Şabran abadlıq-quruculuq mərkəzinə
çevrilib
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Beynəlxalq miqyasda da birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, mövcud olduğu regionun lideri statusunu daşımaqda davam edən, onu hər ötən il qazandığı uğurlarla, nailiyyətlərlə daha da möhkəmləndirən Azərbaycanın qarşıdakı dövr ərzində də inkişaf göstəricilərinə görə dünya biriniciləri sırasında yer alacağı ən müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar, araşdırma institutları tərəfindən bəyan edilməkdədir.
Həmçinin o da xüsusi olaraq vurğulanır ki, Azərbaycanın həyata keçirdiyi milli inkişaf strategiyası təkcə bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıyır. Bu səbəbdən ölkə təkcə iqtisadi və sosial həyatda yox, digər sahələrdə də möhtəşəm nailiyyətlərə imza atıb. Hazırda Azərbaycanın seçdiyi və irəlilədiyi inkişaf yolu qazanılmış uğurların davamını təmin etməklə yanaşı, onların miqyasını daha da genişləndirir, yeni nailiyyətlərin əldə olunmasını təmin edir. Bu nailiyyətlərin qazanılmasında isə ölkə regionlarını payı davamlı surətdə artır. Hazırda Azərbaycanın ümumi tərəqqisinə özünəməxsus töhfələr verən, həmçinin özünü sürətli inkişaf dövrünü yaşayan regionlarından biri də Şabran rayonudur.
Ölkəmizin bütün regionlarında olduğu kimi, qədim İpək Yolunun üstündə yerləşən, tarixi adı bərpa edilən 2300 yaşlı Şabranda da sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işləri uğurla davam etdirilir, rayonun sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər müvəffəqiyyətlə həyata keçirilir. Rayonun ərazisində dövlət investisiyaları hesabına irimiqyaslı bir neçə layihə yerinə yetirilir. Bun amisal olaraq rayon ərazisində inşası olunan və dövlət əhəmiyyətli "Taxtakörpü” Su Anbarını, tikilən su elektrik stansiyasını xüsusi qeyd etmək olar. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev bu tikintinin əhalinin sosial rifahına yönəldilmiş çox böyük əhəmiyyət daşıyan nəhəng layihələrdən biri adlandırıb. Belə fikirlər də səslənir ki, onu Gilgilçay səddinin, yaxud 1600 yaşlı Çıraqqala memarlıq kompleksinin, beş min illik Dərbənd qala-fenomeninin tikinti miqyasları ilə müqayisə etmək olar. Ölkənin regional inkişaf proqramının tərkib hissələrindən biri olan "Taxtakörpü” su anbarının tikintisi həm də rayonun iqtisadi inkişafında, adamların həyat şəraitinin yaxşılaşdırılmasında, daimi iş yeri ilə təmin edilməsində müstəsna əhəmiyyətə malikdir. Son illər Şabranda yeni istifadəyə verilmiş obyektlər - Heydər Əliyev Mərkəzi, Şabran Uşaq Yaradıcılıq Mərkəzi, əsaslı təmir olunmuş Şabran Tarix-Diyarşünaslıq Muzeyinin ərazisində təşkil olunmuş "Açıq səma altında muzey”, Şabran Mədəniyyət Sarayı, Rayon Mərkəzi Xəstəxanası onun hüsnünə daha gözəl çalarlar əlavə edir.
Danılmaz həqiqətdir ki, Şabran son illər respublikamızın ən surətli inkişaf edən bölgərlərindən birinə çevrilib. Son illərdə Şabran rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər buranın simasının daha da gözəlləşməsinə səbəb olub. Rayonun mərkəzi küçələrində kompleks abadlıq işlərinin aparılması, binaların fasadlarına üzlük plitələr çəkilməsi, evlərin dam örtükləri dəyişdirilməsi sakinlər tərəfindən razılıqla qarşılanır.
Ümumiyyətlə, respublikada əldə olunan nailiyyətlər Şabran rayonunun sosial-iqtisadi inkişafına da öz müsbət təsirini göstərib. Son illər ərzində rayonda yeni iş yerləri açılıb, istehsal olunan məhsulun ümumi dəyəri xeyli artıb. Cari ildə tikinti-quruculuq, abadlıq işləri sürətlə davam etdirilib. Avtomobillərin hərəkəti yaxşılaşdırılıb, yolların asfaltlaşdırılması işi diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə şəhərin müxtəlif küçələrində abadlıq işləri aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edən sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyətinə göstərilən diqqət və qayğı, kiçik və orta sahibkarlığın inkişafına əlverişli şərait yaradılması nəticəsində rayonda sahibkarların sayı davamlı şəkildə artır. İnsan amili, onların vacib sosial ehtiyaclarının daha dolğun ödənilməsi daim diqqət mərkəzində saxlanılır, elektrik, qaz, içməli su təminatının daha da yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Şabranda kənd təsərrüfatının əsas sahəsi tərəvəzçilik, meyvəçilik, üzümçülük, taxılçılıq və heyvandarlıqdır. Rayonda bir neçə müəssisə fəaliyyət göstərir. "Dəvəçi Broyler" Quşçuluq fabriki və Taxıl Kombinatını buna misal göstərmək olar. Şabran daha çox aqrar sahədə ixtisaslaşan rayondur. Belə ki, əkinçilik, çəltikçilik (hətta tarixi mənbələrdə "Şabran düyüsü” adla tanınıb), quşçuluq, heyvandarlıq, balıqçılıq, nisbətən də meyvəçilik burada inkişaf edib. Bakı-Rostov magistral yolu və Bakı-Moskva dəmiryolu da rayonun iqtisadiyyatının inkişafında mühüm yer tutur. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq Şabran rayonunda yeni məktəb binalarının tikintisi davam etdirilib. Ötən il isifdayə verilən 80 şagird yerlik Çuxurəzəmi ümumi orta məktəbinin binası müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Sinif otaqları, kitabxana, akt və idman zalları, eləcə də yeməkxanası olan məktəbdə kompüterlər quraşdırılıb. 200 şagird yerlik Pirəbədil tam orta və 70 şagird yerlik Təzəkənd ümumi orta məktəblərinin tikintisi əd uğurla rellaşdırılıb. Ümumilikdə son beş ildə Şabran rayonunda 15-ə qədər yeni məktəb binası tikilib istifadəyə verilib.
Əhalinin su, qaz, elektrik enerjisi ilə təminatı xüsusi diqqət mərkəzindədir. Bu ilin mayında Şabran rayonunun Kilvar kəndinə də təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilib. 115 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 368 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və 10 min 310 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 115 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.El əhəmin ay "Azəriqaz” İstehsalat Birliyinin (İB) Şabran rayon qaz istismar sahəsinin yeni inzibati binalarının açılış mərasimi keçirilib. İki mərtəbədən və köməkçi binalardan ibarət Şabran qaz istismar sahəsinin yeni inzibati binasının ümumi həcmi 918 kvadratmetrdir. Binada 23 iş otağı, yeməkxana, akt zalı və gözləmə otaqları vardır. Ərazidə nasosxana, qazanxana, nəzarət buraxılış məntəqəsi, su anbarları inşa edilmişdir. Binaların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilib. Şabran Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Rayonun bir neçə yerində salınan parklar əhalinin dincəlməsinə xidmət edir. Süni örtüklü meydança isə gənclərin ixtiyarına verilib. Ümumiyyətlə, ölkəmizin bütün regionlarında olduğu kimi, qədim İpək Yolunun üstündə yerləşən, tarixi adı bərpa edilən 2300 yaşlı Şabranda da sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işləri uğurla davam etdirilir, rayonun sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər müvəffəqiyyətlə həyata keçirilir.
Turizmin inkişafı
üçün əlverişli
potensial mövcuddur. Bu gün Şabranda toxunan xalçalar nəinki ölkəmizdə,
həm də xarici dövlətlərdə
yaxşı tanınır.
"Pirəbədil”, "Qollu Çiçi” və sairə çeşnili xalçalar
daha baxımlı və gözəldir.
"Çıraqqala” və "Şabran” qoruqları tarixi özlərində yaşatmaqla
yanaşı, öz təbii zənginlikləri
ilə insanı ovsunlayır. "Qalaaltı” sanatoriyası ona üz tutanlara
öz şəfasını
əsirgəmir. "Keçi qayası” deyilən yer və ətraf ərazi də turistlər arasında çox məşhurdur.
Sıx meşə və sıldırım qayalar arasından axan çay, müalicə əhəmiyyətli
kükürdlü su bulaqları hər il yüzlərlə
turisti və səyyahı təkrar-təkrar
buraya cəlb edir. ”Liman gölü”, bir-birindən
gözəl daha 7 dağ gölü ovçuların, səyyahların,
turistlərin çox
xoşladıqları yerlərdəndir.
Rayon ərazisində turistlərin
marağına səbəb
ola bilən
ən qədim yaşayış məskəni
sayılan qədim Şabran şəhərinin
qalıqlarıdır.
Rayonun qədim
tarixi, mədəniyyət
abidələrindən biri
də Gilgilçay səddidir. Azərbaycanda Sasanilər dövrünə
aid müdəfiə səddi
(3-7 əsrlər) Xəzər
dənizindən başlayaraq
Baba dağının ətəklərində
qurtarır. Onu da bildirək ki, rayon ərazisində palçıq
vulkanları vardır,
dağlıq hissədə
təbaşir paleqon və neoqen ovlaqla antropoqen çöküntüləri yayılıb.
Rayon neft, qaz, çınqıl, qum və sair faydalı qazıntılar ilə zəngindir. Müalicə əhəmiyyətli mineral (qalaaltı), fermal (isti su) sular
çıxır. Rayon
ərazisində "Qalaaltı”
sanitoriyasında və
Dəhnə kəndindəki
"İsti su” müalicə ocaqlarında
insanlar həmin mineral
sularla müalicə olunurlar. Rayonun ərazisində 20500 hektar zəngin meşə vardır.
Şabran rayonu ərazisində yerləşən "Çıraqqala”
təkcə tarixi, yaşı ilə deyil, həm də qoynunda şəfa qaynağı olan bulaqları ilə məşhurdur. "Qalaaltı” sanatoriyasında
il boyu mədə-bağırsaq,
öd yolu, qara ciyərindən şikayəti olan minlərlə xəstə
şəfa tapıb doğma ocağına qayıdır. Sanki bu şəfa bulaqları tarixi tanışlıq üçün
keçmişlə bu
günün, gələcəyin
arasında körpüdür.
Turizmin inkişafı üçün
əməli tədbirlər
görülür. Rayonda digər
sahələr üzrə
də dinamik tərəqqi qeydə alınır və onun siması sürətlə yenilənir.
Elşən
BAYRAMOV
Mövqe. - 2013.- 2 iyul.- S. 10.