Ağcabədi tərəqqisində daha böyük sosial-iqtisadi nailiyyətlərə imza atır
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Bu gün dünya miqyasında da birmənalı şəkildə qəbul edilmiş həqiqətdir ki, Azərbaycan bir çox ölkələrin onilliklər boyu qət etdiyi inkişaf mərhələsini daha qısa zaman kəsiyində dəf edərək, sosial-iqtisadi tərəqqi sahəsində uğurlarla zəngin bir modelin əsasını yaradıb. Zamanın sınaqlarına qarşı bu modelin dayanıqlı xarakter daşıması hələ 2009-cu ildə özünün zirvə nöqtəsinə çatan, əvvəlcə maliyyə, daha sonra isə iqtisadiyyatın real sektorunu silkələyən qlobal böhran dövründə əyani şəkildə təsdiq olunub.
Bu, bir daha Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının nə dərəcədə uzaqgörən xarakter daşıdığını və elmi əsaslara söykəndiyini, eləcə də digər sahələrdə olduğu kimi sosial-iqtisadi sferada da həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirilərək uğurla davam etdirildiyinin bariz göstəricilərindəndir. Yaşanan sürətli sosial-iqtisadi inkişafın bilavasitə əhalinin maddi rifah halının yüksəlməsində öz əksini tapması isə Azərbaycanda bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulması prosesində qazanılan ən mühüm nailiyyətlər sırasında yer alır. Yaşanan nailiyyətələrdə isə regionların payının ildən-ilə artması ölkəsmizdə sosial-iqtisadi inkişafın kompleks xarakterə malik olduğunu bir daha meydana qoyur.
Regionların ümumi iqtisadi inkişaf prosesində payının artmasını təsdiq edən amilləri Ağcabədi rayonunun simasında da əyani görmək mümkündür. Bu gün Ağcabədiyə yolu düşənlər onun inkişaf tempinin illərlə yox, aylarla ölçülməsinə şahidlik edirlər. Azərbaycanın qədim tarixə malik olan bu ərazisi bu gün əsl abadlıq-quruculuq ünvanına çevrilib. Rayonda elə bir sahə yoxdur ki, inkişaf oradan yan keçsin. İnsanların layiqli həyat tərzinin təmin olunmasında, maddi rifah halının yüksəlməsində, rayonda ən müasir tələbələrə cavab verən sosial infrastrukturun yaradılmasında Ağcabədi həqiqətən də qibtəediləcək nailiyyətələrin müəllifinə çevrilib. Qarşıdakı dövr ərzində isə burada əldə olunan uğurların miqyasına yeniləri əlavə olunacaq, çünki bunun üçün rayonda möhkəm təməl yaradılıb.
Ümumiyyətlə, tarixən Ağcabədi ölkənin həyatında mühüm rol oynayan inzibati vahidlər sırasında yer alıb. Tarixə ekskursiya etdikdə məlum olur ki, Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə çəkilib və bura qədim tayfaların yaşayış məskəni olub. Ağcabədi yaxınlığında eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları və müxtəlif qəbir abidələri aşkar edilib. Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşıları var. Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır. Məsələn, Kəbirli kəndinin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır. Şahsevən kəndinin adı isə XVI əsrdə I şah Abbas Qızılbaş tayfaların zəiflətmək üçün könüllü qvardiya düzəldib və onlara torpaq payları verib. Həmin torpaqlar bu günə qədər öz qədim adlarını saxlayırlar. Ağcabədinin Şahsevən kəndinin adı məhz bu Şahsevən qvardiyasının adı ilə bağlıdır. 1727-ci ildə Gəncə-Qarabağın Müfəssəl tarix dəftəri sənədində Bərdə Livasına tabe olan Boyad nahiyəsi tərkibində Ağcabədi kəndinin adı çəkilir. Ağcabədi rayonunun Boyad kəndində Pənahəlixan 1747-1748-ci ildə Boyad qalasını tikdirib.
XVIII əsrin 50-ci illərində Hacı Çələbi Boyad qalasına hücum etsə də, onu ala bilməyib. Bunda sonra Pənahəlixan Boyad qalasının duzən yerdə yerləşdiyinə görə başqa qala tikdirmək qərarına gəlir. 1823-cü ilin məlumatına görə Ağcabədinin aşağı hisssəsində yerləşən Xəlfərəddin kəndi sonralar Ağcabədi ilə birləşərək Ağcabədi Xəlfərəddin adlandırılıb. 1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisi inzibati bölgüyə bölən zaman Ağcabədi də inzibatı bölgüsünə görə rayon adı alıb,1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilib. Rayon Ağdamın tərkibindən 1965-ci ildə ayrılıb və yenidən rayon statusu alıb. Ağcabədi rayonunun inzibati mərkəzi Ağcabədi şəhəridir. Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu bu gün dinamik inkiaşfı ilə də yeni bir tarix yazır.
O da mühüm faktordur ki, Ağcabədinin inkişafında onun özünəməxsus coğrafi şəraiti və həmin buranın əhalisinin tarixən məşğul olduğu sahə nəzərə alınır. Bu zaman həm respublika xarakterli amillər, həm də hər rayonun konkret şəraitindən irəli gələn amillər nəzərə alındığından bu, ümumi tərəqqiyə müsbət səpkidə təsir göstərir. Xüsusən də aqrar sektor və onunla bağlı sahələr yüksək dinamizmə əsaslanan templərlə inkiaşf etməkdədir. Məlumdur ki, iqtisadiyyatın aqrar bölməsində təsərrüfat formalarının müxtəlifliyi, məhsulların bölüşdürülməsinin bazar prinsiplərinə keçilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların dövriyyəsi və ondan istifadə olunması nəticə etibarı ilə istehsalın səmərəliyinin yüksəlməsinə və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz təsirini göstərir. Bu mənada aqrar sahəyə yalnız fəaliyyət göstərilən böyük ərazi kimi deyil, əhalinin böyük bir hissəsinin yaşadığı və öz əməklərini sərf etdikləri bir mühit kimi baxılır. Dövlətin aqrar siyasəti isə bu kontekustdə ölkənin sabit inkişaf edən və rəqabət qabiliyyətli, ərzaq təhlükəsizliyinin təmin olunmasına, kənd və şəhər əhalisinin həyat səviyyəsi və sosial infrastrukturunun yaxşılaşmasına imkan verən kənd təsərrüfatının yaradılmasına yönəldilir. Bütün bunların real təzahürü Ağcabədidə də yüksək səviyyədə öz əksini tapır. Təbii ki, belə vəziyyət rayonun inikaşfında böyük nailiyyətlərin əldə olunmasına gətirib çıxarır. Ağcabədi Azərbaycanın ümumi iqtisadi inkiaşfına özünəməxsus töhfələr verir və bunun miqyasını da davamlı şəkiləd artırır.
O da danılmaz həqiqətdir ki, Azərbaycan iqtisadiyyatı son illərdə inkişaf dinamikasına və artım meyillərinə görə fərqlənməklə bərabər, həm də iqtisadi və sosial idarəetmədə yeni modern elementlərin tətbiq olunması ilə diqqəti cəlb edir. Bu tendensiya iqtisadiyyatın strukturunda yeniləşmənin bütün təzahürlərinin meydana çıxmasına səbəb olub. Yəni ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub və onun müasir siması formalaşıb. Prezident İlham Əliyevin müəyyən etdiyi uzunmüddətli strategiyanın əsas istiqamətləri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas aparıcı bölmə kimi dominantlığını möhkəmləndirməkdən ibarətdir. Ölkənin digər regionlarında olduğu kimi Ağcabədidə də neyri-neft sahəsinin inkişaf tempi böyük nəticələrdən xəbər verir.
Rayon həmçinin, böyük perspektivlər vəd edir. Bilindiyi kimi 29 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi ilə bütün dünyada idarəetmə proseslərinin dəyişmə tempi, innovativ yeniliklərin yayılması, onların bütün sahələrdə tətbiqi misli görünməmiş şəkildə sürətlənir. Bu, getdikcə daha çox ölkənin innovasiya sahəsindəki nailiyyətlərdən, qabaqcıl texniki standartlardan və idarəetmədə yeni metodlardan yararlanmasına imkan verir.
Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas məsələ dünya ölkələrinin inkişaf sürəti ilə müqayisədə geriliyə yol verməməkdir. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətədavamlı ölkə olacaq. Azərbaycanın ən ucqar kəndlərində belə vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar (rabitə, İnternet, bank xidmətləri, kommunal xidmətlər, yollar və s.), səhiyyə və təhsil xidmətləri təmin ediləcək. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Kənd təsərrüfatı istehsalçılarının müasir texnika, texnoloji avadanlıq, gübrə, toxum və ting ilə təminatı yaxşılaşdırılacaqdır. Aqrar sahədə elmi təminat və kadr hazırlığının daha da yaxşılaşdırılması nəzərdə tutulur. Kənd təsərrüfatının müxtəlif sahələrinin intensiv inkişaf etdirilməsi üçün stimullaşdırıcı tədbirlər görüləcək, iri taxılçılıq təsərrüfatlarının yaradılması təşəbbüsləri dəstəklənəcəkdir.
Kənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi, məhsul itkisinin qarşısının alınması, daxili bazarın qorunması və ixrac potensialının artırılması baxımından bölgələrdə ən müasir texnologiyalar əsasında anbar komplekslərinin yaradılmasının əhəmiyyəti nəzərə alınaraq, bu sahədə ardıcıl tədbirlər davam etdiriləcəkdir. Sahibkarların vərdiş və biliklərinin artırılması üçün informasiya və məsləhət xidmətlərinin əhatə dairəsi genişləndiriləcək, baytarlıq və fitosanitar sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da inkişaf etdiriləcək. Bütün bunlar öz növbəsində regionların, o cümlədən də Ağcabədinin qarşıda daha coşğun inkişaf yaşayacağının proqram təminatı kimi də çıxış edir. Ağcabədinin mövcud potensialı isə qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gəlinməsinə imkan verir.
(ardı var)
R.BAYRAMOV
Mövqe.-2013.- 13 noyabr.- S. 10.