Lənkəranın sosial-iqtisadi tərəqqisi artan templə davam edir

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

                                                                                                                           

Azərbaycanın mövcud inkişaf dinamikası ölkəmizin qarşıdakı dövr ərzində də əldə edəcəyi nailiyyətlərin miqyasının kifayət qədər geniş olacağını qətiyyətlə deməyə əsas verir. O da təqdirəlayiq haldır ki, bu nailiyyətlərin əldə olunmasında ölkə regionlarının da payı davamlı surətdə artır. Belə məkanlardan biri də Lənkəran rayonudur. Cari ilin ilk rübünün sosial-iqtisadi yekunları da burada uğurlu nəticələrdən xəbər verir.

Belə ki, 2013-cü ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf artan templə davam edib. Rayonda bu müddətdə ümumi məhsul buraxılışı 29,6 faiz artıb və 53,7 milyon manat təşkil edib. Sənayedə 4,2 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 0,2 faiz artıb və ümumi həcmdə onun xüsusi çəkisi 58,8 faiz təşkil edib. 2013-cü ilin birinci rübündə sənayedə işləyənlərin orta aylıq əmək haqqı 6,5 faiz artaraq 213 manata çatıb. Cari ilin birinci rübündə rayonda 645 yeni yeri açılıb ki, onlardan 529-u daimi yerləridir.

Bu müddətdə rayonda aqrar bölmədə və sosial məsələlərin həllində də uğurlu nəticələr qazanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar Lənkəranda da geniş tədbirlər planı hazırlanıb. Heydər Əliyev Mərkəzində, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil müəssisələrində, ayrı-ayrı kollektivlərdə əlamətdar yubiley münasibətilə silsilə, rəngarəng tədbirlər həyata keçirilib. Ulu öndərin layiqli varisi Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz bugünkü inkişaf səviyyəsinə gəlib çatıb, Lənkəran rayonu da daxil olmaqla respublikamızın hər guşəsi abadlaşıb, uzun illərin problemləri həll olunub, insanların güzəranı yaxşılaşıb. Bütün bunlar insanlarda hədsiz sevinc, fərəh hissi oyatmış, onlarda xoşbəxt sabaha böyük inam yaradır.

Konkret iqtisadi göstəricilərə gəlincə, kənd əməkçiləri yaz tarla işlərini davam etdirərək aprel aynın 1-nə kimi 1613 hektarya keçən ilin müvafiq dövründə olduğundan 23 hektar çox sahədə yazlıq bitkilərin səpinini aparıblar. Dənli və dənli paxlalı bitkilərin səpini 52 hektar sahədə, kartof əkini 371 hektar sahədə, tərəvəz əkini 1190 hektar sahədə aparılıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0,6 faiz artaraq 1392 ton, süd istehsalı 3,8 faiz artaraq 7060 ton olub. Birinci rübdə iqtisadiyyatın və sosial sferanın inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 20502,7 min manatya əvvəlki illə müqayisədə 2,3 dəfə çox investisiya yönəldilib. Tikinti quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 2,2 dəfə artaraq 19290,2 min manat təşkil edib. Rüb ərzində əhaliyə 63748,8 min manatlıq istehlak malları satılıb və 16369,8 min manatlıq pullu xidmətlər göstərilib. Pərakəndə ticarət dövriyyəsi 5,8 faiz, pullu xidmətlər isə 4,1 faiz artıb. 2013-cü ilin ilk rübündə yerli büdcəyə 8601,7 min manatya keçən ilə nisbətən 11,2 faizya 867,6 min manat çox vəsait daxil olub. Bu dövrdə büdcədən 7515 min manatya 2012-ci ilin ilk rübündə olduğundan 553,3 min manat (7,9 faiz) çox vəsait xərclənib.

Məlumdur ki, Lənkəran rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında tərəvəzçilik, meyvəçilik, çayçılıq və heyvandarlıq aparıcı rol oynayır. Bununla belə, təsərrüfatlarda taxıl, bostan məhsulları da istehsal edilir. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi sahəsinin 17,7 faizini təşkil edir. Torpaq islahatı nəticəsində 28194 ailə 12291 hektar torpaq payına sahib olub. Orta hesabla bir ailəyə 0,4 hektar torpaq sahəsi verilib. Son illər həyata keçirilən aqrar islahat nəticəsində torpaq və əmlakın özəlləşdirilməsi və sair amillər bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının artırılmasına zəmin yaradıbKənd təsərrüfatı müəssisələri, əhali və fermer təsərrüfatları cari ilin məhsulu üçün yazlıq bitkilər əkinini optimal aqrotexniki müddətlərdə başa çatdırmaq istiqamətində müəyyən işlər görüblər. Rayonda mövcud olan mal-qaranın əsas etibarilə əhali və fermer təsərrüfatlarında cəmlənməsi onlara lazımınca qulluq edilməsi işinə geniş imkan yaradıb. Hesabat ilin birinci rübündə təsərrüfatlarda əsas heyvandarlıq məhsulları istehsalının keçən ilin müvafiq dövrünə nisbətən artması bütövlükdə kənd təsərrüfatının ümumi məhsulunun müqayisəli qiymətlərlə dəyərini artırmağa imkan verib.

Cari ilin birinci rübündə ümumi sahəsi 6091 kvadrat metr (əvvəlki ildəkindən 6,6 faiz çox) olan yaşayış evləri tikilib istifadəyə verilib. İstifadəyə verilmiş yaşayış evlərinin hamısı əhalinin şəxsi vəsaiti hesabına inşa edilib. Tikinti sahəsində fəaliyyət göstərən tikinti müəssisələri hesabat ilinin birinci rübündə öz gücləri ilə 2636,6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 39,2 faiz çox tikinti işləri yerinə yetirib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası istiqamətində ölkəmizin hər yerində olduğu kimi Lənkəran rayonunda da genişmiqyaslı tikinti və quruculuq-abadlıq işləri aparılır. Son illərdə Rayonda Hava Limanı, Olimpiya İdman Kompleksi, Uşaq Poliklinikası, Regional Müalicə Diaqnostika və Əlillərin Reabilitasiya mərkəzləri, əlil və şəhid ailələri üçün 36, 30 və 24 mənzilli 3, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 16 və 40 mənzilli 2 çoxmərtəbəli yaşayış binaları tikilib, Hirkan Milli Parkı yaradılıb, "Xalq Sənətkarlığı” Şəhərciyi, Dənizkənarı bulvar salınıb. Mərkəzi stadion, Dövlət Dram Teatrının binası, Regional Boks və Təlim Mərkəzi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev muzeyi, "Dairəvi qalatarixi abidə kompleksi, "Lənkəran Konserv” meyvə-tərəvəz emalı müəssisəsi, Lənkəran sərhəd dəstəsinin inzibati binası əsaslı şəkildə yenidən qurulub. 2003-cü ildən bəri Lənkəranda 24 məktəb tikilib istifadəyə verilib. Təkcə ötən il 3 məktəb binası tikilib uşaqların istifadəsinə verilib. Bunlarla yanaşı şəhərdə hazırda 1 məktəb binasının və 1 uşaq bağçasının inşası davam etdirilir, qəzalı vəziyyətdə olan daha 11 məktəbin inşasına, şəhər 2 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirmə işlərinin görülməsinə başlanılıb. Rayonda yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunur, divarlara xüsusi formalı üzlüklər çəkilir, müasir dizaynda yeni parklar, bağlar salınır. Magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülüb, mövcud divarhasarlar suvaqlanıb, rənglənib, asfaltlanma işləri aparılıb, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılıb, 600-dən çox müasir küçə işıqlandırıcıları quraşdırılıb.

Son zamanlar şəhərdə Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı tikilib, Şürük-Vel-Kamuşovka avtomobil yolları tamamilə yenidən qurulub, Lənkəran-Vilvan-Osakücə-Tükəncil yolunun 16,5 km-lik hissəsi asfaltlanaraq istifadəyə verilib və hazırda yolun qalan hissəsinin bərpasına və 18 km-lik Vilvan-Zövlə-Boladı-Liman yolunun əsaslı təmirinə başlanıb, qəzalı vəziyyətə düşmüş evin sakinləri üçün 24 mənzilli yeni yaşayış binası tikilib, müasir standartlara cavab verən 3 mərtəbəli Gənclər Mərkəzinin tikintisində son tamamlama işləri aparılır, Zərifə Əliyeva küçəsində uşaq əyləncə mərkəzinin tikintisi davam etdirilir, 15 çoxmərtəbəli yaşayış binasında bərkitmə-gücləndirmə işlərinə, dövlət vəsaiti hesabına daha 8 çoxmərtəbəli binada dam örtüyünün və fasadın təmirinə başlanılıb, tarix diyarşünaslıq müzeyinin əsaslı təmirinə, Olimpiya İdman Kompleksi üçün yeni binanın tikintisinə yaxın günlərdə başlanılacaqdır. Hazırda rayonda çox iri tutumlu layihə olan su-kanalizasiya sisteminin əsaslı şəkildə yenidən qurulması, şəhərdə, kənd və qəsəbələrdə kütləvi qazlaşma, Mərkəzi xəstəxananın əsaslı təmiri, Narkoloji Xəstəxana üçün yeni binanın tikintisi, məktəblərin və uşaq bağçalarının əsaslı təmiri işləri davam etdirilir.

Heydər Əliyev prospekti tamamilə yeni görkəm alıb. Aparılan yenidənqurma, abadlıq və səliqə-səhman işlərindən sonra prospekt daha da yaraşıqlı görünür. Prospektdə 5 ulduzlu "Qafqazotel kompleksinin tikintisi davam etdirilir, yol boyunca müasir elektrik işıqlandırıcıları quraşdırılıb, səkilərə tamet plitələr döşənib, milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülüb və yaşıllıq zolaqları yaradılıb. Şəhidlər Xiyabanı küçəsi əsaslı şəkildə təmir olunub, küçədə piyada keçidləri və səkilər qurulub, müasir işıqlandırıcılar quraşdırılıb, qəzalı vəziyyətdə olan körpü yenidən bərpa olunaraq genişləndirilib. Şəhərin mərkəzində Heydər Əliyev xatirə parkı ən müasir dizaynda yenidən qurulub, parkda qiymətli bəzək ağacları əkilib, yaşıllıq zolaqları yaradılıb. Bundan əlavə Həzi Aslanov parkı və qəhrəmanın abidəsi əsaslı təmir olunaraq yenidən qurulub.

2013-cü ilk rübü ərzində Lənkəranda özəl müəssisələrin fəaliyyət dairəsi daha çox genişlənib və rayon əhalisinin ərzaq və qeyri-ərzaq malları ilə tələbatının ödənilməsində onlar müstəsna rol oynayıb. Pərakəndə ticarət dövriyyəsinin real artımının demək olar ki, hamısı özəl müəssisələrin hesabına əldə edilib. Hesabat dövründə özəl müəssisələr tərəfindən əhaliyə 63.7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünün müvafiq göstəricisindən 5.8 faiz çox istehlak malları satılıb. Hazırda rayonda 5 çay, 2 balıq məhsulları istehsalı, 2 meyvə-tərəvəz konserv istehsalı, illik istehsal gücü 15500 dekalitr olan pivə, illik istehsal gücü 30 min ton olan süd emalı, illik istehsal gücü 500 ton olan "Pal-Fooddondurma, kərpic, qum-çınqıl istehsalı müəssisələri və "Aqroservis” fəaliyyət göstərir. Digər sahələrdə də dinamik tərəqqi qeydə alınır.

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-22 may.-S.10.