Regionlarda yol infrastrukturu müasir tələblərə uyğunlaşdırılır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Ölkə regionlarında infrastrukturun müasir tələblərə uyğun qurulması hazırda xüsusi diqqət mərkzəindədir və bu istiqamətdə müvafiq addımlar atılmaqda davam edir. Belə infrastruktur layihələri sırasında isə yollar xüsusi yer tutur. Məlumat üçün bildirək ki, «Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»

çərçivəsində təkcə ötən il ərzində 537 kilometr respublikayerli əhəmiyyətli avtomobil yolları tikilibya təmir olunub, 25 yeni körpütunel inşa edilib, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılıb. Özübir sıra regionlardan keçən yollar həm də beynəlxalq əhəmiyyətə malikdir. Beynəlxalq əhəmiyyətə malik nəqliyyat yolu istiqamətində ilk olaraq daha çox diqqət cəlb edən Tarixi İpək Yoluduronun xeyli hissəsi məhz regionların payına düşür. Bu yol indi Şərq-Qərb və ya Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizi kimi də təqdim olunuronun formalaşdığı vaxtdan etibarən, keçdiyi əsas coğrafi məkanlardan biri məhz Azərbaycandır. Tarixi İpək Yolunun bərpasına Azərbaycanla yanaşı, AvropaOrta Asiya, eləcə də Şərq ölkələri də böyük maraq göstərirlər. Sözügedən nəqliyyat dəhlizinin bərpa edilməsinin əsas məqsədləri aşağıdakılardan ibarətdir: bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişaf etməsi; nəqliyyat əlaqələrinin inkişaf etməsi - yük və sərnişinlərin beynəlxalq daşınması; tranzit daşınmalar üçün əlverişli şəraitin yaradılması; yük daşınmalarının müddətinin qısaldılması; nəqliyyat siyasətinin uyğun olaraq aparılması; daşınma tarifləri və vergilərə xüsusi güzəştlər; müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi; yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət;· çoxmodallı (birləşmiş) daşımaların təşkil oulnması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması.

Tarixi İpək Yolunun bərpa olunması məqsədilə ötən əsrin sonlarında tarixə TRASEKA Proqramı adı ilə düşmüş mühüm bir sənəd hazırlandı. Azərbaycanda bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək, Tarixi İpək Yolunun bərpa olunması sahəsində - TRASEKA Proqramının hazırlanması və yaradılmasında yaxından iştirak edib. 1993-cü ildə Brüsseldə bununla bağlı keçirilən konfransda Avropa Komissiyasının TRASEKA Proqramının yaradılmasının təşəbbüskarı olan keçmiş SSRİ-nin 8 ölkəsindən biri məhz Azərbaycan olub. Ölkəmizin TRASEKA Proqramında iştirakı strateji əhəmiyyət kəsb edir və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır.

TRASEKA layihəsinin həyata keçirilməsində ən mühüm mərhələ isə 1998-ci il sentyabrın 8-də Bakıda «Böyük İpək Yolunun bərpası» mövzusunda keçirilən beynəlxalq konfrans hesab edilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransda Avropa İttifaqının TRASEKA Proqramı əsasında «Avropa - Qafqaz - Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş» imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. Konfrans nəticəsində həmçinin TRASEKA layihəsinin daimi katibliyinin Bakıda yerləşməsi haqqında qərar da qəbul olunduqdan sonra 2001-ci ilin fevral ayının 1-də Heydər Əliyev və Aİ-yə sədrlik edən İsveçin xarici işlər naziri Anna Lindin iştirakı ilə daimi katibliyin ofisinin açılışı olub.

XXI əsr üçün ən böyük proqramlardan biri sayılan TRASEKA-nın hərtərəfli inkişafının təmin edilməsi Cənubi QafqazOrta Asiya ölkələrinin Avropa ilə inteqrasiyası üçünmühüm əhəmiyyət kəsb edir. O da xüsusi olaraq qeyd olunmalıdır ki, Avropa Komissiyasının Nəqliyyat Üzrə Yüksək Səviyyəli İşçi Qrupu öz fəaliyyəti nəticəsində Avropanın prioritet nəqliyyat dəhlizlərini və nəqliyyat layihələrini müəyyən edibbunlar sırasında TRASEKA da yer alır.

Ötən dövr ərzində isə TRASEKA Proqramı çərçivəsində Əsas Çoxtərəfli Sazişin şərtlərinin həyata keçirilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb. Belə ki, TRASEKA nəqliyyat dəhlizi üzrə yük axınının artırılması üçün son illər ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində vacib addımlar atılıb, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman qurğularının təmiri üzrə xeyli işlər görülüb. Bundan başqa Bakıda ildə 10 milyon ton neft məhsullarının boşaldılıb yüklənməsinə imkan verən neft boşaltma limanı istifadəyə verilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalında yenidənqurma işləri yekunlaşdırılıb.

Bununla yanaşı, ölkənin qeyri-neft sektorunda mühüm rolu olan tranzit potensialı gücləndirilib, avtomobil magistrallarının yenidən qurulması davam etdirilib, dəmir yol nəqliyyat sisteminin inkişafına dair dövlət proqramı qəbul olunub. Transmilli nəqliyyat layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidən qurulması, regionlarda yol şəbəkələrinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilib.

Beynəlxalq iqtisadisiyasi sferada əlaqələrini daim genişləndirən, dünya dövlətləri və təşkilatları ilə mövcud əməkdaşlığı dərinləşdirən Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri müxtəlif istiqamətlər üzrə nəqliyyat, idxalixrac marşurtlarının mövcudluğunu təmin etmək, yaxud belə marşrutlarda yaxından iştirak etməkdir. Qeyd olunan kontekstdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də ayrıca qeyd ounmalıdır. Sözügedən nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb.

2001-ci il 21 dekabr tarixində Azərbaycan həmin Razılaşmaya qoşulması üçün vermiş rəsmi notaya 2005-ci ildə müsbət cavab alıb həmin ilin sentyabrın 20-də Prezident tərəfindən imzalanmış qanunla respublikamız "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında" Sazişə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin dəmir yolu, avtomobil, dəniz, çayhava nəqliyyatı xidmətləri beynəlxalq bazarına girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir. Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil yolları, çayhava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir.

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkəmiz üçün əhəmiyyətli olduğundan, respublikamızın coğrafipotensial tranzit ölkə kimi imkanları nəzərə alınaraq, mövcud nəqliyyat infrastrukturunun bərpası və inkişaf etdirilməsi işlərinə başlanılmışdır. Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolunun iştirakı nəzərdə tutulur ki, burada əsas amil kimi, yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda, daha uzaq məsafəyə daşınması götürülür. Dəhliz vasitəsilə yük daşımalarına Azərbaycan Respublikasının yol-nəqliyyat kompleksinin daha geniş cəlb edilməsi, xüsusən avtomobil nəqliyyatının və Xəzər Dəniz Gəmiçiliyinin imkanlarından tam istifadə olunması üçün şərait yaradılması istiqamətində mühüm addımlar atılıb.

Dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsinin uzunluğu 511 km-dir. Bakı-Yalama sahəsində dəmir yolu ikixətlidir, elektrikləşdirilmiş və avtomatik rabitə və işarəvermə sistemi ilə tam təchiz olunub. Sahənin buraxılış qabiliyyəti sutkada 60 cüt qatardır. Bakı-Astara dəmir yolu sahəsinin Osmanlı stansiyasına qədər olan 140 km-lik hissəsi ikixətlidir, elektrikləşdirmiş, avtomatik işarəvermə sistemi ilə təchiz olunub. Aparılmış təhlillərə əsasən, dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi birinci üç il ərzində 2 milyon tona qədər, ikinci mərhələdə 5-6 milyon ton, üçüncü mərhələdə isə yəni birbaşa dəmir yolu əlaqəsi yaradıldıqdan sonra 15 milyon tona qədər artacaq. Bunun da tam həcmdə təmin olunması və təhlükəsizlik normalarının qorunması üçün bir sıra texniki tədbirlərin görülməsi zəruri şərt kimi çıxış etdiyindən 2001-ci ildən başlayaraq, xeyli işlər görülüb və hazırda da davam etdirilir. Azərbaycan dəmir yolunun İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün də müəyyən addımlar atılıb.

Bununla yanaşı, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən avtomobil yollarının reabilitasiyası üzrə xeyli sayda tədbirlər həyata keçirilib. Məsələn, Bakı-Quba-Rusiya sərhədinə kimi yolun müasir standartlara cavab verməsi üçün başlanan işlər nəticəsində həmin yol artıq tələb olunan normalara uyğundur. Bakı dairəvi avtomobil yolu, Bakı-Ələt yolu, Ələt-Astara - İran sərhədi yolunun da yüksək tələblərə cavab verməsi üçün müvafiq işlər görülüb. Azərbaycanla İranı birləşdirən avtomobil yollarının bir istiqaməti olan Biləsuvar - İran sərhədi avtomobil yolu da istifadəyə tam yararlı vəziyyətə gətirilib. Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulması və dəhlizlə yük və sərnişin daşımalarında fəal iştirakı respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni yerlərinin açılmasına gətirib çıxaracaq.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-15 fevral.-S.10.