Ağsu sürətli tərəqqi
yolundadır
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının
təşviq edilməsi”
Birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynayıb. Bu, həm də müxtəlif Azərbaycan rayonlarında çoxsaylı ıə fərqli təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılışı ilə xarakterizə edilib. Ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində xeyli sayda müəssisə fəaliyyətə başlayıb, yeni iş yerləri yaradılıb.
Bütün bunlar regionların dinamik tərəqqisini daha sürətli hala gətirib. Qeyd olunanların real təsdiqini Ağsunun timsalında da aydın görmək olar. Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Rayonun təsərrüfat fəaliyyətinin əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Rayon əhalisinin böyük əksəriyyətinin, yəni 70%-dən çoxunun məşğulluğu kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Rayonda hazırda əsasən taxılçılıq, pambıqçılıq, meyvə, bostan-tərəvəz istehsalı və heyvandarlıq sahəsi sürətlə inkişaf etdirilir. Cari ilin ilk rübünün sosial-iqtisadi nəticələri də qazınlan uğurlardan xəbər verir. Belə ki, 2013-cü ilin ilk rübündə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində, eləcə də rayon iqtisadiyyatının bir sıra sahələrində müvəffəqiyyətlər əldə edilib. Hesabat rübündə rayonun ümumi məhsul buraxılışının həcmi 30 milyon 542 min manat, adambaşına düşən ümumi məhsul buraxılışı 411 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 11,8 milyon manat və 157 manat çoxdur. Ümumi məhsul buraxılışının 44,9 faizi tikintidə, 26,9 faizi ticarətdə, 21,7 faizi kənd təsərrüfatında, 3,8 faizi sənayedə, 2,4 faizi nəqliyyatda və 0,3 faizi rabitədə yaranıb. Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə və ya 649,8 min manat artaraq 1159,7 min manat, sənaye məhsulunun qeyri-dövlət bölməsində həcmi isə 2,7 dəfə və ya 474,1 min manat artaraq 747,3 min manat olmaqla, sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 64,4 faiz təşkil edib. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz və yaxud 67,6 min manat çox olmaqla adambaşına düşən əmtəə dövriyyəsi 304,7 manat olub.
Kənd təsərrüfatı məhsullarının istehsalının və emalının dəstəklənməsi davam etdirilib. Ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın sayı və heyvandarlıq məhsulları istehsalı artıb. İribuynuzlu mal-qaranın baş sayı 40525, qoyun-keçilərin baş sayı isə 157034 olub. 1106 ton ət (diri çəkidə), 6410 ton süd, 1968 min ədəd ədəd yumurta istehsal edilib. Hesabat rübündə rayonda fəaliyyət göstərən emal müəssisələrinin istehsal prosesi, istehsalı, eləcə də istehsal olunan məhsulların çeşidini artırmaq, daxili və xarici bazarlara keyfiyyətli məhsul çıxarmaq üçün yeni texnologiyaların tətbiqi istiqamətində işlər davam etdirilib.
2013-cü ilin birinci rübündə sahibkarlığa xüsusi dəstək verilib. "Aqrolizinq” ASC -nin Ağsu rayon "Aqroservis” filialı üçün istehsalat bazasının, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilib, Ağsu şəhərində 1 ədəd dövlət fondu yaşayış binasının dam örtüyü əsaslı təmir edilib. Şəhərin mərkəzi küçələrinin tamamilə yenidən qurulması istiqamətində böyük işlər həyata keçirilir.
Vətəndaşlara məxsus fərdi evlərin, yardımçı tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimai və inzibati binaların görkəmi yaxşılaşdırılır, piyada səkiləri salınır, həyətyanı sahələrin küçələrə yaxın hissəsində mişar daşı ilə hasar tikilir, mövcud hasarlar eyni vəziyyətə gətirilərək üzlük daşlarla üzlənir. Yaşıllıq zolaqlarının salınması, ağac, gül və bəzək kollarının əkiliməsi istiqamətində işlər davam etdirilir. Rayonun Pirhəsənli kəndində 500 ton kənd təsərrüfatı məhsulları saxlanılması üçün soyuducu anbarın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi, Dövlət Miqrasiya Xidmətinin regional idarəsi üçün inzibati binanın, Ağsu şəhəri ilə Pirhəsənli kəndinin sərhədində yeni parkın, Kənd investisiya layihəsi çərçivəsində Pirhəsənli və Qaraqaşlı kənd qəbiristanlıqlarının ətrafına dəmir tordan hasar çəkilişi, İlxıçı və Qaraqoyunlu kəndlərində kəndarası yolların, Çaparlı kəndində feldşer mama məntəqəsinin təmir olunması, onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektlərinin tikintisi, eləcə də rayon mərkəzində və kəndlərdə abadlıq, quruculuq, tikinti, sosial obyektlərin təmiri və bərpası istiqamətdə əsaslı işlər davam etdirilir.
Xüsusi qeyd edək ki,
2013-cü ilin ilk
rübündə rayonda fəaliyyətə
başlayan yeni və
bərpa edilmiş müəssisələrdə,
aparılan abadlıq-quruculuq işlərində və digər
mövsümi işlərdə 114 nəfər
işlə təmin olunub ki,
onların hamısı daimidir. Tikinti-quraşdırma işlərinin
həcmi 13721,4 min manat, əsas kapitala yönəldilən
investisiyalar 13823,7 min manat
olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma
işlərinin həcmi
və əsas kapitala yönəldilən
investisiyaların məbləği
2,9 dəfə artıb. Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə 37 sahibkara 291 min manat güzəştli kredit verilib, rayonun qaz və
elektrik təsərrüfatlarının
işində uğurlar
qeydə alınıb.
Bir neçə gün əvvəl isə Ağsu rayonunun Ərəbuşağı və
Elabad kəndlərinə
təbii qazın verilişi bərpa olunub. Rayonun ən iri yaşayış məntəqələrindən
olan Ərəbuşağı
kəndində artıq
308 abonent "mavi yanacaq”dan istifadə edir. Kəndin qazlaşdırılması üçün
birpilləli sistem əsasında uzunluğu
1000 metr olan daşıyıcı polietilen,
23 min 800 metr müxtəlif
diametrli məhəllədaxili
metal borulardan istifadə
olunu. Hər bir abonent üçün smart-kart tipli
qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Elabad kəndinə isə 7 min 800 metr müxtəlif diametrli
metal borularla daşıyıcı
məhəllədaxili qaz
kəməri çəkilib,
1 ədəd qaztənzimləyici
şkaf, 104 ədəd smart-kart tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Cari ilin sonuna kimi
rayonun daha 9 kəndində təbii qazın bərpası təmin olunacaq. Bununla da əhalinin 80 faizi "mavi yanacaq”dan istifadə edəcək. "Ağsu”
Elektrik Şəbəkə
Müəssisəsində cari
ilin ötən üç ayında 10 kilovoltluq "Sabir”, "Qaravəlli”, "İlxıçı”
hava xətlərində
7 kilometrə yaxın
xətt təmir olunub. 4 kilovoltluq
elektrik verilişi xətlərində də
əsaslı və cari təmir işləri aparılıb.
Kəndoba, Növcü,
Calayar və digər kəndlərin elektrik verilişi xətlərinin 2,8 kilometrə yaxın hissəsi yenidən çəkilib.
Ağsu şəhərinin su təchizatının yenidən
qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində
işlərin icrası
da uğurla gedir. Tezliklə, Rəhimli
kənd tam orta, hər biri 80 şagird yerlik olan Keşdiməz kənd ümumi orta, Dilman və
Muradlı kənd tam orta məktəb binalarının tikintisi, Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun əsaslı təmir işləri başa çatdırılacaq. Onu da bildirək ki. Dövlət Proqramları
çərçivəsində Ağsu rayonunda 3930 şagird yerlik 18 yeni məktəb binasının tikilib istifadəyə verilib, hazırda daha 4 kənddə təzə tədris ocaqları inşa olunur.
Rayonun tarixi abidələri burada turizmin inkişafı üçün də əlverişli zəmin yaradır. Ağsu rayonu Azərbaycan
mədəniyyət tarixinin
nadir incilərindən sayılan
Şirvan xalçaçılıq
məktəbinin ən
məşhur kompozisiyası
kimi tanınan Bico xalçalarının
vətənidir. Bico xalçası
hazırda rayonun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin
adını daşıyır.
Xeyli qədim tarixi olan Bico xalçaları
sonralar Bico kəndindən başqa Qəşəd, Göylər,
Pirhəsənli və
Şirvanın digər
məşhur xalçatoxuma
məntəqələrində, eləcə də Qubada və İranda da istehsal olunub. Bico xalçaları texniki və incəsənət nöqteyi-nəzərindən təkcə
Şirvanda deyil, bütün Qafqazda ən məhşur xalça hesab edilir. XIX əsrin ikinci yarısında Azərbaycandan Nijni Novqorod şəhərinə
ixrac olunan Bico xalçaları öz milli koloriti
və mürəkkəb
ornament kompozisiyası ilə
diqqəti cəlb edirdi. Əsasən iki varinatda toxunmuş Bico xalçalarının ən
məşhur olan birinci variantında orta sahənin kompozisiyası punktir xətlərlə doldurulmuş
ornamentlərdən ibarətdir.
Bico xalçaları hazırda Kanada, ABŞ, Çexiya, Rusiya, Türkiyə, İtaliya, Böyük Britaniya və s. ölkələrin
bir çox məşhur muzeylərini
və qalareyalarını
bəzəyir. Digər tarixi
abidələr də buraya turistləri cəlb edə bilər. Rayonda başqa sahələr
üzrə də dinamik tərəqqi qeydə alınır.
Elşən BAYRAMOV
Mövqe.-2013.-24 may.-S.10.