Kürdəmir rayonu
sürətli tərəqqi yolundadır
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
İnkişaf
dinamikası get-gedə daha mütəhərrik hala gələn
müasir Azərbaycanda sosial-iqtisadi sferada əldə olunan
nailiyyətlərin miqyası mütəmadi olaraq genişlənməkdədir.
Bu hal ölkə
üzrə müəyyən olunmuş iqtisadi rayonlar üzrə
də özünü qabarıq formada büruzə verir.
Sözügedən sürətli tərəqqinin əsas
ünvanlarından biri də Kürdəmir
rayonudur.
Digər
rayonlar kimi Kürdəmirin də tərəqqisinə yüksək
səviyyədə qayğı göstərilir. Bu fonda xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2013-cü il 07 avqust
tarixdə Kürdəmir rayonuna rəsmi səfəri
zamanı Ulu Öndər Heydər
Əliyevin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi,
onların gənc nəsilə yetərincə
aşılanması, gələcək nəsillərə
layiqincə ötürülməsi məqsədi ilə ən
müasir layihəyə əsasən 3 mərtəbəli
"Heydər Əliyev Mərkəzi”nin, "Heydər
Əliyev parkı”nın, Külüllü
su xəttinin, Kürdəmir Süd Emalı zavodunun və
Kürdəmir rayon İcra
Hakimiyyətinin yeni inzibati binasının
açılışını həyata keçirdi.
Ərazisi 8.5 hektar olan
"Heydər” parkının giriş hissəsi
yeni layihəyə əsasən 42 metr uzunluqda tağvari milli memarlıq üslubunda yenidən işlənilib, parkda 2700 perimetr bardur düzülüb, səkilərə
5050 kvadratmetr mozaik beton tavalar
döşənib, 4950 kvadratmetr asfalt vurulub, 220 metr uzunluqda hasar çəkilib, ölçüləri
8x16 metr olan şəlalə
qurulub, mağara-kafe, yay kinoteatrı, avtokartinqin
tikilib, işıqlanma sistemi
quraşdırılıb.
Əraziyə
çoxlu sayda dekorativ ağac əkilib, 2ha əraziyə qazon
səpilib, 2000 metrdən çox süni suvarma xətti
çəkilib. "Gənclər Evi”
rekonstuksiya olunaraq 140 kvadratmetr genişləndirilib, müasir
atıcılıq tiri qurulub,
əlavə sinif otağı tikilib. Binada və ətrafında
600 kvadratmetr ağlay vurulub, 880 kvadratmetr mozaik beton tavalar
döşənib. Aparılmış abadlıq-tikinti işlərinə
9 ay ərzində daxili
imkanlar hesabına 1.836063 manat
məbləğində vəsait xərclənib.
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramına uyğun olaraq rayon ərazisində
magistral, rayonlararası və rayondaxili yolların
asfaltlaşdırılması, yenidən qurulması və təmiri
sahəsində müəyyən işlər görülüb.
Prezident İlham Əliyevin 7 mart
2012-ci il Sərəncamı ilə 14 kəndi
birləşdirən, əhalisi 14 min nəfərdən
çox, uznluğu 28
km olan Mollakənd-Axtaçı-Öyləqulu
avtomobil yolunun tikintisi tam başa
çatdırılıb, hərəkət nizamlayıcı nişanlar qoyulub, yol ümumilikdə istismara
buraxılıb.
Ümumiyyətlə,
cari ilin ilk üç rübünün sosial-iqtisadi
yekunları da burada mühüm uğurlardan xəbər verir.
Rayonda ilin əvvəlindən
649 yeni iş yeri açılıb ki, bundan 429-u daimi iş yerləridir. Onlardan 115 nəfər hüquqi, 314 nəfər fiziki,
220 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin
olunanlardır. 2013-cü ilin doqquz ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 27.3 faiz artaraq 296403.9 min manat təşkil
edib. Ümumi məhsul
buraxılışının 83.5 faizi məhsul
istehsalı sahələrində, o
cümlədən 12.7 faizi sənayedə,
39.2 faizi inşaat
kompleksində, 31,6 faizi isə kənd təsərrüfatı
sahələrində yaradılıb.
Qeyd
olunmalıdır ki, 10 ildə ümumi məhsul
buraxılışı 6.9 dəfə, 6.3 dəfə xidmət
istehsal sahəsi, 1.7 dəfə nəqliyyat sahəsi, 1.4 dəfə
rabitə sahəsi, 7,5 dəfə ticarət və ictimai
iaşə sahəsi, 18.5 dəfə sənaye sahəsi, 2.8 dəfə
kənd təsərrüfatı sahəsi, 262.8 dəfə
tikinti sahəsi artıb.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun
olaraq aqrar sahənin inkişafına diqqət daha da
artırılıb.
Taxıl
istehsalının artırılması tədbirləri daim
diqqət mərkəzində saxlanılır, bu sahədə
ardıcıl işlər görülür. Bu il indiyədək
qarğıdalı dəni də daxil olmaqla 83.200 tondan çox taxıl istehsal edilib ki, bu
da ötən ildəkindən 9000 ton çoxdur. Növbəti ilin məhsulu üçün taxıl əkinlərinə
hazırlıq işləri aparılıb, sahibkarlar
öz istehsalından 51 min
tona qədər toxum fondu ayırıb, indiyədək 25 min hektardan çox
sahədə payızlıq şum
qaldırılıb, 1200 hektaradək sahəyə taxıl səpilib,
səpin işləri xeyli sürətləndirilib.
Bu il 35 min hektardan çox
sahəyə taxıl əkiləcəyi nəzərdə tutulub. Görülmüş
tədbirlər nəticəsində yazlıq əkinlərdən
daha çox məhsul
götürülüb.
Kürdəmir
Fitosanitar xidmətinin yeni bazasının tikintisi başa
çatdırılıb. Rayonda
heyvandarlığın və quşçuluğun
inkişaf etdirilməsi sahəsində məqsədyönlü
işlər görülür.
Rayondakı süd Zavodunda
hazırda gündəlik 25 tondan çox süd emal olunur və bu emaldan 8 çeşiddə
məhsul istehsal edilir.
Kənd təsərrüfatının inkişafında və
yüksək məhsul əldə edilməsində meliorasiya işləri və suvarma
sistemləri mühüm rol
oynayır. Bu sistemdə mövcud
suvarma kanalları, kollektor-dren
şəbəkələri təmizlənib, hidrotexniki
qurğular, nasos
stansiyaları əsasən təmir olunaraq
işlək vəziyyətə gətirilib.
Əhalinin
elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının
yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin
daim diqqət mərkəzində olub. Kürdəmir
rayon İcra Hakimiyyətinin
Başçısı rayon əhalisinin elektrik enerjisi təminatını
yaxşılaşdırmaq məqsədi ilə "Azərenerji”
Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə görüş keçirmiş
və SİP kabelləşmə işinin
aparılması üçün
razılıq əldə olunub. Şəhər
ərazisinin SİP kabellərlə təmin edilməsi
ilə bağlı artıq inventar və
avadanlıqlar gətirilib və kabelləşmə işlərinə
başlanılıb.
Dövlət
Proqramına uyğun olaraq 2013-cü ildə təbii qazla təhciz
olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin,
kəndlərin qazlaşdırılmasına
başlanılıb. 215 mənzil
qazlaşdırılıb, 2150 ədəd köhnə qaz sayğacı yenisi ilə
əvəz edilib, 255 yeni
qaz sayğacı
quraşdırılıb. Podratçı təşkilat
"Qarabağ 2008” MMC tərəfindən
rayonun Xınıslı, Muğanlı kəndlərinə
daşıyıcı kəmərlər çəkilib. Hal-hazırda Bağman kəndində
kənddaxili qaz xətti çəkilərək
110 mənzilə sayğacların quraşdırılması
işləri davam etdirilir.
Çöhranlı kəndində kənddaxili qaz xətləri çəkilərək 260 mənzilə
sayğacların quraşdırılması işinə
başlanılıb və yekunlaşmaq
üzrədir. Atakişili kəndinin
genişlənən hissəsinin layihə-smeta sənədləri
artıq hazırlanıb və yaxın ayıarda işlərə
başlanılacaq. Rayonun Şilyan
və Qarasu kəndlərinin
qazlaşması üçün layihə-smeta
sənədləri hazırlanıb, hazırda həmin kəndlər
istiqamətində d-250 mm-lik polietilen boru ilə
daşıyıcı xətt çəkilir.
Dövlət Proqramına uyğun olaraq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə rayonda əlavə III Külüllü su xəttinin 29 km magistral, 30 km rayondaxili, 1 km kanalizasiya xəttinin çəkilişi aparılıb, 2050 sayğac quraşdırılıb və 5 ədəd ötürücü quyu qazılıb istifadəyə verilib. Hazırda yeni su və kanalizasiya xəttinin çəkilişi davam etdirilir. Dövlət Proqramına uyğun olaraq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə 2013-cü ilin III rübündə I və II Külüllü-Kürdəmir mərkəzi su xəttində təmir işləri aparılıb, bir neçə yerdə su itkisinin qarşısı alınıb.
Cari
ildə əhalinin fasiləsiz içməli suya olan tələbatını
ödəmək məqsədi ilə su anbarları təmir
olunaraq istifadəyə hazır vəziyyətdə
saxlanılıb, şəhərin su olmayan küçələrinə
avtomaşınlarla su verilməsi təmin edilib. Qaçqın
və məcburi köçkünlərə tərtib olunmuş qrafik üzrə
suyun verilməsi təşkil olunub. Hazırda I Külüllü su xəttində
su itkisinin
qarşısını almaq üçün mütəmadi təmir
işləri aparılır. 2013-cü ilin
9 ayında Ağsu rayonu
ərazisində olan Külüllü
bulağında 300 perimetr məsafədə
2 metr dərinlikdə xəndək qazılıb,
bulağın açıq hissəsi d-630 mm olan polietilen
boru vasitəsi ilə ötürücü
qurğuya birləşdirilib. Əhaliyə
göstərilən kommunal xidmətin səviyyəsinin
yüksəldilməsi, şəhəriin bütün
küçə və meydanlarının daima
təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən
müvafiq qurumların ən
başlıca vəzifələrindəndir. Kommunal xidmətin
yaxşılaşdırılması məqsədi ilə Respublika hökuməti tərəfindən əvəzsiz
olaraq rayona verilmiş xüsusi texnikalardan səmərəli istifadə
olunması, bu maşınların
imkanlarından küçələrdə təmizlik işlərinin
aparılmasında maksimum istifadə edilməsi
xüsusi diqqət mərkəzindədir.
Dövlət
Proqramının icrası ilə əlaqədar 2013-cü ilin
III rübündə 30 saylı Yol İstismarı idarəsi
"Azəryolservis” ASC-nin xətti ilə Respublika Əhəmiyyətli
Bakı-Ələt-Qazax və Ağsu-Kürdəmir-Bəhrəmtəpə
avtomobil yolunda və yerli kənd yollarında 572 min manatlıq
cari və orta təmir işləri görülüb, fiziki
göstəricisi 7 km olmaqla 42 min kvadratmetr olub. Rayonda təhsil, səhiyyə və mədəniyyət
sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan
qaldırılması ilə əlaqədar müvafiq
tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir.
Regionların sosial iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq
rayonun 6 kəndində, o
cümlədən 640 şagird yerlik Sığırlı, 360 şagird
yerlik Z.Əhmədov adına Şilyan, 280 şagird yerlik Cəyli, 220 şagird
yerlik Köhünlü
kənd tam orta məktəb
binalarının, 80 şagird yerlik Qaramahmudlu kənd ümumi orta məktəbinin,
80 şagird yerlik Xəlsə
kənd ibtidai məktəblərin yeni tədris binaları tikilib
istifadəyə verilib. Rayon İcra
Hakimiyyətinin ardıcıl və məqsədyönlü işi nəticəsində 180 şagird
yerlik Mürtülü,
180 şagird yerlik
Xınıslı kənd tam orta məktəb binalarının tikintisi plana salınıb
və tikinti işlərinə
başlanılıb.
Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının əsas binasında inventar və avadanlıq quraşdırılması davam etdirilib. Kürdəmir Mərkəzi Rayon Xəstəxanası üzə 157 çarpayılıq Mərkəzi Xəstəxanasının əsas binasında, Poliklinika şöbəsində, Ruhi xəstəliklər xəstəxanasında, Karrar, Mollakənd sahə xəstəxanalarında və digər tibb müəssisələrində payız-qış mövsümünün gəlişi ilə əlaqədar abadlıq işləri aparılıb, həyətyanı sahələrdə 550-dən çox ağac və gül kolları əkilib. Digər sahələr üzrə də sürətli inkişaf yaşanır.
Elşən BAYRAMOV
Mövqe. - 2013.- 25 oktyabr.- S. 10.