Ailədaxili zorakılıqlar təhlükəli
həddə çoxalır
Nuriyyə
Quliyeva: «Müasir dövrdə aldığımız bir
çox informasiya bizi zorakılığa istiqamətləndirir»
Dəyanət
Rzayev: «Milli mentalitetin də ailədaxili zorakılıqda,
cinayətlərdə müəyyən qədər rolu»
Azərbaycan mentalitetinə yad olsa
da son illərdə ailədaxili zorakılıq və qətllərin
sayında müəyyən bir artım müşahidə
olunmaqdadır. Belə
halların qarşısının alınması üçün maarifləndirmə işləri
genişlənsə də, hələlik istənilən nəticə
yoxdur. Bu fonda ən çox zərər çəkən isə əsasən
zərif cinsin nümayəndələri olur.
Məsələyə münasibət bildirən Peşəkar Psixologiya Mərkəzinin direktoru Nuriyyə Quliyeva hər şeyin təməlinin uşaq vaxtlarında qoyulduğunu deyir: "Ailə hər birimiz üçün məsuliyyətli, ciddi və müqəddəs bir qurumdur. Xüsusən azərbaycanlı ailəsində böyüyən, İslam dininin əxlaqi keyfiyyətlərini mənimsəyən insanlar üçün ailə xüsusi anlam daşıyır. Lakin təəssüflə qeyd etməliyik ki, son dövrlərdə boşanmaların, ailədaxili münaqişələrin və bunun fonunda da ailədaxili cinayətlərin sayı artmaqdadır.
Bunun bir çox səbəbi var. Bunlardan ən önəmlisi şəxsin erkən yaş dövrlərindən
təsirində qaldığı
amillərdir. Müasir dövrümüzdə televiziya, internet, telefon vasitəsilə aldığımız
bir çox informasiya bizi zorakılığa istiqamətləndirir.
Uşaqların oynadığı
şiddəti aşılayan
oyunlar, oyunlarda müharibə, döyüş
şəraitinin təsviri,
cizgi film və ya film qəhrəmanlarının
canlıları öldürməsi
və s. onların psixikasına ciddi təsir edir. Bu, uşaqlarda aqressivliyə,
səbirsizliyə gətirib
çıxarır. Həmin uşaqların
bəziləri gələcəkdə
insanlara qarşı daha amansız olur. Bütün bunlardan təkcə
uşaqlar deyil, yeniyetmələr, gənclər
və yetkin yaşlı insanlar da təsirlənir. Çünki bu tip məlumatlar bizim birbaşa şüuraltımıza
təsir edir. Beyin bu informasiyanı yığır, bizim şiddətə meylli və təəssüf ki, bir çox
gəncimizin cinayətə
meylli bir şəxs kimi formalaşmasına gətirib
çıxarır. Mən burada uşaqlıq
və yeniyetməlik dövrünü ona görə vurğuladım
ki, bu sadaladığım
amillər ən çox onlara təsir edir və cinayətkar şəxs demək olar ki, elə
məhz bu dövrlərdən formalaşır”.
Psixoloq ailədaxili
zorakılıq və
cinayətlırin törənməsində
alkoqolizm, narkomaniya kimi pis vərdişlərin
də müəyyən
qədər rolu olduğunu bildirir: "Ailədaxili zorakılıq
və cinayətlərin
digər səbəbi
isə cinayətkarın
mənfi vərdişlərə
meylli olmasıdır.
Yəni, cinayətlərə
nəzər yetirsək,
görə bilərik
ki, cinayət törədən şəxslər
arasında alkoqoldan, narkotik maddələrdən
istifadə edənlər
də az
deyil. Şəxs bu maddələrin
qəbulu zamanı doğru qərar qəbul edə bilmir. İstəyinə
nail olmaq üçün
hər bir vasitədən istifadə
edən şəxs ona etiraz edən
ailə üzvünə,
yaxınına qarşı
aqressiv olur və təzyiq göstərir. Bir çox hallarda
isə daha ağır nəticələr
olur, qətl törədilir.
Diqqətlə təhlil etsək,
görərik ki, cinayət törədən
şəxslərin bir
çoxu uşaqlığında
və ya yeniyetməlik dövründə
zorakılığa məruz
qalmışlar. Bu da digər önəmli
səbəblərdən biridir.
Hətta
bəzən cinayətkar
şəxsin ailə üzvləri, yaxın qohumları arasında da müxtəlif xarakterli cinayətlərə
də rast gələ bilərik.
Sözsüz ki, bu hal şəxsin əqidəsinə ciddi təsir edir. Əgər şəxsə
cinayətlər və
ya cəmiyyətdə
qəbul olunmayan davranışlar haqda düzgün məlumat verilərsə, həmin şəxs cinayətə
daha az
meylli olar. Lakin bu o demək deyil ki, cinayət
törədən hər
bir şəxsə ailə tərəfindən
düzgün tərbiyə
verilməyibdir. Mən burada
sadəcə olaraq, ailədaxili cinayətlərin
və ümumiyyətlə,
bütün cinayətlərin
müəyyən qədər
qarşısının alınmasında
ailənin və mühitin önəmli rolunu qeyd etmək
istədim.
Müasir dövrümüzdə ailədaxili
münaqişələrin səbəbləri
kimi istəksiz nikahın bağlanması,
ailədə övladın
olmaması, maddi vəziyyətin aşağı
olması və qısqanclıq hallarını
da sadalaya bilərəm. Bu hallar ailədə gərgin vəziyyət yaratdığı üçün
bəzən cinayətlə
nəticələnir.
Hər şey ailənin övladı düzgün
istiqamətləndirməsindən, sağlam mühitin təmin edilməsindən
başlayır. Ailədə sosial normalar uşaqlara düzgün şəkildə aşılanmalı,
cəmiyyətdə qəbul
olunmayan davranışlar
haqda məlumat verilməlidir. Uşaq
və ya yeniyetmə televiziya, kompüter, telefon və s. vasitəsilə nümunə götürə
biləcəyi şiddət,
zorakılıq səhnələrindən
uzaqlaşdırılmalıdır. Çünki şəxs təsir
altına düşərək
sevdiyi "qəhrəmanın”
hərəkətlərini təkrar
edə bilər.
Əgər uşaq və
ya yeniyetmə belə bir səhnənin
şahidi olarsa, bunun doğru olmadığı, qəbul
olunmaz bir hal olduğu təmkinlə başa salınmalıdır. Əgər
valideyn məktəbdə
bu tip hallara rast gələrsə, uşağına daha diqqətlə yanaşmalıdır.
Bununla yanaşı spirtli içkilərin, narkotik vasitələrin fəsadları
və nəticələri
haqda əvvəlcədən
maarifləndirmə aparılmalıdır.
Münaqişələr baş verdikdə
isə, tərəflərdən
biri daha səbirli davranıb daha sonra situasiyanı
sakit vəziyyətdə
təhlil etsə daha ağır nəticələrə də
gətirib çıxarmaz.
Münaqişə vaxtı situasiyanı
daha da gərginləşdirə
biləcək söz və ifadələrdən
yayınmaq lazımdır.
Bir sözlə, münaqişə
edən tərəflərin
situasiyanın daha da gərginləşdiyini
görüb vaxtında
müdaxilə etməsi
cinayətin törədilməsinin
qarşısını ala bilər.
Amma bu da məlum
faktdır ki, münaqişə zamanı
tərəflər çox
da düzgün qərar qəbul edə bilmir. Bu səbəbdən münaqişəyə öncədən
müdaxilə və
problem situasiya barəsində
müzakirə arzuolunandır”.
Psixoloq Dəyanət
Rzayev isə zorakılıq hallarının
artmasını buna qarşı tələb olunan həddə profilaktik
tədbirinin həyata
keçirilməməsi ilə
bağlı olduğunu
bidirdi: "Bu haqda maarifləndirmə işi
kifayət qədər
deyil. Yalnız kütləvi informasiya
vasitələri bu işlə məşğul
olur. Hamı bilir ki, qətl törətmək
olmaz. Amma buna baxmayaraq belə hadisələr baş verir
Məlumat üçün deyim ki, Nyu-Yorkda son illər cinayətlərin
sayı 84% azalıb. Çünki orda cinayət baş verməmişdən
əvvəl onun qarşısını almaq
anlayışı var. Cinayət
baş verəndən
sora onu araşdırıb cinayətkarı
tapmaq və həbs eləməklə
heç nə həll olunmur. Problem bitmir. Azərbaycan balaca ölkədir və cinayətkarı tapmaq elə də çətin deyil. Amma hadisə baş
verməmişdən əvvəl
onun qarşısı
alınmalıdır. Məsələn, "Animal planet”də göstərirlər ki, ev sahibləri tısbağanı evdə
qoyub gediblər.
Tısbağa evdə tək
qaldıqda, əlbəttə
ki, acından ölə bilər. Bu zaman qonşular
polisə xəbər
veriblər. Çünki onlar düşünürlər
ki, bu gün
tısbağanı qoyub
gedən səhəri
gün iti, pişiyi evdə qoyub gedər, sonra insanı. Bizdə isə kimsə
küçədə iti
döyə-döyə öldürür,
heyvana hər cür zülm verir, amma ona
cəza verilmir. Heyvana bu münasibəti
göstərən insan
əlbəttə ki, bir gün insana
da eyni münasibəti
göstərə bilər”
Psixoloq bundan başqa milli mentalitetin də ailədaxili zorakılıqda,
cinayətlərdə müəyyən
qədər rolunun olduğunu deyir: "Ola bilər ki, evlənən iki insan sonradan yola gedə bilməsin. Bir-birini anlaya bilməsin. Belə olan
halda bəzən problemin
həlli üçün boşanma
ən yaxşı yoldur. Amma
bizim milli mentalitet də buna
yaxşı baxmır. Boşanma qeyri-adi qarşılanır və buna mənfi yanaşılır. Bəlkə də
o insanlar boşansa, daha
yaxşı olardı. Amma bədbəxt
hadisə baş verəndən sonra təəssüflənirlər ki, kaş ki
boşanardılar. Bu məsələnin həlli
üçün profilaktika
tədbirləri ilə də, maarifləndirmə ilə də
xüsusi qurumlar məşğul
olmalıdır”.
Aysel Həsənova
Mövqe.-2014.-
4 fevral.-S.14.