Kürdəmir uğurlu inkişaf yolunda
inamla irəliləyir
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Kifayət qədər məharətlə
və uzaqgörənliklə düşünülüb
hazırlanan müasir Azərbaycanın inkişaf
strategiyası ölkəmizin əldə uğurların
davamlı surətdə artmasını şərtləndirməkdə,
yeni-yeni nailiyyətlərin əldə olunmasına rəvac
verməkdədir. Eyni zamanda sözügedən tərəqqi
strategiyası paytaxt və regionlar üzrə proporsional qaydada
paylanaraq kompleks inkişafı da təmin edir. Məhz bunun nəticəsidir
ki, indi Azərbaycanın istənilən regionuna diqqət
yetirildikdə, burada sürətli tərəqqinin şahidi
olmaq mümkündür.
Azərbaycanın belə regionlarından
biri də Kürdəmir rayonudur. Regionların sosial-iqtisadi tərəqqisinə
dair Dövlət Proqramına əsasən rayonda nəzərdə
tutulmuş tədbirlər uğurla həyata keçirilib.
Rayonda bu ilin əvvəlindən 298 yeni iş yeri
açılıb ki, bundan 223-ü daimi iş yerləridir.
2013-cü ilin üç ayında ötən ilin müvafiq
dövrü ilə müqayisədə ümumi məhsul
buraxılışı 24,1 faiz artaraq 67 milyon 744 min manata
çatıb. Ümumi məhsul
buraxılışının 72,1 faizi məhsul istehsalı,
29,9 fazi isə xidmət sahələrində olub. Cari dövrdə
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət
mərkəzində saxlanılıb. Bu ilin məhsulu
üçün ötən ilin payızında 15 min hektardan
çox sahədə buğda, 25 min hektaradək sahədə
isə arpa olmaqla cəmi 40 min hektardan çox sahədə
taxıl əkilib. 18 min hektardan çox sahəyə
üzvü və mineral gübrələr verilib. Yazlıq əkinlərə
başlanılıb, 1942 hektarda yonca, 1300 hektarda kartof, 2500
hektarda tərəvəz, 3800 hektarda bostan, 400 hektarda
qarğıdalı, 150 hektardan çox sahədə isə
günəbaxan bitkiləri əkilib. Hazırda yazlıq əkinləri
mütəşəkkil davam etdirilir. Əkilmiş taxıl
sahələrinin vaxtında biçilməsi ilə əlaqədar
rayonda 80 ədəd kombayn təmir edilib saz vəziyyətə
gətirilib, əlavə olaraq aqrolizinq yolu ilə qonşu
rayonlardan 120 ədəd kombayn gətirilməsi ilə əlaqədar
müqavilələr bağlanıb.
Cari dövrdə regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar
sektorun inkişafı diqqət mərkəzində
saxlanılıb. Ötən il müasir texnologiya ilə
qurulmuş parnik təsərrüfatında keçirilən
seminar müşavirə və orada parnik təsərrüfatlarının
iqtisadi səmərəsi barədə verilmiş bilgilər
bu sahəyə sahibkarların marağını xeyli
artırıb, nəticədə örtülü
qruntların sahəsi artırılaraq 6,5 hektara
çatdırılıb. Rayonda heyvandarlığın və
quşçuluğun inkişaf etdirilməsi sahəsində
müəyyən işlər görülüb. Kənd təsərrüfatının
inkişaf etdirilməsində və yüksək məhsuldarlıq
əldə edilməsində meliorasiya işləri və
suvarma sistemləri mühüm rol oynayır. Bu sahədə nəzərdə
tutulan suvarma kanalları, kollektor-dren şəbəkələri
təmizlənib, hidrotexniki qurğular, nasos stansiyaları təmir
olunaraq işlək vəziyyətə gətirilib.
Əhalinin elektrik enerjisi, təbii qaz və
içməli su ilə təminatının
yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin
daim diqqət mərkəzində olub. Rayon mərkəzində
və kəndlərdə qəzalı vəziyyətdə
olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin,
texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə,
sıradan çıxmış transformatorların yeniləri
ilə əvəz olunmasına diqqət artırılıb.
Dövlət Proqramına uyğun olaraq 2012-ci ildə təbii
qazla təchiz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin,
kəndlərin qazlaşdırılmasına başlanılıb.
Sığırlı-Çöhranlı marşurutu üzrə
7 kəndi (Karrar, Garıs-Əyribənd, Bağman, Karrar qəsəbə,
Muğanlı, Xınıslı, Çöhranlı) təbii
qazla təmin edəcək kəmərin 32 km hissəsi çəkilmiş,
şəhərin 63 və 69-cu məhəllələrində,
Atakişili kəndinin yeni yaşayış ərazisində
qazlaşma işlərinə başlanılıb. Rayonun
Şilyan və Qarasu kəndlərinin qazlaşması
üçün layihə-smeta sənədləri
hazırlanıb, hazırda həmin kəndlər istiqamətində
8 km daşıyıcı xətt çəkilib. Dövlət
Proqramına uyğun olaraq hazırda rayonda əhalinin içməli
su ilə təminatının daha da
yaxşılaşdırılması və eyni zamanda şəhərin
kanalizasiya şəbəkəsinin yenidən qurulması sahəsində
işlər uğurla davam etdirilir. Ağsu rayonunun
Külüllü bulağından rayona qədər 30 km
uzunluğunda yeni içməli su xəttinin çəkilişi,
Ərəbmehdibəy kəndində tutumu 7500 m3 olan su
anbarının tikintisi başa çatdırılıb.
Ümumi uzunluğu 78,6 km olan şəhər daxili içməli
su xəttinin 53,7 km-də, 99,4 km-lik kanalizasiya şəbəkəsinin
isə 21,7 km-də işlər basa çatdırılıb,
622 baxış quyuları, tunel çəkilişi
üçün isə 6 ədəd yeraltı baxış
quyuları tikilib və hazırda bu sahədə işlər
sürətlə davam etdirilir. Əhaliyə göstərilən
kommunal xidmətin səviyyəsinin yüksəldilməsi,
şəhərin bütün küçə və
meydanlarının daima təmiz və səliqəli
saxlanılması bu sahəyə xidmət göstərən
müvafiq qurumların ən başlıca vəzifələrindəndir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə tutulmuş işlərdən əlavə
xeyli yenidənqurma, tikinti və abadlıq işləri
aparılıb.
Ötən ilin birinci rübündən
sonra rayonda geniş vüsət almış quruculuq-abadlıq
işləri bu ilin birinci rübündə də sürətlə
davam etdirilib. Rayon İcra Hakimiyyətinin yeni binasının
tikintisi başa çatdırılıb. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 7 mart 2012-ci il
2081 saylı Sərəncamı ilə 13 kəndi birləşdirən,
əhalisi 14 min nəfərdən çox, uzunluğu 28 km
olan Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun
tikintisi üçün ilkin olaraq 3 milyon manat vəsait
ayrılıb,11,7 km hissəsi çəkilib, 2013-cü ildə
işlərin davam etdirilməsi üçün əlavə
4 milyon manat vəsait ayrılıb və birinci rübdə
yolun 4 km hissəsi çəkilib. Hazırda yol tikinti işləri
davam etdirilir. Şəhərin Heydər Əliyev prospektində,
S.X.İslamzadə, Aşıq Əhməd, G.Orucova
küçələrində abadlıq işləri davam
etdirilib, 1032 p/m bardür düzülüb, 2090 kvadratmetr
ağlay vurulmuş, 820 kvadratmetr piyada yolları beton tavalarla
üzlənib, 540 metr uzunluqda yeni işıqlanma xətti
çəkilib, 26 ədəd müasir işıq dirəkləri
quraşdırılıb və bu işlər hazırda davam
etdirilir.
Ulu öndər Heydər Əliyevin əvəzedilməz
irsinin daha mükəmməl öyrənilməsi, onların gənc
nəsilə yetərincə aşılanması, gələcək
nəsillərə layiqincə ötürülməsi məqsədi
ilə ən müasir layihəyə əsasən 3 mərtəbəli
Heydər Əliyev mərkəzində tikinti-quraşdırma
işləri başa çatdırılıb. Ərazisi 8.5
hektar olan "Heydər” parkında yeni layihəyə əsasən
rekonstruksiya və tikinti işləri davam etdirilib, 42 metr
uzunluqda parkın giriş hissəsi tağvari milli memarlıq
üslubunda yenidən işlənilir. Parkda 1456 p/m bardur
düzülüb, 696 kvadratmetr səkilərə mozaik beton
tavalar döşənib, 140 m uzunluqda hasar çəkilib,
ölçüləri 8x16 metr olan şəlalə qurulub, əraziyə
çoxlu sayda dekorativ ağac əkilib, 1,5 hektar əraziyə
qazon səpilib, 2000 metr süni suvarma xətti çəkilib.
"Gənclər Evi” rekonstuksiya olunaraq
140 kvadratmetr genişləndirilib, müasir atıcılıq
tiri və əlavə sinif otağı tikilib. Binada və ətrafında
600 kvadratmetr ağlay vurulub, 560 p/m bardur düzülüb, 880
kvadratmetr mozaik beton tavalar döşənib.
Aparılmış abadlıq-tikinti işlərinə daxili
imkanlar hesabına 594 min manat məbləğində vəsait
xərclənib.
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramına uyğun olaraq rayon ərazisində
magistral, rayonlararası və rayondaxili yolların
asfaltlaşdırılması, yenidən qurulması və təmiri
sahəsində müəyyən işlər
görülüb.
Rayonda təhsil, səhiyyə və mədəniyyət
sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin
aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin
həyata keçirilməsi diqqət mərkəzində olub.
Regionların sosial iqtisadi inkişafı
Dövlət Proqramına uyğun olaraq rayonun 6 məktəbində
yeni məktəb binasının tikintisi davam etdirilir.
Hazırda rayonda 640 şagird yerlik Sığırlı kənd,
360 şagird yerlik Z.Əhmədov adına Şilyan kənd,
280 şagird yerlik Cəyli kənd, 220 şagird yerlik
Köhünlü kənd tam orta məktəblərinin yeni
binalarının tikintisi davam etdirilir, 80 şagird yerlik
Qaramahmudlu kənd ümumi orta məktəbinin və 80
şagird yerlik Xəlsə kənd ibtidai məktəblərin
yeni tədris binalarının tikintisində son tamamlama işləri
aparılır. Rayonun Mürtülü və Xınısli kəndlərində
yeni məktəb binalarının tikintisi üçün
müvafiq sənədləşmə işləri
aparılır. Rayon Mərkəzi Xəstəxanasının əsas
binasında regionların sosial iqtisadi inkişafı Dövlət
Proqramına əsasən rekonstruksiya və əsaslı təmir
işləri başa çatdırılıb, müasir tibbi
avadanlıqlarla təhciz olunaraq istifadəyə verilib. Rayonda
maddi və mədəni irsin qorunması və inkişaf
etdirilməsi istiqamətində davamlı olaraq tədbirlər
həyata keçirilib. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və
xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti
Başçısı Aparatının apardığı
ideoloji işin başlıca istiqamətini təşkil edir.
İctimaiyyət arasında nüfuza, təbliğat sahəsində
səriştə və təcrübəyə mailk olan təbliğat
qrupları daimi fəaliyyət göstərir. Fəalların
və təbliğat qruplarının yaxından
iştirakı ilə möhtərəm Prezidentin həyata
keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü
ictimai-siyasi tədbirlər həyata keçirilir.
Hazırda 2009-2013-cü illər
üçün qəbul edilmiş Dövlət
Proqramının layiqincə yerinə yetirilməsini əvvəlki
kimi xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Bu
istiqamətdə görülən işlər öz yüksək
nəticələrini verir. Bütövlükdə rayonun həyatında
dinamik sosial-iqtisadi tərəqqi qeydə alınır.
Elşən
BAYRAMOV
Mövqe.-2013.-8
may.-S.10.