Regionlarda ərzaq məhsullarının
istehsal həcmi
artan xətt üzrə inkişaf edir
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Müasir dönəmdə dünya dövlətləri üçün aktuallığını qoruyan əsas məsələlərdən biri ərzaq təhlükəsizliyinin etibarlı təmininə nail olmaqdır. Bu xüsusda böyük nailiyyətlərə gətirib çıxaran və qeyd olunan səpkidə uğurlu siyasət yürüdən ölkələrdən biri qismində Azərbaycan çıxış edir. Xüsusən də ölkə regionlarının tərəqqisi ilə bağlı həyata keçirilən uğurlu siyasət bölgələrdə son illərdə məcmu ərzaq istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Artıq bir çox ərzaq məhsullarına olan tələbat bilavasitə yerli istehsal hesabına ödənilir. Bununla yanaşı, qeyd olunan istiqamətdə iqtisadi zonalar üzrə uğurlu siyasət həyata keçirilməsi davam edir.
Məlumdur ki, respublikanin ayrı-ayrı regionları təbii şəraitinə, ehtiyatlarına, təsərrüfatın sahə və ərazi quruluşuna, tarixi inkişaf xüsusiyyətlərinə və əhalinin məskunlaşmasının inkişaf səviyyəsinə görə bir-birindən fərqlənir. Ona görə də ölkənin yalnız müəyyən hissəsində bu və ya digər məhsulu istehsal etmək və xidmət sahəsini inkişaf etdirmək başqa ərazilərə nisbətən səmərəli olur. Nəticədə ərazi-əmək bölgüsü formalaşır.
İqtisadi rayonların ayrılması zamanı ərazi-əmək bölgüsü nəticəsində yaranmış təsərrüfatın ixtisaslaşma istiqamətləri əsas amil kimi götürülür. Hər bir iqtisadi rayon özünəməxsus iqtisadi coğrafi mövqeyə, təbii şəraitə, təbii ehtiyatlara, təsərrüfat quruluşuna və əhalinin milli tərkibinə malikdir. Təsərrüfatın ixtisaslaşması və kompleks inkişafı iqtisadi rayonun əsas əlamətləridir.
1995-ci ildə Azərbaycanda aparılan iqtisadi rayonlaşmaya əsasən respublikada 10 iqtisadi rayon ayrılır. Onlardan biri olan Aran iqtisadi rayonu da ərzaq təhlükəsizlyinin təmin olunmasında xüsusi çəkitsini davamlı surətdə artırır. Hətta müəyyən məqamlar üzrə burada yeniliklərə də imza atılır.
Məsələn, respublikada ərzaq təhlükəsizliyini davamlı olaraq gücləndirmək məqsədi ilə dövlət torpaq fondu hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə dövlətimizin başçısının tapşırıqlarının icrasını təmin etmək məqsədilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatları yaradılıb. Bununla əlaqədar, torpaqların təyinatı dəyişdirilib, dövlət investisiyaları hesabına su və enerji təminatı yaradılıb, kompleks meliorativ tədbirlər görülüb, müsabiqə vasitəsilə qalib şirkət seçilib. Müsabiqədə qalib gəlmiş "Qarabağ Taxıl” MMC tərəfindən ərazi təmizlənib, müasir texnologiyaların tətbiqi ilə şumlama və digər aqrotexniki tədbirlər görülüb. Ərazidə dövlət əsaslı vəsaiti hesabına yeraltı qrunt sularının axıdılması və torpağın münbitliyinin artırılması məqsədilə kompleks meliorativ tədbirlər həyata keçirilib, ərazinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün Yuxarı Mil Kanalının davamı olaraq ümumi uzunluğu 10,7 km olan beton örtüklü kanal çəkilib, taxılçılıq təsərrüfatının elektrik enerjisi ilə təmin olunması üçün 35/10 KVA-lıq "Xocavənd” yarımstansiyasından əraziyə 10,7 km uzunluğunda 2 dövriyyəli yüksək gərginlikli elektrik xətti çəkilib və təsərrüfatın ərazisindən keçərək ətraf əraziləri elektrik enerjisi ilə təmin edən köhnə xətlərin yeri dəyişdirilərək yolların kənarı ilə yeni yüksək gərginlikli elektrik xətləri çəkilib.
İnvestisiya layihəsinin ümumi
dəyəri 27,6 milyon manat təşkil
edir. İdarə edilməsi İqtisadi
İnkişaf Nazirliyi
tərəfindən həyata
keçirilən layihənin
reallaşdırılmasına 10 milyon manat güzəştli
kredit ayrılıb.
Hazırda ərazidə yaradılmış
taxılçılıq təsərrüfatının
nəzdində tutumu
30 min ton olan müasir
taxıl anbarı kompleksinin tikintisinə başlanıb və özəl aqroservis yaradılıbr. Bununla
yanaşı, layihə
çərçivəsində 1000 başlıq müasir heyvandarlıq kompleksinin, bitki yağları istehsalı zavodunun inşa olunması, eləcə də növbəli əkin sisteminin təmin edilməsi məqsədilə
digər kənd təsərrüfatı bitkilərinin
əkilməsi nəzərdə
tutulur.
Bununla yanaşı, ərazidə
ABŞ istehsalı olan
süni yağışyağdırma
üsulu ilə müasir suvarma sistemləri (pivot) quraşdırılıbr
ki, bu da
suvarma suyuna qənaət edilməsinə,
orta məhsuldarlığın
ən azı iki dəfə artmasına, eləcə də torpağın şoranlaşması və
eroziyaya uğraması
proseslərinin qarşısının
alınmasına və
münbitliyinin artırılmasına
şərait yaradır.
Eyni zamanda, əraziyə yüksək reproduksiyalı
toxum gətirilərək
1875 hektar sahədə
ərzaq buğdası,
2000 hektar sahədə
yazlıq qarğıdalı,
günəbaxan və
soya səpini aparılıb.
Bu ilin payızında
isə bütövlükdə
taxılçılıq təsərrüfatı
üçün ayrılmış
4800 hektar sahədə
ərzaq buğdası
əkiləcək. Elmi əsaslara
söykənən yüksək
aqrotexniki qaydalara uyğun əkinə hazırlıq, səpin, becərmə və itkisiz məhsul yığımının təmin
edilməsi üçün
əraziyə ABŞ-dan
"John Deere” markalı müasir
texnika və aqreqatlar, taxılbiçən
kombaynlar gətirilib.
Azərbaycanda ilk dəfə
olaraq belə böyük ərazidə
yaradılmış özəl
iri taxılçılıq
təsərrüfatında 150-dək yerli sakin, o cümlədən məcburi
köçkün daimi
iş yeri ilə təmin olunub. Layihənin tam reallaşdırılması nəticəsində
400-dək yeni iş yeri yaradılacaq. Hazırda təsərrüfatda buğda
biçini davam edir və hər
hektardan orta hesabla 55-60 sentner məhsul əldə olunur. İstehsal olunan yüksək
keyfiyyətli ərzaq
buğdası Dövlət
Taxıl Fonduna təhvil verilir. Ərzaq təhlükəsizliyinin daha
da möhkəmlənməsində
xüsusi əhəmiyyət
kəsb edən bu cür iri
taxılçılıq təsərrüfatlarının
ölkənin digər
bölgələrində də
yaradılması nəzərdə
tutulur.
Perspektivdə Aran iqtisadi rayonunda
aqroparkların yaradılması
d anəzərdə tutlur. Xatırladaq
ki, regionların inkişafı ilə bağlı keçirilən
müşavirədə Prezident
ilham Əliyev ərzaq təhlükəsizliyinin
təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar-sənaye
kompleksinin modernləşdirilməsi
istiqamətində aqroparkların
yaradılması konsepsiyasını
irəli sürüb:
«Hesab edirəm ki, aqroparkların yaradılması üçün
şərait artıq
yetişib. Bu məsələlərlə bağlı
artıq bir neçə ay bundan əvvəl müvafiq göstərişlər verilib,
başqa ölkələrin
təcrübəsi də
öyrənilə bilər,
harada ki, bu aqroparklar mövcuddur. Hesab edirəm
ki, bu da
müasir bir yanaşma və kənd təsərrüfatının
inkişafı üçün
növbəti bir təkan olacaqdır».
Hesab olunur ki, indiyə kimi mövcud olan təsərrüfatçılıq
formaları dünyanın
bir çox ölkələrində ərzaq
təhlükəsizliyi sahəsində
yaranan problemləri həll etmək və çağırışlara
cavab vermək üçün yetərli
imkanlara malik olmadığına görə,
ölkə başçısının
irəli sürdüyü
bu konsepsiya Azərbaycanda həyata keçirildikdən sonra digər ölkələr
üçün də
bir nümunə olacaq. Məlumat üçün
bildirək ki, aqropark dedikdə kənd təsərrüfatı
istehsalının qeyri-kənd
təsərrüfatı fəaliyyətləri
ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və
yaxud həmin fəaliyyətlərin kombinasiyasıdır:
yəni kənd təsərrüfatı məhsullarının
istehsalı ilə emal proseslərinin, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və digər xidmətlərin vahid məkanda, eyni istehsal ərazisində,
elə bir tərzdə kombinasiyasıdır
ki, həm xammal istehsalı, həm də emal prosesləri yüksək rentabelli olsun, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə
və onların mühafizəsi təmin olunsun, həm bitkiçiliyin, həm də heyvandarlığın
və bunlarla yanaşı emal sənayesinin inkişafı
üçün möhkəm
əsaslar yaransın.
Müasir dövrdə aqroparklar bir sıra səbəblərə
görə digər təsərrüfatçılıq formalarına nəzərən
üstünlüklərə malikdir. Məsələn, aqroparklarda istehsal-emal-logistika-marketinq
qapalı zənciri yaranır və qurumun hər bir komponenti özünüidarə və
özünəcavabdehlik prinsipi
əsasında çalışır
ki, nəticədə
ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə müəssisənin
rəqabətə davamlılıq
qabiliyyəti təmin
olunur. Müasir texnika və texnologiyaların, informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi
üçün şərait
yaranır, texnikalardan
istifadə əmsalı
yüksək olur, ortaq xərclər minimuma endirilir, nəqliyyat xərcləri
və enerji sərfi azalır, kənd ərazilərinin inkişafına, kənd yerlərində informasiya-kommunikasiya
texnologiyalarının genişlənməsinə
şərait yaranır,
ətraf mühitin qorunması, su və torpaq resurslarından səmərəli
istifadə və onların mühafizəsi
təmin edilir. Peşəkar kadrlara tələbat yaratmaqla kənd təəsrrüfatı
və ərzaq sənayesi üzrə kadr hazırlığı
stimullaşdırılır, Heyvanların bəslənmə
şəraitini mexanikləşdirməklə
və saxlanma yerlərini genişləndirərək
onların sərbəst
hərəkət imkanlarını
artırmaqla intensiv heyvandarlıq praktikasına
əməl edilir, Ehtimal olunan hər hansı bir xəstəliyin yayılması məhdudlaşdırılır,
istehsalçılarla istehlakçılar
arasında olan boşluq üzərindən
"körpü” salınır,
iqtisadi və sosial fayda yüksək
olur və beləliklə də urbanizasiyanın azaldılmasına
dəstək verilir. Dünyada qarışıq aqropark təcrübəsindən də
geniş istifadə olunur.
Hesab olunur ki, Aran iqtisadi
rayonu qarışıq
aqroparkların yaradılması
üşün daha əlverişlidir. Misal üçün Bərdə, Yevlax, İmişli və digər bu kimi
rayonlarda taxılçılıq
və heyvandarlıq məhsullarının istehsalı
və emalı üzrə aqroparkların
yaradılması məqsədəuyğun
hesab edilə bilər. Artıq bu istiqamətdə
müvafiq addımlar atılır. Perspektivdə isə qeyd olunan
istiqamətdə regionlarda
daha böyük istehsal sahələri yaradılacaq ki, bu da Azərbaycanın
ərzaq təhlükəsizliyinin
daha etibarlı şəkildə təmininə
gətirib çıxaracaq.
Elşən BAYRAMOV
Mövqe. - 2013.- 11 iyul.- S. 10.