Ermənistan işğal
etdiyi rayonları boşaldır
“Todays
Zaman”ın ardınca, Türkiyənin “Sabah”
qəzeti
də yeni sensasion məlumat yaydı
Son günlərdə Türkiyə mediasında Dağlıq Qarabağ münaqişəsi ilə ilgili biri-birinin ardınca maraqlı xəbərlər yayılır. Həmin məlumatların nə dərəcədə həqiqəti əks etdirməsi dəqiq bəlli olmasa da, belə aydın olur ki, Ermənistan işğal etdiyi bəzi rayonları Türkiyə ilə əlaqələrinin bərpa olunması istiqamətində geri qaytarmağa hazırdır.
Belə bir vaxtda Türkiyənin "Sabah” qəzeti "Ermənistanla əlaqələrdə sürpriz: çəkilmə başlayır” adlı ilginc xəbər yayıb. Burada qeyd olunur ki, xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə-Ermənistan münasibətlərinə dair "bəzi yaradıcı ideyalarla, yeni düşüncələrlə irəliləməyə çalışırıq” mesajının detalları məlum olub: "Ankara Davudoğlunun ABŞ təmasları və baş nazir Ərdoğanın Putinlə görüşündə də gündəmə gələn Qafqazda sülh məsələsi üçün yeni yol xəritəsi hazırlayıb. Ermənistan hökuməti Azərbaycanla xroniki problemə çevrilmiş Dağlıq Qarabağdakı iki rayondan çəkilməyi şifahi olaraq qəbul etdi. Türkiyə isə Ermənistandan bunu rəsmən olaraq bəyan etməsini istəyir. Əgər Ermənistan belə bəyanat versə, Davudoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün İrəvana gedəcək”. "Sabah”ın yazdığına görə, diplomatik mənbələr Azərbaycanın zəngin enerji qaynaqları sayəsində böyük inkişaf içində olduğunu, buna qarşı Ermənistanın uduzduğunu bildirərək bu düyünü açmağın zamanı gəldiyini düşünür: "Bir açıqlama verilir, 7 rayonunun 2-dən çəkilmə başlayır, buna cavab olaraq da Türkiyə-Ermənistan münasibətləri normallaşır”.
Qeyd
edək ki, bundan əvvəl də Türkiyə hakim dairələrinə
yaxın "Todays Zaman”da dərc olunmuş məqalədə
də analoji fikirlər səslənmişdi. Qəzetin yazdığına görə, oktyabr ayında İsveçrəyə səfər
edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu
isveçrəli rəsmi şəxslərə bildirib ki, Ankara
İrəvanla münasibətləri normallaşdırmağa
hazırdır. Amma türkiyəli nazir bunun üçün
İrəvan işğal edilmiş
Azərbaycan torpaqlarını azad etməli
olduğunu deyib. Davudoğlu deyib ki, əgər İsveçrə Ermənistanı
işğal olunmuş
torpaqların azad olumasının
vacibliyiniə inandıra bilərsə, Ankara
Ermənistanla sərhədləri aça
bilər. Qəzetin məlumatına görə,
İsveçrə məmurları Davudoğlunun
dediklərini müsbət qarşılayıblar.
Türkiyə
Xarici Işlər Nazirliyindəki mənbənin sözlərinə
görə, qardaş ölkə qondarma soyqırımın
100 illiyinə - 2015-ci ilə qədər Ermənistanla
münasibətləri normallaşdırmaq niyyətindədir.
Qəzet xatırladır ki,
Türkiyə və Ermənistan 2009-cu ildə Sürix
protokollarını imzalayarkən artıq yol
xəritəsini hazırlamışdılar, lakin
daha sonra Azərbaycan
və Ermənistanın Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması üzrə
danışıqlarda heç bir nəticə əldə edə bilməməsi
səbəbindən danışıqlar nəticəsiz
qaldı. Qəzet yazır ki, Ermənistan
Dağlıq Qarabağdan başqa
Azərbaycanın bu regionuna
bitişik daha 7 rayonunu işğal
altında saxlayır: "Yüksək rütbəli
Türkiyə rəsmisi "Todays Zaman”a deyib
ki, Türkiyə ermənistanla sərhədlərini
Dağlıq Qarabağa görə yox, onun ətrafında olan rayonların da işğal edilməsinə görə
bağlayıb. Azərbaycan bildirib ki, İrəvan Dağlıq Qarabağ
bitişik 7 rayondan
5-ni azad etsə, Türkiyənin Ermənistanla
sərhədlərini açmasına etiraz
etməyəcək. İrəvan da bildirib ki, 5 rayondan qüvvələrini geri
çəkə bilər".
Qeyd edək ki, bölgədə maraqlı qüvvələr də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlı tərəf olduqularını bildirir. Məsələn, ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer deyir: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Bu baxımdan prezidentlərin son iki ildə ilk dəfə keçirilən görüşü vacib addımdır. Biz şadıq ki, bu görüşdən sonra davamı gələcək - xarici işlər nazirlərinin görüşü üçün şans olacaq”. O bildirib ki, ölkəsi Minsk Qrupunu dəstəkləməyə davam edəcək: "Səfir Uorlik öz həmkarları ilə yorulmadan çalışır. Biz tərəflərin uzunmüddətli sülh axtarışına dəstək olan həmsədrləri dəstəkləməyə davam edəcəyik. İranla bağlı razılıq əldə olunursa, nədən Dağlıq-Qarabağ münaqişəsində sülhə nail olunmasın?”.
Onu
da bildirək ki, bu məsəldə Azərbaycanın
mövqeyi birəmnalıdır: Ermənistan işğal
altında olan bütün ərazilərdən öz
silahlı qüvvələrini çıxarmalı, zəbt
edilmiş əraziləri geri qaytarmalıdır.
Səməd CƏFƏROV
Mövqe.
- 2013.- 29 noyabr.- S.8.