Ağcabədi uğurlu inkişaf yolunda inamla irəliləyir

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Kifayət qədər məharətlə və uzaqgörənliklə düşünülüb hazırlanan müasir Azərbaycanın inkişaf strategiyası ölkəmizin əldə uğurların davamlı surətdə artmasını şərtləndirməkdə, yeni-yeni nailiyyətlərin əldə olunmasına rəvac verməkdədir. Eyni zamanda sözügedən tərəqqi strategiyası paytaxt və regionlar üzrə proporsional qaydada paylanaraq kompleks inkişafı da təmin edir. Məhz bunun nəticəsidir ki, indi Azərbaycanın istənilən regionuna diqqət yetirildikdə, burada sürətli tərəqqinin şahidi olmaq mümkündür. Azərbaycanın belə regionlarından biri də Ağcabədi rayonudur. Ötən ilin sosial-iqtisadi yekunları da bunun real təsdiqi kimi çıxış edir.

Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ağcabədi rayonunda 17 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət Proqramında nəzərdə tutulan pambıqçılıq, taxılçılıq və heyvandarlıq məhsulları istehsalının və kiçik emal müəssisələrinin inkişafının dəstəklənməsi tədbiri ilə əlaqədar taxılçılıq və heyvandarlıq məhsulları istehsalı artıb, Ağabəyli kəndi ərazisində sutkalıq istehsal gücü 250 ton olan "Atena” MMC-nin süd məhsulları kombinatı, Ağcabədi şəhəri ərazisində sutkalıq istehsal gücü 20 ton olan Ağcabədi Süd emalı zavodu, Ağabəyli kəndi ərazisində 5000 ton tutumu olan taxıl məhsullarının saxlanması və təmizlənməsi üzrə anbar kompleksi, Aşağı Avşar kəndi ərazisində tutumu 1000 ton olan soyuducu anbar tikilib istifadəyə verilib. Xocavənd kəndi ərazisində illik istehsal gücü 15000 ton olan ət kəsimi kombinatı və Rəncbərlər kəndi ərazisində 5000 ton olan soyuducu anbarın, Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton olan çörək zavodunun tikintisi aparılır.

Bununla yanaşı, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Ağcabədi rayonunun Avşar və Salmanbəyli kəndlərinə təbii qaz verilib.

İndiyədək Ağcabədi şəhərinə, 14 kəndə, məcburi köçkünlərin istifadəsinə verilmiş 10 ədəd 5 mərtəbəli binaya və laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsinə təbii qaz verilib. Cari ilin sonunadək rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulub. Beləliklə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Ağcabədi rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.

1250 abonenti olan Avşar kəndinin qazlaşdırılması üçün müxtəlif diametrli 73 min 112 metr boru çəkilib, 1250 ədəd "smart-karttipli sayğac və fərdi tənzimləyici quraşdırılıb. 450 abonenti olan Salmanbəyli kəndinin qazlaşdırılması üçün isə 22 min 307 metr uzunluğunda boru çəkilib, 456 ədəd "smart-karttipli sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qazlaşdırma işləri birpilləli sistem əsasında müasir standartlara cavab verən polietilen borularla həyata keçirilib.

Ötən ay isə Ağcabədi rayonunun Biləğan kəndində yeni inşa olunmuş 180 yerlik tam orta məktəbi istifadəyə verilib.

Bu dərs ilində yeni inşa edilmiş 960 yerlik şəhər 3 nömrəli məktəb-liseyin, 280 yerlik Qiyamadınlı kənd, 480 yerlik Rəncbərlər kənd, hər biri 180 yerlik Qaraxanlı, Şərəfxanlı kənd tam orta məktəblərinin, 80 yerlik Aran kənd 2 nömrəli, Ağabəyli və Aşağı Mehrablı kənd ümumi orta məktəblərinin, əsaslı təmir edilmiş şəhər 5 nömrəli tam orta məktəbin binaları müəllim və şagirdlərin istifadəsinə verilib. Hazırda Aran, Təzəkənd və Qaravəlli kəndlərində yeni məktəb binalarının, Ağcabədi şəhərində uşaq bağçasının tikintisi davam etdirilir.

Bununla yanaşı, Ağcabədi rayonunun Rəncbərlər kəndində yeni inşa olunmuş 480 yerlik tam orta məktəbi istifadəyə verilib.

Cari dərs ilində yeni inşa edilmiş 960 yerlik şəhər 3 nömrəli məktəb-liseyin, 280 yerlik Qiyamadınlı kənd, hər biri 180 yerlik Qaraxanlı, Şərəfxanlı kənd tam orta məktəblərinin, 80 yerlik Aran kənd 2 nömrəli, Ağabəyli və Aşağı Mehrablı kənd ümumi orta məktəblərinin, əsaslı təmir edilmiş şəhər 5 nömrəli tam orta məktəbin binaları müəllim və şagirdlərin istifadəsinə verilib. Hazırda Aran, Təzəkənd və Qaravəlli kəndlərində yeni məktəb binalarının, Ağcabədi şəhərində uşaq bağçasının tikintisi davam etdirilir.

Onu da bildirək ki, Ağcabədi rayonunda əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər uğurla davam etdirilir. Ötən il mərkəzə müraciət edən 791 nəfər işaxtarandan 553-ü idarə, müəssisə və təşkilatlarda işlə təmin edilib. Bu dövrdə 40 nəfər peşə hazırlığı kursuna, 50 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 66 nəfərə işsiz statusu verilərək müavinət ödənilib. Sentyabrın 18-də keçirilən sonuncu əmək yarmarkasında 168 nəfər işaxtaran vətəndaş işlə təmin olunub.

Ağcabədi rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2012-ci ildə uğurlu nəticələr əldə edilib. Torpaq mülkiyyətçiləri 2012-ci ilin məhsulu üçün 24 min 652 hektarda taxıl, 367 hektarda dən üçün qarğıdalı, 2778 hektarda pambıq, 1 hektarda günəbaxan, 798 hektarda şəkər çuğunduru, 208 hektarda kartof, 836 hektarda tərəvəz, 607 hektarda bostan bitkiləri əkib və bol məhsul əldə ediblər. Belə ki, rayonun təsərrüfatlarında 75 min 870 ton taxıl, 2169,1 ton qarğıdalı, 1,8 ton günəbaxan, 5518 ton pambıq, 2614,6 ton kartof, 10 min 374,8 ton tərəvəz, 13 min 523,4 ton bostan məhsulları, 11 min 464,8 ton meyvə və giləmeyvə, 2248 ton üzüm istehsal edilib. Əvvəlki illə müqayisədə 24 min 117,9 ton taxıl, 1295,7 ton qarğıdalı, 37,5 ton kartof, 710,6 ton tərəvəz, 412,2 ton bostan məhsulları, 12,4 ton meyvə və giləmeyvə, 7 ton üzüm çox istehsal edilib.

Məlumat üçün bildirək ki, rayonda məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.

Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən (Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar, Aşağı Avşar, Xocavənd, Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı, Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar, Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar,Kəhrizli, Şərəfxanlı, Arasbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli, Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri) ibarətdir.

Rayon ərazisində 216 idarə və müəssisə, 4 bank filialı, 2 rabitə müəssisəsi, 1 mehmanxana

fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir.

Məlumdur ki, 2012-ci ildə Azərbaycanın kənd təsərrüfatında baş verən ən mühüm yenilik iri fermer təsərrüfatlarının yaradılmasının başlanmasıdır. Ötən il Ağcabədi və Beyləqan rayonları ərazisində sahəsi 4800 hektar olan ilk iri fermer təsərrüfatı yaradılıb.

İri fermer təsərrüfatlarının yaradılması ilk növbədə əkin dövriyyəsinə yeni torpaq sahələrinin daxil olmasına səbəb olurbu da kənd təsərrüfatı məhsullarının istehsalını artırır. Təsərrüfatların yaradılması və uğurla inkişaf etməsi digər kiçik fermerləri də birləşdirərək iri təsərrüfat yaratmağabu sahə ilə daha peşəkar məşğul olmağa həvəsləndirəcəkdir. Digər tərəfdən iri təsərrüfatların təşkili məhsul bolluğunun yaradılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə və fermerlərin gəlirlərinin artmasına imkan verəcək.

Ağcabədi rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.

2012-ci ildə 110 hektar sahədə akasiya, göyrüş, melina, qarağac, tut və iydə cinslərindən ibarət yeni meşələr salınıb, 150 hektar sahədə bərpa işləri aparılıb. Kökləndirmək üçün 1,5 hektar sahədə müxtəlif cinslərdən 75 min ədəd qələm basdırılıb, 2,16 hektar sahədə böyütmə sahəsi (88 min ədəd) yaradılıb. 3,12 hektar sahədə tinglik səpilib, 1590 kiloqram toxum tədarük edilib.

Cari ildə daha 110 hektar sahədə yeni meşələrin salınması nəzərdə tutulub. Rayonda su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Sahibkarlığın inkişafı xüsusi diqqət mərkəzindədir. Yeri gəlmişkən qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il yanvarın 24-də Ağcabədi rayonunun Ağabəyli kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağcabədi rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun, südlük istiqamətli cins keçi, kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. O da bildirilir ki, sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Digər sahələr üzrə də dinamik inkişaf yaşanır.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-20 fevral.-S.10.