Şəmkir: dinamik tərəqqinin
böyük uğurları
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi
inkişafının təşviq
edilməsi”
Bəşəriyyətin inkişaf yolu belə bir həqiqəti
tam şəkildə sübuta
yetirib ki, bütün əsas sahələr üzrə dinamik yüksəlişi şərtləndirən başlıca
məqam sosial-iqtisadi tərəqqi amili ilə üzvi surətdə bağlıdır. Yəni, iqtisadi
tərrəqi digər
sahələrdə də
inkişafın yaşanmasının
başlıca meyarı
kimi çıxış
edir. Müasir Azərbaycanın da sürətli templər üzərində
köklənən inkişafının
əsas özüllərindən
birini məhz ölkəmizin yüksək
dinamizmə əsaslanan
iqtisadi tərəqqi təşkil edir.
Bu iqtisadi tərəqqi Azərbaycanın inkişafınını kompleks xarakter almasını təmin etməklə bərabər, onu həm də yeni keyfiyyət mərhələsinə yüksəldib.
Yaşanan bu kompleks inkişafın əsas ünvanlarından biri də Şəmkirdir. Ötən ilin sosial-iqtisadi yekunları da bunun real təsdiqi kimi çıxış edir. Belə ki, Şəmkir rayonunda 2012-ci ildə bütün sahələrdə nailiyyətlər əldə olunub. Azərbaycan Respublikası regionlarının (2009-2013-cü illər) sosial-iqtisadi inkişafı Dövlət Proqramında Şəmkir rayonu üzrə nəzərdə tutulmuş 17 tədbirdən 15-nin icrası ilə bağlı işlər davam etdirilir.
2012-ci ildə rayonda 572 milyon 544 min manatlıq, 2011-ci ilə nisbətən 28.9 faiz çox ümumi məhsul buraxılıb, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 21.8 faiz artaraq 2841 manat təşkil edib. Sənaye müəssisələrində 19 milyon 632 min manatlıq, kənd təsərrüfatında 226 milyon 167 min manatlıq, tikinti quraşdırma sahəsində 245 milyon 100 min manatlıq məhsul buraxılıb. Pullu xidmətlərin həcmi 16.7 faiz artaraq 64 milyon 840 min manat, əmtəə dövriyyəsinin həcmi 15.3 faiz artaraq 234 milyon 900 manat olub.
İl ərzində 602 fərdi
yaşayış evi tikilib
istifadəyə verilib, əsas kapitala 278 milyon 951 min manat investisiya
qoyulub. Rayonda 5247 iş yeri açılıb ki, onun da 874 daimi
iş yeri olub. Son dörd ildə (2009-2012-ci illər)
11513 iş yeri, o cümlədən 2980 daimi
iş yeri yaradılıb. Rayonun maliyyə sistemində davamlı tədbirlər həyata keçirilib,
2012-ci il üçün
yerli gəlir və xərclər 33 milyon 358 min 571 manat proqnozlaşdırılıb. Yerli gəlirlərin
proqnoz tapşırığı
6 milyon 946 min 400 manat və ya 111 faiz yerinə yetirilib.
Azərbaycan Respublikasının Məşğulluq
strategiyasının həyata
keçirilməsi üzrə
Dövlət Proqramına
(2011-2015-ci illər) uyğun
olaraq rayonda yaşayan işsiz əhalinin daimi və müvəqqəti işlə təmin olunmaları ilə bağlı bir sıra tədbirlər görülüb. "Ünvanlı
Dövlət Sosial yardımı haqqında” Azərbaycan Respublikası
Prezidentinin 16 noyabr
2005-ci il tarixli fərmanına uyğun olaraq yoxsulluq həddindən aşağı
səviyyədə yaşayan
3179 ailənin 14 min 823 nəfər
üzvünə ünvanlı
sosial yardım verilib.
Hesabat dövründə rayon üzrə
79 ümumtəhsil məktəbi
(68 tam orta, 10 orta və 1 ibtidai), 53 məktəbəqədər, 6 məktəbdənkənar təhsil
müəssisəsi fəaliyyət
göstərib. Azərbaycanın ümumtəhsil sistemində
başlanılan və
uğurla davam etdirilən islahatlar rayonun təhsil müəssisələrində təlim və tədris prosesinin inkişafına təkan verib. Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin maddi-
texniki bazasının
möhkəmləndirilməsi istiqamətində işlər
davam etdirilib. Son illər ərzində
rayonun ümumtəhsil
məktəblərindən 62-si yenidən tikilib və əsaslı təmir olunub. Yeni tikilmiş 24 məktəb
binasından 6-sı Heydər
Əliyev Fondunun vəsaiti hesabına tikilib.
2012-ci ildə Abbaslı kəndində 480 şagird
yerlik, Şeidlər kəndində 180 şagird
yerlik, Ceyrançöl
kənd orta məktəbi üçün
80 şagird yerlik, Düyərli kəndində
2 nömrəli orta məktəbin əsaslı
təmiri və 480 şagird yerlik yeni korpusun tikintisi,
Günəşli kənd
orta məktəbin binasının əsaslı
təmiri başa çatdırılaraq şagirdlərin
ixtiyarına verilib. Sabirkənd kəndində
960 şagird yerlik, Zəyəm qəsəbəsində
480 şagird yerlik, Qasım İsmayılov kəndində 360 şagird
yerlik, Seyfəli kəndində 360 şagird
yerlik yeni məktəb binalarının
tikintisi davam etdirilir, Dağ Cəyir və Yeni Göyçə kənd orta məktəblərinin binalarının
bərpa-gücləndirmə işləri ilə bağlı lahiyə smeta sənədləri hazırlanır. Rayonun yeni istifadəyə verilmiş məktəblərinə
25 ədəd kompüter,
19 ədəd noutbook,
20 ədəd proyektor
və 25 ədəd
printer verilib.
Rayonun səhiyyə sistemində
11 xəstəxana, 32 həkim
məntəqəsi, 27 tibb
məntəqəsi, 1 təcili
təxirəsalınmaz tibbi
yardım stansiyası,
1 stamotoloji poliklinika və Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə
tibbi xidmət göstərib. İxtisaslaşmış tibb heyətinin
köməyi ilə bir sıra xəstəliklərin
müalicəsi rayon daxilində
həyata keçirilir.
Ətraf
rayonlardan olan xəstələrin əksəriyyəti
Şəmkir rayonunun səhiyyə müəssisələrində
müalicə olunur.
Rayonun Ələsgərli kəndində
yeni həkim məntəqəsinin tikintisi
həyata keçrilib.
2013-cü ildə rayonda 150 çarpayılıq
doğum evinin, poliklinika binasının tikintisi, yoluxucu xəstəliklər xəstəxanasının
və Kür qəsəbə xəstəxanasının
əsaslı təmiri
nəzərdə tutulub.
Hesabat dövründə
rayonun mədəniyyət
sahəsində 29 mədəniyyət
evi, 29 klub, 73 kitabxana, 1 uşaq musiqi məktəbi, 2 muzey və Heydər
Əliyev mərkəzi
fəaliyyət göstərib.
Mədəniyyət və Turizm
şöbəsi tərəfindən
mədəniyyət müəssisələrinin
fəaliyyəti normal təşkil
olunub, əhaliyə göstərilən mədəni
xidmətin keyfiyyəti
xeyli yaxşılaşıb.
Rayon ərazisində yerləşən tarix və mədəniyyət
abidələrinin öyrənilməsi,
qorunması və bərpası ilə bağlı tədbirlər
davam etdirilib. Muxtariyyat kəndi yaxınlığında
yerləşən qədim
Şəmkir qalasında
və Qaracəmirli kəndi yaxınlığında
yerləşən yaşayış
yerində konservasiya işləri davam etdirilib. Hazırda Şəmkir şəhərində
1909-cu ildə Almanlar tərəfindən tilikmiş
Lüteran kilsəsində
əsaslı təmir
və bərpa işləri aparılır.
Respublikamızda həyata keçirilən
ən böyük iqtisadi layihələrdən
biri olan Şəmkirçay dəryaçasının
tikintisi davam etdirilib.
Ümumi
su tutumu 175 milyon kub metr,
bəndinin hündürlüyü
190 metr olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göygöl
rayonlarında 75 min hektar,
o cümlədən Şəmkir
rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə
təmin olunacaq.
Dəryaçadan Gəncə, Şəmkir
və Samux şəhərlərinə içməli
su xətlərinin çəkilişi davam edir. Şəmkirçay dəryaçasından qidalandırıcı kanalın
və magistral kanalların çəkilişi
də sürətlə
davam etdirilir. Kanalların qarşısında 5 və
7 meqovat gücündə
iki hidroturbin quraşdırılacaqdır. Dəryaçanın qarşısında tikiləcək su elektrik stansiyasında 49 meqavat elektrik enerjisi istehsal olunacaqdır.
Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev Şəmkirçay
dəryaçasının tikintisinin 2014-cü ildə
başa çatdırılmasının
vacibliyini vurğulayıb. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 15 iyul 2011-ci
il tarixli
194 nömrəli sərəncamı
ilə Şəmkir şəhərinin içməli
su xəttinin çəkilişinə və
kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb. Hazırda "Azərsu” tərəfindən
şəhərin içməli
su təchizatı sisteminin yenidən qurulması işləri davam etdirilir. Sərxan massivində ümumi su tutumu 11 min kub metr olan
4 su anbarının tikintisi başa çatdırılıb.
Bundan başqa
Şəmkirçay dəryaçasından
gələn suyu qəbul etmək üçün Şəmkir
şəhərində su
tutumu 3 min kub metr olan anbarın
tikintisi nəzərdə
tutulub. "Akkord”
şirkəti tərəfindən
Şəmkir şəhərinə
içməli su xəttinin və şəhərin kanalizasiya
xətlərinin çəkilişi
davam edir. Azərbaycan Respublikası
Prezidentinin 27 fevral
2012-ci il tarixli sərəncamına
uyğun olaraq Bakı-Qazax magistral avtomobil yolundan Kür qəsəbəsinə
gedən 12 km-lik yolun tikintisinə üç milyon manat vəsait ayrılmışdır. "Gəncə Körpü
Tikinti-2” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən
yolun tikintisi başa çatdırılıb.
Şəmkir şəhərinin mərkəzində avtomobillərin
hərəkətinin intensivliyini
azaltmaq məqsədilə
şəhər ətrafından
keçən 9.7 km-lik
dairəvi (Şəmkir-Gədəbəy)
yolun tikintisi başa çatdırılıb.
Rayonda geniş quruculuq və abadlıq işləri aparılır.
Şəmkir şəhərində Heydər Əliyev Mərkəzinin yeni binasının, ətrafındakı
14.5 hektar sahəsi olan parkın, gənclər mərkəzinin,
bayraq meydanının
ətrafda olan 4.5 hektarlıq parkın, beş mərtəbəli
mehmanxana binasının,
Bakı Oksford məktəbinin uşaq bağçasının və
abidələr parkının
tikintisi davam etdirilir. Şəmkir rayonu respublikamızın
ən böyük kənd təsərrüfatı
rayonlarından biridir.
Rayon üzrə 181 min 610 hektar torpaq sahəsi
vardır. Bundan 59 min 504 hektarı dövlət mülkiyyətində, 73 min 377 hektarı bələdiyyə
mülkiyyətində, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə
olan torpaqlardır.
Əkinə yararlı 44 min 680 hektar
torpaq sahəsinin 38
min 130 hektarı suvarma
suyu ilə təmin edilib. 2012-ci ildə 17 min 102 hektar sahədə taxıl əkilib. Əkilmiş sahələrdən 65 min 333 ton
məhsul əldə olunub. Hər hektardan məhsuldarlıq
38,2 sentner təşkil edib. Bu respublika üzrə
ən yüksək göstərici olub. Taxıl biçini optimal müddətdə
itkisiz başa çatdırılıb. Bu
işdə "Aqrolizinq”in
Şəmkir filialının
kollektivinin böyük
əməyi olub.
2013-cü ilin məhsulu üçün
19 min 20 hektar sahədə
taxıl səpilib.
Bu da keçən
ilin eyni dövrü ilə müqayisədə 4554 hektar
və ya 31.5 faiz çoxdur. Taxıl sahəsinin 5 min hektarı
"Azərtoxum” tərəfindən
rayonun Ceyrançöl
qış otlaq sahəsində əkilib.
Rayonda bostan, tərəvəz və meyvə istehsalında yüksək
məhsuldarlıq əldə
olunub. Rayonun iqtisadiyyatında xüsusi yeri olan Şəmkir Quşçuluq fabrikinin fəaliyyəti bərpa olunub.Rayon əhalisinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli
su ilə təmin olunması məqsədilə tədbirlər
davam etdirilib. Digər sahələr üzrə də sürətli tərəqqi qeydə alınır.
Elşən BAYRAMOV
Mövqe.-2013.-3 aprel.-S.10.