Yardımlı inkişafında yeni böyük nailiyyətlərə
imza atır
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Müasir Azərbaycanın əsas xarakteri xüsusiyyətlərindən biri yüksək dinamizmə əsaslanan sürətli inkişafdır. Bu hal indi Azərbaycan regionlarında da özünü qabarıq formada büruzə verir. Qeyd olunanların daha bir real nümunəsi qismində isə Yardımlı rayonu çıxış edir. Sosial-iqtisadi vəziyyətin təhlili göstərir ki, 2013-cü ilin altı ayı ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri daha da sürətlə həyata keçirilib. Şəhərin girişindən başlayaraq uzunluğu 4 km olan yolun hər iki istiqamətində müasir zövqə uyğun istinad divarları hörülüb, həmin istiqamətdə yollar genişləndirilib, piyada səkiləri tikilib, küçə işıqları quraşdırılıb. Hazırda işlər davam etdirilir.
Eləcə də, şəhərin Heydər Əliyev, Ünəç, Daşkənd, Nizami, küçələrində tikinti-abadlıq və yolların təmiri işləri, Masallı-Yardımlı avtomobil yolunun Sırıq kəndindən keçən hissəsində 1 km məsafədə küçə işıqlarının quraşdırılması həyata keçirilib,19411945-ci il Böyük Vətən Müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə ucaldılmış abidə kompleksi üçün təmir materialları hazırlanıb.
2013-cü ilin altı ayı ərzində rayon üzrə 37,4 milyon manatlıq ümumi məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,1% çoxdur. Adambaşına düşən məhsul istehsalı 2003-cü illə müqayisədə 6,5 dəfə artaraq 604 manat olub. Bu müddətdə 313 min 700 manatlıq sənaye, 8 milyon 646 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub, əhaliyə 21 milyon 635 min manatlıq ticarət, 565 min 600 manatlıq nəqliyyat, 126 min 700 manatlıq rabitə xidməti göstərilib.
Daxili imkanlar hesabına inşa olunanan YAP Yardımlı rayon təşkilatının inzibati binası yüksək memarlıq üslubu ilə seçilir. Rayon Polis şöbəsi üçün inşa olunan inzibati binada tikinti işləri sürətlə davam etdirilir. Rayon Statistika idarəsinin inşa olunmuş inzibati binası istifadəyə verilib, mədəniyyət və istirahət parkındakı fəvvarə yenidən müasir zövqə uyğun olaraq yenidən qurulub, "Şəhidlər xiyabanı” abidə kompleksi əsaslı təmir olunub.
1 hektar sahədə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəz və Prak artıq yaxın vaxtlarda istifadəyə veriləcək. Mərkəz iki mərtəbəli olmaqla 760 kvadratmetrdir. Mərkəzdə 15 nəfərlik konfrans zalı, vertual sinif, muzey, 3D kino zalı, xarici dil kursu, ədəbiyyat dərnəyi, intellektual oyun otağı, kompüter otağı, fotostudya, poloqrafiya emelatxanası, xalq sənətkarlıq studyası, 27 nəfərlik zal, rəsm və dizayn dərnəyi və müdir otağı mövcuddur. Ulu Öndərin nəsillərə nümunə olacaq zəngin dövlətçilik irsinin ziyarətçilərə çatdırılması üçün hər cür şərait yaradılıb.
Parkın sahəsi 9000 kvadratmetrdir. Parkda müasir üslubda üç fəvvarə, 6000 kvadratmetr yaşıllaşma zonası, suvarma və işıqlandırma sistemi quraşdırılıb. Parkda 35 növ dekoratav ağac əkilib. Rayonun sürətli inkişafı bir sıra sahələrlə yanaşı sənayenin inkişafı üçün münbit şərait yaradıb. Rayonda istər şəxsi təsərrüfatlarda, istərsə də bələdiyyə mülkiyyətlərində olan meyvə bağları sahələrində yetişdirilmiş məhsulu satmaq üçün emal müəssisəsi olmadığından rayon əhalisi çətinlik qarşısında qalırdı. Əhali ilə görüşlərdə qaldırılmış bu məsələnin həlli ilə əlaqədar aidiyyatı dövlət qurumları qarşısında məsələ qaldırılaraq həllinə nail olunub. Hazırda, rayonda mədəni, cır meyvələrin tədarükü və emalı ilə məşğul olan yeni Limonad, su, kompot və mürəbbə sexi tikilir ki, bu sənaye müəssisəsinin istifadəyə verilməsi əhalinin məşğulluğunu artıracaq, yeni iş yerlərinin yaradılması istiqamətində əhəmiyyətli rol oynayacaq. Sex 1 saat ərzində 1500 ədəd limonad, 2000 ədəd meyvə şirəsinin istehsalı gücünə malikdir. Eyni zamanda, sexdə qazlı və qazsız su istehsal olunacaq. Meyvələrin qəbulu üçün qəbul məntəqəsi yaradılıb ki, burada gün ərzində 10 ton meyvə qəbul etmək mümkündür. 2013-cü ilin aprel ayında inşaasına başlanmış ümumi sahəsi 9000 kvadratmetr, tikinti sahəsi 1100 kvadratmetr olan sexdə hazırda tikinti işləri sürətlə davam etdirilir.
Rayonda idmanın kompleks inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Prezident İlham Əliyev müasir Olimpiya idman kompleksinin tikintisi üçün sərəncam verib, layihələndirmə işləri rayon icra hakimiyyəti ilə razılaşdırılıb. Bundan əlavə, rayonda cüdo və güləş "idman zalının” və "Gənclər evi”nin tikintisi üçün torpaq sahəsi ayrılıb və zəruri sənədlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə göndərilib. Yardımlı şəhərinin və eləcə də digər yaşayış məntəqələrinin 24 saat içməli su ilə təmin olunması daim rayon icra hakimiyyətinin diqqətində saxlanılıb. Artıq bu istiqamətdə Yardımlı şəhərinə su və kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Hesabat dövrünə olan məlumata əsasən, 12,5 km su və 4,2 km kanalizasiya xətti çəkilmişdir. Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələ kimi daim diqqətdə saxlanılıb. Belə ki, əhalisinin sayı 12 min nəfər olan 18 kəndin içməli su tələbatının təmini məqsədilə "Sineyir” adlanan ərazidən həmin kəndlərə işməli su çəkilişi məsələsi müsbət həll olunub, layihələndirmə işləri aparılıb.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə rayon elektrik şəbəkəsi Yeni Yardımlı, Ərus və Sığnə yarımstansiyalarında və onlardan qidalanan xətlərdə təmir işləri aparıb. Ötən dövrdə sıradan çıxmış 9 ədəd transformator yenisi ilə əvəz olunub. Sığnə Yarımstansiyasında zədələnmiş 1600 KVA transformator yenisi ilə əvəz olunub.
Rayonuda 2013-cü ilin 6 ayı ərzində təbii qaz abonentlərinin sayının artırılması ilə müşayət olunub. Belə ki, 42 abonenti olan Bilnə kəndinə, 280 abonenti olan Bozayran kəndinə təbii qaz verilib ki, bununla da təbii qaz istehlakçılarının sayı əhali sektoru üzrə 1557, qeyri əhali sektoru üzrə 14-ə çatdırılıb. 90 abonenti olan Yardımlı şəhərinin Ünəç küçəsində qazlaşma işləri başa çatdırılıb. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq Yardımlı rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.
Bu il rayonun Bilnə və Bozayran kəndlərinə mavi yanacaq verilməklə təbii qaz istehlakçılarının sayı əhali sektoru üzrə 1557-ə, qeyri- əhali sektorunda isə 14-ə çatdırılıb. Daşkənd küçəsinə, Qabaqdibi və Mişkireyn kəndlərinə qaz xəttinin çəkilişi davam etdirilir. Hazırda rayonun 8 yaşayış məntəqəsi təbii qazdan istifadə edir. Rayonda yolların təmiri, yeni yolların və avtomobil körpülərinin tikintisi daim rayon icra hakimiyyətinin nəzarətində saxlanılıb və bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülüb. Daxili imkanlar hesabına uzunluğu 3 km olan Ostayir avtomobil yolu, tamamilə torpaq örtüklü, uzunluğu 1 km olan Əfçədulan və uzunluğu 2 km olan Hamarkənd-Abasabad avtomobil yolu çınqıl örtüklə təmir olunub, Bozayran-Bürüznübül kəndləri arasında mövcud suötürücü qurğunun yağış suları nəticəsində sıradan çıxmış hissəsi tam pərpa edilib və əhalinin rahat gəliş-gedişi təmin olunub.
Uzun illər Sırıq və Horavar kəndləri arasında Viləş çayı üzərində körpünün tikintisi nəzərdə tutulsa da, körpünün quraşdırılması mümkün olmamışdı. Lakin rayon icra hakimiyyətinin daxili imkanları hesabına bu iki kənd arasında yük götürmə qabiliyyəti 30 ton olan körpü inşa olunaraq əhalinin istifadəsinə verilib. Bu körpü 7 yayayış məntəqəsi üzrə 6000-ə yaxın əhalinin istifadəsindədir. Bu körpünün xidmətindən qonşu Lerik rayonunun da bir çox kəndinin sakinləri istifadə edirlər.
Bilindiyi kimi, Prezident İlham Əliyevin 21 fevral 2013-cü il tarixli sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Bu sərəncam rayonun bütün sakinləri tərəfindən yüksək razılıqla qarşılanıb. Ötən müddətdə rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilib, onların fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb. 2013-cü ilin altı ayı ərzində 99 fiziki və 88 hüquqi şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçib və bununla da rayon üzrə sahibkarlar subyektinin sayı 1483 olub. Bu dövrdə rayonda sahibkarlıq subyektləri tərəfindən 36,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da istehsal olunmuş ümumi məhsulun 97 faizini təşkil edir.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması sahəsində də nailiyyətləər imza atılıb. Bu gün bütün kənd yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi 24 saata çatdırılıb. Məlumat üçün qeyd edək ki, Yardımlı-Masallı-Lerik 110 KV-luq yüksək gərginlikli hava elektrik xətti çəkilir, eyni zamanda, Ərus yarımstansiyası yenidən qurulur ki, bu da rayonumuzda dayanıqlı elektrik enerji verilişinə təminat verəcək. 2003-2013-cü ilin altı ayı ərzində yeni müəssisələrin yaradılması hesabına rayon üzrə 4030 yeni iş yerləri açılıb ki, onlardan da 2873-ü daimi iş yerləridir. 2013-cü ilin altı ayında 187 yeni iş yeri yaradılıb.
Regionların sosial-iqtisadi
inkişafına dair ikinci
Dövlət Proqramında müəyyən edilmiş
tədbirlərə müvafiq olaraq ucqar dağ
rayonu olan
Yardımlıda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi
sahəsində görülən işlər uğurla
davam etdirilir. Son beş ildə
Yardımlıda 23 yeni məktəb
binası tikilib. Hazırda rayonun daha 7
yaşayış məntəqəsində-Zevin kəndində
360, Ostayir kəndində 220, Avaş kəndində 220, Alçabulaq
kəndində 220, Zenqaran, Solqart
və Fındıqlıqışlaq kəndlərində 80 şagird yerlik məktəb
binalarının və 55 yerlik Yolocaq kənd uşaq
bağçasının tikintisi davam etdirilir. Yeni tədris ilində Yardımlı rayonunda yeni 7 məktəb
binasının və uşaq
bağçasının istifadəyə verilməsi nəzərdə
tutulub. Digər sahələrdə də dinamik tərəqqi qeydə alınır.
Elşən BAYRAMOV
Mövqe. - 2013.- 30 avqust.- S. 10.