Uğurlu investisiya
siyasəti regionların tərəqqisinə böyük
töhfələr verir
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Məlumdur ki, bu gün istənilən ölkənin iqtisadi inkişafında investisiya faktoru kifayət qədər mühüm əhəmiyyətə malikdir. Bu sahədə isə Azərbaycan böyük uğurların müəllifi kimi çıxış edir. Ölkəmizin iqtisadiyyatına həm daxili, həm də xarici resurslar hesabına böyük miqdarda sərmayə yatırılır.
Ümumiyyətlə,
ölkə iqtisadiyyatına investisiyaların cəlb
olunması məqsədilə hökumət tərəfindən
"açıq qapı” siyasəti həyata keçirilir. Xarici
investisiyaların, müasir
texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin
ölkə iqtisadiyyatına cəlb edilməsi yolu
ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli
məhsulların istehsal edilməsi Azərbaycan
dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf
strategiyasının mühüm tərkib
hissəsidir.
Ümumiyyətlə,
müasir dövrdə bu istiqamətdə ölkə
iqtisadiyyatında əhəmiyyətli keyfiyyət yüksəlişi
yaşanır. Belə ki, əsas investisiya siyasətinin formalaşmasına diqqət
daha da
artırılır. İnvestisiya
qoyuluşları vasitəsilə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində
əhəmiyyətli keyfiyyət dəyişiklikləri həyata
keçirilir. Bu məqsədlə əsasən
investisiya siyasətinin formalaşmasına
diqqət artırılır, çünki
investisiya sferası təsərrüfat mexanizminin təkmilləşdirilməsində
mühüm əhəmiyyət kəsb edir. İnvestisiya vasitəsi
ilə respublikanın makro-mikro iqtisadiyyatının
yüksək inkişafına nail olunur. Eyni zamanda iqtisadiyyatın tarazlığı, onun səmərəliliyinin yüksəldilməsi
və milli gəlirin artımı təmin
edir. Bu hal regionlaar yatrılan investisyalarda da özünü aydın formada büruzə verir. Regionların inkişafı məqsədilə
həyata keçirilən
dövlət proqramlarında
da investisiya amili xüsusi diqqət mərkəzində
yer alır. Müxtəlif rayonlar və
burada hansı sahələrə investisiya
yatırılacağı da
sözügedən proqramlarda
aydın şəkildə
vurğulanır. Ölkədə "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatının yaradılması
regionlarda sahibkarlığın
tərəqqisi ilə
yanaşı, burada onlar tərəfindən geniş həcmli sərmayə qoyuluşuna
şərait yaradan əsas amillər sırasında yer alır. Xatırladaq
ki, ölkədə sahibkarlığın inkişafının
sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının
sadələşdirilməsi üçün zəruri
tədbirlərin görülməsi
məqsədilə Azərbaycan
Respublikasının Prezidenti
"Sahibkarlıq fəaliyyəti
subyektlərinin fəaliyyətinin
"bir pəncərə"
prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri
haqqında" 2007-ci il
25 oktyabr tarixli Sərəncam imzalayıb.
Sərəncama əsasən, "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının
Vergilər Nazirliyi müəyyən edilib və 2008-ci ilin 1 yanvar tarixindən Azərbaycanda bu sistemin tətbiqinə başlanıb. "Bir pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və
bunun üçün
sərf olunan vaxt 30 gündən 3 günə endirilib.
«Azərbaycan Respublikası
dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların
və nəqliyyat vasitələrinin yoxlanılmasında
«bir pəncərə»
prinsipinin tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin
11 noyabr 2008-ci il tarixli, 12 nömrəli Fərmanına əsasən
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin sədrinin
22 dekabr 2009-cu il tarixli 136 saylı əmri ilə Azərbaycan Respublikasına
gətirilən mallar üzərində dövlət
sərhədinin buraxılış
məntəqələrindəki nəzarət orqanlarında
müvafiq nəzarətin
həyata keçirilməsi
məqsədi ilə qanunvericilikdə müəyyən
olunmuş qaydada sənədlər gömrük
orqanına təqdim olunur. Bununla əlaqədar, «Dövlət
sərhədinin buraxılış
məntəqələrində «bir pəncərə» prinsipinin tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində
gömrük, baytarlıq,
fitosanitar və sanitariya-karantin nəzarətinin
həyata keçirilməsinin
və beynəlxalq avtomobil daşımalarını
yerinə yetirən nəqliyyat vasitələrinə
«icazə» blanklarının
verilməsinin ardıcıllığını
müəyyən edən
müvəqqəti Texnoloji
sxem» təsdiq edilib. Bunlar ölkənin, o cümlədən
də regionların tərəqqisinə mühüm
töhfələr verir.
Məlumdur ki, Azərbaycan
regionda əsas iqtisadi inkişaf dinamikasına malik dövlət kimi sərmayədarlara açıqdır.
Son illərdə ölkəmizə sərmayə
qoyuluşu artan xətlə gedir. Bu amil iqtisadiyyatda
müsbət meyllərin
göstəricisidir. Xarici beynəlxalq
təşkilatların apardığı
təhlillərin nəticələri
də Azərbaycanda investisiya mühitinin əlverişli olduğunu
göstərir. Ölkədə sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində addımlar
genişləndikcə, regionların
inkişafı daha da sürətlənir.
Azərbaycanın regionlarında dayanaqlı
sosial-iqtisadi inkişafı
təmin edən istehsal infrastrukturunun yaradılması və onun təkmilliyinin artırılmasının investisiya
siyasətinin uğurul
nəticələrindən xəbər verir. Bu fonda yerli ehtiyatlar və iqtisadi potensialdan maksimum səmərəli istifadə əsasında xarici bazarlara belə çıxışı
olan, rəqabətqabiliyyətli
regional istehsal infrastrukturunun
təkmilləşdirilməsinə nail olunur. Bundan irəli gələrək,
Azərbaycanın regionlarında
dayanaqlı sosial-iqtisadi
inkişafın daha səmərəliliklə davamlı
təmin edilməsi, rəqabət qabiliyyətli
regional istehsal infrastrukturunun
təkmilliyinin artırılmasının
investisiya problemlərinin
təhlili və müvafiq əlverişli vergi mühitinin yaradılması, biznes işinin yaxşılaşdırılması
da daim xüsusi
diqqət mərkəzindədir.
Bununla yanaşı,
biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması,
qanunvericiliyin təkmilləşdirilməsi,
stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin
tətbiqi, sahibkarlığa
dövlət dəstəyinin
genişləndirilməsi regionların
inkişafına öz
töhfəsini verib. Sahibkarlara göstərilən
xidmətlərin elektronlaşdırılması
və bu xidmətlərə görə
dövlət rüsumlarının
və haqların
online rejimində elektron
qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin
qarşısını alır.
Həmçinin, sahibkralara verilən
kreditlər də regionlara maliyyə axınının güclənməsinə
təsir edir. Qeyd edək ki, təkcə ötən ildə Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına
2419 sahibkarlıq subyektinə
218 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə
tutulub. Verilmiş kreditlərin 83 faizi
regionların payına
düşüb.
Ötən il ərzində
Fond tərəfindən maliyyələşdirilmiş
94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə
başlamışdır ki,
bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən
15 quşçuluq, 7 heyvandarlıq,
4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının
tədarükü, saxlanması
və satışı
kompleksi, 11 çörək
zavodu, 7 üzümçülük,
2 taxılçılıq, 5 meyvə-tərəvəz emalı müəssisəsi,
10-u isə digər sənaye sahələridir.
Hazırda güzəştli
kreditlər hesabına
13 quşçuluq fabrikinin,
3 heyvandarlıq kompleksinin,
12 soyuducu və taxıl anbarının, 8
istixana kompleksinin, 3 ət emalı, 2 konserv, 7 çörək
zavodlarının tikintisi
aparılır.
Azərbaycan İnvestisiya Şirkətinin
iştirakı ilə
ötən il
Hövsanda süd emalı zavodu, "Ağstafa Aqroservis" müəssisəsi və
yeni sement zavodu fəaliyyətə başlayıb. "Aqrolizinq" xətti ilə kənd təsərrüfatı texnikası,
avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli
şərtlərlə fermerlərə
lizinqə verilib, rayon
aqroservis filiallarının
maddi-texniki bazası möhkəmləndirilib. Təkcə
ötən il
ərzində on rayonda
aqroservis filialları tikilib, ölkəyə
1785 ədəd müxtəlif
təyinatlı kənd
təsərrüfatı texnikası
və avadanlıq gətirilib. mişdir.
Dövlət proqramları çərçivəsində
həyata keçirilmiş
tədbirlər nəticəsində
regionlarda rəqabətqabiliyyətli
və ixracyönümlü
məhsullar istehsal edən müəssisələr
yaradılıb, bir çox məhsullarımız
artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırıb.
Bütövlükdə, 2012-ci ildə regionlarda 44500 və ya 2011-ci ildəkindən
17 faiz çox vergiödəyicisi qeydiyyatdan
keçib, regionlar üzrə vergi daxilolmaları 4,8 faiz artıb, 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət
və ticarət müəssisəsi fəaliyyətə
başlayıb, 400-dən çox
müəssisənin isə
tikintisi davam etdirilib. Görülən işlər
perspektivdə daha yüksək nəticələrin
əldə olunmasına gətirib çıxaracaq. Turizmin inkişafı istiqamətində
görülən işlər regionlarımızı cəlbedici
turizm məkanına çevirməklə
bərabər, burada mötəbər tədbirlərin
keçirilməsinə əlverişli şərait
yaradır.
Təhlillər göstərir ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişaf meyilləri və güclü maliyyə sabitliyi arxitekturası, eyni zamanda, valyuta sərvətlərinin artımı tendensiyası respublikamızın nəhəng iqtisadi və sosial infrastruktur layihələrini maliyyələşdirməsinə dərin zəmin yaradıb. Hazırda Cənubi Qafqaz iqtisadiyyatında ümumi maliyyə vəsaitlərinin 87 faizinə sahib olan Azərbaycan bu rezervlərin aktiv pul kütləsi kimi ölkə iqtisadiyyatı ilə yanaşı, xarici dövlətlərin maliyyə bazarlarına, iqtisadiyyatına yönəltməklə regionda potensial sərmayəçi imicini möhkəmləndirir. Azərbaycanın iqtisadi siyasət platformasının əsas komponentlərindən birinə çevrilən sərmayə qoyuluşları ilə bağlı strategiyanın reallaşması regionlara maliyyə rezervlərinin yönləndirilməsi ilə yanaşı, onların tərəqqisini daha dinamik hala gətirir. Həmin investisiyalar Azərbaycanın iqtisadiyyatını gücləndirməklə yanaşı, regionlarda da əhalinin yüksək sosial rifahının təmin edilməsində əhəmiyyətli rol oynayır.
Elşən
BAYRAMOV
Mövqe. - 2013.- 12 iyul.-
S. 10.