Qazax sürətli inkişaf yolundadır
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının
təşviq edilməsi”
Danılmaz həqiqətdir ki,
iqtisadiyyatının inkişafı
böyük nailiyyətlərin
əldə edilməsi
ilə müşayiət
olunan, bu sahədə davamlı tərəqqi qazanmağı
bacaran dövlətlər
qazandıqları uğurları
şərtləndirən ən
vacib elementlərdən
biri də dövrün tələblərinə
uyğun islahatların
aparılmasıdır. İqtisadi texnologiyanın durmadan yenilənməsi, dünya
iqtisadiyyatının indi
daha böyük sürətlə qloballaşması,
dövlətlərarası münasibətlərin daha
geniş spektrləri əhatə etməsi fonunda belə islahatların aparılması
əslində zəruri
şərt kimi çıxış edir.
Təqdirəlayiq haldır ki, Azərbaycanda daim dövrün tələblərinə
uyğun islahatlar həyata keçirilir və bu, inkişaf
prosesini daha sürətli hala gətirir. Bunu regionların
timsalında da görmək olar. Konkret nümunə kimi Qazax rayonunun inkişaf dinamikası da qeyd edilənlərin
təsdiqi kimi çıxış edir.
Məlumat üçün qeyd
edək ki, Qazax rayonu Azərbaycanın
şimal-qərbində yerləşir. Ərazisi -
701 kvadratkilometrdir. Təxminən 90 min insanın yaşadığı
rayon 1 şəhər və
34 kənd, qəsəbədən
ibarətdir. Rayon iqtisadiyyatının əsasını
kənd təsərrüfatı
və heyvandarlıq təşkil edir. Əhali əsasən taxılçılıq,
üzümçülük və bostan-tərəvəzçiliyi
ilə məşğul
olur. Konserv zavodu, gil-mədən
kombinatı, asfalt zavodu, ət kombinatı və şərab emalı zavodları rayon sənayesinin
əsasını təşkil
edir.
Digər bölgələrdə
olduğu kimi "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na əsasən, bu rayon üzrə də ən müxtəlif sahələrin
inkişaf etdirilməsi qarşıya məqsəd
kimi qoyulub. Həmin sahələr sırasında sənaye və
kənd təsərrüfatı istehsalının genişləndirilməsi,
ekologiya və təbii sərvətlərdən
istifadə, yol təsərrüfatı və
nəqliyyat, rabitə xidmətlərinin
yaxşılaşdırılması, elektrik
enerjisi, istilik və qaz təchizatı, su təchizatının
və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması, meliorasiya
və irriqasiya, mədəniyyət, idman və təhsil müəssisələrinin
inşası və yenidən qurulması, əhalinin təhlükəsizliyi
tədbirlərini qeyd etmək olar. Bununla yanaşı,
Dövlət Proqramına əsasən, rayon
üzrə aşağıdakı tədbirlər həyata keçirilib və keçirilməkdədir:
Taxılçılıq, üzümçülük,
heyvandarlıq və meyvə-tərəvəz məhsullarının
istehsalının və emalının genişləndirilməsinin
dəstəklənməsi. Rayonda tikinti materialları
yataqlarının axtarışı və kəşfiyyatı
işlərinin aparılması. Rayon mərkəzi
ilə kəndləri birləşdirən və kəndlərarası
avtomobil yollarının
asfaltlaşdırılması. Şəhərdaxili
yolların asfaltlaşdırılması, rayonun
yaşayış məntəqələrində yolların
işıqlandırılması. İstehlakçıların
etibarlı elektrik təchizatı üçün rayonun elektrik şəbəkəsində yenidənqurma
işlərinin aparılması, hava elektrik verilişi xətlərinin
özünüdaşıyan izoliyasiyalı naqillərlə əvəz
olunması. Qazax şəhərində səhiyyə
və təhsil müəssisələrinin istilik
təchizatı sisteminin bərpası. Rayonun yaşayış məntəqələrinin qaz təchizatının
yaxşılaşdırılması, bərpası və yeni salınmış yaşayış massivlərinin
qazlaşdırılması. Qazax şəhərinin
su təchizatının və kanalizasiya sisteminin yenidən
qurulması. Rayonun kəndlərinin su təchizatının
yaxşılaşdırılması. Rayonun
əkin sahələrinin su təminatının
yaxşılaşdırılması. Rayonun
qaçqın və məcburi köçkünlər yaşayan məntəqələrinin Ağstafaçay çayının sel sularından mühafizəsi tədbirlərinin
davam etdirilməsi. Xram
və Kür çaylarının Qazax rayonunun kəndləri
ərazisindəki hissələrində sahilbərkitmə
işlərinin davam etdirilməsi. Hərbi
əməliyyatlar aparılmış ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi. Sadalanan sahələr üzrə uğurlu nəticələrin əldə
olunmasını ötən ilin sosial-iqtisadi yekunları da
təsdiq edir.
2012-ci ildə Qazaxda görülmüş
işlərin miqyası böyükdür.
Rayondakı Heydər Əliyev parkının 2 hektarlıq sahəsi
tamamilə yenidən qurulub. Parkın ərazisindəki
Gənclər Mərkəzinin inşası yuxarıda çox qısa vaxt ərzində
başa çatdırılıb. Yanvar
ayında Heydər Əliyev Fondunun dəstəyi
ilə ümumi sahəsi 1060 kvadratmetr olan "Şahmat Məktəbi”nin tikintisinə
başlanılıb, binanın ətrafına milli
memarlığa uyğun hasar
çəkilib, sahəyə tamet
döşənib, səki daşı düzülüb,
ağac və gül
kolları əkilib, fəvvarə çəkilib və
işıqlanma sistemi qurulub.
Bütövlükdə qərb bölgəsinin
və qonşu Gürcüstanın azərbaycanlılar
yaşayan hissəsinin kənd təsərrüfatı
məhsullarını emal edəcək illik gücü 5 min ton olan
müasir konserv zavodunun və uzunluğu 7
kilometr olan Qazaxbəyli
-Aşağı Salahlı avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə
verilib. Konserv zavodunun ərazisində məskunlaşan məcburi
köçkünlər üçün
ayrıca 24 mənzilli yaşayış evi
də istifadəyə verilib.
Digər
sosial obyektlər, o
cümlədən şəhərdəki Qaratel
adına ümumi orta
məktəbin təmir-bərpa işləri və 80 şagird yerlik əlavə
tədris korpusu, 360 şagird
yerlik 4 saylı tam orta məktəb, Aslanbəyli kəndində
480 yerlik, Canalı kəndində 220 şagird yerlik, Qazaxbəyli
kəndində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa
çatdırılaraq istifadəyə verilib.
İllik gücü 1
milyon ton olan sement zavodunun
birinci hissəsində son
tamamlama işləri aparılır və
yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Qəzalı vəziyyətdə olan
binanın sakinləri üçün yeni 24 mənzilli yaşayış
binasının, uzunluğu 30 kilometr olan Yuxarı
Salahlı-Kəmərli avtomobil yolunun əsaslı tikinti
işləri başa çatıb.
Şəhərin
küçələrinin asfaltlaşdırılması,
abadlaşdırılması üçün
az iş görülməyib.
Şəhərdəki "Şəhidlər abidə kompleksi” sökülərək yerində
tamamilə yeni üslubda
abidə ucaldılıb. Dəmiryolu
vağzalı və onun ərazisi öz görkəmini tamamilə dəyişdirib.
Şəhərin qərb giriş hissəsində
Bayraq Meydanı salınıb, burada qala divarları,
bürclər tikilib, Ağstafa
rayonu ilə sərhəddə orijinal bir "Obelisk”, giirişdə qüllə inşa olunub.
Ayrı-ayrı küçələr, magistral
yol kənarları, yaşayış
binalarının, müxtəlif tikililərin fasad
hissələri abadlaşdırılıb və yenidən qurulub. Qazaxda əhalinin qaza, elektrik enerjisinə olan tələbatı, demək olar ki, həll olunub. İndi rayonda ən ucqar kənd
belə, təbii qaz alır və qazlaşmayan kənd qalmayıb.
Əhalinin suya olan tələbatı
tam ödənilməsə də, bu sahədə çox
ardıcıl iş aparılır və
yaxın vaxtlarda problem
həll olunacaqdır. Təhsildə bir
sıra vacib işlər həyata keçirilib. Ayrı-ayrı məktəblərin
maddi-texniki bazası xeyli
möhkəmləndirilib. Səhiyyənin işində ciddi dönüş var. Mərkəzi xəstəxananın cərrahiyyə
şöbəsi əsaslı təmir olunub,
stomatoloji xidməti
yaxşılaşdırmaq üçün
5 otaq müasir üslubda təmir olunub və
lazımi avadanlıqla təchiz edilib. Ruhi xətəxananın qadın şöbəsi
də təmir edilib və bura
bərk, o cümlədən yumşaq inventar verilib. Hər iki xəstəxanada
yeni tipli qazanxana və istilik sistemi quraşdırılaraq istifadəyə verilib. Bala Cəfərli, Quşçu
Ayrım kəndlərində tibb məntəqələri,
Cəfərli kəndində həkim məntəqəsinin
tikintisinə başlanılıb. 2013-cü ildə rayon mərkəzi xəstəxanasının,
Fərəhli, Məzəm, Aşağı Salahlı, Abbasbəyli
kəndlərində yeni tibb
məntəqələrinin tikintisi nəzərdə
tutulur.
Rayonda ümumi daxil məhsulu həcmi ötən ilə nisbətən
yüksəkdir. Rayona diqqət ən
yüksək səviyyədədir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu ilin fevralın 18-də Qazax
rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi ilə
bağlı Sərəncam imzalayıb. Sərəncama
əsasən, iyirmi altı min nəfərin yaşadığı 15
yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil
yolunun tikintisi məqsədi
ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin ehtiyat fondundan Qazax Rayon İcra
Hakimiyyətinə 6,9 milyon manat vəsait ayrılıb.
Məlum
olduğu kimi cənab
İlham Əliyevin sədrliyi ilə «Azərbaycan
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş konfransda dövlət başçısı tərəfindən
iqtisadiyyatın müxtəlif sahələri üzrə - sənayeləşmə
siyasəti, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi,
aqrar sahədə yeni
texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin
gücləndirilməsi, sahibkarlığın inkişafı
və s. istiqamətlərdə bir sıra tapşırıqlar verilib. Ölkə başçısı
çıxışında infrastruktur
layihələrinin, xüsusilə bütün
kənd yollarının əsaslı təmiri və yeni yolların tikintisi, su və kanalizasiya sahəsində
layihələrin həyata keçirilməsi, çaylar
boyu kəndlərdə modul
tipli sutəmizləyici qurğuların
quraşdırılması, su
anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin
qaz və elektrik enerjisi təchizatının daha
da yaxşılaşdırılması, o cümlədən alternativ
enerji mənbələrindən - günəş-külək
enerjisindən daha geniş
istifadəni, çaylarda kiçik
həcmli su elektrik
stansiyalarının tikintisinin davam etdirilməsini prioritet
kimi müəyyənləşdirib.
Qeyri-neft
sektorunun inkişafı, o
cümlədən iri
taxılçılıq, müasir
heyvandarlıq və südçülük
təsərrüfatlarının yaradılması, meliorasiya işlərinin diqqətdə
saxlanılması, mal-qaranın cinsinin
yaxşılaşdırılması sahəsində tədbirlərin
davam etdirilməsi də əsas istiqamətlər
kimi müəyyən edilib.
Bu vəzifələrin icrası iqtisadi inkişafın daha
da sürətlənməsinə, regionlarda mövcud problemlərin
həll olunmasına, məşğulluğun
artırılmasına səbəb olacaq. Qazaxda da qeyd
olunan istiqamətdə müvafiq
addımlar atılır. Rayonda digər
sahələr üzrə də dinamik tərəqqi
qeydə alınır.
Elşən BAYRAMOV
Mövqe.-2013.-20
aprel.-S.10.