahəsi 1567 hektara çatdırılıb. Bunun da 400 hektarı məhsuldardır. Cari ildə bağlardan 3876 ton üzüm yığılıb ki, bu, ötən ilin göstəricisindən 465 ton çoxdur. Bu il rayonda 67 hektarda yeni plantasiyalar salınıb. Təzə üzüm bağlarının 50 hektarı Sabir qəsəbəsinin, 9 hektarı Məlikçobanlı, 8 hektarı isə Çarhan kəndinin ərazilərindədir.

Şamaxı rayonu sənaye cəhətdən inkişaf etməkdədir. Əsas sənaye sahələri yeyintiyüngül sənayedir. Yeyinti sənayesində əsas yeri yerli üzüm məhsulunu emal edən şərabçılıq tutur. Yüngül sənaye əsasən tikiş və xalçaçılıq sahəsi ilə təmsil olunur. Hesabat ilində rayonda geniş tikinti-quraşdırma, abadlıq işləri görülmüş və hazırda bu sahədə tədbirlər davam etdirilir. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Şamaxı Cümə məscidində, Şamaxı Astrofizika Rəsədxanasında əsaslı bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Muğanlı kəndində torpaq sürüşməsi nəticəsində evləri uçanya qəzalı vəziyyətə düşən ailələr üçün Meysəri kəndi yaxınlığında yeni evlərin inşası da sürətlə aparılır.

Turizm potensialı yüksək olan rayonda bu istiqamətdə yeni layihələrin reallaşdırılması davam etdirilir. Keçən il Şamaxıda "Şirvan” mehmanxanası tikilərək turistlərin istifadəsinə verilib. "Şərədil” istirahət mərkəzində beşulduzlu otelin, "Fəxriguşə” istirahət mərkəzinin bazasında yeni turizm obyektinin tikintisi, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları keçən il Şirvanşahlar dövlətinə məxsus, IX-XII əsrlərə aid "Gülüstan” qalasında, şəhər 1 nömrəli orta məktəbin ərazisində arxeoloji-tədqiqat işləri davam etdirilir.

Ümumiyyətlə, Şamaxı həm tarixi keçmişinə, həm də coğrafi şəraitinə görə turizm üçün əlverişli zonalardan biridir. Son illər rayonun infrastrukturunun daha da möhkəmləndirilməsi, müasir istirahət mərkəzlərinin və mehmanxanaların tikilməsi nəticəsində Azərbaycanın bu qədim bölgəsinə gələn turistlərin sayı getdikcə artmaqdadır. 2012-ci ildə Şamaxı rayonuna gələn xariciyerli turistlərin sayı 70 min nəfərdən çox olub. Bu da ötən il gələn turistlərin sayından xeyli artıqdır. Qeyd edək ki, 2012-ci ildə turizmin imkanlarından daha geniş istifadə olunması məqsədilə rayonda əsaslı işlər görülüb. Son vaxtlar Şamaxıda turistləri cəlb edəcək digər obyektlərin də yenidən qurulması və bərpa edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Son dövrlər Şamaxı şəhərində yeni parkmeydanlar salınmış, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir edilib. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən qədim Şamaxı Cümə məscidində və AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında yenidənqurma və əsaslı təmir işləri aparılır. Rayondakı bir sıra tarixi abidələrin də bərpa olunması nəzərdə tutulub.

Hesabat yığıncağında isə təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, təbii qazla təminatı ilə əlaqədar görülən işlər də bu sahədə inkişafın real təsdiqidir. Cari ilin fevralında Şamaxı rayonunun 3 min nəfərə yaxın əhalisi olan Quşçu kəndinə təbii qazın çəkilişi başa çatdırılıb. Təkcə kənddaxili xətlərdə 29 min 987 metr müxtəlif ölçülü metal borulardan istifadə olunub. Qeyd edək ki, rayonda kənd yaşayış məntəqələrinin təbii qazla təminatı istiqamətində tədbirlər görülür. Artıq 21 kəndə mavi yanacaq verilib. Daha 3 kənddə - Göylər, ÇarhanBirinci Çaylı yaşayış məntəqələrində qazlaşdırma işləri davam etdirilir.

Ötən ilin oktyabrında isə Şamaxı rayonunun 1760 təsərrüfatı və 7 min 400 nəfərə yaxın əhalisi olan Göylər kəndinin ən böyük məhəllələrindən birində bulaq inşa edilib. Yeni bulağa su 3 kilometr məsafədən, Sarıtəpə adlanan dağlıq ərazidən polietilen borularla gətirilib.Bulaq Azərbaycanın görkəmli satirik şairi M.Ə.Sabirin anadan olmasının 150 illiyi münasibətilə "Sabir bulağı” adlandırılıb. Şamaxı Elektrik Şəbəkə (EŞ) Müəssisəsində keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində aparılan təmir işləri davam edir. Müəssisənin ərazisində müxtəlif gərginlikli 10, 6 və 0,4 kilovoltluq 3,4 kilometrə yaxın elektrik hava xətləri təmir edilib və 6 dayaq dəyişdirilib. Eyni zamanda sayğaclaşma işi ilə əlaqədar olaraq 390 metrə yaxın SİP kabel çəkilib və 150-ə yaxın sayğac quraşdırılıb. Son il yarım ərzində Şamaxı rayonunda tikinti-quruculuq işləri ilə yanaşı onun yaşıllaşdırılması və ekoloji cəhətdən təmizliyi də xüsusi diqqət mərkəzində saxlanılır. Ötən ilin noyabrdekabr aylarında "Şamaxını yaşıllıqlar diyarına çevirək” devizi ilə kütləvi ümumrayon iməciliklərinə start verilib. Qısa müddət ərzində rayonun bütün idarə və müəssisə kollektivlərinin, kənd və qəsəbələrin sakinlərinin qatıldığı bu xeyirxah tədbirdə 4 mindən çox ağac əkilib. Ağaclar əsasən Bakı-Şamaxı magistral yolunun rayon ərazisindən keçən hissəsinə və şəhərin müxtəlif yerlərinə əkilib. İməcilik zamanı sərv, çinar, akasiya və digər ağac növlərindən istifadə edilib. Əkilən ağaclara daimi aqrotexkiki qulluq göstərilir. Rayonda digər sahələrdə də dinamik tərəqqi yaşanır və qarşıdakı dövr ərzində daha böyük nailiyyətlərə imza atılması gözlənir.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-2 aprel.-S.10.