Regionlarda təbii şəfa ocaqları bölgələrdə turizmin tərəqqisinə də böyük töhfə verir

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Danılmaz həqiqətdir ki, «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın uğurla icrası son illərdə bölgələrin simasının daha sürətlə müasirləşməsinə, gözəlləşməsinə gətirib çıxarıb. Proqram çərçivəsində ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri, o cümlədən tikilən və əsaslı təmir olunan təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlər bu sahədə mühüm dəyişikliklərə yol açıb.

Əhalinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlər möhtəşəm nəticələrlə müşayiət olunur. Eyni zamanda bütün bunlar bölgələrdə infrastrukturu yaxşılaşdırmaqda burada turizmin tərəqqisinə də böyük töhfələr verir. Digər tərəfdən görülən işlər regionlarda təbii müalicə ocaqlarına daha böyük sayda insanın cəlb olunmasını stimullaşdırır.

Azərbaycanın milli sərvəti olan təbii müalicə ehtiyatlarının və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi sahəsində isə son dövrlər regionlarda böyük işlər görülüb. Respublikamızın bölgələrindəki təbii müalicə ocaqlarının və şəfa bulaqlarının müasir standartlar səviyyəsində qurularaq insanların istifadəsinə verilməsi beynəlxalq turizmin də diqqətini ölkəmizə yönəltməkdədir.

Ümumiyyətlə, Azərbaycanın turizm sektoru təbii mənzərələrdən başqa, gəzməli yerləri, mədəniyyət ocaqları və müasir turizm kompleksləri, təbii şəfa ocaqları baxımından da zəngin imkanlara malikdir. Şəki-Zaqatala, Lənkəran-Astara, Bakı və Abşeron yarımadası, Naxçıvan zonası, Şirvan və Gəncənin tarixi yerləri respondentlərin bu baxımdan xüsusilə vurğuladığı yerlərdir. Turizm bölgəsi kimi Azərbaycan bir çox xəstəliklərə təbii şəfa gətirən yerləri, istirahət zonaları və şəfalı suları ilə də zəngin olan ölkədir. Məsələn, məlumdur ki, Qax rayonu kurort sərvətləri cəhətdən də çox zəngindir. Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının yaradılmasını zəruri edir. İlisu və Sarıbaş kəndlərində yer üzünə çıxan termal bulaqlar qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunur. Hamam çayı sahilindəki Oğlan bulaq, Qız bulaq və hamam adlanan hovuzlar oraya gedən yüzlərlə xəstəyə şəfa bəxş edir. Əvvəllər əksər hallarda bu bulaqların suyu hədər yerə axıb gedirdi. İndi həmin bulaqların suyu borularla "Ulu dağ” istirahət mərkəzinə gətirilir. İnsanlar hər cür şəraiti olan rahat otaqlarda bu müalicəvi sudan istifadə etməyə başlayıblar.

Gədəbəy də yalnız tarixi və qədim abidələri ilə deyil, həm də gözəl iqlimi, səfalı bulaqları ilə də məşhurdur. Belə məşhur bulaqlardan biri də rayonun Slavyanka kəndində yerləşən Novlu bulaqdır. Özünəməxsus xüsusiyyətlərə və müxtəlif faydalı minerallara malik bu bulağın suyu 2004-cü ildən Gədəbəy Mineral Suları MMC şirkəti tərəfindən "Gədəbəy” və "Slavyanka - 1” markaları ilə istehsala buraxılır. Rayonun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiya ilə təchiz olunmuş fabrikdə müxtəlif ölçülü qablarda istehsal olunan bu su codluq səviyyəsinin aşağı olmasına, yəni yüngüllüyünə görə digər sulardan seçilir.

Ölkəmizdə müalicəvi turizmin imkanlarından danışarkən adı dillər əzbəri olan Naftalan neftindən bəhs etməmək mümkün deyildir. Müalicəvi xassələrə malik olan Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin aradan qaldırılmasında əvəzsizdir. Bu təbii müalicə vasitəsinin eləcə də qaraciyər xəstəliklərinin, oynaqların və oynaqdankənar yumşaq toxumaların müalicəsində müstəsna əhəmiyyəti artıq bütün dünyada məlumdur.

Hələ qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, o cümlədən uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə insan müxtəlif xəstəliklərdən xilas olmaq üçün burada Naftalan nefti ilə müalicə olunmuşdur. Tarixi mənbələr sübut edir ki, ta qədimdən başlayaraq tuluqlar yüklənmiş dəvə karvanları vasitəsilə Naftalan nefti Azərbaycandan Şərq ölkələrinə aparılırmış.

1887-ci ildə Yeqer soyadlı alman mühəndis Almaniyada "Naftalan” məlhəmini istehsal etməyə başlamış və dünyanın bir sıra ölkələrinə ixrac etmişdir. Rus-yapon müharibəsi dövründə Yaponiya əsgərlərinin çantalarında içərisində Naftalan məlhəmi olan kiçik qablar olmuşdur. Həmin qabların üzərində qısa, lakin çox ümidverici belə bir yazı vardı: "Kimdə bu məlhəm varsa, o, heç bir yaradan qorxmasın”.

Naftalanda dünyada yeganə olan bir muzey vardır. Bu muzeyin eksponatları atılmış qoltuq ağaclarıdır. Xəstələr sağaldıqları üçün qoltuq ağaclarını burada qoyub gedərlərmiş. Naftalan kurortu rəsmən 1935-ci ildən fəaliyyət göstərir. Bu kurort 1957-ci ilədək mövsümi işləmiş, həmin ildən etibarən isə il boyu fəaliyyət göstərməyə başlamışdır. Çarpayı sayı ildən - ilə artan kurortun bazasında 1982-ci ildə Naftalan Sanatoriya Birliyi yaradılmışdır. O zaman 6 sanatoriya, kurort poliklinikasından ibarət kurort birliyində 3200 çarpayı var idi. Kurort birliyi il ərzində keçmiş Sovet İttifaqının respublikalarından 50-70 min xəstə qəbul edirdi.

SSRİ-nin dağılması Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1991-ci ildən etibarən bu kurorta gələnlərin sayı kəskin surətdə azalmağa başladı. O vaxtlar Azərbaycanın qarşılaşdığı gərgin vəziyyətlə əlaqədar burada yerləşən sanatoriya pansionatların əksəriyyətində məcburi köçkünlər məskunlaşmışdı. Digərləri isə fəaliyyətini birdəfəlik dayandırmalı olmuşdu.

Artıq gərginlik dövrü arxada qalıb. Son illərdə Naftalanın əvvəlki şöhrətini qaytarmaq istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin xüsusi diqqət qayğısı sayəsində bu məşhur kurort şəhərinin infrastrukturu tamamilə yenilənib müasir müalicə mərkəzləri istifadəyə verilib. Bunun nəticəsidir ki, hazırda ilin bütün fəsillərində, xüsusilə yay aylarında Naftalana nəinki Azərbaycanın digər bölgələrindən, eləcə bir çox xarici ölkələrdən müalicə məqsədilə gələnlərin sayı artmaqdadır. Naftalana ənənəvi olaraq Rusiya, Polşa, Almaniya, Fransa, İran, Türkiyə, Filippin başqa ölkələrdən şəfa tapmağa gələnlər çoxluq təşkil edir. Bu insanları kurort şəhərinə gətirən isə təbii ki, Naftalan neftinin dünyada qazandığı şöhrətlə bağlıdır. Buraya gələnlər Naftalan nefti onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Naftalanın təkcə nefti deyil, həm təmiz havası şəfa tapmaq üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, son vaxtlar istifadəyə verilmiş "Sehrli Naftalan" sağlamlıq istirahət mərkəzinə gələn turistlərin sayı daha çoxdur. Dünya standartları səviyyəsinə uyğun inşa olunmuş mərkəzdə müalicə otaqları, neft vannaları, müasir tibb avadanlıqları digər xidmətlərin göstərilməsi üçün kabinetlər mövcuddur. "Sehrli Naftalan" sağlamlıq mərkəzinə gələnlər gün ərzində Naftalan vannası, naftalan-parafin aplikasiyası, masaj, vibromasaj, iynəsancma digər müalicə üsulları ilə yanaşı, mərkəzin bütün xidmətlərindən istifadə edə bilərlər.

Respublikamızın möcüzəli guşələrindən biri məşhur "İstisu Fatimeyi-Zəhrasanatoriyasıdır. Sanatoriya Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının ətəyində, Viləş çayının sahilində yerləşir. Yerin çox dərin qatlarından 60 dərəcədən yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədimdə yerli sakinlər bu suyu minbir dərdin dərmanı olaraq möcüzə kimi qəbul ediblər.

"İstisu”yun həqiqətən müalicəvi olmasını ötən əsrin 60-ci illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut edib. O vaxtlar alimin kəşfi böyük maraq doğurmuş Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim buraya gələrək əlavə tədqiqat aparmış həmvətənimizin kəşfini təsdiqləyib. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə "İstisu” "Xüsusi əhəmiyyətli Ümumittifaq müalicəvi kurort sanatoriyasıadını alıb. Sanatoriyada eyni vaxtda 200-dək adamı qəbul etmək onların xidmətində dayanmaq olur. Dəmbəlov dağının ətəyindən çıxan isti su ilə oynaq, mədə-bağırsaq, travmatik ağrılarını artroz kimi fəsadları aradan qaldırmaq mümkündür. Pisarioz, germatit, neyrodermit, göbələk, ekzema, böyrək sidik yolları, habelə radikulit, prostatit, hipertoniya, qaraciyər öd, qadın xəstəlikləri müalicə oluna bilə.

Azərbaycanın ən səfalı şəfaverici məkanlarından biri Naxçıvandır. Bu diyara üz tutan xarici turistlər dünyada tayı-bərabəri olmayan "Əshabi kəhf”lə tanış olmaq, məşhur "Üzən ada”nı, "Batabatgölünü seyr etmək imkanı qazana bilərlər. Qeyd etmək yerinə düşər ki, "Badamlı”, "Sirabkimi müalicəvi sular məhz respublikamızın bu gözəl diyarında çıxır.

Eyni zamanda Naxçıvan özünün nadir duz mağarası ilə məşhurdur. Astma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilib. Dağın altına doğru 300 metr uzanan divarları duz qayaları ilə örtülü "Duzdağ Hotel” in dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən bir həftə gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar. Sovetlər dövründə SSRİ-ni idarə edənlərin böyük əksəriyyəti bu mağarada şəfa tapıb. Hətta rus çarlarının belə buraya müalicə üçün gəldiyi deyilir.

Göründüyü kimi, Azərbaycanda müalicəvi turizmin inkişaf etdirilməsi üçün imkanlar kifayət qədərdir. Ürək ağrısı ilə deməliyik ki, ölkəmizin ən ecazkar şəfa ocağı-Kəlbəcərdəki əvəzsiz müalicəvi əhəmiyyətə malik olan "İstisu” mineral su qaynaqları bu gün erməni tapdağı altındadır. Aydındır ki, həmin əsrarəngiz şəfa ocağı, habelə işğal altında olan Dağlıq Qarabağ digər ərazilərimizdəki təbii qaynaqlarımız düşmən tapdağından azad edildikdən sonra bu cənnət məkan Azərbaycanda müalicəvi turizmin mərkəzinə çevriləcək.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-7 fevral.-S.-10.