Əhalinin maddi rifah halının yüksəlməsi

Tərtərdə xüsusi diqqət mərkəzindədir

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

 

Məlum həqiqətdir ki, ölkəmizin ötən əsrin son onilliyində qazanılan yeni dövlət müstəqilliyindən ötən dövr tarix üçün elə böyük vaxt sayılmasa da, bu müddətdə qazanılan uğurların miqyası qeyd olunan zaman kəsiyinə belə sığışmayaraq Azərbaycanın seçdiyi inkişaf yolunun nə dərəcədə düzgün müəyyən olunduğunu, möhtəşəmliyini göstərir. Artıq dünya miqyasında da tez-tez etiraf olunan həqiqətdir ki, bir çox xarici dövlətlərin onilliklər boyu keçdiyi inkişaf yolunu Azərbaycan daha qısa zaman ərzində qət edə bilib, qibtə olunacaq uğurlara imza atıb.Özü də bu, təkcə konkret götürülmüş hər hansı bir sahəni yox, ümumi inkişafın ən müxtəlif sferalarını əhatə edir. Bu halın real təsdiqlərindən biri regionlarda yaşanan dinamik sosial-iqtisadi inkişafdır. Qeyd olunan kontekstdə Tərtər rayonunda da yaşanan coşğun tərəqqi xüsusi diqqət cəlb edir.

Cari ilin ilk üç rübü sosial-iqtisadi sferada rayon üçün uğurlu olub. Belə ki, 2012-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə ümumi məhsul buraxılışının həcmi 3 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 20 faiz, nəqliyyat sektorunda yük daşınması 5,1 faiz, sərnişin daşınması 6,4 faiz, informasiya rabitə xidmətlərinin həcmi 28,5 faiz, pərakəndə əmtəə dövriyyəsinin həcmi 11,3 faiz, iaşə xidmətlərinin həcmi 12 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,1 faiz artıb.

Lakin yaşanan inkişaf özünü təkcə statistik rəqəmlərdə göstərmir. Belə ki, rayonda tikinti-abadlıq quruculuq işləri geniş vüsət alıb. Ötən dövrdə şəhərin H.Əliyev prospektində 4500 kvadratmetr, Ş.Qurbanov küçəsində 1500 kvadratmetr, R. Mürsəlov küçəsində 1700 kvadratmetr sahəsi olan istinad divarları aqlay bəzək daşları ilə üzlənib. Adları qeyd olunan prospekt küçələrdə kommunikasiya xətləri yeniləri ilə əvəz olunub, burada 230 ədəd müasir tipli işıq dirəkləri quraşdırılıb. Dövlət Bayrağı meydanı 1,7 hektar genişləndirilib, 60 ədəd işıq dirəyi qoyulub, Bərdə-Tərtər istiqamətində əzəmətli giriş qapısı quraşdırılıb.

Təhsil sahəsində sürətli inkişaf qeydə alınır. Eyni zamanda bu sahədə maddi-texniki əsasların gücləndirilməsi üçün məqsədyönlü addımlar atılır. Məsələn, elə bu il rayonun Qapanlı kəndində 220 şagird yerlik tam orta məktəbin binası tikilib istifadəyə verilib, Mərkəzi Rayon Xəstəxanası rayon mədəniyyət evi əsaslı təmir edilib, 10 çarpayılıq yoluxucu xəstəliklər şöbəsi üçün yeni korpus tikilərək müasir inventar avadanlıqlarla təchiz olunub.

Qarabağ müharibəsi əlilləri şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində 6 mərtəbəli 54 mənzilli yaşayış evinin, H. Əliyev prospektində Tərtər Qaz İstismarı Sahəsinin Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının tikintisi, eləcə Rayon İcra Hakimiyyətinin sifarişi ilə 450 şagird yerlik Qazyan, 150 şagird yerlik Borsunlu kənd tam orta məktəbinin binasının əsaslı təmir olunması, 150 şagird yerlik Rəcəbli kənd ümumi orta məktəbinin yeni binası tikilməsi məmnunluqla qarşılanır. Yerli respublika əhəmiyyətli yollarda küçələrdə əsaslı təmir işlərinin aparılması diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2013-cü il tarixli 3036 saylı Sərəncamı ilə 4 yaşayış məntəqəsini əhatə edən 5 min nəfərdən çox əhali yaşayan, uzunluğu 13 km olan Cəmilli-Dəmirçilər yolunun yenidən qurulub asfalt-beton örtüyünün çəkilməsi üçün layihə-smeta sənədləri hazırlanıb.

Ötən 9 ay ərzində Tərtər şəhərinin M.P.Vaqif, H.Aslanov M.Ə.Sabir küçələrində 22414 kvadratmetr həcmində yola, Bərdə-İstisu avtomobil yolunun 6,8 km uzunluğu olan hissəsində 61200 kvadratmetr sahəyə ikinci qat asfalt-beton örtüyü salınıb. Rayonun inzibati ərazi dairələri bələdiyyələri tərəfindən 50350 metr kəndarası yollar, 43100 metr sahələrarası kəndarası arxlar təmir edilib, Borsunlu kəndində İncəçay üzərində uzunluğu 38 metr olan körpü salınıb.

Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən hesabat dövründə əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə suvarma sistemlərində 672 min kubmetr lildən təmizləmə işi aparılıb, daşqın selə qarşı 49 min kubmetr torpaq işi görülüb, 24 hidrotexniki qurğu, 16 hidrometrik post, 2,1 kilometr istismar yolu cari təmir edilib. Buruc arxında 192 metr beton üzlük çəkilib.

Rayon ərazisində qurunt sularının səviyyəsinin aşağı salınması məqsədilə 588,8 min manatlıq işlər görülüb. Tərtər çayının sağ sahilində 504,7 min manat dəyərində 200 paqonometr beton mühafizə divarının tikintisi tamamlanıb. Dövr ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən rayonda aparılmış əməliyyatlar nəticəsində 3 milyon 822,6 min kvadratmetr ərazi təmizlənmə ləğvetmə üsulu ilə təmizlənib, 34 ədəd mina partlamamış hərbi sürsatlardan aşkar edilərək zərərsizləşdirilib.

Rayonun Buruc, Qapanlı, Azad Qaraqoyunlu, Köçərli, Qaynaq, Qazyan, Şıxarx , Dəmirçilər, Təzəkənd, Qazyan, Borsunlu kəndlərində 11 ədəd subartezian quyusu qazılıb. Ötən illərdə olduğu kimi, cari ilin 9 ayı ərzində rayonda heyvandarlığın inkişaf etdirilməsi məhsuldarlığın artırılması üçün işlər davam etdirilib. Bunun nəticəsidir ki, ilin ötən dövrü ərzində mal-qaranın baş sayı ötən ilin müvafiq dövrünə nisbətən 358 baş çoxalıb. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 29,2 ton, süd istehsalı 313,5 ton, yumurta istehsalı 520 min ədəd, yun istehsalı 5 ton artıb.

Cari ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 30010.7 hektar sahədə əkin aparılıb. Onun 16665 hektarında taxıl, o cümlədən 13932 hektarında buğda, 2683 hektarında arpa, 41 hektarında xəsil arpa 13 min 354 hektar sahədə digər kənd təsərrüfatı bitkiləri əkilib. Cari ildə rayonda 54386 ton taxıl istehsal olunub, hər hektardan məhsuldarlıq 32,7 sentnerə çatdırılıb ki, bu da ötən ildəkindən xeyli çoxdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi barədə dövlət hökümət qərarları əsas götürülərək istehsalçılara becərdikləri əkin sahəsinə görə 7482 istehsalçıya 1 milyon 119 min manat dövlət yardımı verilib, aqrolizinq yolu ilə istehsalçılara 485 ton azot gübrəsi 116 baş cins mal 50 faiz güzəştlə istehsalçılara satılıb. Rayon əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər davam etdirilib, qışa hazırlıqla əlaqədar yarımstansiyalarda yaşayış məntəqələrində mövcud transformatorların digər elektrik qurğu avadanlıqlarının təmiri başa çatdırılıb. Belə ki, 10 kilovotluq hava xəttində 57, 0,4 kilovotluq hava xəttində isə 24 ədəd dayaq yenisi ilə əvəz edilib.

Bütün bunlarla yanaşı, daşıyıcı elektrik xətlərinin bir çox yerlərdə yenilənməsi, kabelləşdirmə sahəsində görülən işlər rayonun yaşayış məntəqələrində istismar müddəti başa çatmış elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi diqqət mərkəzindədir. Rayonun təbii qaz təminatı sisteminin yaxşılaşdırılması məqsədilə Sarıcalı-Poladlı kəndləri istiqamətində diametri 200 mm olan 14 km, Kəngərli-Dəmirçilər kəndləri istiqamətində diametri 160 mm olan 5 km, İsmayılbəyli-Evoğlu kəndləri istiqamətində diametri 160 mm olan 6 km uzunluqda, Bayraq meydanından Seydimli kəndi istiqamətində diametri 315 mm olan 2 km uzunluğunda yeraltı, daşıyıcı politelin qaz xətti çəkilib. Düyərli kəndində 162 abonentin mənzilinə təbii qaz verilməsi təmin edilib. Tərtər şəhərinin M.Hüseynzadə, Ş. Qurbanov, E.Səfərov, F. Qulami küçələrinə Heydər Əliyev prospektində diametri 57 mm olan, 1967,2 pm, diametri 76 mm olan 450 pm uzunluğunda polad boru ilə çəkilərək istifadəyə verilib. Şəhərin E. Səfərov, H.Z.Tağıyev, Xətai, Babək küçələrində məskunlaşmış 237 məcburi köçkün ailəsi mavi yanacaqla təmin olunub. Sol sahil kəndlərində mavi yanacaq verilməsi məqsədilə Dəmirçilər kəndində 2 km uzunluğunda kəndarası qaz xətləri çəkilmiş, Hacıqərvənd kəndində qaz çəkilişinə başlanılıb.

Ötən dövr ərzində Tərtər şəhərində 9 ədəd çoxmərtəbəli yaşayış evlərinin su kanalizasiya sistemlərində 106,8 min manatlıq bərpa işləri görülüb. Tərtər Su-Kanal idarəsi tərəfindən şəhərin H. Aslanov, Nizami, Q.Mehdiyev, E. Hüseynov, Ə. Paşayev və digər küçələrində əhalinin su ilə etibarlı təminatının yaxşılaşdırılması üçün təmir-bərpa işləri aparılıb, abonentlərin su xəttindəki çatışmazlıqlar aradan qaldırılıb. 2013-cü ilin 9 ayında rayonda büdcə gəlirləri 12 milyon 723 min manata qarşı 11 milyon 824 min manat icra olunaraq 94,8 faiz yerinə yeirilib. Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2013-cü ilin sentyabr ayının 1-dən pensiyaların baza hissəsi 17,6 faiz artırılaraq 100 manata çatdırılıb. Bu artım rayon üzrə 9050 pensiyaçıya şamil edilib. 1 oktyabr 2013-cü il tarixə rayon üzrə 10055 pensiyaçı olub, bunun 80989 nəfəri işləməyən, 1066 nəfərini isə işləyən pensiyaçılar təşkil edib. Ötən müddət ərzində rayonda 5849 sosial müavinət alan vətəndaşa xidmət göstərilib, 93 nəfərə sosial müavinət təyin olunub. 1166 ailənin 5102 nəfər ailə üzvünə ünvanlı sosial yardım təyin edilib, onlara 953316 manat müavinət ödənilib. Rayon Məşğulluq Mərkəzinə doqquz ay ərzində 321 nəfər işaxtaran vətəndaş müraciət edib, onlardan 164 nəfəri rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda ixtisaslarına uyğun daimi işlə təmin ediliblər. Mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 18 nəfərə işsizlik statusu, 27 nəfərə isə işsizlik müavinəti təyin olunub. Cari ilin sentyabrında mərkəzdə işaxtaranişsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə əmək yarmarkası keçirilib, 30 idarə, müəssisə və təşkilatdan 119 boş yeri təqdim olunub, 64 nəfər peşə və ixtisasına uyğun daimi işlə təmin olunub. Hesabat dövründə rayonda 907 yeri açılıb ki, onun da 327-si daimi yeridir. Bütün bunlar əhalinin sosial-rifah halının davamlı şəkildə yüksəlməsinin xüsusi diqqət mərkəzində olduğunu göstərir.

 

R.BAYRAMOV

Mövqe. - 2013.- 26 noyabr.- S.10.

(ardı var)