Şabran sürətli inkişaf yolundadır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Məlum olduğu kimi «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın uğurla icrası son illərdə bölgələrin simasının daha sürətlə müasirləşməsinə, gözəlləşməsinə gətirib çıxarıb. Proqram çərçivəsində ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri, o cümlədən tikilən əsaslı təmir olunan təhsil səhiyyə müəssisələri digər sosial obyektlər bu sahədə mühüm dəyişikliklərə yol açıb.

Əhalinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlər möhtəşəm nəticələrlə müşayiət olunur.

O da danılmaz həqiqətdir ki, sözügedən proqram qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması, regionların tarazlı inkişafı, əlverişli biznesinvestisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsində müstəsna rol oynayıb. Bununla "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının dinamik inkişafına böyük töhfələr verib və verməkdədir. Bunu Şabran rayonunun timsalında da görmək olar.

2012-ci ilin yekunları da rayonda sürətli tərəqqidən xəbər verir. Belə ki, Şabran 2012-ci ili iqtisadiyyatın bütün sahələri üzrə yüksək göstəricilərlə başa vurub, məhsul buraxılışının həcmi 7,3 faiz artaraq 282.8 milyon manata çatıb. Bundan başqa sənaye məhsulu istehsalı 1 faiz artaraq 11.99 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalı 21 faiz artaraq 76.8 milyon manat olub. 2012-ci ildə rayonda 641 yeni yeri açılıb ki, bunların 569-u daimidir. 2012-ci ildə rayonun kənd təsərrüfatında əvvəlki illərin inkişaf dinamikası davam edib, 27.8 min ton taxıl, 7.4 min ton tərəvəz, 834 ton meyvə, 835 ton üzüm istehsal edilib. Yeri gəlmişkən qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına müvafiq olaraq Şabranda üzümçülüyün inkişafı ilə əlaqədar ardıcıl tədbirlər həyata keçirilir. Ümumiyyətlə, Şabran həm də üzümü ilə fərqlənib. 90-cı illərin ərəfəsində üzümçülük iflasa uğrasa da, son illər sahibkarlar tərəfindən bu sahə inkişaf etdirilməkdədir. Rayonda üzüm plantasiyalarının sahəsi 380 hektara çatdırılıb. Ötən il rayonda əlavə 15 hektarda yeni plantasiyalar salınıb. Təzə üzüm bağları rayonun Gəndob, Ağbaş eləcə də şəhər ərazi vahidliklərində salınıb. Görülən tədbirlər nəticəsində üzüm bağlarının məhsuldarlığı hər hektara görə orta hesabla 70 sentnerə yüksəlib. Şabran daha çox aqrar sahədə ixtisaslaşan rayondur. Belə ki, əkinçilik, çəltikçilik (hətta tarixi mənbələrdə "Şabran düyüsüadla tanınıb), quşçuluq, heyvandarlıq, balıqçılıq, nisbətən də meyvəçilik burada inkişaf edib.

Ötən il Şabran rayonunda payızlıq taxıl səpini kampaniyası uğurla başa çatıb. Bu ilin məhsulu üçün ötən payızda 11 min 456 hektar sahəyə taxıl səpilib. Payız əkinlərinin 7 min 456 hektarı buğda, 3 min 995 hektarı isə arpadır. Səpin kampaniyasına müasir tələblərə cavab verən texnikalar cəlb olunub, rayonun toxum tələbatı daxili imkanlar hesabına ödənilib. Səpin kampaniyası rayonun daha çox taxıl əkilən Ağalıq, Gəndob, Əmirxanlı, TaxtalarŞabran şəhər ərazi vahidlərində daha mütəşəkkil qaydada və yüksək keyfiyyətlə aparılıb.

Şabran rayonunun qaz təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər sürətlə davam etdirilir. Rayonun kənd yaşayış məntəqələrini təbii qazla təchiz edən 20 kilometr uzunluğunda Şabran-Vəlvələçay magistral qaz xətti yenidən tikilib, həmin xətdən mavi yanacaq alan kəndlərə yeni borular çəkilib. Rayonun Ağalıq, Gəndov, Rəhimli, Şahnəzərli, Padar, Bor-Bor, Uzunboyad kəndlərində ümumi uzunluğu 2273 metr olan köhnə qaz xətti yenilənib. İndiyədək qaz almayan 11 yaşayış məntəqəsinə xidmət edəcək 22 kilometr uzunluğunda Şabran-Pirəbədil-Zeyvə qaz xəttinin çəkilişi artıq başa çatıb, Zeyvə və Giləvar kəndlərində daxili xətlərin çəkilməsi yekunlaşıb. Əvvəllər qaz xətti olan hazırda qaz verilməyən Pirəmsən, Ərəblər, Leyti kəndlərinin qazlaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması reallaşdırılıb. Dağbilici, Zöhramı, Pirəbədil kəndlərinin qaz təchizatının tikintisi üçünmüvafiq tədbirlər görülür. Şabran Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində isə texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Ötən ilin son üç ayında 10 kilovoltluq "Şəhər”, "Qorğan”, "Gəndab” və digər beş hava xəttində təmir işləri zamanı 4,1 kilometrdən artıq naqil dartılıb, beş dayaq basdırılmış və eyni sayda dayağın qabariti artırılmış, bir kilometrədək naqil yeniləşdirilib.

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq Şabran rayonunda yeni məktəb binalarının tikintisi davam etdirilir. İnşa edilən üç yeni məktəb binasının biri elə ötən il istifadəyə verilib. 80 şagird yerlik Çuxurəzəmi ümumi orta məktəbinin binası müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Sinif otaqları, kitabxana, aktidman zalları, eləcə də yeməkxanası olan məktəbdə kompyuterlər quraşdırılıb. 200 şagird yerlik Pirəbədil tam orta və 70 şagird yerlik Təzəkənd ümumi orta məktəblərinin tikintisi əd uğurla rellaşdırılıb. Ümumilikdə son beş ildə Şabran rayonunda 13 yeni məktəb binası tikilib istifadəyə verilib.

Məlum olduğu kimi "Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri Bakı şəhəri ilə yanaşı, regionlarda da davam etdirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətin xidmət göstərdiyi ərazilərdə əhaliyə normal və keyfiyyətli içməli suyun verilməsi, köhnəlmiş avadanlıqların, sukanalizasiya xətlərinin dəyişdirilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, Şabran rayonunun Gilavar kəndində də əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə layihə həyata keçirilib.

Ümumiyyətlə, ölkəmizin bütün regionlarında olduğu kimi, qədim İpək Yolunun üstündə yerləşən, tarixi adı bərpa edilən 2300 yaşlı Şabranda da sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işləri uğurla davam etdirilir, rayonun sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər müvəffəqiyyətlə həyata keçirilir. Son illər Şabranda yeni istifadəyə verilmiş obyektlər - Heydər Əliyev Mərkəzi, Şabran Uşaq Yaradıcılıq Mərkəzi, əsaslı təmir olunmuş Şabran Tarix-Diyarşünaslıq Muzeyinin ərazisində təşkil olunmuş "Açıq səma altında muzey”, Şabran Mədəniyyət Sarayı, Rayon Mərkəzi Xəstəxanası onun hüsnünə daha gözəl çalarlar əlavə edir. Eyni zamanda rayona turistlərin axınına da təkan verir. Rayonun təbii şəraiti, əlverişli mövqeyi mövcuddur, tranzit məkandır. Bu rayon dağla dəniz arasında yerləşir. Rayonun dağlıq hissəsi turizm üçün çox faydalıdır. Dağ kəndlərinin istirahət, turizm üçün səmərəli olması bu sahədə inkişafdan xəbər verir. Bu gün Şabranda toxunan xalçalar isə nəinki ölkəmizdə, həm də xarici dövlətlərdə yaxşı tanınır. "Pirəbədil”, "Qollu Çiçi” və sairə çeşnili xalçalar daha baxımlı və gözəldir. "Çıraqqala” və "Şabran” qoruqları tarixi özlərində yaşatmaqla yanaşı, öz təbii zənginlikləri ilə insanı ovsunlayır. "Qalaaltı” sanatoriyası ona üz tutanlara öz şəfasını əsirgəmir. "Keçi qayası” deyilən yer və ətraf ərazi də turistlər arasında çox məşhurdur. Sıx meşə və sıldırım qayalar arasından axan çay, müalicə əhəmiyyətli kükürdlü su bulaqları hər il yüzlərlə turisti və səyyahı təkrar-təkrar buraya cəlb edir. ”Liman gölü”, bir-birindən gözəl daha 7 dağ gölü ovçuların, səyyahların, turistlərin çox xoşladıqları yerlərdəndir. Rayon ərazisində turistlərin marağına səbəb ola bilən ən qədim yaşayış məskəni sayılan qədim Şabran şəhərinin qalıqlarıdır. Rayonun qədim tarixi, mədəniyyət abidələrindən biriGilgilçay səddidir. Azərbaycanda Sasanilər dövrünə aid müdəfiə səddi (3-7 əsrlər) Xəzər dənizindən başlayaraq Baba dağının ətəklərində qurtarır:

Onu da bildirək ki, rayon ərazisində palçıq vulkanları vardır, dağlıq hissədə təbaşir paleqonneoqen ovlaqla antropoqen çöküntüləri yayılıb. Rayon neft, qaz, çınqıl, qumsair faydalı qazıntılar ilə zəngindir. Müalicə əhəmiyyətli mineral (qalaaltı), fermal (isti su) sular çıxır. Rayon ərazisində "Qalaaltı” sanitoriyasında və Dəhnə kəndindəki "İsti su” müalicə ocaqlarında insanlar həmin mineral sularla müalicə olunurlar. Rayonun ərazisində 20500 hektar zəngin meşə vardır.

Şabran rayonu ərazisində yerləşən "Çıraqqala” təkcə tarixi, yaşı ilə deyil, həm də qoynunda şəfa qaynağı olan bulaqları ilə məşhurdur. "Qalaaltı” sanatoriyasında il boyu mədə-bağırsaq, öd yolu, qara ciyərindən şikayəti olan minlərlə xəstə şəfa tapıb doğma ocağına qayıdır. Sanki bu şəfa bulaqları tarixi tanışlıq üçün keçmişlə bu günün, gələcəyin arasında körpüdür. Çıraqqala rayon mərkəzindən 20 km aralıqda yerləşir. Həmin məsafəyə asfalt örtüyü döşənib. Xəzər dənizi sahilində yerləşən Liman ovçuluq təsərrüfatı turizm inkişafı üçün əvəzsizdir. Bir-biri ilə əlaqəsi olan üç göldən ibarət ovçuluq təsərrüfatı 1180 hektar ərazidə yerləşir. Su hövzəsi yeraltı sulardandağlardan axıb gələn çaylardan qidalanır. Turizmin inkişafı üçün əməli tədbirlər görülür. Rayonda digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-13 aprel.-S.10.