Sabirabadda dinamik tərəqqinin möhkəm
özülləri yaradılır
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
Bu gün sürətli inkişaf dinamikasına görə fərqlənən regionlar sırasında Sabirabad əldə etdiyi nailiyyətlərlə seçilənlər sırasında yer alır. Regionların inkişafına dair müvafiq dövlət proqramları və digər tədbirlər burada uğurla reallaşdırılır və möhtəşəm nəticələrin əldə olunmasına gətirib çıxarır. Ötən ilin sosial-iqtisadi yekunları da qeyd edilənlərin real təsdiqi kimi çıxış edir. Belə ki, ötən il rayonda iqtisadiyyatın bütün sahələrində 2011-ci illə müqayisədə nəticələr yüksəlib.
Hesabat
dövründə istehsal olunan ümumi məhsulun həcmi 313
milyon 599 min manat olub. Bu da 2011-ci ilə nisbətən 10,5 faiz
çoxdur. 2012-ci ildə 4 milyon 740 min manatlıq sənaye,
150 milyon 659 min manatlıq kənd təsərrüfatı məhsulları
istehsal edilib. Əhaliyə 557 min manatlıq poçt, rabitə,
36 milyon 716 min manatlıq pullu xidmətlər göstərilib.
Əsas kapitala 104 milyon 773 min manat investisiya yönəldilib.
Bu, əvvəlki illə müqayisədə 21 milyon 79 min
manat çoxdur. Adambaşına düşən pul gəlirləri
də əvvəlki ildəkindən xeyli artıq olub. 2012-ci
ildə rayonda 13 yeni müəssisə yaradılıb, 553 yeni
iş yeri açılıb.
Ötən
il rayonda gedən abadlıq və quruculuq işləri sürətlə
davam etdirilərək şəhərin Heydər Əliyev
prospektində və 20 Yanvar küçəsində yerləşən
beşmərtəbəli yaşayış binalarının
fasad hissələri, pəncərələri və dam
örtükləri müasir üslubda yenidən qurulub,
prospekt boyu istinad divarları plitələrlə üzlənib.
Heydər Əliyev prospektində yerləşən 15 və 17
saylı beşmərtəbəli yaşayış
binalarının həyətində uşaqlar
üçün əyləncə parkı salınıb.
Onu da qeyd
edək ki, ötən ilin noyabrında Heydər Əliyevin
adını daşıyan parkda Heydər Əliyev Mərkəzinin
təməlqoyma mərasimi keçrilib. Mərkəzin tikinti
sahəsi 1220 kvadratmetr, ümumi sahəsi 3600 kvadratmetrdır.
Yeni binanın foyesində Ulu öndərin büstü
qoyulacaq, burada onun həyat və fəaliyyətini əks etdirən
muzey, 250 yerlik konfrans zalı, elektron kitabxana, 9 müxtəlif təyinatlı
dərnəklər üçün otaqlar, o cümlədən
iş və xidmət otaqları nəzərdə
tutulmuşdur. Ümumilikdə Park yenidən qurulacaqdır. Mərkəz
Umummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində
istifadəyə veriləcək. Onu da bildirək ki, torpaq islahatının
aparılması nəticəsində rayonda 23 min 763 ailəyə
45 min 236 hektar torpaq payı verilib. İstehsal olunan kənd təsərrüfatı
məhsullarının hamısı özəl sektorun
payına düşür. Hazırda rayonda 114 kənd təsərrüfatı
və xidmət təşkilatı fəaliyyət göstərir
ki, bunun da 77-si kənd təsərrüfatı müəssisəsi,
4-ü kooperativ, 73-ü özəl, 37-si xidmət təşkilatı,
31-i fərdi sahibkardır.
Ötən
il taxıl əkini sahələri və məhsul istehsalı
da artıb. Hesabat ilində 67 min 670 ton taxıl, 4.053 ton
pambıq, 14 min 245 ton kartof, 43 min 215 ton tərəvəz, 15
min 317 ton meyvə, 54 min 375 ton bostan məhsulları, 1.973 ton
qarğıdalı istehsal edilib. Bütün bu göstəricilər
əvvəlki illə müqayisədə çox olub. 2012-ci
ildə heyvandarlıq inkişaf etdirilib, mal-qaranın
sayında artım olub, ət, süd, yun, yumurta istehsalında
xeyli artım qeydə alınıb. Ötən il 3.413 abonentə
təbii qaz verilib. Bu sırada kəndlər də xüsusi
yer alır. Ötən ilin sonlarında Sabirabad rayonunun
Ulacalı kəndinə təbii qazın verilməsini buna
misal göstərmək olar.
Rayonda subasmaya
məruz qalmış kəndlər, o cümlədən
Ulacalı kənd ərazi vahidliyini əhatə edən
Ulacalı, Mürsəlli, Şıxlar 50 evdən ibarət ən
müasir infrastrukturu olan qəsəbə salınıb, 301
möhkəm özüllü ev tikilib. Üç məktəb
ən müasir tələblərə cavab verən səviyyədə
yenidən qurulub, iki tibb müəssisəsi tikilib, sakinlərə
ziyana görə 3,4 milyon manata yaxın kompensasiya ödənilib.
Bu gün isə kəndə təbii qaz verilir, 866 ailəyə
istilik, hərarət bəxş olunur. Bu iş cari ildə də
davam etdirilir.
Ölkədə
içməli su və kanalizasiya layihələrinin icrası
istiqamətində qlobal layihələr həyata
keçirilir. 2012-ci ildə rayonun Xankeçən,
Poladtuğay, Bulaqlı, Qaratuğay və Şıx
Salahlı kəndlərində modul tipli sudurulducu qurğu
inşa edilərək əhalinin istifadəsinə verilib.
Ümumilikdə rayonun 24 kəndində sudurulducu qurğu
quraşdırılıb. Ötən ilin iyununda isə
Sabirabad şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma
mərasimi keçirilib. Rayonda yenidənqurma işləri Azərbaycan
Hökuməti ilə Dünya Bankı arasında
imzalanmış «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri
Layihəsi» çərçivəsində həyata
keçirilir. Azərbaycan Prezident İlham Əliyevin təsdiqlədiyi
«Regionların sosial-iqtisadi inkişafı» Dövlət
Proqramının tərkib hissəsi olan bu layihə üzrə
işlərin 2014-cü ildə başa
çatdırılması, nəticədə
istehlakçıların dayanıqlı və keyfiyyətli
içməli su ilə təchiz olunacağı nəzərdə
tutulur. Sabirabad şəhəri və ətraf kəndlərdə
istehlakçıların keyfiyyətli və dayanıqlı
su təchizatının aparılması üçün
Kür Sutəmizləyici Qurğular Kompleksindən çəkiləcək
yeni magistral kəmərlə rayona saniyədə 118 litr su
ötürüləcək. Halbuki hazırda Sabirabad sakinlərinə
içməli su Kür çayından götürülərək,
qismən təmizlənib verilir. Layihənin icrası nəticəsində
sakinlər keyfiyyətli və dayanıqlı içməli
su ilə təmin olunacaq, şəhərin kanalizasiya
infrastrukturu tamamilə yenidən qurulacaq.
"Sabirabad
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması” layihəsi Sabirabad şəhərində
34423, Qalaqayın, Suqovuşan, Qəfərli, Əsədli,
Bulaqlı, Balakənd kəndlərində isə 14352 nəfər
olmaqla ümumilikdə 48775 nəfərin su təchizatı və
kanalizasiya xidmətlərinin əsaslı şəkildə
yaxşılaşmasına hesablanıb.
Layihənin
həyata keçirildiyi yaşayış məntəqələrində
yüksəksıxlıqlı polietilen borulardan 79,8 km
uzunluğunda içməli su və 87 km uzunluğunda
kanalizasiya xətti çəkiləcək, 300-dən
artıq yanğın hidrantı quraşdırılacaq. Fasiləsiz
su təchizatının aparılması üçün
tutumu 5400 kubmetr olan su anbarı inşa ediləcək. Yaranacaq
çirkab suları kənarlaşdırarkən
özüaxımlı rejimi təmin etmək
üçün mikrotunel qazılacaq, məhsuldarlığı
sutkada 10500 kubmetr olan çirkab sutəmizləyici qurğu da
inşa olunacaq. Azərbaycan Hökumətinin Dünya Bankı
ilə birgə maliyyələşdirdiyi layihə üzrə
işlərin 2014-cü ildə başa çatdırılması
nəzərdə tutulur.
Sabirabad
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması üzrə keçirilmiş beynəlxalq
tenderin nəticələrinə əsasən tikinti işlərini
Türkiyə-Azərbaycan konsorsiumu - "Koroğlu-Art-Akkord”
həyata keçirir.
Hacıqabul-Bəhrəmtəpə-Horadiz
magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən
keçən hissəsində yenidənqurma və əsaslı
təmir işləri davam etdirilir və cari ildə bu işlər
başa çatdırılacaq. Təhsil sahəsində də
müəyyən uğurlara imza atılıb. Ötən il
rayonun ən böyük təhsil müəssisələrindən
olan Nizami Gəncəvi adına 5 saylı şəhər tam
orta məktəbinin əsaslı təmir edilməsi, Eynulla
Nadirov adına 8 saylı şəhər tam orta məktəbinin,
Yuxarı Axtaçı və Nərimankənd tam orta məktəblərinin
yeni binalarının tikilərək dərs ilində
şagirdlərin istifadəsinə verilməsi bu fonda
xüsusi qeyd olunmalıdır. Dövlət
başçısı İlham Əliyevin, Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təhsilə xüsusi diqqət və
qayğısının təzahürü olaraq ölkəmizin
bütün bölgələrində yeni tədris
ocaqlarının tikilməsi məlum həqiqətdir və bu
qayğıdan Sabirabada da böyük töhfə
düşür.
Məlumat
üçün qeyd edək ki, Nizami Gəncəvi adına 5
saylı şəhər tam orta məktəbi 1979-cu il sentyabrın
1-də istifadəyə verilib. Ulu öndər Heydər Əliyev
məktəbin açılışında iştirak edib, 16
sentyabr 1999-cu ildə 20 illik yubiley münasibətilə məktəbin
kollektinə təbrik məktubu göndərib. Bərpa-gücləndirmə
və əsaslı təmir işləri
görülmüş, bütün zəruri avadanlıqlarla təchiz
edilmiş məktəb 1176 şagird yerlikdir, 65 sinif
otağından və 3 laboratoriyadan ibarətdir. Məktəbə
35 kompüter dəsti verilib, süni örtüklü stadion
tikilib.
Eynulla
Nadirov adına 8 saylı şəhər tam orta məktəbinin
əvvəlki binası 1962-ci ildə tikilib, 250 şagird yerlik
olmuşdu. Təhsil Nazirliyinin vəsaiti ilə inşa olunan 3
mərtəbəli yeni məktəb binası 480 şagird
yerlikdir, bütün avadanlıqlarla təchiz edilib. 23 sinif
otağı və 2 laboratoriyadan ibarətdir. Məktəbə
15 kompüter dəsti verilib. Nərimankənd tam orta məktəbinin
180 şagird yerlik əvvəlki binası 1940-cı ildə
tikilib. Təhsil Nazirliyinin vəsaiti ilə inşa olunan 2 mərtəbəli
yeni məktəb binası isə 480 şagird yerlikdir,
bütün avadanlıqlarla təchiz edilib.
Yuxarı
Axtaçı kənd tam orta məktəbinin əvvəlki
binası 1970-ci ildə tikilib, 228 şagird yerlik olmuşdu.
Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa
olunan 2 mərtəbəli yeni məktəb binası 250
şagird yerlikdir. 12 sinif otağı, 2 laboratoriyadan ibarətdir.
Məktəbə 9 kompüter dəsti verilib.
Yeri gəlmişkən,
məktəblər yeni avadanlıqlarla təchiz edilib,
laboratoriyalar müasirləşdirilib, istilik sistemi ilə təmin
olunub. İdman zallarına bütün zəruri avadanlıqlar
verilib.
Səhiyyə
xidmətinin yaxşılaşdırılması ilə
bağlı da ötən il rayonda müəyyən tədbirlər
həyata keçirilib. Nəqliyyat, mədəniyyət, turizm
və idman sahəsində də vəziyyət qənaətbəxşdir.
Ümumiyyətlə, rayonda əksər sahələr üzrə
dinamik tərəqqi yaşanır və bu,
qarşıdakı dövrdə daha böyük uğurlara
imza atılmasını şərtləndirir.
Elşən BAYRAMOV
Mövqe.-2013.-13 mart.-S.10.