Gəncədə ən müasir
tələblərə uyğun sosial infrastruktur
yaradılır
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Ölkə regionlarının dinamik tərəqqisinə yol açan məlum dövlət proqramlarının əsas nəticələrindən biri də bölgələrdə ən müasir tələblərə uyğun sosial infrastrukturun yaradılması oldu. Bunu indi siması gündən-günə gözəlləşən müasir Gəncənin timsalında da aydın görmək olar. Gəncənin sürətlə yeniləşməsini elə şəhərin girişindəcə aydın görmək mümkündür. Şəhərə daxil olduqda insanı valeh edən məqam elə möhtəşəm giriş qapılarıdır. Qeyd edək ki, Gəncənin iki hissəli giriş qapısı var və burada qırmızı rəngdə gözəl qala divarları ucaldılıb.
Gəncə
qapıları ilə Nizami məqbərəsi arasında olan
2.6 km məsafədə, yolun sağ tərəfində
Şeyx Nizaminin əsərlərindən nümunələrin
əks olunduğu abidə kompleksi yaradılıb. Yolun sol hissəsini
isə yaşıllıq zolaqları və fəvvarələr
bəzəyir.
Şəhərə
daxil olduqca yenə qırmızı kərpicdən
ucaldılan yolboyu divarlar və hamar asfalt yollar da insanda gözəl
təəssürat doğurur. Ümumiyyətlə, müasir Gəncənin hər bir
hissəsində yeniliyin və novatorluğun şahidi olmaq olar. Bu
isə ondan xəbər verir
ki, regionların sosial-iqtisadi
inkişafı ilə bağlı 2009-2013-cü illəri əhatə
edən ikinci Dövlət Proqramı da ölkənin digər bölgələrində
olduğu kimi, Gəncədə
uğurla icra edilib. Proqramın həyata
keçirilməsi istiqamətində görülmüş
işlər bu şəhərin də sosial-iqtisadi inkişafında keyfiyyətcə
yeni mərhələnin
başlanğıcını qoyub, qeyri-neft sektorunun
davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin
yaradılmasına, regionlarda kommunal, xidmət və sosial
infrastruktur təminatının həcminin
və keyfiyyətinin yüksəlməsinə təkan verib.
Bu gün də ölkə Prezidenti İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində bütün regionlarda olduğu kimi, Gəncə şəhərində də sosial və iqtisadi sahədə qazanılan uğurlar davamlı şəkildə artır. Görülən işlər nəticəsində isə cari ildə də bir sıra sosial yönümlü obyektlər istifadəyə verilib. Məsələn, ulu öndərin adını daşıyan parkda nadir, möhtəşəm memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzinin, burada həmçinin Müasir İncəsənət Muzeyi, Gənclər Mərkəzi, 3800 yerlik "Amfiteatr”, "Şəlalələr” Kompleksi, "Zəfər Tağı” ının inşası başa çatdırılıb. Nizami Gəncəvi Muzeyinin, Uşaq Yaradıcılıq və Məhsəti Gəncəvi Mərkəzlərinin tikintisi də başa çatdırılan obyektlər sırasındadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində fəaliyyət göstərəcək "ASAN” Xidmət Mərkəzinin tikintisi yekunlaşıb. Mərkəz şəffaflığın artırılmasına, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasına, elektron xidmətlərdən daha geniş istifadə edilməsinə xidmət edir. Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Regional Mərkəzi artıq istifadəyə verilib. Burada Qərb regionu üzrə 11 rayon və şəhərin 1 milyondan çox vətəndaşına xidmət göstərilməsi üçün imkan var. Bu mərkəzdə gün ərzində 300-dən çox vətəndaşın qəbul edilməsi üçün şərait yaradılıb.
Atatürk
prospektində 3,3 hektar ərazidə ümumi
yaşayış sahəsi 32 min 819 kv metr olan 4 ədəd 7 mərtəbəli,
2 ədəd 5 mərtəbəli yaşayış
binasının inşası davam etdirilir. Xətai
prospektində ümumi sahəsi 9 min kvadratmetr olan 8 mərtəbəli "AURA PARK” Ticarət
və Əyləncə Mərkəzi, Tağı Arani küçəsində yerləşən
ümumi sahəsi 1 min
140 kvadratmetr olan 2 mərtəbəli
"Cold İmperial”
Əyləncə mərkəzi istifadəyə verilib, burada əhalinin
asudə vaxtının səmərəli keçirilməsi
üçün hər cür
müasir şərait yaradılıb.
Görülən
işlər sayəsində Əttarlar küçəsində
yerləşən 86, 96, 109, 113, 116, 125, 133 ünvanlarda, həmçinin
Ozan küçəsi ilə Təbriz küçəsinin kəsişməsindəki
fərdi yaşayış evinin, Atatürk prospekti, 254 və
281 ¹-li evlərinin, Ə.Əşrəfzadə küçəsində
Hərbi hospitalın və Veteranlar küçəsində Gəncə
Hərbi Məhkəmənin, H.Əliyev küçəsi ilə
Atatürk prospektinin kəsişməsində yerləşən
qədim binaların fasadlarında təmir-bərpa işləri
başa çatdırılıb. Son
bir ildə 92 fərdi ev,
ondan 69-u Nizami
prospektində, 23-ü Ş.İ.Xətai prospektində inşa edilib. Həmin
prospektlərdə yollar genişləndirilib.
Regionların sosial-iqtisadi
inkişafı II Dövlət Proqramı çərçivəsində
Gəncəçay çayının şəhər ərazisindən
keçən hissəsində sahilboyu bərkitmə
işlərinin aparılması və çayın məcrasının
yenidənqurulması da böyük
məmnunluqla qarşılanır. Sahil
boyu park
salınır, mövcud parklar
yenidən qurulur, sosial
obyektlər inşa edilir.
Şəhərdə
yol infrastrukturunun təkmilləşdirilməsi, əhalinin
rahatlığı və təhlükəsizliyinin təmin
edilməsi istiqamətində aparılan mühüm işlər
bu ildə də davam etdirilib.
Sakinləri
narahat edən mənzil-məişət problemləri istiqamətində
irimiqyaslı tədbirlər görülərək qısa
müddət ərzində yaşayış binalarının
dam örtükləri əsaslı təmir olunur, həyətyanı
sahələr abadlaşdırılır, lift təsərrüfatı
yenidən qurulur. Bu ilin
ilk üç
rübündə mənzil fonduna məxsus
250-ə yaxın yüksəkmərtəbəli binanın dam örtüyü dəyişdirilib
və bu işlər hazırda da davam etdirilir.
Lift təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində də müvafiq tədbirlər
görülür. Əhalinin asudə
vaxtının və istirahətinin səmərəli təmin
edilməsi üçün Əziz
Əliyev, "İstiqlal”, Eminbəyli, M.Ş.Vazeh, Məhəmməd
Hadi və digər parklarda
yenidənqurma, abadlıq, təmir və tikinti
işləri həyata keçirilib. Fikrət
Əmirov adına parkın ikinci hissəsində
geniş abadlıq-quruculuq işləri
aparılaraq əhalinin istifadəsinə verilib.
Sosial-iqtisai
tərəqqi göstəriciləri də olduqca yüksəkdir.
Məsələn, 2013-cü ilin 9 ayında şəhərdə istehsal edilmiş ümumi məhsul buraxılışı əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz artaraq, müqayisəli
qiymətlərdə 495,2 milyon manatlıq
məhsul istehsal olunub
və xidmətlər göstərilib. Sənaye sahəsi
öz dinamik
inkişafı ilə seçilib. Bu ilin ilk 9 ayı ərzində
istehlakçılara bütün sənaye
məmulatları üzrə 8,1 faiz çox məhsul göndərilib, xidmətlər
göstərilib. Ümumi istehsalın 88,7
faizi sənaye məhsulu
istehsalının, 11,3 faizi sənaye xarakterli xidmətlərin hesabına
yaranıb.
Ölkə
Prezidenti İlham Əliyevin "Azərbaycan Polad İstehsal
Kompleksinin yaradılması haqqında” 2013-cü il 23 aprel Sərəncamı
ilə Gəncə şəhərinin və Daşkəsən
rayonunun ərazilərində dəmir filizinin hasilatından
polad istehsalına qədər bütün mərhələləri
əhatə edən Polad istehsalı kompleksi yaradılması
prosesi Gəncənin daha böyük uğurlara imza
atmasını şərtləndirəcək. Bu, minlərlə yeni iş yerlərinin yaradılması deməkdir.
Məlumdur ki, "Gəncə DET.AL” Alüminium MMC-nin Alüminium zavodunda
metaltökmə və fasiləsiz yayma, həmçinin
təzyiqlə yayma və boyama
istehsal sahələri tam
hazır vəziyyətə gətirilib və sınaq məhsulları
istehsal edilir. Bu sahələrin istismara
verilməsi ilə əlavə olaraq 200 nəfərdən
çox işlə təmin edilib. "Gəncə-Qənnadı” ASC-nin Süd emalı zavodunda texnoloji prosesin və quraşdırılmış
avadanlıqların tam işçi
vəziyyətinə gətirilməsi işləri
aparılır. Müəssisənin inzibati
binasında, həmçinin istehsalat sahəsində
yenidənqurma və təmir işləri sürətləndirilib.
"Elba” Kəsim və Emal Fabrikası” MMC-nin tikintisi davam
etdirilir. Burada iri və xırda buynuzlu mal-qaranın avtomatlaşdırılmış
üsulla kəsimi ilə yanaşı, quş kəsimi də həyata keçirilməsi yeni uğurların göstəricisidir.
"Gəncə Əlvan Metal emalı” ASC-də neft sənayesinin
tələbatına uyğun
olaraq dərin özlüklərin, estakadaların
korroziyadan qorunması
məqsədi ilə alüminium əsaslı protektorlardan başqa maqnezium əsaslı, daha mürəkkəb, daha keyfiyyətli protektorların istehsalına
başlanılıb. Bununla yanaşı,
digər çeşiddə,
növdə məhsul
istehsalı üçün
işlər görülür.
Müdafiə Sənayesi Nazirliyinin Maşınqayırma zavodunda "Palıd-G”, digər iki istehsal və köməkçi sahələri, həmçinin, inzibati bina tam hazır vəziyyətə gətirilib. Müəssisədaxili ərazi abadlaşdırılıb, yaşıllıq sahələri yaradılıb. "Gəncə-Dəyirman” MMC-də buğda ehtiyatını əldə etmək üçün hər biri 5 min ton olan 2 ədəd taxıl çəni və aidiyyəti qurğular quraşdırılıb istifadəyə verilib, taxıl ehtiyatının ümumi həcmi 17 min tondan 27 min tona çatdırılıb. "Gəncə Aviaekologiya” MMC-də gündəlik istehsal olunan kərpic sayının 20 min ədədə çatdırılması, məhsulun maya dəyərinin aşağı salınması məqsədilə ilin əvvəlindən aparılan yenidənqurma işləri davam etdirilir. Bütün bunlar şəhərin dinamik tərəqqisinin real göstəriciləri kimi çıxış edir.
R.BAYRAMOV
Mövqe. - 2013.- 24 dekabr.-
S.10.
(ardı var)