İsmayıllı yeni
inkişaf yoluna qədəm
qoyur
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Tərəqqi templəri getdikcə daha sürətli xarakter almaqda olan müasir Azərbaycanın inkişafı özünün intibah dövrünü yaşamaqda davam edir. Mövcud intibah prosesində isə regionların da rolu mütəmadi olaraq artır, ölkəmizin sosial-iqtisadi inkişafı Azərbaycan bölgələrində də özünü qabarıq büruzə verir. Sadalananların real təsdiqini Azərbaycanın dilbər guşələrindən sayılan İsmayıllı rayonunun timsalında da sezmək mümkündür.
Hazırda rayon özünün yeni inkişaf yoluna qədəm qoyur. Bu haqda danışmazdan əvvəl qısaca olaraq bildirək ki, ötən il rayonda əsas kapitala investisiya qoyuluşu 16 milyon 887 manat olub. İqtisadiyyatın əsas sahəsini təşkil edən kənd təsərrüfatında ümumi məhsul buraxılışının həcmi 62 milyon 282 min manat, sənaye məhsulları istehsalının həcmi isə 3 milyon 228 manata çatıb. Rayonda geniş tikinti-quruculuq və abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması sahəsində bir sıra layihələr həyata keçirilib. Təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatının yaxşılaşdırılması ilə əlaqədar müəyyən işlər görülüb.
Hazırda isə rayonad görülən abadlıq-quruculuq işləri daha geniş vüsət alır, iqtisadiyyatıın dinamik tərəqqisi üçün əməli addımlar atılır. Bu fonda cari ilin aprelin 12-də rayonun Diyallı kəndində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Fondu ilə İsmayıllı rayon İcra Hakimiyyəti birgə "Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində müasir soyuducu anbar, heyvandarlıq kompleksi, quşçuluq, bağçılıq, üzümçülük və arıçılıq yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.
İsmayıllıda fəaliyyət göstərən 38 nəfər sahibkara 405 min manat kredit verilməsi üçün müqavilələr bağlanıb. Bu da 100-dən çox iş yerinin yaradılmasına imkan verəcəkdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, üzümçülük, arıçılıq, xalçaçılığın inkişafına yönəldiləcəkdir. Güzəştli kreditlər hesabına İsmayıllı rayonunun İvanovka kəndində inşa olunan illik istehsal gücü 5,6 min ton olan müasir çörək zavodu yaxın vaxtda istifadəyə veriləcəkdir.
Yolların müasir tələblərə uyğunlaşdırılması da xüsusi diqqət mərkəzindədir. Məsələn, 3 kilometrlik Qubaxəlilli-Keşxurd yolu çınqıl örtüklə yenidən işlənib, nəqliyyatın gediş-gəlişi üçün rahat şərait yaradılıb. 4 kilometrlik Tircan-Maçaxı yoluna da çınqıl döşənib, yol yararlı hala gətirilib. Cari ilin aprelində isə İsmayıllı şəhərində Qəşəm Aslanov küçəsində yeni uşaq bağçasının təməlqoyma mərasimi keçirilib. Uşaq bağçası 140 yerlikdir. Fasiləsiz təhsilin ilkin mərhələsi olan uşaq bağçasında xarici dil, kompüter öyrədiləcək, intellektual səviyyəsi yüksək olan uşaqlar yetişdiriləcək. 90 yerlik digər baxçaa isə Mican məhəlləsi adlanan ərazidədir. Bağçalarda uşaqların rahatlığı üçün hər cür şərait yaradılacaqdır. Tikinti işlərində əsasən yerli inşaatçılar çalışırlar. Hər iki obyektin yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulub. Rayonda bir il müddətinə 1000 yerlik uşaq bağçasının tikilməsi nəzərdə tutulur. Şəhərin Heydər Əliyev prospektində yenidənqurma işləri davam etdirilir. Prospektin genişləndirilməsi məqsədi ilə istifadəsiz su kanalı doldurulur, qrunt sularının axıdılması üçün 1000 mm diametrli dəmir beton boruları quraşdırılır. Quruculuq işləri fonunda İsmayıllı şəhərinin qərbində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun kənarında yeni qəsəbə salınır. Qəsəbə Dövlət Qaçqınkomun sifarişi ilə İsmayıllı şəhərinin təhsil müəssisələrində yaşayan qaçqın və məcburi köçkün ailələri üçün nəzərdə tutulub. Burada 45 fərdi yaşayış evi, məktəb binası və həkim məntəqəsi inşa olunur. Tikinti işləri Qrodnı Promstroy və Yevlax Yol Tikinti şirkəti tərəfindən aparılır. İnşaat işlərində hazırda 130 nəfər çalışır. Qəsəbə bu ilin sonunadək istifadəyə veriləcəkdir.
Bundan başqa İsmayıllı şəhərinin Nizami küçəsində cüdo mərkəzinin inşasına başlanılıb. Zirzəmi ilə birlikdə ümumi sahəsi 3570 kvadratmetr təşkil edəcək bina üçmərtəbəli olacaqdır. Tikinti işləri beynəlxalq standartlara uyğun aparılır. Burada 808 kvadratmetr sahəsi olan cüdo zalı ilə yanaşı konfrans zalı və muzey də inşa ediləcəkdir. Baş plana müvafiq olaraq əsas binadan əlavə kotteclər, qazanxana və nasosxana, avtomobil dayanacaqları, mini futbol, basketbol, tennis, həndbol meydançaları da tikiləcəkdir. Mərkəzdə eyni vaxtda 74 nəfərin istirahəti üçün bütün lazımi şərait yaradılacaqdır.
Rayonunun Xəlilli kəndi ərazisində inşa edilən taxıl terminalı istismara hazır vəziyyətə gətirilib. Tutumu 24 min ton olan terminalın tikintisinə 2010-cu ildə başlanılmışdı. Burada nəinki İsmayıllı, habelə ətraf rayonlarda istehsal olunan, standartlara uyğun taxıl məhsulu qəbul ediləcəkdir. Artıq cari mövsümdən etibarən İsmayıllı, habelə Ağsu, Göyçay rayonlarının taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri istehsal etdikləri məhsulların müəyyən hissəsini terminala verə biləcəklər.
Qeyd edək ki, İsmayıllı rayonu ərazisinin 39 min 665 hektarı meşəlikdir. Rayonda son vaxtlar meşələrin mühafizəsi və bərpası istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Ərazidə bərpa məqsədilə yeni tinglər əkilib. Artıq 25 hektarda yeni tinglər əkilib. Bərpaya ehtiyac duyulan yerlərə, xüsusilə boş talalara İsmayıllı meşələri üçün xarakterik olan ağcaqayın, palıd, cökə və digər ağaclar əkilir. Meşə əkinində istifadə olunan ağacların tingləri İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən yaradılmış şitillik təsərrüfatında yetişdirilir.
"İsmayıllı” Elektrik Şəbəkə (EŞ) Müəssisəsinin xidməti ərazisində istehlakçıların elektrik enerjisi ilətəchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər yerinə yetirilir. Müəssisənin 10 kilovoltluq "Diyallı”, "Qafqaz", "Xanlar” və digər hava xətlərində müxtəlif təyinatlı təmir işləri aparılıb, ümumilikdə 8,1 kilometrə yaxın xətt təmir olunub, 0,4 kilovoltluq xətlərin 1,2 kilometrə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
Rayonun sosial-iqtisadi inkişafı proqramı və bu proqram əsasında hazırlanmış layihələr isə bu yerlərin simasını daha da gözəlləşdirəcək. 30-40 il bundan əvvəl Nizami Gəncəvi küçəsində tikilmiş ikimərtəbəli yaşayış evləri istifadə müddətini başa vurduğu üçün onların sökülməsi, yerində yeni 5 mərtəbəli binalar tikilməsi nəzərdə tutulur. Şəhərin girəcək hissəsində hər iki tərəfdən piyadalar üçün səkilər tikilir. Rayon Mədəniyyət Mərkəzinin müasir üslubda yenidən qurulması və əsaslı təmiri işinə də artıq başlanılıb. Heydər Əliyev prospekti ilə Mübariz Orucov küçəsi arasında YAP rayon təşkilatı üçün yeni binanın layihəsi hazırlanıb və onun inşası üçün müvafiq addımlar atılır. Bütün binaların və bəzi mərkəzi küçələrin İtalyan üslubunda işıqlandırılması da diqqət mərkəzindədir. RİH binasının müasir üslubda yenidən qurulması, təhsil şöbəsinin binasının milli və müasir üslubda yenidən qurulması, ağsaqqallar-ziyalılar evinin tikintisi, köhnə mehmanxananın yenidən inşası, rayon mətbəəsinin açılması, keçmiş peşə məktəbinin yaxınlığındakı beton zavodunun yaşayış massivindən köçürülməsi, Türkiyədən 30 ədəd dayanacağının gətirilməsi də görüləcək işlər siyahısındadır.
Rayonun mineral xammal
ehtiyatları içərisində
əsas yeri tikinti materialları tutur. Çayların gətirmə
konuslarında, alçaq
dağlıq zonasında
çınqıl, qum, gil, gillicə və vulkan külü yataqları vardır. Bu ehtiyatlar əsasənda
rayon ərazisində dəmir-beton,
kərpic, keramit, sement, keramzit və sairə tikinti materialları istehsal olunur. Bundan başqa Diyallı kəndi yaxınlığında yanar
şist yataqları, müxtəlif ərazilərdə
müalicə əhəmiyyətli
gillər, Tircan kəndi yaxınlığında
(Qabandağın dərəsində)
gülabi yataqları,
Mədən dərəsi
adlanan Təzəkənd
kəndi ərazisində
mişar daşı, Talıstan və Diyallı kəndləri arasında böyük həcmdə mərmər
yataqları, Cülyan
- Həftəsiyab kəndləri
ətrafında təbii
yanar qaz yataqlarının olması
ehtimal olunur.
Rayon ərazisində həmçinin
təbii mineral su bulaqları mövcuddur. Böyük
Qafqazın cənub yamaclarından süzülüb
gələn bu sular, əsasən Bədo, Həftəsiyab, Diyallı, Namazgah, Lahıc, Gəndo və s. kəndlərində
yerləşir. Kimyəvi
tərkibinə görə
hidrokarbonatlı, sulfatlı,
natriumlu, kalsiumlu, maqneziumlu sular tipinə mənsubdur. Dünya şöhrətli
alimlərdən M. Ə. Qaşqay
və Ə. H. Əsgərov
İsmayıllı rayonunun
mineral sularının müalicə
əhəmiyyətini yüksək
qiymətləndiriblər. Məşhur
mineroloq Bertmenson 1884-cü
ildə "Xaricdə
və Rusiyada olan mədən müalicə suları"
adlı elmi əsərində Zərgəran
və Lahıc yaxınlığındakı digər
mineral suların əhəmiyyətini
xüsusi qeyd edib. Tərkibində müxtəlif minerallar olan bu sular
böyük müalicə
əhəmiyyətinə malikdir.
Bu suların müxtəlif
çeşidlərdə qablara
doldurularaq, rayonda və rayondan kənarlarda satışı
təşkil edilir.
Hər il bu ərazilərə
Azərbaycanın müxtəlif
bölgələrindən və
xarici ölkələrdən
yüzlərlə turistlər
istirahətə gəlir.
Statistik rəqəmlər
və gələn gəlir göstərir ki, Azərbaycan turizmi ilbəil inkişaf edir və əhalinin sosial rifahının yüksəlməsi yönümündə
dövlətin büdcəsinə
gələn gəlirin
müəyyən hissəsini
təsdiq edir. Son illər rayonda da bir çox
otellər və istirahət mərkəzləri
tikilib. Rayonda digər sahələr üzrə də sürətli tərəqqi
yaşanır.
Elşən BAYRAMOV
Mövqe.-2013.-19 aprel.-S.10.