Regionların sosial-iqtisadi göstəriciləri möhtəşəm uğurlardan xəbər verir

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Son illərin sosial-iqtisadi yekunlarının təhlili Azərbaycan regionlarında əhalinin məşğulluq səviyyəsinin yüksəldyini, insanların sosial rifah halının davamlı şəkildə yaxşılaşdığını göstərir. Sözügedən uğurların əldə olunmasında digər dövlət proqramları kimi "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" müstəsna rol oynayır.

Dövlət başçısı isə proqramın icrasını və regionların inkişafını həmişə olduğu kimi, ötən ildə də diqqət mərkəzində saxlayıb, hər rayona bir neçə dəfə edilmiş səfərlər zamanı görülən işlərlə yerində tanış olub, hər bir rayonun inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış konkret məsələlərin həlli məqsədilə əlavə olaraq 232,5 milyon manat vəsaitin ayrılması barədə 64 sərəncam imzalayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edir ki, əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaradıb, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artıb, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 "faiz bəndi" üstələyib. İl ərzində 93 mini daimi olmaqla 117 min yeni yeri və 5,4 min müəssisə açılıb.

Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində dövlət proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlayıb və 360 minə yaxın yeni yeri yaradılıb ki, bunun 270 mindən çoxu daimidir. Yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5,2 faizə enib. Ötən il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın üçüncü ilinin yekunları ilə bağlı keçirilmiş konfransda, Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlar əsas istiqamət kimi diqqətdə saxlanılıb və icrası məqsədilə müvafiq qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Proqramda nəzərdə tutulmuş işlər üçün ötən il ümumilikdə əsas kapitala 5 milyard manat, o cümlədən dövlət investisiya proqramı çərçivəsində 4,1 milyard manat vəsait yönəldilib ki, bu da ümumi məbləğin 72 faizini təşkil edir. 2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilib. Bu il isə əsaslı vəsait qoyuluşlarının 77 faiziya 5,3 milyard manat regionlar üçün ayrılıb. Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ötən il regionlarda 2 su elektrik stansiyası istifadəyə verilib, 935 transformator və 29 yarımstansiya tikilmişya əsaslı təmir olunub.

Elektrikötürücü xətlərin çəkilişi və yenilənməsi prioritet kimi müəyyən edilib, regionlarda 3570 kilometr elektrikötürücü xətləri çəkilib və ya əsaslı təmir olunub. Yaşayış məntəqələrinin qazlaşdırılması işləri ötən ildə də davam etdirilib, regionlarda 6200 kilometrə yaxın qaz kəməri çəkilərək, 34 rayonun 174 kəndi və 10 qəsəbəsi təbii qazla təmin olunub.

Əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı 61 şəhər və rayon mərkəzlərində işlər davam etdirilib, regionlarda 1200 kilometr su, 543 kilometr kanalizasiya xətti çəkilmiş və ya təmir olunub, 25 su anbarı tikilib. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilib. Bununla da, hazırda bu qurğuların istismara verildiyi 20 rayonun 221 kəndində 400 mindən çox sakin keyfiyyətli içməli su ilə təmin olunur.

Aran iqtisadi rayonunun su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulmuşdur ki, bu da Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin ümumilikdə 470 min nəfər əhalisini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcək. Proqram çərçivəsində il ərzində 537 kilometr respublikayerli əhəmiyyətli avtomobil yolları tikilibya təmir olunub, 25 yeni körpütunel inşa edilib, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılıb.

Ötən il 18 layihə üzrə işlərə başlanılıb və cari ildə bu çərçivədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaq ki, bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bundan əlavə, tapşırığınıza əsasən cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanacaq. İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 41 ATS, 56 poçt şöbəsi istifadəyə verilib, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb və hazırda əhalinin 70 faizi internet istifadəçisidir.

Əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilib. Regionlarda il ərzində 205 məktəb, 45 bağça, 40 səhiyyə, 23 idman və 48 mədəniyyət obyekti tikilmişya əsaslı təmir olunub. Məcburi köçkünlərin, əlil və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə 2012-ci ildə Sumqayıt, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda, ZabratHövsan qəsəbələrində yeni yaşayış binaları, Goranboy rayonunda 525, Şəkidə 423, Müşfiqabad qəsəbəsində isə 1440 ailə üçün salınmış məhəllələr istifadəyə verilib.

Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında, əvvəlki illərdə olduğu kimi, mühüm rolu olub. Fond tərəfindən həyata keçirilən layihələr insanların sosial durumunun yaxşılaşmasında xüsusi önəm kəsb edir. Eləcə də maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələri istismara verilib, hazırda yeni istehsalemal sənayesi müəssisələrinin tikintisi davam etdirilir.

Bununla yanaşı, regionlarda quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticəsini verib, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olub. Ötən il quş əti istehsalı 24,7 faiz, yumurta istehsalı 21,3 faiz, ət istehsalı 8,3 faiz, süd istehsalı 6 faiz artmış, özünütəminetmə səviyyəsi xeyli yaxşılaşıb, yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılıb.

İl ərzində kənd təsərrüfatı torpaqlarında 162 min poqonmetrə qədər kollektor-drenaj şəbəkələri, 209 min poqonmetrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulub. Bununla yanaşı, Şəmkir dəryaçası, Yuxarı Mil kanalı, Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron kanalının yenidən qurulması davam etdirilib.

Ötən ildə də biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini verib. Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların online rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını alır.

Ötən ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilibbu kreditlər hesabına 9100-dək yeni yerinin yaradılması nəzərdə tutulub. Verilmiş kreditlərin 83 faizi regionların payına düşüb. Ötən il ərzində fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emalinfrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 taxılçılıq, 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələridir. Hazırda güzəştli kreditlər hesabına 13 quşçuluq fabrikinin, 3 heyvandarlıq kompleksinin, 12 soyuducu və taxıl anbarının, 8 istixana kompleksinin, 3 ət emalı, 2 konserv, 7 çörək zavodlarının tikintisi aparılır.

"Aqrolizinq" xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilib, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilib. İl ərzində on rayonda aqroservis filialları tikilib, ölkəyə 1785 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilib. Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılıb, bir çox məhsullarımız artıq AvropaAmerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırıb.

Bütövlükdə, 2012-ci ildə regionlarda 44500 və ya 2011-ci ildəkindən 17 faiz çox vergiödəyicisi qeydiyyatdan keçib, regionlar üzrə vergi daxilolmaları 4,8 faiz artıb, 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilib. Qusarda Şahdağ turizm kompleksinin tikintisinin birinci mərhələsi tamamlanıb, bir sıra rayonlarda yeni hotellər və istirahət kompleksləri istifadəyə verilib. Turizmin inkişafı istiqamətində görülən işlər regionlarımızı cəlbedici turizm məkanına çevirməklə bərabər, burada mötəbər tədbirlərin keçirilməsinə əlverişli şərait yaradır.

 

 

Elşən BAYRAMOV

 

         Mövqe.-2013.-14 fevral.-S.10.