Bişkekdə Ümummilli
Lider Heydər Əliyevin anım günü keçirildi
Hidayət Orucov: “Ulu öndər
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin
və dövlətçiliyinin möhkəmləndirilməsi
istiqamətində müstəsna xidmətləri ol”
Azərbaycanın
Qırğızıstandakı Səfirliyi İşenalı
Arabayev adına Qırğız Dövlət Universitetində
Ulu Öndər Heydər Əliyevin vəfatının on
birinci ildönümü ilə əlaqədar böyük mərasim
keçirmişdir.
Tədbirdə
Qırğız Respublikası Prezident Aparatının,
Hökumətinin təmsilçiləri, Parlamentin
deputatları, ictimai-siyasi xadimlər, Universitetin professor-müəllim
heyəti, tələbələr, bu ölkədəki Azərbaycan
diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Tədbirin
əvvəlində mərasim iştirakçıları
universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat
və fəaliyyətlərini əks etdirən fotoşəkillərdən
ibarət sərgiyə baxmışlar.
Sonra
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti
ilə bağlı sənədli film nümayiş
etdirilmişdir.
Mərasim
iştirakçıları Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik
sükutla yad etmişlər.
Mərasimin açılışın edən İşenalı Arabayev adına Qırğızstan Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov qeyd etmişdir ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi.
Azərbaycanın Qırğızıstanda Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat vermişdir. O, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışmışdır. Ümummilli Lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə etmişdir.
Bildirmişdir
ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan
dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi
istiqamətində müstəsna xidmətləri olmuşdur.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli istiqamətində Azərbaycanın Heydər
Əliyevin təşəbbüslərindən danışan
səfir demişdir ki, BMT Təhlükəsizlik Şurası
Ermənistan hərbi qüvvələrinin işğal
olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz
çıxarılması, məcburi köçkünlərin
ev-eşiklərinə qaytarılması ilə əlaqədar
dörd qətnamə qəbul etmişdir. Lakin
işğalçı Ermənistan dövləti hələ
də bu sənədləri yerinə yetirmir və bununla da
dünya ictimaiyyətinə meydan oxuyur.
Səfir
böyük dövlət xadimi Heydər Əliyevin
qırğız xalqına da xüsusi diqqət və məhəbbət
ilə yanaşdığını dilə gətirmişdir.
Diplomat
bildirmişdir: "Ulu öndər Heydər Əliyev deyirdi:
Manasın dili – bizim ümumi dilimizdir. Biz
kökü bir, dili bir olan
xalqlarıq”.
Tədbirdə
çıxış edən Qırğız Respublikası
Xarici İşlər nazirinin müavini Erines Otorbayev qeyd
etmişdir ki, Heydər Əliyevin Azərbaycan
Respublikasının bərpasında və inkişafında
böyük rolu olmuşdur. Heydər Əliyev bütün həyatını xalqına, vətəninə
və dövlətinə xidmət eləməyə həsr etmişdir. Nazir müavini bildirmişdir ki, Heydər Əliyev təkcə Azərbaycan
Respublikasının Prezidenti deyil, həm də bu
ölkəni vətəndaş müharibəsindən xilas edən, ölkənin bərpasına səbəb
olan biri idi. Buna görə də
Heydər Əliyev Azərbaycan xalqının Ümummilli
Lideridir.
Sonra
Türkiyə Respublikasının Qırğız
Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri
Mətin Kılıç çıxış edərək
Heydər Əliyev kimi dahi və ölməz liderin anım
günündə çıxış etməyin özü
üçün böyük şərəf olduğunu
bildirmişdir. Mətin Kılıç Heydər
Əliyevin dediyi "bir
millət, iki dövlət” gerçəkliyinin
hər zaman qorunub,
saxlanacağını qeyd etmişdir.
Səfir qeyd etmişdir
ki, Heydər Əliyev ən çox işğal olunmuş torpaqların geri
qaytarılmasını istəyirdi və bu
məsələ hər zaman onun diqqət mərkəzində idi. Biz də Heydər
Əliyevin bu son istəyini
yaxın vaxtlarda həyata keçirib,
ona layiq olduğumuzu təsdiqləyəcəyik.
Qırğız
Xalqları Assambleyasının sədri, akademik Bektemir
Murzuibraimov, Tarix və Sosial hüquqi təhsil İnstitutunun
direktoru Nazira Kurmanova, Qırğız-Türk Manas
Universitetinin rektoru, professor Sebahaddin Balcı, Qırğız
Respublikası əməkdar inşaat xadimi, İkinci Dünya
müharibəsi veteranı Əsəd Həsənov və
başqaları dahi rəhbər Heydər Əliyevin fenomen bir
şəxsiyyət olmasından, onun təkcə Azərbaycan
xalqı deyil, bütövlükdə türk dünyası
qarşısındakı xidmətlərindən söhbət
açmışlar.
Mövqe. – 2014. – 17 dekabr. S. 3.