Azərbaycan "İon-Adriatik"
qaz kəmərinin
reallaşmasında da
aparıcı dövlətə çevrilir
Avropanın daha çox ölkəsi enerji təminatında ümidini
Azərbaycana bağlayır
Artıq Avropanın enerji xəritəsinin yenidən cızılmasında əsas dövltlərədən birinə çevrilən Azərbaycan perspektivdə bu istiqamətdə daha böyük nailiyyətlərin müəllifinə çevriləcək. Hər halda, əsası indidən qoyulan bir sıra möhtəşm layihələr bunun üçün əlverişli zəmin yaradır. Məsələn, artıq məlumdur ki, "Transadriatik" qaz kəməri (TAP) layihəsinin reallaşdırılması "İon-Adriatik" qaz kəməri (IAP) kimi yeni layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq.
Albaniyanın baş naziri Edi Rama bununla bağlı deyir: "TAP nəhəng layihədir, lakin o, məsələn, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina və Monteneqronu "Cənub Qaz Dəhlizi" və onun əks axını ilə yeni bazarlara qaz çatdıracaq "İon-Adriatik" qaz kəmərinin inkişafı üçün birgə səylərdə birləşdirərək yeni və innovativ birgə işlər üçün yeni yol açacaq. TAP ola bilsin ki, təkcə Albaniya üçün deyil, həm də Xorvatiya, Makedoniya, Monteneqro və sülh və əməkdaşlığın yeni erasına daxil olan Cənub-Şərqi Avropa ölkələri üçün inkişafın mənbəyi ola bilər. Biz bunu Azərbaycanın və strateji tərəfdaşımız Türkiyənin köməyi ilə etməyə köklənmişik".
Onun sözlərinə görə, bu təkcə Azərbaycanın dəstəyini və xüsusi töhfəsini tələb edən Albaniyanın milli bazarının inkişafı üçün şans deyil. Albaniya hələ də belə bazarları və zəruri infrastrukturu olmayan bir çox region ölkələrinin qazlaşdırılmasının "təbliğatçısı" olmalıdır: "Albaniya üçün TAP təkcə imkanlar deyil, həm də öhdəliklər məcmusudur. Hökumətimiz zəruri insan və maddi resurslar təqdim edərək TAP layihəsinin uğurlu işinin zəmanəti üçün institusional çərçivələr verəcək". Beləliklə, perspektivdə Azərbaycan Avropada daha böyük bir layihənin realalşmasında mühüm rol oynayacaq və aydındır ki, "İon-Adriatik" qaz kəmərinin reallaşması Azərbaycansız mümkün deyil.
Xatırladaq
ki, bu il Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina
hökumət nümayəndələri
"İon-Adriatik" qaz kəmərlərinin tikintisi
üzrə qarşılıqlı anlaşma, dəstək və
əməkdaşlıq haqqında memorandum imzalayıb. Memorandum cari ilin mayın 23-də Tiranada
imzalanıb. Tərəflər qaz
kəmərləri layihələrinin inkişafına, maliyyələşməsinə
və reallaşmasına yardım etmək, Azərbaycan və
Xəzər regionundan qazın qəbulu üçün daxili
bazarları hazırlamaq barədə öhdəlik götürüb. İştirakçı
dövlətlər TAP və IAP layıhələrinə
tam dəstəyini ifadə ediblər, bununla da Avropa
Birliyinin Avropaya qaz tədarükünün diversifikasiyası
və təhlükəsizliyinin təmin olunması məqsədlərinə
sadiq olduqlarını bəyan ediblər. Monteneqro
XİN qeyd edir ki, "Transadriatik" qaz kəməri (qazın Xəzər regionundan Qərbi Avropaya nəqli
üçün nəzərdə tutulub. Plana əsasən, Yunanıstan və Albaniyanı da əhatə edəcək boru
Adriatik dənizindən keçərək
İtaliyanın şərqindəki Apuliya
bölgəsinə çıxacaq. 530 kilometr
uzunluğu olan "İon-Adriatik" qaz kəməri
əslində "Transadriatik" qaz kəmərinin olu olacaq. 610,5 milyon dollar dəyəri olan
İAP kəməri Albaniyanın Fiyeri
şəhərindən Monteneqro və Bosniya və Herseqovina ərazisindən
keçməklə Xorvatiyanın Split
şəhərinədək uzanacaq. Onun reallaşamsı isə qeyd
olunduğu kimi,
sırf Azərbaycan qazından asılıdır.
Eyni zamanda, bütün bunlar Azərbaycanın yeni qaz strategiyasını da böyük uğurla reallaşdırmaqda olduğunu aydın surətdə nümayiş etdirir. Bu xüsusda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin fikirləri də olduqca böyük maraq doğurur: "Azərbaycanda axır 10 ildə böyük qaz yataqları aşkar olunub. "Şahdəniz"dən sonra "Abşeron", "Ümid", "Babək" çox perspektivlidir və böyük imkanlar görünür. Bu böyük qaz potensialını 2 trilyon yarımdan yuxarı olan ehtiyatları yataqda durursa, o, xalqa heç bir xeyir gətirmir. Bilirsiniz ki, qaz layihəsini həyata keçirtmək neftdən çox-çox çətindir. Nefti uzaqbaşı dəmir yolu, gəmi ilə gətirə bilərik, amma qazı boru xətləri infrastrukturu olmasa, bu potensialı istifadə etmək qeyri-mümkündür. "Şahdəniz" layihəsinin 2-ci fazasının həyata keçirilməsi mühümdür ki, Azərbaycanın gələcək 50 ilinin iqtisadi potensialına böyük imkanlar yaransın. Biz "Şahdəniz-2" layihəsini həyata keçirməklə, boru kəmərinin genişlənməsi, TANAP-ın tikilməsi və TANAP-da Avropaya birləşən TAP-ın tikilməsi ilə artıq Azərbaycan qaznın Avropaya yolunu açmağa nail olmuşuq. Əgər bu infrastruktur olmasa "Abşeron” qaz yatağından çıxan qazın heç bir qiyməti olmaz. Bunun iqtisadiyyatda böyük effekti olacaq. Bu layihə həmçinin qeyri-neft sektorunun inkişafına da böyük təkan verəcək. "Şahdəniz-2” o qədər böyük yataqdır ki, onun potensialı bu 50 milyardlıq infrastrukturun qurulmasına imkan verir. Qalan yataqlar ondan istifadə edərək bəhrələnəcəklər". Ölkənin qaz strategiyası həm də məşğulluq sahəsində problemlərin həlli üçün mühüm rol oynayır. Elə "Şahdəniz 2" layihəsinin icrası Azərbaycanda minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq.
Səməd CƏFƏROV
Mövqe. - 2013.- 25 dekabr.- S.9.