Masallı tərəqqisinin intibah dövrünü yaşayır

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Azərbaycan regionlarının inkişafının daha sürətli hala gətirilməsi üçün bölgələrə ayrılan maliyyə vəsaitlərinin və sərmayələrin miqdarı da daim artan xətt üzrə inkişaf edir. Elə son bir ay ərzində Prezident İlham Əliyev tərəfindən qeyd olunan xüsusda müxtəlif rayonları əhatə edən xeyli sayda sərəncam verilib. Bu sərəcamlar regionların tərəqqisini daha dinamik hala gətirir. Qeyd edilənlərin real təsdiqini Masallı rayonunun timsalında da görmək olar.

Ümumiyyətlə, son on ildə Masallı rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, Olimpiya İdman Kompleksi, Regional BoksTaekvondo İdman Mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası, Gənclər Mərkəzi inşa edilmiş, rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilib, iri istehsalemal müəssisələri açılıb, yeni avtomobil yolları çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə sakinlərin müraciətlərini nəzərə alaraq Uşaq İncəsənət Məktəbi və Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binaların tikintisi məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Masallı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün iki milyon manat, Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün iki milyon manat, Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının tikintisi üçün iki milyon manat ayrılıb.

Bundan başqa, dövlət başçısnın digər Sərəncamı ilə qırx üç min nəfər əhalinin yaşadığı 31 yaşayış məntəqəsini birləşdirən Həsənli-Xırmandalı, Kürdəbazlı-Qarğalıq, Musaküçə-Lürən, Seybətin-İkinci Səmədxanlı-Alışanlı-Ətcələr, Qəriblər-Qodman və Sərçuvar-Sirəbil avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin dörd milyon yeddi yüz min manatı Masallı Rayon İcra Hakimiyyətinə ayrılıb. Bütün bunlar Masallıya göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıda olub, burada Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib. Şəhərdə yenidən qurulan Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolareksponatlar yer alıb. Burada görkəmli dövlət xadimi Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilib.

Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən Masallıya səfərlərini əks etdirən fotolar nümayiş etdirilir. Burada kompüterlər və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir. 250 və 100 nəfərlik iki konfrans zalının mövcud olduğu mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Mərkəzdə internet kafe və 3D kino zalı fəaliyyət göstərir. Burada məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər yaradılıb. Rəsm studiyası, fotostudiya, xalq sənətkarlığı otağı da məhz belə dərnəklərdəndir. Mərkəzdə yaradılan xalq sənətkarlığı otağında Azərbaycanın qədim musiqi alətləri və xalçaçılıq nümunələri nümayiş etdirilir. Elektron kitabxanada isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs olunan, o cümlədən Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini özündə əks etdirən elekton vəsaitlər yer alıb. Burada "eko-sinif” də fəaliyyət göstərir. Sinifdə ölkəmizin flora və faunasının qorunması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən İDEA kampaniyası haqqında məlumatların əks olunduğu lövhələr yer alıb. Xatırladaq ki, 2012-ci ildə birinci Beynəlxalq folklor festivalı və ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan ikinci Beynəlxalq folklor festivalı Masallıda keçirilib və şəhər 2012-ci ildə Azərbaycanın folklor paytaxtı seçilib.

Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışı da məmnunluqla qarşılanır. Mədəniyyət Mərkəzi 1956-cı ildə inşa olunub. Bu mədəniyyət ocağı istismarda olduğu müddətdə əsaslı təmir edilməyib. Ümumi sahəsi 7300 kvadratmetr olan bina üçmərtəbəlidir. Rayonun bu əsas mədəniyyət ocağının əsaslı təmirinə 2011-ci ildən başlanılıb. Tikinti işləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilib. Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılıb. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısını əks etdirən fotolar da toplanıb. Prezident İlham Əliyevin şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama uyğun olaraq ayrılan vəsait hesabına yenidən qurulan Mədəniyyət Mərkəzinin binası müasir standartlara cavab verir. 358 yerlik tamaşa salonundan və digər yardımçı otaqlardan ibarət Mədəniyyət Mərkəzinin bütün infrastrukturu tamamilə yenidən qurulub.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı isə memarlıq baxımından seçilən binalar sırasında yer alır. İkimərtəbəli binanın inşasına 2012-ci ilin iyulunda başlanılıb, tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 2650 kvadratmetr olan bina müasir inventar havalandırma sistemi ilə təchiz edilib. Binanın foyesində ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stend var. Birinci mərtəbədə, həmçinin partiyanın qadınlar şurası gənclər birliyi üçün otaqlar yaradılmışdır. Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin inzibati otaqlar da var. Bu mərtəbədə müxtəlif tədbirlərin təşkli üçün 100 yerlik konfrans zalı, arxiv digər otaqlar da müasir səviyyədə qurulub.

Burada idmana da diqqət qayğı yüksəkdir. Xatırladaq ki, Prezident İlham Əliyevin sentyabrın 4-də Masallıya səfəri çərçivəsində Taekvondo Boks mərkəzləri istifadəyə verilib. Ümumiyyətlə, son illərdə Masallıda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Bu cür mərkəzlərin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq həvəsini daha da artırır. Ərazisi 5 min 613 kvadratmetr olan Taekvondo idman mərkəzinin tikintisinə 2012-ci ildə başlanılıb. İnşaat işləri yüksək səviyyədə aparılıb. Burada müxtəlif yarışların məşqlərin keçirilməsi üçün hər cür şərait var. Yarışların gedişini 250 tamaşaçı izləyə bilər. Zalda bir sıra idman növləri ilə məşğul olmaq mümkündür. Boks Mərkəzinin inşasına isə 2012-ci ilin əvvəlindən başlanılıb. Mərkəzin ümumi sahəsi 4 min 191 kvadratmetrdir. Buranın zalında boks yarışlarının məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Burada trenajor ağır atletika zalları, həmçinin gənclərin idmanın digər növləri ilə məşğul olmaları üçün bütün imkanlar var. Mərkəzdə müxtəlif treninqlərin digər tədbirlərin keçirilməsi mümkündür.

Kommunal sahədə problemlər uğural həll olunur. Məlumdur ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər rayon mərkəzlərində, eləcə kənd yaşayış məntəqələrində bunnula bağıl genişmiqyaslı işlər həyata keçirilir.

Belə layihələrdən biri də Masallı rayonunun 23 kəndini əhatə edir.Avqust ayından etibarən rayonun Muğanlı adlanan ərazisində yerləşən və içməli sudan korluq çəkən Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Təklə, Qədirli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb. Ümumilikdə 30 mindən çox sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanmış layihəyə əsasən, kənd sakinlərinə içməli su Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğudan veriləcək. Yaşayış məntəqələrini özüaxımlı rejimdə su ilə təmin etmək üçün ümumi həcmi 10 min kubmetr olan 2 su anbarı tikiləcək. Su mənbəyindən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 19,4 kilometr uzunluğunda magistral su xəttinin çəkilməsi nəzərdə tutulub. Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 2,5 kilometrlik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaq. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur. Növbəti mərhələdə anbar kompleksindən Ərkivan-Qızılağac kəndləri istiqamətində ikinci magistral su xəttinin çəkilməsi də planlaşdırılır. Həmin xətt istismara verildikdən sonra Masallı rayonunun bu mənbədən su alan kəndlərinin sayı 38-ə, əhalinin sayı isə 50 min nəfərə çatacaq.

 

Elşən BAYRAMOV

Mövqe. - 2013.- 17 sentyabr.- S. 10.