Regionların inkişaf proqramı Zərdabda da uğurla icra olunur

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

İnkişafı getdikcə daha dinamik xarakter alan müasir Azərbaycanın bölgələrinin də siması gündən-günə gözəlləşməkdə, yaşanan tərəqqini özündə qabarıq formada əks etdirməkdədir. Bunu indi Azərbaycanın istənilən ryonunun timsalında aydın görmək olar. Bu gün öz inkişaf tempi ilə seçilən Zərdab da indi intibah dövrünü yaşamaqdadır. Elə cari ilin ilk yarısının sosial-iqiisadi yekunları da qeyd olunanların real təsdiqi kimi çıxış edə bilər.

Ümumiyyətlə, qeyd edilən dövrdə də perspektiv dinamik tərəqqi üçün möhkəm təminat yaradılıb. Respublikamızda gedən sürətli və davamlı inkişaf prosesi 2013-cü ilin birinci yarısının nəticələrinə görə Zərdab rayonu üçün də səciyyəvidir. Prezident İlham Əliyevin 2011-ci ilin 6 may və 2012-ci ilin 7 oktyabr tarixlərində Zərdaba səfərinin xoş təəssüratları ilə yaşayan, göstərdiyi diqqət və qayğıya görə daim dövlətimizin başçısına minnətdar olan zərdablılar 2013-cü ilin birinci yarısını da uğurlu göstəricilərlə başa vurublar.

2013-cü ilin birinci yarısında rayon iqtisadiyyatının əsas sahələrində 60 milyon 767 min manatlıq məhsul istehsal edilib ki, bu da keçən ilin müvafiq dövründən 12 milyon manata qədər çoxdur. Həyata keçirilən tədbirlər nəticəsində 6 ay ərzində rayonda 224 daimi yeri yaradılıb. İlin birinci yarısında rayonun gəlirləri 6 milyon 541 min 833 manata qarşı 7 milyon 644 min manat ya 116,8 faiz icra olunub. Bundan əlavə, altı ay ərzində qarşılıqlı hesablaşmalardan rayon büdcəsinə 4 milyon 378 min 523 manat vəsait daxil olub. Rayon büdcəsinin məxaric hissəsi 6 milyon 912 min manata qarşı 6 milyon 541 min 600 manat ya 94,6 faiz icra edilib.

Hesabat dövründə rayonda fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən 23 milyon 961 min manatlıq ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz çox istehlak malları satılıb. Rayon iqtisadiyyatının aparıcı qüvvəsi olan kənd təsərrüfatında da inkişaf irəliləyiş davam etdirilib. 2013-cü ildə 475 hektar sahədə çiyid səpini aparılıb. 2013-cü ilin məhsulu üçün 17134 hektar payızlıq taxıl əkilib. Taxıl biçini respublikada birinci olaraq başa çatdırılıb. 17134 hektar sahədən 47097 ton məhsul istehsal olunub. Bu da hər hektardan 27,5 sentner olmaqla ötən ildəkindən 8 min tondan artıq deməkdir. 5 toxumçuluq təsərrüfatı üzrə hər hektardan 36,4 sentner olmaqla 710,1 ton məhsul istehsal edilib.

Rayonda iri mal 53947 başa, qoyun-keçilər 110876 başa çatıb. Bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 298 baş 938 baş çoxdur. 135 hektarda kartof, 150 hektarda tərəvəz, 254 hektarda bostan bitkisi əkilib, sahələrdən 2304 ton kartof, 1314 ton tərəvəz götürülüb. 2013-cü ilin 6 ayı ərzində rayonda 20490 sentner ət, 115338 sentner süd, 3888 min ədəd yumurta, 1590 sentner yun istehsal edilərək proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunub. Xatırladaq ki, Kür, Göyçay Türyançay çayları rayonun ərazisindən keçir. Zərdab rayonu Ucar dəmir yolu stansiyasından 35 km məsafədədir. Qış yay otlaqlarının mövcudluğu bütün il boyu heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır. Sututarları balıq yetişdirilməsi üçün əlverişlidir.

Əhalinin quş ətinə yumurtaya olan tələbatını təmin etmək məqsədilə "Turac-2008" MMC tərəfindən 6 ay ərzində 10810 baş cücə inkubasiya edilərək əhaliyə satışı təmin edilib. Mal-qaranın qaba yemə olan tələbatını ödəmək məqsədilə 2436 hektar sahədə təzə yonca əkilib. 2013-cü ilin birinci yarısı ərzində rayonda suvarma işini daha da yaxşılaşdırmaq məhsul istehsalçılarının suvarma suyuna olan tələbatını ödəmək üçün xeyli görülüb. 2013-cü ilin birinci yarısında təhsil, səhiyyə mədəniyyət sahəsinin inkişafı istiqamətində xeyli görülüb. Dövlət Proqramına uyğun olaraq rayonun Çallı kəndində 360 şagird yerlik məktəb binasının tikintisində 2230,5 min manatlıq, İsaqbağı kəndində 220 şagird yerlik məktəb binasının tikintisində 1610,5 min manatlıq, Aşağı Seyidlər kəndində 80 şagird yerlik məktəb binasının tikintisində 528 min manatlıq aparılıb. Körpükənd kənd tam orta məktəb binasının əsaslı təmiri başa çatdırılıb, şəhər 3 saylı tam orta məktəbin binasında isə 5 min manatlıq cari təmir işləri aparılıb. Zərdab şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmiri başa çatdırılıb.

Zərdabda Azərbaycan polisinin 95 illiyi ərəfəsində istifadəyə verilmiş, ümumi sahəsi 2400 kvadratmetr olan, üçmərtəbəli, 37 otaqdan ibarət hər cür lazımi avadanlıqla təchiz olunmuş yeni inzibati bina isə yüksək zövqlə inşa olunub. Əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması istiqamətində hesabat dövrü ərzində müəyyən işlər görülüb. Mədəni-kütləvi tədbirlərin dairəsi daha da genişləndirilib, əhalinin asudə vaxtının səmərəli təşkili üçün Heydər Əliyev parkında kəndlərdə maraqlı konsert proqramları təşkil edilib. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı rayonda geniş tədbirlər hazırlanıb, görkəmli alimlərin iştirakı ilə elmi-praktiki konfrans keçirilib. Heydər Əliyev parkında böyük "Kitab bayramıtəşkil edilib. Ulu öndərin 90 illiyi münasibətilə "İstedadlar sorağında-2013" baxış müsabiqəsi keçirilib.

2013-ci ilin birinci yarısında xidmət sahələrinin, o cümlədən elektrik qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Məlumdur ki, "Azəriqazİstehsalat Birliyi (İB) ölkənin qaz təchizatı sisteminin yenidən qurulması, şəhər, qəsəbə kəndlərin qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir. Aran (Kür-Araz) iqtisadi rayonunda həyata keçirilən tədbirlər bu baxımdan xarakterikdir. Bu xüsusda Zərdab rayonu ərazisində 71 fərdi yaşayış evindən ibarət yeni qəsəbənin, Salahlı, Gəlmə, Xanməmmədli Hüseynxanlı kəndlərinin qazlaşdırılması üçün 5,1 kilometr uzunluğunda boru xətləri quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 200 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı məhəllədaxili qaz kəmərləri çəkilib, 1 ədəd qaztənzimləyici şkaf, 71 ədəd sayğac fərdi tənzimləyici quraşdırılıb. Mayın 10-da isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi günü Zərdab rayonunun Dəli Quşçu kəndinə təbii qazın verilməsi münasibəti ilə mərasim keçirilib. Kəndin ərazisində 1700 metr müxtəlif diametrli daşıyıcı paylayıcı xətlər çəkilib, 300 evə sayğac quraşdırılıb. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramıçərçivəsində həyata keçrilən bu sakinlər tərəfindən böyük məmnunluqla qarşılanıb. Digər kəndlərin qazlaşdırılması işləri davam etdirilir. İlin sonuna qədər rayonun daha 10 kəndinə qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Zərdab rayonunun Məmmədqasmlı kəndində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi günü keçirilən tədbirlər çərçivəsində yeni un dəyirmanının da açılış mərasimi keçirilib. Sutkalıq istehsal gücü 25 ton olan dəyirman sahibkar İntiqam Ağalarova məxsusdur. Dəyirmanın ərazisində, 1500 tonluq taxıl anbarı da istifadəyə verilib. Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunda 5,4 milyon manat vəsait hesabına 11 kilometrə qədər məsafədə yüksək keyfiyyətli asfalt örtük döşənib. Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi üçün 2-ci mərhələdə 6 milyon 450 min manat vəsait ayrılıb, 4 milyon 800 min manatlıq torpaq, əsasın hazırlanması asfalt işi görülüb. Hazırda yola asfalt qoyuluşu davam etdirilir. Zərdab-Mollakənd yolunun 26 kilometr hissəsində üst layın tikintisinə başlanılıb 17 kilometr məsafədə asfalt-beton örtük tikilib.

Hesabat dövründə rayonda tikinti-quruculuq abadlıq işləri davam etdirilib, təmizlik, səliqə-sahman işlərinə diqqət artırılıb. Hazırda süd məhsulları istehsal edən zavod, "AqrolizinqAçıq Səhmdar Cəmiyyətinin rayon aqroservis filialı üçün inzibati bina, taxıl gübrə anbarı, Baytarlıq İdarəsinin binası, çoxsaylı sahibkarlıq obyektləri istifadəyə hazırdır. Baytarlıq diaqnostika mərkəzi Kənd Təsərrüfatı Nazirliyi Baş Baytarlıq İdarəsinin sifarişi ilə tikilib. Yeni bina ikimərtəbəlidir. Mərkəzdə fəaliyyət göstərəcək laboratoriyada mal-qaranın xəstəliklərinin diaqnostikası üçün lazımi şərait mövcuddur. Bir daha qeyd edək ki, Zərdabda heyvandarlıq əhalinin əsas məşğuliyyət sahələrindən olmaqla kənd təsərrüfatında aparıcı yer tutur. Diaqnostika mərkəzi rayonda heyvanların xəstəliklərinin profilaktikasında, ümumiyyətlə, baytar xidmətinin yüksək səviyyədə təşkilində mühüm rol oynayacaq.

Hesabat dövründə sahibkarlığın inkişaf etdirilməsi tədbirləri davam etdirilib, müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün 10 hüquqi 178 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçib. Hesabat dövründə rayon üzrə 184 kiçik sahibkarlıq subyektində 209 nəfər işlə təmin olunub. Abadlaşdırma yaşıllaşdırma tədbirləri müvəffəqiyyətlə həyata keçirilib. Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı 90 min ağac əkməklə bağlı təşəbbüs rayon sakinlərinin yüksək fəallığı ilə həyata keçirilib. Küçə parklarda, yol kənarlarında 90 mindən çox müxtəlif növ ağac əkilib. Rayonda digər sahələrdə də dinamik tərəqqi qeydə alınır.

 

   Elşən BAYRAMOV

   Mövqe. - 2013.- 31 iyul.- S. 10.