Qusarın tərəqqisi daha sürətli xarakter almağa başlayıb

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Azərbaycanın mövcud inkişaf dinamikası ölkəmizin qarşıdakı dövr ərzində də əldə edəcəyi nailiyyətlərin miqyasının kifayət qədər geniş olacağını qətiyyətlə deməyə əsas verir. O da təqdirəlayiq haldır ki, bu nailiyyətlərin əldə olunmasında ölkə regionlarının da payı davamlı surətdə artır. Belə regionlardan biri də Qusar rayonudur. Ötən ilin uğurlu sosial-iqtisadi yekunları da dinamik tərəqqidən xəbər verir. Bunu şərtləndirən əsas səbəblərdən biri isə ölkənin digər bölgələri kimi Prezident İlham Əliyevin Qusara da böyük diqqət və qayğı göstərməsidir.

Qeyd edək ki, ötən ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusara 2 dəfə səfər edib. Ötən ilin fevral ayının 16-da etdiyi səfəri zamanı dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qusar şəhərində yeni ucaldılmış abidəsini ziyarət edib, abidənin ətrafında görülmüş abadlıq işləri ilə tanış olub, Heydər Əliyev Mərkəzinin və rayon Mərkəzi Xəstəxana binasının açılışında iştirak edib. Qusara səfəri çərçivəsində Prezident İlham Əliyev Şahmat Mərkəzinin açılışında iştirak edib, burada yaradılmışmüasir şəraitlə tanış olub. Daha sonra dövlət başçısı "Şahdağ" Qış-Yay Turizm Kompleksində aparılan tikinti işləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib. Prezidenti 2012-ci il dekabrın 20-də Qusara ikinci səfəri zamanı "Qusar-1” kiçik su elektrikstansiyasının, Qusar-Ləzə avtomobil yolunun, "Şahdağ" Qış-Yay Turizm Kompleksinə daxil olan "Zirvə" və "Qaya"otellərinin açılışında iştirak edib, "Şahdağ Resort SPA" otelində aparılan tikinti işlərinin gedişatı ilə tanış olub. Şahdağ" Qış-Yay Turizm Kompleksinin 1-ci fazasının istifadəyə verilməsi artıq rayona respublikanın müxtəlif regionlarından və xarici ölkələrdən çoxlu turistlərin və qonaqların axınına səbəb olub. Bu da onu göstərir ki, "Şahdağ" Qış-Yay Turizm Kompleksi rayonda nəinki idmanın və turizmin, eləcə də infrastrukturistehsal sahələrinin inkişafına, rayon büdcəsinin və əhalinin pul gəlirlərinin artmasına və beləliklə rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəlməsinə təkan verməkdədir.

2012-ci il həmçinin Qusarın tarixində "Şahdağ" Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi, 10-dan çox yeniməktəb binasının tikintisi, kənd yollarının və körpülərin əsaslı təmiri və tikintisi, şəhərin içməli su təchizatı sisteminin yenidən qurulmasına başlanılması və abadlıq quruculuq sahəsində görülən bir sıra digər işlərlə də yadda qalıb. 2012-ci ildə rayonun inkişafını əks etdirən iqtisadi göstəricilərdə də artım olub, 2011-ci illə müqayisədə hesabat ilində sənayə məhsulunun ümumi həcmi 5,9 faiz, kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,4 faiz, nəqliyyat sektorunda əldə edilən gəlirlər 12,8 faiz, poçt və rabitə xidmətlərinin həcmi 3,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 13,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 29,9 faiz, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 10,2 faiz artıb.

Hesabat ilində rayonun yerli gəlirlər proqnozu 104 faiz icra olunub, büdcəyə nəzərdə tutulduğundan 216 min manat çox vəsait daxil olub. Rayonun yerli xərclərinin dəqiqləşdirilmiş məxaric hissəsi 17 milyon 812,8 min manat təyinata qarşı 17 milyon 42,6 min manatya 95,7 faiz icra olunub, 770,2 min manat büdcə vəsaitinə qənaət edilib. 2012-ci ildə ümumi xərclərin 77,2 faizi büdcə təşkilatlarında işləyən işçilərin əmək haqqlarının, pensiya və müavinətlərin, 22,8 faizi isə digər xərclərin ödənilməsinə yönəldilib.

Hesabat dövründə əhalinin aztəminatlı təbəqəsi və onların sosial problemləri diqqətdə saxlanılıb, Respublika Prezidentinin 8 fevral 2012-ci il tarixli sərəncamına uyğun olaraq əmək pensiyalarının sığorta hissəsi 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 1 yanvar 2012-ci il tarixindən 7,9 faiz artırılıb.

Hesabat dövründə ünvanlı sosial yardımın təyin edilməsi üçün müraciət etmiş 1398 ailədən 1356 ailənin 6615 nəfərailə üzvünə ünvanlı sosial yardım təyin edilib, hər ailəyə ödənilən orta aylıq yardımın məbləği 118 manat təşkil edib. Ünvanlı sosial yardım təyin olunanların sayı əvvəlki ilə nisbətən 521 nəfər çox olub. Hesabat ilində 253 nəfər tək-tənha və kimsəsiz vətəndaşa evində xidmət göstərilib, 2839 nəfərə müxtəlif növ müavinət ödənilib. İşsiz vətəndaşların işlə təmin edilməsi və axtaran vətəndaşlara kömək məqsədilə 2012-ci ilin sentyabr ayının 7-də Qusar şəhərində əmək yarmarkası keçirilib. Əmək ehtiyatlarından düzgün və səmərəliistifadə olunması məqsədilə vakant yerləri haqqında məlumatların toplanılması, işləməyən əhalinin səmərəliyin artırılması üçün tədbirlər görülür.

1 yanvar 2013-cü il tarixinə rayonda 13065 nəfər pensiyaçı qeydiyyatda olub, bunlardan 8422 nəfərə yaşa görə, 3332 nəfərə əlilliyə görə, 1311 nəfərə isə ailə başçısını itirməyə görə pensiyalar hesablanıb ödənilib. Pensiya, müavinət və əmək haqqlarının ödənilməsi rayonda fəaliyyət göstərən 5 bank filialının 12 bankomatı vasitəsiləhəyata keçirilir. Əhalinin aztəminatlı təbəqəsinin və yaşlı nəslin pensiya və müavinətlərinin alınması işini asanlaşdırmaq məqsədilə bankomatlar Qusar şəhərindən başqa Samur qəsəbəsində, Hil və Həzrə kəndlərində də yerləşdirilib.

Ötən ildə öz həllini tapmış məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşlarının SSRİ əmanət banklarındasaxladıqları əmanətlərin qaytarılması olub. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərə 1 yanvar 1992-ci il tarixinə kimi qoyduqları və ötən illərdə böyük infilyasiyaya məruz qalan əmanətlərinə görə fərdi birdəfəlik ödəmələrin verilməsinə dair 14 mart 2012-ci il tarixli 602 nömrəli fərman imzalayıb. Bu fərmana uyğun olaraq «Kapitalbank»ın rayon filialı tərəfindən əmanətçilərdən 24458 ərizə qəbul edilib, 21140 nəfər əmanətçiyə 7 milyon 250 min manat məbləğində birdəfəlik ödəniş həyata keçirilib. 3318 nəfər əmanətçiyə isə fərdi birdəfəlik ödənişlərin hesablanması və ödənilməsinin cari ildə həyata keçirilməsi nəzərdə tutulur. Artıq onların bir qismi ödənilib.

Hesabat ilində rayonda sahibkarlığın inkişafını dəstəkləyən bir sıra tədbirlər həyata keçiriib. Belə ki, rayon icrahakimiyyəti İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə 2012-ci il mayın 31-də Qusar şəhər mədəniyyət sarayında"Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans, oktyabrın 12-də Balaqusar kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi mövzusunda seminarkredit yarmarkası keçirib, rayonda fəaliyyət göstərən 10 sahibkara 100 min manatdan çox kredit verilib. Ümumilikdə 2012-ci ildə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon sahibkarlarına 21 layihəyə 2 milyon 754 min manat güzəştli kredit verilibbu layihələrin həyata keçirilməsinəticəsində 45 yeni, daimi yeri açılıb. 2012-ci ildə bütövlükdə rayonda 1639 yeni yeri yaradılıb ki, bundan 539-u daimi, 1100-ü müvəqqəti vəmövsümü yerləri olub. Yeni yaradılmış daimi yerlərindən 22-i yeni, 56-sı mövcud müəssisə və təşkilatlarda, 18-i fəaliyyəti bərpa olunmuş müəssisə və təşkilatlarda, 443-ü isə fiziki şəxslərə məxsus obyektlərdə açılıb. Həyata keçirilmiş tədbirlər və dövlətin sahibkarlığın inkişafına göstərdiyi dəstəyin nəticəsidir ki, rayonda sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, özəl sektorda istehsal edilən məhsulun və göstərilən xidmətlərin həcmi və keyfiyyəti artır.Belə ki, 2012-ci ildə rayonda istehsal olunan sənaye məhsulunun 26,1 faizi, kənd təsərrüfatında ümumi məhsul istehsalının 97 faizi, nəqliyyat sektorunda göstərilən xidmətlərin 100 faizi, pərakəndə əmtəə dövriyyəsinin 99,8 faizi,əhaliyə göstərilən pullu xidmətlərin 94,4 faizi və nəhayət ümumdaxili məhsulun 69,9 faizi sahibkarlıq subyektlərinin payına düşür.

2012-ci ildə rayonun kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlar tərəfindən 195 hektardan çox yeni meyvə bağları salınıb ki, bunun 30 faizdən bir az çoxu alma, qalanı gilas və fındıq bağları təşkil edir. Rayonun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalçılarına Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq güzəştli qaydada 693 ton mineral gübrə verilib, 2012-ci ilin məhsulu üçün əkilmiş buğda sahələrinə görə 7292 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 1 milyon manat, əkin sahələrinin və çoxillik əkmələrin becərilməsində istifadə edilmiş yanacaqmotor yağlarına görə 9020 nəfərə 39767,5 hektar sahəyə görə 1 milyon 590,7 min manat vəsait hesablanıb ödənilib. Əkin sahəsinin 93,5 faizi əhalinin şəxsi təsərrüfatlarında, 6,5 faiz-i isə dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələrində əkilib.

Hesabat ilində əvvəlki illə müqayisədə hər hektardan orta məhsuldarlığın aşağı düşməsi səbəbindən 162 ton tərəvəz, 751 ton meyvə az istehsal edilib. Hər hektardan orta məhsuldarlığın taxıl və digər dənli bitkilər üzrə 3,1 sentner, kartof məhsulu üzrə 1,7 sentner azalmasına baxmayaraq, əkin sahəsinin əvvəlki ilə nisbətən artması hesabına hesabatilində 971 ton dənli və dənli paxlalılar, 1084,6 ton kartof çox istehsal olunub. Cari ilin əvvəlnə rayonda 32189 hektar sahədə gələn ilin məhsulu üçün payızlıq şum sürülüb, 23275 hektar sahədə payızlıq buğda və 8445 hektar sahədə payızlıq arpa əkilib. 2012-ci il ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 34 nəfər sahibkar tərəfindən 593,6 ton kənd təsərrüfatı məhsulları çıxarılıb.

Ötən il Qusarda əhaliyə göstərilən kommunal xidmətlərinin səviyyəsinin yüksəldilməsi sahəsində də bir sıra işlər görülüb. Ötən ildə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı məqsədilə hava elektrik verilişi xətlərində təmir işləri reallaşdırılıb, yararsız dayaqlardan 266 ədədi yeni dayaqla əvəz edilib, 803 ədəd dayaq təmir edilib, 19100 metrdən çox yararsız naqil yenisi ilə əvəz edilib, 110 ədəd transformator yarımstansiyasında təmir işləri görülüb, Qusar şəhərində 1 ədəd yeni transformator quraşdırılıb. Xürel kəndində 1 ədəd, Uqur kəndində 2 ədəd, Köhnə Xudat kəndində 1 ədəd, Yeni Həyat kəndində 1 ədəd olmaqla 5 ədəd transformator daha güclü transformatorlarla, Piral kəndində sıradan çıxmış 2 ədəd, Urva oba kəndində 1 ədəd transformator yeniləri ilə əvəz edilib. 110/35/10/10-6 kv-luq YS-da 3 ədəd gərginlik transformatoru quraşdırılıb, 6 ədəd yağ açarı yeni vakkum açarlarla əvəz edilib, 1 və 2 saylı 10 MVA-lıq transformatorlarda profilaktik cari təmir ölçü, sınaq işləri aparılıb, 10-6/0,4kv-luq, YS-da 39 ədəd 400 və 250 A-lik ayırıcı quraşdırılıb, 45 metr çıxış kabelləri dəyişdirilib, müxtəlif markalı 2090 ədəd sıradan çıxmış izolyator yeniləri ilə əvəz edilib. Hazırda rayon elektrik enerjisi təminatı sisteminin yenidən qurulması, itkilərin qarşısının alınması və faktiki itkilərin təbii itki normasına uyğun olması üçün müvafiq tədbirlər görülür. Əhalinin təbii qaz təminatının yaxşılaşdırılması sahəsində ötən ildə müəyyən işlər görülüb. Bu günün təlabatına cavab verməyən və şəhərin ümumi görünüşünə xələl gətirən qaz xətlərinin yenidən qurulması nəzərdə tutulur.

Hesabat dövründə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qusar şəhərinin və ətraf 7 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qusarçayda 700 p/m-lik suqəbuledici qurğunun, Qusar şəhərində 1 və 2 saylı su anbarlarının ərazisində yeni su anbarların tikintisinə başlanılıb. Artıq suqəbuledici qurğunun və 2 ədəd su anbarının tikintisi başa çatdırılıb. Hazırda 17,8 km-lik yeni su xəttinin və hər biri 500 m3-lik daha 2 su anbarının tikitisi aparılır. Layihə çərçivəsində cari ildə əlavə hər biri 500 kubmetrlik 4 su anbarının, xolirator və digər yardımçı binalarının tikintisi küçə sukanalizasiya xətlərinin çəkilməsi nəzərdə tutulur. Cari ildə həmçinin tikintisinə keçən ildə başlanılıb, uzun illər qəzalı vəziyyətdə olmaqla rayonun həlli vacib problemlərindən biri hesab olunan 28,6 km-lik Qusar-Quba kanalizasiya kollektorunun yenidən tikintisinin başa çatdırılması və şəhərin kanalizasiya sisteminin ona qoşulması nəzərdə tutulur.

Layihədə rayon icra hakimiyyətinin suqəbuledici qurğunun su götürmək qabiliyyətini artırmaq məqsədi ilə verilən təklifləri qəbul edilib, qurğunun uzunluğu 200 metr artırılıb, qurğuda istifadə edilən boruların diametri əvvəl nəzərdə tutulmuş 300 mm əvəzinə təklif əsasında ilk 200 metrəlik hissəsinin 500 mm-lik, növbəti 100 metrəlik hissəsinin, 400 mm-likqalan hissəsinin 300 mm-lik, qolların isə 250 mm-lik borularla tikintisi, 17,8 km-lik magistral su xəttinin isə 280 mm-lik əvəzinə 350 mm-lik borularla çəkilməsinə nail olunub. Bu və digər təkliflər nəzərə alınaraq layihə yenidən işlənib və rayon icra hakimiyyətinin bir çox digər təklifləri də yeni layihədə öz əksini tapıb.

İçməli su təminatının yaxşılaşdırılması sahəsində qeyd olunan işlərlə yanaşı hesabat dövründə mövcud sukanalizasiya xətlərində də təmir-bərpa işləri görülüb, kəndlərdə yeni su xətləri çəkilib, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün digər tədbirlər həyata keçirilib. Belə ki, kənd bələdiyyələrinin vəsaiti və digər mənbələr hesabına kəndlərdə 15900 p/m, o cümlədən Qalacıq kəndində 1000 p/m, Kuzunqışlaq kəndində 500 p/m, Cibir kəndində 5000 p/m, Samur qəsəbəsində 700 p/m, Quxuroba kəndində 2000 p/m, Çiləgir kəndində 3000 p/m, Mucuq kəndində 2200 p/m, Xuraykəndində 500 p/mŞirvanovka kəndində 1000 p/m uzunluğunda yeni su xətləri çəkilib, müxtəlif kəndlərdə ümumilikdə 4088 p/m-lik su xətləri təmir edilib, Balaqusar, Qılahoba, Salehoba, Qalacıq, Üzdənoba və Quxuroba kəndlərində subartezian quyularının sıradan çıxmış nasosları yeniləri ilə əvəz edilib.

Cari ildə SamurQusar çaylarında əlavə sahilqoruyucu bəndlərin tikintisirayonun həlli vacib əsas problemlərdən hesab olunan Gündüzqala, Bədişqala, Cibir, Gədəzeyxur və Aşağı Ləqər kəndlərini suvarma suyu ilə təmin edən arxların beton örtüklə yenidən qurulması və bu arxların müəyyən hissələrinin iri diametrli borularla qapalı şəbəkəyə keçirilməsi işlərinin görülməsi nəzərdə tutulur.

Hesabat dövründə rayonda əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi sahəsində də müəyyən işlər görülüb.

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları və göstərişləri ilə ayrılmış vəsaitlər hesabına rayonda geniş-miqyaslı tikinti, abadlıq-quruculuq işləri davam etdirilib. Belə ki, əsaslı təmirinə 2010-cu ildə başlanılmış 22 km-lik Həzrə-Zuxul avtomobil yolunda əsaslı təmir işləri davam etdirilib, yolda Zuxul kəndiərazisindən keçən hissədə Tahircal çayı üzərində giriş-çıxışları ilə birlikdə 84 p/m-lik yeni körpü inşa edilib, Uqur və Nəcəfkənd kəndləri ərazisindəki 2 körpü əsaslı təmir olunub. Əsaslı təmir işləri ilə əlaqədar yolun genişləndirilməsi, yoləsasının və çeyinlərin hazırlanması, siqnal dirəklərinin, yol nişanlarının quraşdırılması və layihədə nəzərdə tutulan digər təmir-tikinti işləri tam başa çatdırılıb və yola 154 min kvadratmetr asfalt döşənib.

Hesabat ilində "Şahdağ" Qış Yay Turizm Kompleksinin, beton əsaslı Bakı-Gəndob-Rusiya Federasiyası ilə Dövlət sərhəddi avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin və 39 km-lik Qusar-Əniğ-Ləzə avtomobil yolunun tikintisi aparılıb və yuxarıda qeyd olunduğu kimi, dekabr ayında "Şahdağ" Qış Yay Turizm Kompleksinin 1-ci fazası və Qusar-Əniğ-Ləzə yolunun"Şahdağ" Turizm Kompleksinə kimi olan hissəsi ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilib.

Hesabat dövründə həmçinin mövcud rayondaxili yollarda və şəhər küçələrində də bir sıra təmir işləri həyata keçirilib.

Hesabat ilində Qusar şəhərində "Dövlət Bayrağı Kompleksi"ndən Azadlıq küçəsinə kimi yeni salınmış yolun və Azadlıq küçəsinin genişləndirilməsi və əsaslı təmiri işləri davam etdirilib, yola 5000 kvadartmetr asfalt örtük döşənib, eləcə də avtovağzal dairəsindən G.M.Əbilov küçəsinə kimi çayın kənarı ilə yeni salınmış 1,2 km-lik yola 8400 kvadartmetr, C.Cabbarlı, Həsrətov vəMelikov küçələrinə 7800 kvadartmetr, mərkəzi küçələrdə səkilərə 5500 m2, Heydər Əliyev Xatirə Kompleksinin qarşısında 7500 kvadartmetr asfalt örtük qoyulub.

Hesabat ilində rayon Statistika idarəsinin və DSMF-nin rayon şöbəsinin yeni inzibati binaları istifadəyə verilib, rayon prokurorluğunun və Baytarlıq idarəsinin, Həzrə kəndində baytarlıq məntəqəsinin tikintisi başa çatdırılıb. Şəhərdə aparılan abadlıq işləri çərçivəsində ötən ildə Heydər Əliyev prospektində yerləşən 166, 168, 170, 174, 119 və119a saylı, Müqtədir küçəsində yerləşən 130, 132 və 94 saylı çoxmənzilli yaşayış binalarının dam örtükləri və fasadları, Müqtədir küçəsində yerləşən 124, 126 və 128 saylı çox mənzilli yaşayış binalarının fasadları təmir edilib.

Cari ildə də şəhərdə abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə hazırda qüsur aktları tərtib edilir, smetalar hazırlanır. Respublika rəhbərliyinin diqqət və qayğısı sayəsində ötən il ərzində rayon ərazisində ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, 2012-ci il sentyabr ayının 15-də rayonun Gedəzeyxür, Gican, Urva, Əniğ, Ləgərğışlaq, Əcəxür, Cağarqışlaq və Yuxarı Qələnxür, yeni il ərəfəsində Çiləgir və Zindan Muruq kəndlərində yeni məktəb binaları istifadəyə verilib, Qusar şəhər 3 saylı uşaq bağçasında əsaslı təmir işləri başa çatdırılıb. Rayonun Həsənqala, Bədişqala, Düztahir, Kuzun, Köhnə Xudat QazmalarUqur kənd məktəblərində son tamamlama işləri görülüb, Piral kənd məktəbinin tikintisi davam etdirilib. Nazirlər Kabinetinin növbəti sərəncamı ilə rayon ərazisində təhsil üçün yararsız olan daha 10 yeni məktəb binasının layihələndirilməsinə başlanıb. Rayon İcra Hakimiyyəti təhsil müəssisələrinin maddi-texniki təchizatı istiqamətində aparılan işlərin davamlılığını təmin etmək üçün əlavə olaraq yeni bina ilə təchiz olunmasına və ya əsaslı təmirinə ehtiyacı olan daha 35 təhsil müəssisəsi üçün yeni binaların tikintisinin investisiya planına daxil edilməsi üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət edib.

Hesabat ili səhiyyə sahəsində də mühüm yeniliklərlə yadda qalıb, ölkə rəhbəri cənab İlham Əliyevin iştirakı ilə Mərkəzi Rayon Xəstəxanasının yeni binası istifadəyə verilib. 2012-ci ilin noyabr ayından etibarən Mərkəzi Rayon Xəstəxanasıyeni binaya köçüb və biri-birindən uzaq məsafələrdə yararsız binalarda pərakəndə şəkildə fəaliyyət göstərən tibb müəssisələri yeni binaya köçürülərək əhaliyə normal tibbi xidmət üçün şərait yaradılıb. Xəstəxananın yeni bina, müasir inventar və avadanlıqlarla təchiz edilməsi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olub.

Hesabat ilində rayonda turizmin inkişaf etdirilməsi sahəsində də bir sıra əməli tədbirlər həyata keçirilib. Ölkə başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ərsəyə gələn "Şahdağ" Qış-Yay Turizm Kompleksi ərazisində ötən ilin dekabr ayında tikintisi başa çatmış iki otel istifadəyə verilib, ərazidə turistlərin qəbulu üçün zəruri infrastruktur yaradılıb. Ölkə başçısının bu qayğısının nəticəsidir ki, Qusar rayonu turizm bölgəsi kimi günü-gündən daha da inkişaf edir. Ötən illər ərzində rayona gələn turistlərin sayında müşahidə edilən artım da söylənilənləri bir daha təsdiq edir. Turizmin inkişaf perspektivləri nəzərə alınaraq rayon ərazisində fəaliyyət göstərən bütün turizm obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi, obyektlərin müasir tələblərə uyğunlaşdırılması, vaxtaşırı Bakı şəhərində keçirilən Beynəlxalq Turizm Sərgilərində Qusar rayonunun turizm obyektlərinin iştirakının təmin edilməsi və digər istiqamətlərdə əməli tədbirlər həyata keçirilib. Digər sahələrdə də dinamik inkişa qeydə alınır.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-8 mart.-S.10-14.