Regionların tərəqqisində sahibkarlıq institutunun xüsusi çəkisi artır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Azərbaycan regionlarında da dinamik yüksəliş mərhələsində olan sahibkarlıq sektoru hazırda ölkədə ümumi daxili məhsul istehsalında xüsusi rol oynamaqdadır. Təqdirəlayiq haldır ki, hazırda ölkə regionlarında sahibkarların sayı sürətlə artmaqda, əsas etibarı ilə də kiçik və orta sahibkarlıq dinamik şəkildə inkişaf etməkdədir.

Bunu şərtləndirən əsas səbəb isə həm hüquqi müstəvidə atılan müvafiq addımlar, həm də dövlət tərəfindən digər stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Məsələn məlumdur ki, «Azərbaycan Respublikasında kiçikorta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» bütün ölkədə, o cümlədən regionlarda kiçikorta sahibkarlığın tərəqqisində önəmli rol oynadı. Xatırladaq ki, həmin proqramın qəbuluna qədər artıq dövlət əmlakının özəlləşdirilməsi və KOS-ların inkişafı sahəsində həyata keçirilən dövlət köməyi tədbirləri nəticəsində özəl sektor ölkə iqtisadiyyatında payına görə hakim mövqeyə yiyələnmişdi. Artıq 2001-ci ilin yekunlarına görə ümumi daxil məhsulda qeyri-dövlət sektorunun payı 71 faiz təşkil edirdi.

Lakin ölkədə formalaşmış siyasimakroiqtisadi sabitliyin yaratdığı imkanlardan KOS-ların inkişafının bir qədər də sürətləndirilməsi zəruri şərt kimi çıxış edirdi. Digər tərəfdən özəl sektorun ölkə iqtisadiyyatında xüsusi çəkisi yüksəlsə də, bu bölmədə strateji cəhətdən mühüm olan, struktur formalaşdırıcı potensiala malik müəssisələr zəif inkişaf etmişdi. Eləcə də sahibkarlığın regional inkişafının səviyyəsi ölkənin mövcud potensialına uyğun gəlmirdi. Belə ki, həmin vaxt KOS müəssisələrinin 70 faizi Bakı şəhəri və onun ətrafında cəmləşmişdi. 2002-2005-ci illər ərzində ölkədə kiçikorta sahibkarlığın inkişafının dair Dövlət Proqramının məqsədi də ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, KOS-un insan resursunun inkişafı, texniki, maliyyə köməyi mexanizmlərinin dərinləşdirilməsi, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması əsasında KOS-un inkişafını təmin etmək idi.

Proqramın məqsədlərinin həyata keçirilməsi üçün aşağıdakı vəzifələrin həlli nəzərdə tutulurdu: sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının, lisenziyalaşdırılmasının və KOS məhsullarının sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi; müasir informasiya texnologiyasının geniş tətbiqi əsasında KOS-ların bilgi (informasiya) təminatının yaxşılaşdırılması; gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması sisteminin formalaşması; KOS-ların beynəlxalq işgüzar əlaqələrinin yaradılmasına və genişləndirilməsinə kömək göstərilməsi; KOS-ların rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı üçün texniki, maddi və maliyyə köməyi mexanizmlərinin hazırlanması; KOS-ların istehsal yönümlü fəaliyyətinə maliyyə-kredit və investisiya köməyi mexanizmlərinin genişləndirilməsi; sahibkarlığın regional inkişafının təmin edilməsi; daxili istehsalzılar arasında kooperasiya əlaqələrinin inkişafının stimullaşdırılması; KOS sferasında texnoloji inkişafın dəstəklənməsi; sahibkarların hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi.

Bu proqramın icrası nəticəsində ökə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi çərçivəsi genişləndirildi, sahibkarlıq fəaliyyətinin struktur, regionaltexnoloji baxımdan təkmilləşdirildi, ölkə iqtisadiyyatının strukturunun yenidən qurulmasında, rəqabət potensialının artırılmasında və iqtisadi qloballaşma şəraitinə uyğunlaşmasında KOS-ların rolu gücləndirildi. Bundan başqa Azərbaycan cəmiyyətinin sosial problemlərinin həllində KOS-ların fəaliyyəti yüksəldildi, istehsal sferasında yeni yerlərinin yaradılması, əhalinin məşğulluq strukturu təkmilləşdirildi, ölkə ixracında sahibkarların payı artdı, iqtisadi fəaliyyətin regional strukturu daha da təkmilləşdirildi.

Ulu öndər Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması isə sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoydu və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirdi. Həmçinin, qanunvericilik sahəsində atılan növbəti mühüm addım olaraq 1 yanvar 2003-cü il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda vergi orqanları tərəfindən vergi ödəyicilərinin bank hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə müddəanın ləğv edilməsi, bank hesablarından vergilərin dövlət büdcəsinə alınması prosedurunun təkmilləşdirilməsi, vergi orqanlarına gəlmədən hesabatların təqdim edilməsi təsdiq olunan hər hansı üsulla, o cümlədən rabitə təşkilatlarına təqdim edilməsi qaydasının müəyyənləşdirilməsi, sadələşdirilmiş verginin tətbiqi bazasının daha da genişləndirilməsi, son nəticədə kiçikorta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən daha optimal bir sistem yaradılması oldu. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti isə 2 ildən 5 ilədək uzadıldı. Bütün bunlar ölkədə sahibkarlıq sinfinin inkişafı ilə bağlı tarixi nailiyyətlərə imza atılmasına, orta təbəqənin cəmiyyətdə xüsusi çəkisinin artmasına gətirib çıxardı ki, bu da əhalinin maddi rifah halının artmasında böyük əhəmiyyət kəsb etdi.

Beləliklə, sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramları, qanunvericilik aktları və digər mühüm tədbirlərin bu sahənin inkişafında xüsusi rolu oldu, kiçikorta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırıldı. Dövlət proqramları eyni zamanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin etdi, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəltdi. Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirildi, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması baş verdi. Heydər Əliyevin sahibkarlığın inkişafı modelinin mühüm səciyyəvi xüsusiyyətlərindən biri həmin model çərçivəsində davamlı inkişaf üçün əsaslı zəminin formalaşması oldu. Heydər Əliyev tərəfindən müəyyən edilmişonun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynadı, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrildi.

Ulu öndərin inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də sahibkarlığın tərəqqisinin təminində, yerli istehsalsosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerlixarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar daha geniş vüsət alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyub. Bu kontekstdə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerlixarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Dövlət başçısının hələ 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və adamları ilə müvafiq danışıqların aparılması tapşırığı qarşıya qoyulurdu. Bunun ardınca Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)"nın əsas istiqamətlərindən biri də ölkədə daha əlverişli biznesinvestisiya mühitinin formalaşması, adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsini ehtiva edirdi. Qeyd olunan məsələlər regionların inkişafına dair ikinci dövlət proqramında da öz əksini tapdı.

Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedurqaydalar xeyli liberallaşdırıldı, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salındı, ölkədə ixrac rüsumları ləğv edildi, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirildi. Eyni zamanda, mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərin gəlir vergisi 35 faizdən 20 faizə endirildi, sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edildi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanıldı, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağların və mineral gübrələrinin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, «Aqrolizinq» ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların lizinqə verilməsi, satışı zamanı dəyərinin ödənilmə müddətinin 5 ildən 10 ilə artırılması, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 40 manat yardımın verilməsi, I və II reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi təmin edildi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləği aşağı salındı.

 

(ardı var)

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-17 yanvar.-S.-10.