Regionların inkişaf proqramı Siyəzəndə uğurla icra olunur

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

 

Aparılan son araşdırmalar ölkə regionlarının ümumi sosial-iqtisadi inkişaf prosesində rolunun daha sürətlə artmaqda olduğunu göstərir. Bu da öz növbəsində regionların dinamik tərəqqisi məqsədilə həyata keçirilən dövlət proqramlarının və digər müvafiq addımların öz müsbət və uğurlu nəticəsinin bariz nümunəsi kimi çıxış edir.

Ümumiyyətlə məlum həqiqətdir ki, azad bazar münasibətləri şəraitində sürətli sosial-iqtisadi tərəqqisini uğurla davam etdirən Azərbaycan üçün əsas xarakterik xüsusiyyətlərdən biri ən müxtəlif sahələr üzrə yaşanan inkişafın konkret dövlət proqramı təminatının hazırlanması və böyük müvəffəqiyyətlə icrasıdır. Real tərəqqinin mərkəz və regionlar üzrə proporsional qaydada paylanmasına xidmət edən məqsədyönlü siyasət tarix üçün o qədər böyük olmayan bir zaman kəsiyində Azərbaycanın simasını əhəmiyyətli dərəcədə dəyişdirərək onu bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirib. Bu kontekstdə ölkə iqtisadiyyatının inkişaf tempinin daha mütəhərrik hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin edib.

Sabit, sürətli inkişaf məntiqinə əsaslanan bu siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına xidmət edir. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, həcmi ildən-ilə sürətlə artmaqda olan strateji valyuta ehtiyatları və onlardan səmərəli istifadə, sahibkarlara verilən dəstəyin gücləndirilməsi, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması üçün görülən tədbirlər və bu qəbildən olan digər hallar əldə olunmuş nailiyyətlərin miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. Qeyd olunanların real təsdiqini Siyəzən rayonunun nümunəsində də görmək olar. Təbii ki, rayonda sürətli inkişafı şərtləndirən əsas məqamlardan biri regionların inkişafını nəzərdə tutan dövlət proqramlarıdır. Siyəzəndə də uğurla icra olunan birinci dövlət proqramının ardınca, artıq başa çatmaqda olan ikinci dövlət proqramı rayonda uğurlu nəticələrlə yadda qalıb.

Xatırlatmaq yerinə düşərdi ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, bu rayon üzrə də ən müxtəlif sahələrin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub. Həmin sahələr sırasında sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, ekologiya və təbii sərvətlərdən istifadə, yol təsərrüfatı və nəqliyyat tədbirləri, həmçinin elektrik enerjisi, istilikqaz, rabitə, su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiyairriqasiya, əhalinin təhlükəsizliyi tədbirlərini, səhiyyə, mədəniyyət, mənzil təsərrüfatı və sosial müdafiə, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulmasını göstərmək olar. Bununla yanaşı, Dövlət Proqramına əsasən, rayon üzrə aşağıdakı tədbirlər həyata keçirilib və keçirilməkdədir: Heyvandarlıq, quşçuluq və taxılçılığın inkişafının dəstəklənməsi. Rayon ərazisində yeni tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılması. Kəndlərarası yolların bərpası və tikintisi. Şəhərdaxiliı yolların bərpası və tikintisi. Elektrik enerjisi təminatı sisteminin yaxşılaşdırılması. Rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bərpası və qazlaşdırılması. Siyəzən şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması. Kəndlərin su təchizatının yaxşılaşdırılması. Rayonda yeni səhiyyə müəssisələrinin tikintisi. Xəzər dənizi sahili boyu turizm komplekslərinin yaradılması. Rayonda yeni idman obyektlərinin tikintisi. Rayonda məktəblərin əsaslı təmiri, idman zallarının, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi. Göstərilən istiqamətlər üzə görülən işlər bu gün rayonda həm əhalinin maddi rifah halının yüksəlməsi ilə müşayiət olunur, həm də Siyəzənin simasını əhəmiyyətli dərəcədə dəyişib.

Ümumiyyətlə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində Siyəzən rayonunda bir sıra infrastruktur layihələri yerinə yetirilib, şəhərin su təchizatı sistemi və kanalizasiya şəbəkəsi qurulub, müasir tələblərə cavab verən Regional Müalicə Diaqnostika Mərkəzi, Gənclər evi, Uşaq incəsənət məktəbi və digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilib, istehsal və emal müəssisələri yaradılıb, yollar çəkilib, yeni parklar salınıb, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri görülüb. Təbii ki, bütün bunlar əhalisinin sayı 39850 nəfərə çatan Siyəzəndə insanlar tərəfindən böyük məmnunluqla qarşılanır. Bu gün rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri görülür. Qeyd edək ki, Siyəzəndə yaşayış məntəqələrinin sayı 34-dür. Burada 1 şəhər, 1 qəsəbə, 32 kənd var. İnzibati ərazi dairələrinin sayı 11-dir və buraya 1 şəhər, 1 qəsəbə, 9 kənd daxildir. Rayonda bələdiyyələrin sayı da 11-dir. Onlardan 1-i şəhər, 1-i qəsəbə, 9-u kənd bələdiyyəsidir. Yaşanan inkişaf insanların maddi rifah halının yüksəlməsində də özünü qabarıq büruzə verir. Məlumdur ki, Siyəzən ölkəmizin sənaye rayonlarındandır. Əsas təbii sərvətləri neft, təbii qaz, qum, çınqıl, gildir. İqtisadiyyatında neftqaz hasilatı mühüm yer tutur, şərab və spirtli içkilər də daxil edilməklə qida məhsulları, çınqıl-qırmadaş və kərpic istehsalı inkişaf etməkdədir. Sahibkarlığını inkişafına hərtərəfli şərait yaradılıb. Rayonda fərdi sahibkarlara məxsus 2 un dəyirmanı, çörək və çörək məmulatları sexləri, mebel sexi, plastik profilli məmulatların istehsalı zavodu fəaliyyət göstərir. Rayon iqtisadiyyatında kənd təsərrüfatı az əhəmiyyət kəsb etmir. 70,3 min hektar rayon ərazisinin 38,6 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 9,5 min hektarını əkin yeri, 1,7 min hektarını çoxillik əkmələr təşkil edir. Kənd təsərrüfatında taxılçılıq və heyvandarlıq əsas yer tutur. "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar rayonda aqrar sahədə mühüm tədbirlər həyata keçirilib. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaqmotor yağlarının, mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi əhali arasında ciddi stimul yaradıb. Bu rayonda kənd təsərrüfatını tərəqqisini daha dinamik hala gətirir. Aqrar sahənin daha da inkişaf etdirilməsi üçün məqsədyönlü işlər aparılır, istehsal və xidmət obyektlərinin yaradılması, həmçinin kəndlərin abadlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Sosial infrastruktur sahəsində də rayonda genişmiqyaslı işlər görülüb.

Məlum həqiqətdir ki, Azərbaycanın ümumi inkişafında regionların sosial-iqtisadi inkişafının rolu da əhəmiyyətli dərəcədə böyükdür. O da faktdır ki, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Dövlət Proqramı çərçivəsində isə həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanır. Bu sırada nümunə kimi göstərilə biləcək rayonlar sırasında təqdirəlayiq haldır ki, Siyəzən də yer alır. Burada infrastrukturun bərpası və yenilərinin yaradılması, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qazsu ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, su, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib və keçirilməkdədir. Bu isə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin rayonda uğurla icra olunmasının real göstəricisidir. Xatırladaq ki, paytaxt da daxil olmaqla regionlarda infrastrukturun yenilənməsinə dövlət başçısı xüsusi diqqət yetirir. Bununla bağlı o qeyd edib: "Bakı şəhəri, digər bölgələr abadlaşır, qurulur, eyni zamanda, nəhəng sənaye, infrastruktur layihələri icra edilir. Dövlət investisiya proqramının icrası nəticəsində biz bütün bu məsələləri ardıcıllıqla həll edirik. Proqram üzrə gedirik və ildən-ilə öz investisiya imkanlarımızı da artırırıq”. Siyəzəndə sosial infrastkutrun yenilənməsi sakinlər tərəfindən də böyük məmnunluqla qarşılanır. İnsanlar görülən işlərdən razılığını bildirir, ölkə və rayon rəhbərliyinin bu istiqamətdə atdığı addımları alqışlayır. Çünki, bu istiqamətdə həyata keçirilən abadlıq-quruculuq işləri nəticə etibarı ilə insanların rahatlığına, onların layiqli həyat tərzinin təmin olunmasına xidmət edir.

  R.BAYRAMOV

  Mövqe. - 2013.- 6 noyabr.- S. 10.

(ardı var)