Qobustanın tərəqqisi daha dinamik xarakter
alır
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
Bu
gün dünya miqyasında Azərbaycanı fərqləndirən
əsas cəhət ölkənin sosial-iqtisadi inkişaf tempinə
görə dünyada liderlər cərgəsində yer
almasıdır. Azərbaycan həyata keçirdiyi islahatlarla,
qeyd olunan istiqamətdə qazandığı uğurlarla beynəlxalq
miqyasda ön sıralarada yer alan dövlətlərdən biri
kimi xarakterizə olunur. Ölkənin sürətli
inkişafı hər bir vətəndaşın həyatında
da öz əksini tapır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti
nəticəsində ölkəmiz günü-gündən
çiçəklənir, qüdrətlənir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt bu gün müasir tələblərlə tam səsləşərək davam etdirilir. Ölkə başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və dəqiq yerinə yetirilməsi üçün bütün lazımı tədbirlər yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda yaşanan tərəqqi regionlarda da özünü qabarıq büruzə verir. 2009-cu ilin aprel ayının 14-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş " 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci mərhələsi respublikanın bütün bölgələrində uğurla icra edilir. "2009-2013-cü illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qobustan rayonunda da xeyli sayda işlər görlüb. Qədim tarixə, əlverişli coğrafi mövqeyə malik rayonlardan biri olan Qobustan günü-gündən gözəlləşir, abadlaşır. Aparılan məqsədyönlü siyasətin nəticəsində qısa vaxt ərzində Qobustan rayonunda xeyli iş görülüb. Qobustan şəhərində, qəsəbə və kəndlərdə, magistaral yolların kənarlarında, küçə və meydanlarda, parklarda, ictimai yaşayış binalarının həyətlərində təmizlik, abadlıq, səliqə-sahman işləri aparılır, yaşayış və ictimai binaların xarici görünüşü daha da gözələşdirilir, yeni yaşıllıqlar salınır.
Sosial-iqtisadi sahədə də mühüm nəticələrə imza atılır. Qobustan rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları da bunu təsdiq edir. Məlumat üçün bildirək ki, keçən il rayonda ümumi məhsul buraxılışı 2011-ci ilə nisbətən 2012-ci ildə 36,7 faiz, o cümlədən sənaye məhsullarının həcmi 38,8 faiz, kənd təsərrüfatında isə 18,8 faiz artıb. 2012-ci ildə ümumi məhsul buraxılışının həcmi 2011-ci ilə nisbətən 37 milyon 489 min manat artaraq 101 milyon 805 min manata çatıb. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında bu göstərici 44 milyon 799,6 min manat, sənayedə 10 milyon 8,5 min manat təşkil edib. Tikintidə iş və xidmətlərin həcmi, nəqliyyat, ticarət və sair sahələrdə də uğurlu nəticələr əldə edilib. Hesabat dövründə 57 min 610 ton və ya adambaşına 1,4 ton taxıl istehsal edilib ki, bu, əvvəlki ildəki göstəricidən 49,9 faiz çoxdur. Ümumiyyətlə, taxılçılıqda keçən il rayon tarixində ən yüksək göstəriciyə nail olunub. Hesabat dövründə inişilkinə nisbətən ət istehsalı 2,9 faiz artaraq 5259,9 tona, süd istehsalı 12,2 faiz artaraq 16885 tona, yumurta istehsalı 2,6 faiz artaraq 7,2 milyon ədədə, yun istehsalı isə 0,9 faiz artaraq 340,4 tona çatıb. Qobustanda son illərdə arıçılıq da surətlə inkişaf etdirilir. Hazırda rayonda 1231 arı ailəsi bəslənilir. Arıçılıqla məşğul olan sahibkarların sayı artır və təbii ki, bu, bölgədə bal istehsalının diqqətəlayiq dərəcədə çoxalmasına səbəb olur. Ötən il Bakıda təşkil olunan bal yarmarkasına qobustanlılar 500 kiloqram məhsul çıxarıblar. Rayonun Xilmilli, Cəyli, Nabır, Təklə və bir sıra digər kəndlərində, habelə Qobustan şəhərində arıçılıqla məşğul olan sahibkarların sayı daha çoxdur.
Rayonda yol infrastrukturunun yaxşılaşdırılması sahəsində də xeyli işlər görülüb. Belə ki, 2011-ci ildə ayrılmış 2 milyon və 2012-ci ildə ayrılmış 5,3 milyon manat vəsait hesabına 13 min nəfər sakinin yaşadığı 6 kəndi rayon mərkəzi ilə birləşdirən, ümumi uzunluğu 23 kilometr olan Qobustan-Xilmilli yolu əsaslı təmir edilib. Habelə, Qobustan-Təklə-Mirzəbaba, Ərəbşalbaş yollarına, şəhərdaxili yollara asfalt örtük çəkilib. Təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin normal elektrik enerjisi, təbii qaz və su təchizatı ilə əlaqədar həyata keçirilən layihələr də mühüm uğurlara yol açır. Onu da qeyd edək ki, görülmüş tədbirlər nəticəsində 2012-ci ildə rayonda 2237 yeni iş yeri açılıb ki, bundan 782-si daimidir. Ötən ay isə Qobustan rayonunun ən iri yaşayış məntəqələrindən olan Bədəlli kəndində qazlaşdırma işlərinə başlanılıb. 1150 nəfərin yaşadığı Bədəllidə artıq kənddaxili qaz kəməri Bu il Bədəlli kəndindən başqa daha 5 kənd yaşayış məntəqəsinə təbii qaz veriləcək. Poladlı, Yekəxana, Təsi, Sədəfli və Şıxzahirli kəndlərinin qazlaşdırılması ilə əlaqədar layihə-smeta sənədləri hazırlanıb.
Rayonun qədim yaşayış məskənlərindən biri olması isə onun turizm potensialını daha da artırır. Yeri gəlmişkən qeyd edək ki, -Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Bakıdan cənubda, böyük Qafqaz sıra dağlarının cənub-şərq yamacı ilə Xəzər dənizi arasındakı düzənlik ərazidə yerləşir. 537 hektar ərazini əhatə edən qayaüstü rəsmlərdən ibarət mənzərə bu ərazinin bir hissəsini təşkil edir. Əvvəlcə turistləri keçən ilin martında açılmış yeni muzeylə tanış edirlər. Muzeyin informasiya mərkəzində qonaqlar sensor ekrandan istifadə edərək müxtəlif dillərdə geniş informasiya ala bilərlər. Muzeyin on iki zalı innovasiya texnologiyası, interaktiv stendlər, 3D video və başqa avadanlıqla təchiz olunub. Sensor ekranda minilliklər ərzində Xəzər dənizində baş vermiş dəyişiklikləri əks etdirən animasiya təsvirlərini müşahidə etmək, Qobustanın təbiəti, florası barədə məlumat almaq olar. İnsan qalıqları, daşlar, çini qablar, tarixəqədərki dövrün modabazlarının bəzək əşyaları və arxeoloji qatlardan tapılmış digər eksponatlar maraq doğurur. Buradakı "Zamana səyahət” zalında turistlər ilkin dövrdən başlayaraq Qobustanda baş vermiş böyük təbii dəyişiklikləri, dünyada insan düşərgələrinin coğrafiyasını görə bilərlər.
Qoruğun ərazisində həmçinin
3D formatında virtual video-uçuş
da etmək olar. Qobustan abidələri
iki qrupa bölünür: qayaüstü
təsvirlər, qədim
düşərgələr və digər obyektlər. Qobustanın Böyükdaş, Kiçikdaş,
Cingirdağ, Şonqardağ
və Şıxqaya dağlarındakı qayaüstü
təsvirlər, insan düşərgəsi, qəbirüstü
abidələr və
s. daş dövründə
və sonrakı dövrlərdə regionun
sakinləri barədə
məlumat verir. Burada, həmçinin qədim dövrə aid böyük
dairəvi tikililərin
qalıqları da vardır. Qayalıq yaylanın üç
hissəsində rəsmlər
tapılmışdır, burada
aşkara çıxarılmış
mağaralar, məskən
və sərdabə izləri üst paleolit dövrü ilə orta əsrlər
arasındakı dövrdə
bu ərazidə insanların sıx yaşadıqlarını göstərir.
Qoruğun ərazisində ilk arxeoloji
qazıntılar XX əsrin
30-cu illərində başlanıb. 1939-1940-cı illərdə Azərbaycan
arxeoloqu İshaq Cəfərzadə burada təqribən 3500 qayaüstü
təsvir, rəsm və nişan,
habelə qayalarda əl ilə açılmış oyuqlar,
dəliklər və
s. aşkar edib. Qobustanda mezolit dövründən orta əsrlərədək
yaradılmış təqribən
6000 rəsm vardır.
Rəsmlərə əsasən mağaralarda
və qaya parçalarında rast gəlmək olar. Onların arasında ov, ritual rəqs, əkinçilik səhnələri, müxtəlif
heyvanlar, qayıqlar və rəmzi işarələr təsvir
edilib. Qobustan üçün həm kişi, həm
də qadın təsvirləri səciyyəvidir.
Rəsmlərdə kişilər ox-kamanlı
ovçu simasında,
uca boylu, qamətli, bellərində
kəmər, möhkəm
əzələli təsvir
olunublar. Yallı rəqsini
çox xatırladan,
iki cərgədə qrup şəklində ifa olunan ritual-mərasim rəqsi diqqəti cəlb edir. Böyükdaşda oyulmuş bu
səhnələr eramızdan
əvvəl III-II minilliklərə
aiddir.
Daşlarda qadınlar matrona, matriarxat dövrünün
dayağı, həmçinin
döyüşçü qadın kimi təsvir olunublar. Belə ki,
"Yeddi gözəl”
mağarasında incə
belli, güclü ayaqları
olan və arxasında kaman daşıyan qadın təsvirləri görmək
olar. Qobustanın
qayaüstü təsvirlərində
son 25 min ildə burada
yaşamış heyvanların
- ceyran, vəhşi keçi, maral, vəhşi donuz, at, şir və başqa heyvanların rəsmlərini görmək
olar. Qayalarda həmçinin quş,
balıq, ilan, kərtənkələ və
müxtəlif həşərat
təsvirləri vardır.
Tunc dövründə Azərbaycan
ərazisində yaşamış
tayfalar arasında günəşə sitayişin
geniş yayıldığı
təsdiq olunur. Bu, Qobustan petroqliflərində
də əks olunub. Buradakı günəş işarələri
kənarlarından şüalar
çıxan və çarpaz xətləri olan dairə şəklində təsvir
edilib. Eramızdan əvvəl II minilliyə
aid rəsmləri - ucunda
parlayan günəş
diski olan qayıq rəsmlərini günəş mifologiyası
ilə əlaqələndirirlər.
Roma yazısı - İldırım sürətli
XII legionun buraya gəlməsi haqqında yazı turistlərin böyük marağına
səbəb olur.
Qobustanın Qavaldaşı da
turistlər üçün
çox maraqlıdır.
2006-cı ildə Mədəniyyət
və Turizm Nazirliyi Qobustan nominasiyası üzrə idarəetmə və iş planı hazırlayıb UNESCO-ya təqdim etmişdir. Həmin dövrdə Heydər Əliyev Fondunun dəstəyi və onun prezidenti,
UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban ƏIiyevanın təşəbbüsü ilə
UNESCO-nun baş direktoru
Koişiro Matsuura qoruğa
dəvət olunub. O, Qobustan abidələri ilə tanış
olmuş, UNESCO-nun, Abidələrin
və tarixi yerlərin qorunub saxlanması üzrə beynəlxalq şuranın
ekspertləri isə Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin planını bəyənərək qoruğu
qiymətləndirmişlər. 2007-ci il iyunun
23-dən iyulun 2-dək UNESCO-nun Dünya İrs Komitəsinin Yeni Zelandiyanın Kraystçerç
şəhərində keçirilmiş
31-ci sessiyasında Qobustanın
qayaüstü rəsmlərindən
ibarət mədəni
abidə Ümumdünya
irsi obyektləri siyahısına daxil edilib. Rayonda digər sahələr
üzrə də dinamik tərəqqi qeydə alınır.
Elşən BAYRAMOV
Mövqe.-2013.-28 mart.-S.10.