Göyçay iqtisadi rayonu sürətli
inkişaf yolundadır
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
İnkişaf
dinamikası get-gedə daha mütəhərrik hala gələn
müasir Azərbaycanda sosial-iqtisadi sferada əldə olunan nailiyyətlərin
miqyası mütəmadi olaraq genişlənməkdədir. Bu
hal ölkə üzrə müəyyən olunmuş iqtisadi
rayonlar üzrə də özünü qabarıq formada
büruzə verir. Sözügedən sürətli tərəqqinin
əsas ünvanlarından biri də Göyçay rayonudur.
Ötən
ilin sosial-iqtisadi yekunları da burada dinamik tərəqqidən
xəbər verir. Belə ki, ötən il ümumi məhsul
buraxılışının həcmi 2,5 faiz artaraq 215,1 milyon
manat olub. Sosial və iqtisadi sahələrin inkişafı
üçün bütün maliyyə mənbələrindən
əsas kapital 38,7 milyon manat investisiya yönəldilib. Tikinti
quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi
əvvəlki illə müqayisədə 3,7 faiz artıb.
İnvestisiyanın 90 faizi istehsal təyinatlı obyektlərin
tikintisinə sərf olunub. Hesabat ilində kənd təsərrüfatında
ümumi məhsul istehsalının həcmi 2,7 faiz artaraq 91,4
milyon manata yüksəlib.
Göyçay
rayonunda meyvəçilik və tərəvəzçiliklə
məşğul olan fermerlər və fərdi təsərrüfat
sahibləri ötən il bol məhsul əldə ediblər.
Ötən il rayonda 1132 hektar sahədən 27 min 731 ton tərəvəz,
5205 hektar meyvə bağından isə 65 min 598 ton məhsul tədarük
olunub. İstehsal olunan meyvə-tərəvəz məhsullarının
65 faizi Rusiya bazarlarına göndərilib, qalanı isə
Göyçayda yerli əhaliyə və ölkəmizin
müxtəlif bölgələrində satılıb.
2012-ci
ildə quruculuq-abadlıq işləri də davam etdirilib. Heydər
Əliyev və M.Ə.Rəsulzadə prospektlərində
çoxmərtəbəli yaşayış binalarının
fasad hissələri müasirləşdirilib, dam örtükləri
dəyişdirilib. Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda
məktəb və uşaq bağçaları
üçün yeni binaların inşası və ya
onların əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi
istiqamətində mühüm işlər görülür.
Təhsil Nazirliyinin sifarişi ilə hazırda rayonun
Ulaşlı-Şıxlı kənd məktəbi
üçün 220 və Şəkili kənd məktəbi
üçün 80 yerlik yeni binanın inşası sürətlə
davam etdirilir. Artıq binaların hörgü işləri
başa çatdırılıb, dam örtüyü,
qapı-pəncərələr quraşdırılıb. Məktəb
binalarının yeni dərs ilində istifadəyə verilməsi
nəzərdə tutulur.
Qeyd
edək ki, bu il Göyçayın Çərəkə və
Ləkçiplaq kəndlərində 360 yerlik yeni məktəb
binaları tikilib, 70 yerlik Göyçay şəhər 12
nömrəli uşaq bağçasının ikimərtəbəli
binası əsaslı təmir olunaraq istifadəyə verilib.
Son illər regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində və Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Göyçayda 9
yeni məktəb binası istifadəyə verilib, 8 təhsil
ocağı əsaslı şəkildə yenidən qurulub.
Göyçay rayonunda müasir istilik sistemi ilə
qızdırılan orta məktəb binalarının sayı
ildən-ilə artır.
Hər
il Göyçayda yeni inşa edilən və ya əsaslı
təmir olunan məktəb binalarında müasir istilik sistemləri
quraşdırılır. Bu günədək rayonun 18 məktəbində
müasir tipli qazanxana, yeni istilik sistemi inşa edilib.
Qış mövsümünə hazırlıqla əlaqədar
həmin məktəblərin qazanxanalarında cari təmir
işləri görülüb.
Müasir
istilik sistemi quraşdırılmayan 39 məktəbdə isə
odun sobalarından istifadə olunur. Rayon təhsil şöbəsinin
daxili imkanları hesabına həmin məktəblərə
yeni odun sobaları və tüstü boruları, 1000 kubmetr
odun alınaraq paylanılıb. Hazırda rayonun orta ümumtəhsil
məktəblərinin binalarında istilik sarıdan heç
bir problem yoxdur. Bu da şagirdlərin dərsə davamiyyətinə
müsbət təsirini göstərir. Bundan əlavə,
soyuq qış aylarında sinif otaqları
qızdırılan zaman istiliyin itməməsi
üçün bütün məktəb binalarında
qapı və pəncərələr, dam örtükləri
təmir edilib. Rayonun orta ümumtəhsil müəssisələrində
baş verə biləcək yanğın hadisələrinin
qarşısını almaq məqsədilə profilaktik tədbirlər
görülüb. Məktəblərdə olan su hovuzları
qaydaya salınıb, təhsil müəssisələri
yanğına qarşı avadanlıqla təmin olunub.
Göyçay
rayonunda uşaq bağçası üçün yeni bina
inşa edilir.
Şəhər
1 saylı uşaq bağçası üçün yeni
binanın inşasında hörgü işləri başa
çatdırılıb, dam örtüyünün
quraşdırılması həyata keçirilib.
Bağçada müxtəlif yaşlı uşaqlar
üçün hazırlıq qrupları, yataq otaqları, mətbəx,
musiqi və idman zalı, tibb otağı fəaliyyət
göstərəcəkdir. Eyni vaxtda 40 uşağın təlim-tərbiyə
alması üçün körpələr evi zəruri
avadanlıqla təmin olunacaq, orada uşaqların
dünyagörüşünün artırılması,
sağlamlığının qorunması üçün
nümunəvi şərait yaradılacaqdır.
Bağçanın həyətyanı ərazisində isə
uşaq əyləncə qurğuları
quraşdırılacaq, yaşıllıq salınacaq, asfalt
örtüyü döşənəcəkdir. Xatırladaq
ki, 70 yerlik Göyçay şəhər 12 saylı uşaq
bağçası əsaslı təmirdən sonra istifadəyə
verilib.
Göyçay
Rayon İcra Hakimiyyətinin sifarişi ilə Gənclər
Evinin tikintisi sürətlə davam etdirilir.
Gənclərin
asudə vaxtının səmərəli təşkili
üçün nəzərdə tutulan binanın birinci mərtəbəsinin
daş-hörgü işləri başa
çatdırılıb. İnşaat işlərini
"ATF-İnşaat” MMC-nin tikinti briqadası həyata
keçirir və Gənclər Evinin bu ilin yayında istifadəyə
verilməsi nəzərdə tutulur.
Ümumi
sahəsi 1300 kvadratmetr olacaq ikimərtəbəli binada konfrans
və "dəyirmi masa”ların keçirilməsi
üçün zallar, internet klub, stolüstü oyunlar
üçün otaqlar, trenajor zalı, kitabxana,
xalçaçılıq, rəsm və musiqi dərnəkləri,
diskoteka fəaliyyət göstərəcək.
Göyçay
şəhərində dövlət bayrağı meydanı
da inşa edilib. Ötən ilin iyununda şəhərin mərkəzində
tikintisinə başlanılan meydanda Azərbaycanın dövlət
bayrağının ucaldılması üçün 30 metr
hündürlüyündə dirək
quraşdırılıb, bayrağın səkkizguşəli
postamenti qranitlə üzl
"ATF-İnşaat”
MMC-nin briqadası tərəfindən bir hektara yaxın ərazidə
həyata keçirilən tikinti işləri zamanı meydanın
ərazisinə tamet plitələr döşənmiş,
dekorativ gül kolları və ağaclar əkilib. Orada rayon
sakinlərinin istirahəti üçün oturacaqlar qoyulub,
işıqlandırma sistemi quraşdırılıb. Meydanda
mədəni-kütləvi tədbirlərin keçirilməsi
üçün açıq səhnə və rəngli
işıqlandırma sistemi də quraşdırılıb.
Göyçay
şəhərində əhalinin su təchizatının
yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidən
qurulması işlərinin ikinci mərhələsi uğurla
davam etdirilir
"Azərsu”
ASC-nin sifarişi ilə şəhərin şimalında 2 min
kubmetr tutumu olan iki su anbarı tikintisi başa
çatdırılıb. Bundan əlavə, hazırda su
anbarından şəhərə 530 millimetrlik
daşıyıcı boru xətti, şəhərdən
Şəhadət kəndinə 800 millimetrlik kanalizasiya boru xətti
çəkilir.
Tikinti-quraşdırma
işlərini beynəlxalq tenderdə qalib gələn
Türkiyənin "Atinak” şirkəti həyata
keçirir. Şirkətin işçiləri şəhərin
Nizami, Əli Kərim, M.Hüseynzadə, H.Z.Tağıyev,
Ü.Hacıbəyli, M.F.Axundov, R.Rza küçələrində
yeraltı su və kanalizasiya xətlərinin çəkilişini
başa çatdırıblar.
Hazırda
digər küçələrdə bu istiqamətdə
iş gedir. Şəhərin 48 küçəsində bu
işlərin görülməsi nəzərdə tutulub.
Tikintiyə Şəhərin su təchizatı şəbəkəsinin
yenidən qurulması başa çatdıqdan sonra mənzillər
sayğaclarla təmin olunacaqdır.
Şəhərin
şimalında daha bir 2 min tonluq su anbarının
inşası, Potu kəndində 500 kubmetrlik yeni su
anbarının tikilməsi və bir artezian quyusunun
qazılması nəzərdə tutulur.
Layihənin
ikinci mərhələsinə ötən ilin yanvarında
başlanılmış və bugünədək müxtəlif
diametrli borularla 54 min metr uzunluğunda su, 50 min metr
uzunluğunda kanalizasiya xətti çəkilib. İşlərin
bu ilin yayında başa çatdırılması nəzərdə
tutulur.
Layihənin
birinci mərhələsi çərçivəsində
rayonun Potu kəndində 4 artezian quyusu qazılıb, 5,8
kilometr uzunluğunda daşıyıcı su kəməri,
nasos stansiyası və 500 kubmetrlik ötürücü su
anbarı tikilib, transformator quraşdırılıb. Həmçinin
suyun keyfiyyətinin öyrənilməsi üçün
laboratoriya binası və xlorator məntəqəsi tikilib.
Bundan əlavə, Göyçay şəhərində
rayonun su-kanal idarəsi üçün ikimərtəbəli
yeni inzibati bina inşa olunub, avtomobillərin və texniki
qurğuların təmiri və bərpası
üçün istehsalat bazası tikilib, şəhərdəki
çoxmərtəbəli yaşayış binalarında
daxili su-kanalizasiya sistemi yenidən qurulub.
9 kənddə
qazlaşdırma işləri aparılıb. Kürdəmiş
və Türkmən kəndləri mavi yanacaqla təmin olunub.
Hazırda rayonun ən böyük yaşayış məntəqəsi
olan Bığır kəndində qaz xəttinin çəkilişi
uğurla davam etdirilir. Yaxın vaxtlarda mənzillərdə
sayğacların quraşdırılması və 1.139
abonentin "mavi yanacaq”la təmin edilməsi nəzərdə
tutulub.
Bu
günədək Qubadlı-Şıxlı və Cəyirli kəndlərinə
magistral və daxili qaz xətləri çəkilib. Yaxın
vaxtlarda Cəyirlidə 443, Qubadlı-Şıxlıda 172,
Qarayazıda 403 abonentə "mavi yanacağ”ın verilməsi
gözlənilir.
Hazırda
rayonun Potu, Kürd və Ulaşlı Şıxlı kəndlərində
mövcud olan metal qaz xətləri yeraltı polietilen borularla əvəz
edilir. Ümumiyyətlə, son bir ildə rayonun 8 kəndində
əhalinin təbii qazla təmin edilməsi üçün
92 min 100 metr müxtəlif diametrli yeraltı polietilen borularla
qaz xətti çəkilib. Bu il rayonun daha 33 kəndinin
qazlaşdırılması nəzərdə tutulub.
Bu
gün Göyçay şəhərində və 15 kənddə
12 min 653 abonent təbii qazdan istifadə edir.
Ötən
il Göyçayda 712 daimi iş yeri açılıb. Onlar əsasən
təhsil və səhiyyə ocaqlarında, topdansatış və
xidmət obyektlərində, emal və sənaye müəssisələrində,
maliyyə, sığorta, elektrik, təbii qaz və tikinti sahəsində
işlə təmin olunublar. Digər sahələrdə də
dinamik tərəqqi qeydə alınır.
Elşən BAYRAMOV
Mövqe.-2013.-27 fevral.-S.10.