İmişli abadlıq-quruculuq
ünvanına çevrilib
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının
təşviq edilməsi”
Müasir Azərbaycanın modern inkişaf yolunda qazandığı nailiyyətlər
onun tərəqqi templərini getdikcə daha sürətli hala gətirməkdədir. Bu hal ölkənin
hər bir bölgəsində, o cümlədən
Azərbaycan regionlarında
da özünü qabarıq büruzə verir. Qeyd edilənlərin real təsdiqini İmişli rayonunun timsalında da görmək mümkündür. Cari ilin
ilk rübünün uğurlu
sosial-iqtisadi nəticələri
də sadalananların
konkret təsdiqidir.
Məlumat
üçün bildirək ki, 2013-cü ilin birinci rübündə İmişli
rayonunun sosial-iqtisadi
inkişafında bir sıra uğurlu nəticələr əldə olunub. İqtisadiyyatın əsas sahələri
üzrə 70 milyon manatlıq məhsul istehsal edilib və ya xidmət göstərilib. Ümumdaxili
məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artıb, həmin artım ticarətdə
42,4 faiz, kənd təsərrüfatında
28 faiz, rabitədə 6,9 faiz,
nəqliyyatda isə 4,1 faiz təşkil edib. Rüb ərzində ümumdaxili məhsul
istehsalı struktur tərkibinə görə,
sənaye üzrə 37 faiz, kənd təsərrüfatı
üzrə 23,9 faiz, tikinti
üzrə 18,6 faiz, ticarət üzrə
18 faiz, nəqliyyat üzrə 2,3 faiz, rabitə üzrə isə 0,2 faiz təşkil edib, rayon iqtisadiyyatında əsas yeri
sənaye və kənd təsərrüfatı məhsullarının
istehsalı tutub.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrası ilə bağlı 2013-cü ilin birinci rübündə
dövlət vəsaiti hesabına inşa
olunan 180 şagird yerlik Hacıbabalı kənd ümumi
orta məktəbinin yeni
binasının tikintisi davam
etdirilib, Cavadxanlı, Buludlu
kənd
tam orta, Cəfərli
1 saylı tam orta məktəblərində
bərpa-gücləndirmə, həmçinin,
Sarıxanlı 1 saylı kənd tam orta məktəbində bərpa-gücləndirmə
və əlavə sinif otaqlarının
tikintisinə, 960 şagird yerlik
şəhər 5 saylı məktəb-liseyin isə əsaslı
təmir olunmasına başlanılıb. İmişli Regional Ədliyyə
şöbəsi üçün dörd mərtəbəli inzibati
binanın tikintisi davam
etdirilib, tikinti işlərinin
avqust ayına kimi başa çatdırılması nəzərdə
tutulub.
İmişli şəhərində inşa olunan "Gənclər
Mərkəzi”nin də tikintisi başa çatıb. Rayon
Tarix-diyarşünaslıq muzeyinin əsaslı
təmir işləri nəticəsində dam
örtüyü dəyişdirilib, bina ağ layla
üzlənib. Sahəsi 200 kvadratmetr, 2 zaldan ibarət olan muzeyin daxili tərtibatı
yenidən qurulub, eksponatların sayı 4 min ədədə çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
ayrılmış vəsait hesabına Rayon
Mərkəzi xəstəxanasının əsaslı təmiri
başa çatıb, xəstəxana müasir tibbi
avadanlıqlarla təchiz olunub. Burada martın 28-dən "Dializ”
şöbəsi fəaliyyətə başlayıb.
İmişli şəhərinin su
təchizatının yenidən qurulması və kanalizasiya sisteminin
yaradılması ilə əlaqədar "Milli
Su Təchizatı və Kanalizasiya
xidmətləri üzrə ikinci layihə”
çərçivəsində tikinti
işləri davam etdirilir.
Hazırda Beyləqan rayonunun
Aşıqlılar kəndi ərazisində qazılması nəzərdə
tutulmuş 5 ədəd artezian
quyusundan 1 ədəd kəşfiyyat quyusu qazılıb istismara
tam hazır vəziyyətdədir, 4 ədəd
quyuda isə qazma
işləri aparılır. 630 mm-lik polietilen boru ilə 29,5 km-lik Beyləqan-İmişli
magistral su xəttinin tikintisi başa
çatıb, magistral su
xətti üzərində yerləşən Şahverdili,
Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərini
içməli su ilə təmin etmək üçün 100 mm-lik borular vasitəsilə çıxışlar
qoyulub. Magistral xətt
üzərində nəzərdə tutulan
müxtəlif təyinatlı bütün
quyuların və suqəbuledici kameranın tikintisi
başa çatdırılıb. Layihədə nəzərdə tutulmuş
1 ədəd 1500 kubmetrlik və 2 ədəd
2500 kubmetrlik su
anbarının tikintisi başa
çatdırılıb, 630 mm-lik polietilen boru ilə 4039,4 p/m kanalizasiya
kollektor xətti çəkilib. Şəhərdaxili
5,6 km kanalizasiya xəttində,
148,5 km içməli su
xəttində tikinti işləri başa
çatmış, kanalizasiya xətti
çəkilərkən 230 ədəd dəmir-beton quyular, su xətti çəkilərkən
428 ədəd yanğın hidrantı və 24 ədəd su kameraları inşa olunub, 2691 evə su xətti
birləşdirilib, 595 ədəd "SMARTkart”
tipli sayğaclar
quraşdırılıb.
Ötən
dövr ərzində heyvandarlıq və
quşçuluq sahələri də inkişaf edib, rayon üzrə mal-qaranın sayı 89504 başa, qoyunların sayı 240464 başa, quşların sayı isə 1304662 başa çatıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1712 baş, qoyunlar 5575 baş, quşlar isə 32741 baş artıb. Ət istehsalı (diri çəkidə) 2739,2 ton,
süd istehsalı 11267,5 ton,
yumurta istehsalı isə 26563,2 min ədəd olub, ötən
ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının
istehsalı artıb. 1 aprel 2013-cü il tarixə kimi 10757 hektar sahədə buğda, 5199 hektar sahədə
arpa, 191 hektar sahədə
kartof, 11 hektar sahədə
bostan, 139 hektar sahədə
tərəvəz, 1 hektar sahədə dən
qarğıdalı, 420 hektar sahədə
isə şəkər çuğunduru əkilib.
Bu sahədə işlər davam etdirilir.
Qarabağ müharibəsi əlilləri və
şəhid ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli
şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulub,
bunun üçün torpaq sahəsi
ayrılıb. Rayon ərazisində məskunlaşmış məcburi
köçkün ailələrinin mənzil
şəraitinin yaxşılaşdırılması üçün 550 məcburi köçkün
ailəsinə fərdi yaşayış evlərinin tikintisi üçün Bəhrəmtəpə
qəsəbəsində 100 hektar torpaq sahəsi ayrılıb, hazırda 325 məcburi
köçkün ailəsi üçün fərdi yaşayış evlərinin
və 360 şagird yerlik
2 mərtəbəli yeni məktəb
binasının tikintisi başa
çatıb, 50 yerlik uşaq
baxçası, inzibati bina,
klub, feldşer-mama məntəqələrində
isə tikinti işləri davam
edir.
Son illər rayonda emal
sənayesinin inkişafı üçün
bir sıra işlər görülüb,
"Azərbaycan Şəkər İstehsalat
Birliyi” MMC-nin Kəllə
qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt
emalı, Çuğundur yem
qurutma zavodları, Bəhrəmtəpə
qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq
yumurta istehsal edən
"Araz Damazlıq quşçuluq”
MMC istifadəyə verilib. Xatırladaq ki, rayon
iqtisadiyyatının əsasını sənaye və kənd
təsərrüfatı məhsulları təşkil edir. Ümumi məhsul
buraxılışının həcmi isə bu
fonda daim artır. Rayonda istehsal olunan sənaye məhsulunun bir
hissəsi xarici ölkələrə ixrac olunur. Rayon ərazisində illik istehsal gücü 300-350 min ton olan Şəkər zavodu, Azərbaycan Şəkər İstehsalat Birliyinin Spirt, Bitki yağları,
Qarışıq yem zavodları, "Araz” Konservləşdirilmiş Şirələr
və Konyak zavodu,
Muradxanlı İriləşdirilmiş Neft
Mədəni, Xam pambığı emal edən zavod, ət və
ya pendir
kombinatları, qum-çınqıl karxanaları, quşçuluq-broyler fabriki,
damazliq yumurta sexləri
və bu kimi digər
sənaye obyektləri fəaliyyət göstərir.
2013-cü
ilin birinci rübü ərzində Ağsu-Kürdəmir-Bəhrəmtəpə,
İmişliyə giriş və
Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil
yolunun bəzi yerlərində təmir
işləri aparılıb, 36 saylı yol
istismarı idarəsi tərəfindən 110 min
manat məbləğində iş həcmi yerinə yetirilib,
Hacıqabul-Bəhrəmtəpə
və İmişli-Biləsuvar avtomobil yolu, müvafiq olaraq Türkiyənin "Kolin”
və Azərbaycanın "AzərStar” şirkətləri tərəfindən
əsaslı təmir olunur. Hazırda
Hacıqabul-Bəhrəmtəpə avtomobil
yolunun 101-103-cü km-də torpaq yatağının və əsasın
tikilməsi işləri aparılır.
Rüb ərzində rayon
ərazisindəki magistral avtomobil
yollarının ətrafına 19,5 min ədəd
müxtəlif növ ağaclar
əkilib. Həmçinin, 36 saylı Yol Istismar idarəsi tərəfindən
Xəlfəli-Hacalmuradlı avtomobil yolu avtoqreyderlə hamarlanıb. 2013-cü ildə
şəhərin 20 Yanvar küçəsi,
rayonun Çahar, Bəcirəvan
və Cəfərli kəndlərinə giriş
yolları üçün 22949 kvadratmetr həcmində, 790 min
manat məbləğində əsaslı
təmir işlərinin aparılması nəzərdə
tutulub, birinci rüb ərzində layihə-smeta sənədləri
hazırlanıb. Rüb ərzində şəhərin 20 Yanvar,
Bayraq meydanı, Mərkəzi rayon xəstəxanasının qabaq hissəsi, Həsənoğlu və A.Ələsgər
küçəsində yerləşən məhəllələrdə,
M.Əsədov küçəsindəki 13 və 14 saylı
binaların ətrafında 260,9 min manat məbləğində abadlıq
işləri görülüb. Həmçinin ötən müddət ərzində
şəhərin Heydər Əliyev prospekti,
20 Yanvar, M.Əzizbəyov, H.Aslanov
və S.Ağamalıoğlu küçələrində
yenidənqurma işləri aparılıb, müasir
tipli elektrik dirəkləri
və işıqforlar quraşdırılıb, park və meydanlar
abadlaşdırılıb.
İmişli şəhərində 0,4 kv-luq elektrik veriliş xətlərinin SİP kabeli ilə əvəz olunması, qabaqcadan ödənişli SMART-kart
tipli sayğacların və elektrik dirəklərinin
quraşdırılması işləri başa
çatıb, 2013-cü ilin birinci rübü ərzində
rayon ərazisində 2715 metr
məsafəyə SİP kabeli, 12110 metr məsafəyə
isə naqil xətləri çəkilib,
956 ədəd elektron tipli
enerqomer sayğaclar
quraşdırılıb. Rüb ərzində
22 ədəd müxtəlif gücdə olan
transformatorlar təmir edilib,
28 ədəd istismara yarasız ağac dayaqlar yeniləri
ilə əvəz olunub, 35 ədəd dəmir-beton
dayaqlar basdırılıb. Həmçinin,
9 ədəd istismara yararsız dayaqlar, 15 ədəd metal
dayaqlarla əvəz olunub.
2013-cü
ilin birinci rübünün sosial-iqtisadi
inkişafın yekunlarının təhlili göstərir ki, rayonda iqtisadiyyatın bir çox sahələrin
inkişafı təmin edilib, İmişli şəhərində
abadlıq-quruculuq işləri həyata keçirilib,
qarşıya qoyulan vəzifələrin
icrası istiqamətində yaxşı nəticələr əldə olunub.
Bütün bunlar
qarşıdakı dövr ərzində
də dinamik inkişafın əldə
olunmasını şərtləndirir.
Elşən BAYRAMOV
Mövqe.-2013.-8
may.-S.10.