Şirvanın inkişafı daha geniş vüsət
alır
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi
inkişafının təşviq
edilməsi”
Dinamik inkişafı getdikcə daha sürətli xaratker alan
müasir Azərbaycanın
tərəqqi templəri
kompleks mahiyyət daşımaqla ölkənin
hər bir bölgəsində özünü
qabarıq büruzə
verir. Azərbaycanı indi ən ucqar regionlarının belə simasına nəzər salmaqla qeyd edilənlərin real təsdiqini görmək mümkündür.
Bunun nəticəsidir
ki, ölkəmizin indi hər bir
guşəsində coşğun
inkişaf yaşanır,
tərəqqisəviyyəsi zamanın çağrışlarına
adekvat xarakter daşıyır. Yaşanan bu möhtəşəm
inkişafın əsas
ünvanlarından biri
isə Şirvan şəhəridir.
Bu vaxta qədər
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramlarının uğurla yerinə
yetirilməsi sahəsində Şirvan şəhərində
bir sıra mühüm tədbirlər həyata keçirilib,
əsaslı infrastruktur layihələri yerinə yetirilib, yeni
istehsal müəssisələri yaradılıb, müasir tələblərə
cavab verən Müalicə Diaqnostika mərkəzi və digər
sosial yönümlü obyektlər inşa olunub, genişmiqyaslı
abadlıq-quruculuq işləri görülüb. Şirvan
şəhərində abadlıq-quruculuq işlərinin davam
etdirilməsi, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda şəhər
üzrə müəyyən olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə bu ilin yanvarında Prezident İlham Əliyevin
müvafiq Sərəncamı ilə Şirvan Şəhər
İcra Hakimiyyətinə Azərbaycan Respublikasının
2013-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
iki milyon manat ayrılıb.
Qeyd edək ki, şəhərin iqtisadiyyatının əsasını
sənaye təşkil edir ki, onun da inkişaf etdirilməsində
neft, qaz hasilatı, enerji, tikinti materialları istehsalı
mühüm yer tutur. Ümumi məhsul
buraxılışında sənaye məhsulunun həcmi daha
böyük paya malikdir. Sənayedə istehsal olunan məhsulun
yarıdan çoxu qeyri-dövlət sektorunda istehsal olunur.
Şirvan şəhərində istehsal olunan sənaye məhsulunun
əsas hissəsi neft və qaz çıxarma, elektrik enerjisi
istehsalı sahəsinə və emal bölməsinə aiddir.
Təbii ehtiyatlardan neft, qaz, qum-çınqıl yataqları
vardır. Ölkə iqtisadiyyatında həyata keçirilən
iqtisadi islahatlar, regionların iqtisadi inkişafı sahəsində
görülən tədbirlər Şirvan şəhərinə
öz müsbət təsirini göstərib. Şəhərdə
qum-çınqıl karxanaları, asfalt və kərpic
zavodları fəaliyyət göstərir.
Ötən
il ərzində Şirvan şəhəri üzrə
iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş
məhsul və xidmətlərin həcmi 348 milyon manat təşkil
edib. Bütün maliyyə mənbələri hesabına əsas
kapitala yönəldilən investisiyalar 24,4 milyon manat həcmində
olub ki, bu da 2011-ci illə müqayisədə 28,7 faiz
çoxdur. Dövlət Proqramı çərçivəsində
əhalinin təbii qazla təminatını
yaxşılaşdırmaq məqsədi ilə əhəmiyyətli
işlər görülüb, yaşayış massivlərinə
yeni qaz xətləri çəkilib, şəhər əhalisinin
böyük əksəriyyəti qazla təmin olunub. 2012-ci ildə
Şirvan şəhərində tikinti-quraşdırma,
abadlıq və yenidənqurma işlərinin həcmi xeyli
genişləndirilib. Kür və Araz çaylarının
daşması nəticəsində baş vermiş təbii fəlakətlə
əlaqədar qəzalı vəziyyətə
düşmüş, yaşayış üçün
yararsız olan evlərin əvəzinə 23 fərdi ev
tikilib, FHN tərəfindən 6 ədəd fərdi evin
inşası reallaşdırılıb.
Məlumat üçün qetd edək ki, Şirvan şəhərində aparılan geniş abadlıq və quruculuq işləri ilə yanaşı məhəllərdə, yaşayış massivlərində qanunsuz tikili, çəpərləmələr sökülərək ləğv edilir və həmin ərazilərdə yeni nümunəvi məhəllələr salınır. Aparılan abadlıq və quruculuq işləri, yeni salınan nümunəvi məhəllələr, tikilən xeyir-şər evləri əhali tərəfindən yüksək qiymətləndirilir. Heydər Əliyev Prospekti 24, 26, 26A və 28A saylı binaların qarşısında açılışı olan 17-ci nümunəvi məhəllədə də əhalinin istirahəti üçün 2 ədəd günlük (besetka), 6 ədəd uşaq əyləncə mərkəzləri quraşdırılıb, 6 ədəd oturacaq və tullantıların atılması üçün zibil qutusu qoyulub, 850 p/m beton bardyur və 65 metr dekorativ barduyur qoyululub, 1100 kvadratmetr tamet örtük, əraziyə 300 kvadratmetr asfalt örtük döşənib, 50 kvadratmetr ağlay pilləkən qoyulub, 820 ədəd mişar daşından divar hörülüb, 80 kvadratmetr suvaq vurulub, yeni yaşıllıq zolağı salmaq məqsədi ilə lazım olan yerlərə 70 maşın yararlı torpaq tökülərək 252 ədəd zeytun və şam ağacları əkilib.
Bundan öncə isə 28 May küçəsi 1, 2 saylı binaların qarşısında açılışı olan 16-cı nümunəvi məhəllədə əhalinin istirahəti üçün 2 ədəd günlük (besetka), 6 ədəd uşaq əyləncə mərkəzləri quraşdırılıb, 6 ədəd oturacaq və tullantıların atılması üçün zibil qutusu qoyulub, 900 p/m beton bardyur tökülmüş, 345 ədəd dekorativ barduyur qoyulmuş, 940 kvadratmetr tamet örtük, 1450 kvadratmetr asfalt örtük döşənib, 50 maşın yararlı torpaq törülərək 250 ədəd zeytun və şam ağacları əkilib, ərazidə olan ticarət obyektləri qaydaya salınıb, məhəllə əhalinin istifadəsinə verilib.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı şagirdlərin yetişdirilməsi diqqət mərkəzində saxlanılıb. Bu fonda ötən il Şirvanda əsaslı təmir olunan təhsil müəssisələrinin açılışı olub. Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Şirvan şəhərində 2 orta məktəbin binası əsaslı, yenidən təmir edilərək şagirdlərin və müəllimlərin istifadəsinə verilib. 16 saylı orta məktəb hələ 1974-cü ildə tikilərək istifadəyə verilib. Lakin o vaxtdan təmir edilməyən məktəb yararsız vəziyyətdə idi. İki il əvvəl Dünya Bankının və Təhsil Nazirliyinin hesabına məktəbin binası bütovlükdə yenidən ən müasir səviyyədə təmir olunub. Hacıqəhrəmanlı qəsəbəsində isə ötən il 12 saylı məktəbində açılışı olub. Bu məktəb 1992-ci ildə inşa olunub və bərbad vəziyyətə düşmüşdü. 2011-ci ilin avqustundan 704 şagird yerlik məktəb İcra Hakimiyyətinə ayrılan büdcə vəsaiti hesabına bərpa-bərkitmə işləri ilə yanaşı əsaslı təmir edilib.
Ötən ilin mayında Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar hazırlanan tədbirlər planına uyğun olaraq Şirvan şəhərində 75 yerlik körpələr evinin əsaslı təmirdən sonra açılışı olub. İki mərtəbədən ibarət olan uşaq bağçası ən müasir tələblər səviyyəsində əsaslı təmir olunub. Bağçanın həyəti abadlaşdırılıb, dayanıqlı enerji və istilik sistemi də quraşdırılıb. Bu il ərzində "Şirvan” Elektrik Şəbəkə (EŞ) Müəssisəsi ərazisində elektrik enerjisinin vaxtında və keyfiyyətli şəkildə tələbatçılara çatdırılması istiqamətində təmir işləri aparılıb. Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan "Şirvan” Elektrik Şəbəkə Müəssisənin xidməti ərazisində 220 kilovoltluq I, II "Şirvan”, 110 kilovoltluq II, III "Sabirabad”, I, II "Masallı”, II "Muğan” və digər hava elektrik verilişi xətlərinin 18 kilometri təmir edilib, 800-ə yaxın izolyator dəyişdirilib, 300-ə yaxın xətt armaturu yeniləri ilə əvəz edilib. Qeyd edək ki, oxşar təmir işləri 754 saylı, I və II Üçtəpə, Masallı-Arus 35 kilovoltluq elektrik hava xətlərdə də aparılıb. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır.
Elə Eldar Qəmərlinin "Şirvan şəhəri" adlı kitabında da şəhərinqədim tarixə malik olduğu aydın görünür. Kitabda müasir Şirvan şəhərinin yerləşdiyi ərazi haqqında ən qədim dövrlərdən 1920-ci ilə qədər olan dövrü əks etdirən tarix-diyarşünaslıq oçerkləri toplanıb. Kitab 320 milyon il əvvəl yaranmış və milyon illər müddətində mövcudluğunu saxlamış Tetis okeanı haqqında məlumatla başlayır. Daha sonra Tetis okeanından qalmış dənizlər, əsrlər boyu dəfələrlə təkrarlanan reqressiya və transqressiya hadisələri (dənizin quruya doğru irəliləməsi və geriyə çəkilməsi) haqqında məlumat verilir. Aydın olur ki, müasir Şirvan şəhərinin ərazisi bir zamanlar Xəzər dənizindən şimal-qərbə doğru dil şəklində uzanmış körfəz suları altında qalıb. Şirvan şəhəri dənizin nisbətən gec çəkildiyi ərazidə yerləşir. Bu ərazidə bir vaxtlar mövcud olmuş dənizin qalıqlarını indi də görmək mümkündür.
Kitabda belə maraqlı faktlar çoxdur. Ən maraqlı faktlardan biri budur ki, müəllif müasir Şirvan şəhəri ərazisində hələ ibtidai icma quruluşu dövründə məskunlaşma olduğunu iddia edir. O, bu fikrini Kürovdağdakı mağaralarla əsaslandırır. Çünki ibtidai insanların yaşayış məskəni kimi mağaralardan istifadə etdiyi tarix elmindən məlumdur. Əvvəllər Kürovdağda belə mağaraların sayı çox olub. Lakin zaman keçdikcə onlardan bir çoxu uçub, günümüzədək yalnız bir neçəsi gəlib çıxıb. Kürovdağda mövcud olan mağaralardan biri yerli əhali, eləcə də bəzi digər bölgələrin əhalisi arasında xüsusilə məşhurdur. Vağam adlanan bu mağaranı məşhur edən X-XI əsrlərdə yaşamış, şərqdə səyyah, böyük şair, filosof kimi tanınmış, hələ sağlığında müqəddəslik zirvəsinə ucalmış Şeyx Məhəmmədəli Baba Kuhinin bir müddət bu mağarada məskunlaşıb. Məhz buna görə Vağam Şirvan sakinləri üçün, eləcə də bir sıra bölgələrin əhalisi üçün müqəddəs ziyarətgah sayılır. Məlumdur ki, bütövlükdə Cənub-Şərqi Şirvan düzü adlanan bu ərazidə Güştəsbi, Yunanşəhr, Mahmudabad, Qırxçıraq adlı tarixi şəhərlər olub. Kürsəngi yaşayış sahəsi də bu ərazidədir. Keçən ilin sonlarında Ələt-Astara yolunun çəkilişi zamanı Babazənən dağında aşkar edilmiş qədim yaşayış məskəni də Cənub-Şərqi Şirvan düzündədir. Şirvan şəhərinin 1-2 kilometrliyində ilkin arxeoloji tədqiqatlar zamanı şəhər qalıqları və dulus kürələri aşkar edilib. Bütün bu faktlara əsaslanan müəllif sübut edir ki, Şirvan şəhərinin ərazisi tarix üçün ağ vərəq deyil. Sadəcə, reqressiya və transqressiya prosesləri zamanı maddi-mədəniyyət abidələri torpağın dərin qatları altında qalıb.
Müasir Şirvan şəhərinin ərazisində tarix boyu müəyyən fasilələrlə bir neçə dəfə məskunlaşma olub. Sonuncu məskunlaşmanın tarixi 1880-ci ildən başlayır. Həmin ildə ərazidə yarımköçəri həyat tərzi keçirən tayfalardan biri-Ərəbşahverdi tayfası burada oturaq həyat tərzinə keçib. Bu kiçik kənd sonralar inkişaf edərək müasir Şirvan şəhərinə çevrilib. Bütün bunlar turizmin inkişafı üçün əlverişli şərait yaradır. Şəhərdə digər sahələr üzrə də dinamik inkişaf qeydə alınır.
Elşən
BAYRAMOV
Mövqe.-2013.-18 aprel.-S.10.