“Azərbaycan
musiqisinin özəllikləri var”
Muğam müsabiqəsinə gəlmiş
qonaqlar: “Azərbaycan mədəniyyətinə
valeh olmuşuq
Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar
İttifaqı tərəfindən Bakıda 2013-cü il 9-19
mart tarixində "Muğam aləmi" adlı III Beynəlxalq
Muğam Festivalı keçirildi. Festival çərçivəsində
15-18 mart tarixlərində beynəlxalq muğam müsabiqəsini
baş tutdu. Festivalda iştirak etmək üçün
Türkiyə, İran, Tacikistan, Liviya, İordaniya, Türkmənistan,
Çin, Hindistan, Tunis, Misirdən və başqa ölkələrdən
musiqiçilər və qruplar təşrif buyurmuşdular.
Muğam müsabiqəsində iştirakçı ölkələrin
nümayəndələrinin fikirlərini öyrəndik. Azərbaycan
muğamı haqqında nə düşünürlər?
“Raqa” qrupu (Hindistan):
“Azərbaycanda
olmaqdan böyük şərəf duyuram. Mən Hindistan ənənəvi musiqinin təmsilçisiyəm. Azərbaycana
ilk səfərimizdir. Bu ölkəni
çox sevdik. Cünki əhalisi çox mehribandır. Müsabiqə çox obyektiv keçirilir. Qayda qanunlar, seçimlər ədalətlidir.
Vokal mərhələdə
təqdim etdiyimiz kompozisiya Hind Klassik Raqasıdır. İnstrumental
mərhələdə isə
“Raqa Kirvani” və “Raqa Tog”u
ifa edəcəyik. Bu nümunələr Cənubi
Hindistanın şifahi
ənənəli musiqisinə
aiddir. Sizin musiqi həyəcanlıdır.
Öz lirik axımlılığı ilə
insan qəlbini titrədir. Muğamlarınızın
gözəlliyinə sadəcə
söz tapa bilmirik”.
Sitora Karamatullo (Tacikistan):
“Çox şadıq ki, bizi bu
müsabiqəyə dəvət
ediblər. İlk növbədə tədbirin
təşkilatçılarına öz təşəkkürümü
bildirirəm. Mən milli musiqinin təmsilçisiyəm. Sözsüz,
bu müsabiqədə
iştirakım mənim
gələcək yaradıcılığıma
böyük təsir edəcək. Hal-hazırda
Tacikistan Milli Konservatoriyasının IV kurs
tələbəsiyəm. Şaşmakom
fakültəsində oxuyuram.
Bir sıra respublika müsabiqələrində
iştirak etmişəm,
eləcə də xarici ölkələrdə
konsertlərim olub. Ancaq belə iri miqyaslı Beynəlxalq Muğam Müsabiqəsində ilk çıxışımdır.
Azərbaycana ilk səfərimdir.
Şəhəriniz, insanlarınız
çox xosuma gəldi. Siz çox qonaqpərvərsiniz.
Müsabiqədə dörd
əsərlə çıxış
edirəm. Bu kompozisiyalardan
ikisi “Şaşmakom”dur.
Digər nömrə makam üslubunda Tacikistan bəstəkarı
tərəfindən bəstələnib.
“Gülcahan” adlanır.
Azərbaycan muğamında
improvizasiya böyük
yer tutur və burada dayaq pillələrin ətrafında gəzişmələr
olur. Makam isə instrumental və vokal hissələrdən ibarət olub struktur etibarilə fərqlidir. Makam təmbur aləti ilə bağlı şəkildə ifa olunur”.
“Səda “ qrupu (Türkiyə):
“Düşünürəm ki,
hər bir şifahi ənənəli
musiqi ilə məşğul olan musiqiçi Azərbaycanda
keçirilən Beynəlxalq
Muğam Müsabiqəsində
iştirak etməlidir.
Burada bir sıra bacarıqlı musiqiçilər seçilib.
Müsabiqə musiqiçilərin
öz sənətlərini
göstərməsi üçün
cox gözəl imkandır. Uğurlu müsabiqə olduğunu düşünürəm. Azərbaycana
ilk dəfədir gəlirəm.
Şəhəriniz çox
maraqlıdır. Gəldiyimiz
ilk gün çox isti idi, növbəti
gün isə sanki qar yağacaqdı.
Məncə dörd mövsümü bir arada yaşayırsınız.
Azərbaycanlıların türklərə
olan xüsusi diqqət və hörmətlərini görürük.
Şəhərdəki qədimi
tarixi abidələrin
bəzilərini gəzmək
imkanımız oldu. İçərişəhəri çox bəyəndik. Həqiqətən çox
gözəl şəhərdir.
Türkiyəyə qayıdanda
hər kəsə bu şəhərdən bəhs edəcəyik. Bura gəlməyə dəyər. Müsabiqədə
bir neçə kompozisiya ilə çıxış edəcəyik.
İfa zamanı Türk Sənət Musiqisinin əvəzolunmaz
alətlərindən - qanun,
uddan istifadə etmişik. Qrupumuz altı musiqiçidən
ibarətdir. Türkiyədə
ifa edəcəyimiz əsər haqqında düşünərkən, güclü
instrumental və vokal ifaçılara malik olan bir ölkəyə-
Azərbaycana gələcəyimizi
bilirdik. Bu səbəbdən
də işimizin çətinliyini və məsuliyyətini başa
düşürdük. Türk
xalq musiqisi və Azərbaycan musiqisinin xüsusi özəllikləri var. Türk
xalq musiqisində Segah , Uşşaq və bunlara bənzər bir sıra məqamlarında bənzər motivlər
var. Sizin musiqidə variantlılıq, improvizasiyalardan
çox istifadə olunur. Bizim musiqimizdə
də bunlar var, ancaq Azərbaycan
muğamındakı qədər
zəngin deyil. Azərbaycan musiqisində
6/8, 4/4, 2/4 və başqa
ölçülərə çox rast gəlsəm də, Türk Sənət Musiqisindəki 7/8, 8/8,9/8 kimi
ölçülərə rast gəlməmişəm”.
İnstrumental qrup (İordaniya):
“III Beynəlxalq
Muğam Müsabiqəsi
bizim üçün
böyük önəm
kəsb edir. Bu müsabiqədə bir sıra ölkələrin
o cümlədən, İran,
Türkmənistan, Türkiyə
və digər ölkələrin musiqisi
ilə tanış olduq. Burada İordaniyada
musiqi mədəniyyətini
təmsil edirik. Biz ifamızda bir sıra ölkələrin
musiqisini öz musiqimizlə sintez edərək, improvizasiyalarla
ifa edirik. Müsabiqənin sayəsində
bir sıra ölkələrin musiqi mədəniyyətləri, müxtəlif
növ musiqi janrları ilə tanış olduq. Bu bizim Azərbaycana birinci səfərimizdir. Biz ölkəniz
və musiqiniz haqqında məlumatlı
deyildik. Ancaq indi ölkənizə, mədəniyyətinizə valeh
olmuşuq.
Biz muğam ifa edirik. İnstrumental mərhələdə ansambl
şəklində çıxış
edəcəyik. Təqdim
etdiyimiz kompozisiya müşayətsizdir. İfamız
variasiyalarla zəngindir.
Kompozisiyamızda ərəb
musiqisi, rast muğamından istifadə
etmişik. İnstrumental
mərhələdə təqdim
etdiyimiz kompozisiyalarda ud alətində texnika bacarığının
ön plana çəkilməsinə çalışmışıq. Muğamınız
möhtəşəmdir. Bu digər musiqi janrlarından, mədəniyyətlərindən
fərqlənir”.
Şanə Vəlizadə,
Bakı Musiqi Akademiyasının
Musiqişünaslıq fakültəsinin
III kurs tələbəsi
Olaylar.- 2013.- 20-27 mart.- S.13.