Gəncə
inkişafının intibah dövrünü yaşayır
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Aparılan son
araşdırmalar bu gün
ölkəmizin sosial-iqtisadi
inkişafında regionların xüsusi
çəkisinin getdikcə daha dinamik şəkildə
artıdığını qabarıq surətdə meydana qoyur. Proseslərin gedişi bundan sonra da ölkənin sosial-iqtisadi həyatında regionların xüsusi rol oynamaqda davam edəcəyini
söyləməyə əsas verir. Azərbaycanın
iqtisadi həyatında mühüm
əhəmiyyətə malik olan şəhərlərdən biri qismində isə Gəncə şəhəri
çıxış edir.
Ötən ildə də şəhərdə sosial-iqtisadi sahədə böyük nailiyyətlərə imza atılıb. Gəncə Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən il ərzində şəhərdə istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz artıb. Ümumi daxili məhsulun 23,8 faizi sənayenin, 0,4 faizi kənd təsərrüfatının, 41,7 faizi tikinti-quraşdırma işlərinin, 9,3 faizi nəqliyyatın, 0,6 faizi informasiya və rabitə sahələrinin, 24,2 faizi ticarət və xidmət sahələrinin payına düşüb. Nəticədə 2013-cü ildə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 300,8 manat olub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz çoxdur.
2013-cü
ildə şəhər sənayesində fəaliyyət
göstərən təsərrüfat subyektləri tərəfindən
173 milyon 864 min manatlıq məhsul istehsal olunub və xidmətlər
göstərilib. Bu əvvəlki dövrlə müqayisədə 5,7 faiz çoxdur. Özəl
bölmədə istehsalın həcmi sənaye məhsulunun
62,6 faizini təşkil edib,
ümumi istehsalın 88,4 faizi
sənaye mallarının istehsalı, 11,6 faizi
isə sənaye xarakterli xidmətlərin
göstərilməsi hesabına yaradılıb. Ümumi istehsalın 88,4 faizi
sənaye məhsulu istehsalının, 11,6 faizi
sənaye xarakterli xidmətlərin
hesabına olub.
Şəhər
İcra başçısı Elmar Vəliyevin sözlərinə
görə, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırıq və tövsiyələrinin
uğurla həyata keçirilməsi nəticəsində
şəhər sürətlə inkişaf edib, həyata
keçirilən yenidənqurma və abadlıq-quruculuq işləri
geniş miqyas alıb. Məhz bunun nəticəsidir
ki, 2013-cü ildə şəhərin iqtisadi və sosial sahələrinin
inkişafı üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 329,3 milyon
manat və ya əvvəlki
ildən 2,5 dəfə çox vəsait
yönəldilib.
Şəhərin
sosial-iqtisadi həyatında müşahidə olunan davamlı
və sürətli inkişaf, əlverişli investisiya
mühiti investorlar tərəfindən əsas kapitala yönəldilmiş
ümumi sərmayənin məhsul istehsallı obyektlərin
inşasında 83,1 milyon manat, xidmət sahələri üzrə
obyektlərin tikintisində 246,2 milyon manat vəsaitdən
istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin
hamısı daxili vəsaitlərdən
ibarət olub. 2013-cü ildə tikinti müəssisələri tərəfindən
yerinə yetirilmiş inşaat
işlərinin həcmi əvvəlki ilin
səviyyəsini 10,2 faiz üstələyib.
Bu müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri
inşaat işlərinin həcmi 60,5 milyon manat təşkil edir.
Hesabat
dövründə bir sıra sosial yönümlü obyektlər
istifadəyə verilib, 2013-cü il ərzində ümumi sahəsi
29715 min kvadrat metr fərdi yaşayış evləri, 2 min 310
şagird yerlik ümumtəhsil məktəbləri, mədəniyyət
ocaqları və digər qeyri-istehsal təyinatlı obyektlər
istifadəyə verilib, 270-ə yaxın sosial xidmət və
fərdi yaşayış evlərinin inşası isə
davam etdirilib. Ümumi ərazisi 450 hektar olan parkda Heydər
Əliyev Mərkəzi, Müasir İncəsənət
Muzeyi, Gənclər Mərkəzi, 3800 yerlik "Amfiteatr”
"Şəlalələr” Kompleksi, ümumi sahəsi 70 min kvadratmetr olan "Gəncə
göl”, Gənclər və Çinarlar Alleyası, "Zəfər
Tağı” inşa edilib.
Gəncənin
simasını nəzərə çarpacaq dərəcədə
dəyişmiş bu parkın ərazisində 7 km-dən
çox avtomobil yolu asfaltlanıb, 60 min kvadratmetrə yaxın
sahəyə qranit, metlax, tamet döşənib, 224 ədəd
müxtəlif işıqlandırma sistemi quraşdırılıb,
18 fəvvarə tikilib, minlərlə dekorativ gül və
ağac kolları, tinglər əkilib, 300 hektardan çox sahədə
yaşıllıq sahəsinin suvarılması məqsədi
ilə 30 ədəd subartezian quyusu istifadəyə verilib. Heydər
Əliyev Parkının girişində möhtəşəm
"Zəfər tağı”ı ucaldılıb. Buraya gələn qonaqlar
"Zəfər tağı”nın açıq seyrəngahından
şəhərin və Heydər Əliyev Parkının mənzərəsini
seyr edə bilirlər. Parkda
yaradılan süni göl
və orijinal şəlalə bu məkana xüsusi
gözəllik verir.
Parkdakı
Heydər Əliyev Mərkəzinin əhatə etdiyi ərazidə
orijinal memarlıq üslubunda fəvvarələr və
müasir işıqlandırma sistemi
quraşdırılıb. Ərazidə əsaslı
abadlıq və yaşıllaşdırma işləri görülüb. Heydər Əliyev Mərkəzinin
tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin
keyfiyyətli və müasir materiallardan istifadə olunub.
Binanın fasadında böyük peşəkarlıqla
işlənən milli memarlıq elementləri
diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı
sütunlarla əhatə olunub.
Üçmərtəbəli Mərkəzdə
şüşədən müasir
günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın
xəritəsi əks olunub. Prezident İlham Əliyev
də parkda görülən işləri
yüksək dəyərləndirib: "Bu
parkın və Mərkəzin yaradılması çox böyük hadisədir.
Möhtəşəm Mərkəz Ulu
Öndərin xatirəsinə gözəl abidədir, burada Ulu Öndərin həyat
və fəaliyyətinin bütün
anları, bütün mərhələləri
əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin
keçirilməsi üçün də
gözəl imkanlar vardır. Demək olar ki, bu
böyük parkın yaradılması bir möcüzədir. Deyə bilərəm ki, Azərbaycanın ən böyük
parkıdır. Ərazisi 450 hektar, uzunluğu 2 kilometrdir. Gəzinti,
istirahət üçün bütün imkanlar
vardır. Cəmi iki il
ərzində demək olar ki,
yeni gözəl bir məhəllə
yaradılmışdır. Əminəm ki,
bu parkın ətrafında gələcəkdə
yeni yaşayış binaları da tikiləcəkdir. Belə layihələr vardır.
Dünyada bir neçə
böyük park
vardır. Onlardan biri
də Gəncə parkıdır. Dünyanın beş ən böyük
parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı - nəinki gəncəliləri,
bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm
parkın, Mərkəzin yaradılması gəncəlilərin
öz diyarına olan
məhəbbətinin əlamətidir".
Prezident
İlham Əliyevin təşəbbüsü ilə
yaradılan Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşların Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində
Gəncə şəhərində inşa edilmiş "ASAN
xidmət” Mərkəzinin fəaliyyəti də yerli sakinlər
tərəfindən böyük məmnunluqla
qarşılanır. Gəncədəki "ASAN xidmət”
mərkəzi ötən il dekabrın
21-dən vətəndaşlara xidmət göstərməyə
başlayıb. Gəncə "ASAN xidmət” mərkəzi
şəhərin və bir neçə ətraf
rayonun əhalisinə xidmət edir. Binanın qarşısındakı park əsaslı surətdə yenidən qurulub. Parkda qurulmuş led-paneldə "ASAN xidmət” mərkəzində
göstərilən xidmətlər, rüsumlar,
mərkəzin əhatə etdiyi rayonlar və s. haqqında
informasiyalar daim nümayiş olunur.
"ASAN xidmət” yaradıcılığa dəstəklə
bağlı müxtəlif sosial aksiyalar da keçirir.
Mərkəzin həyətində "YARAT” Müasir
İncəsənət Məkanının guşəsi də
qurulub.
Regionların
sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı
çərçivəsində isə Gəncəçay
çayının şəhər ərazisindən keçən
hissəsində sahilboyu bərkitmə işlərinin
aparılıb və çayın məcrasının yenidən
qurulması işləri davam etdirilir. Sahil
boyu park
salınır, mövcud parklar
yenidən qurulur, sosial
obyektlər inşa edilir.
Dövlət
başçısının Sərəncamı ilə yeni
yaradılmış 5 qəsəbəni Gəncə şəhəri
ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə
186 min 574 kvadratmetr asfalt örtüyü salınıb, 44 min
46 perimetr bort daşları, 400 ədəd işıq dirəyi
və müasir işıqlandırma sistemi
quraşdırılıb, yol kənarına həmişəyaşıl
ağaclar əkilib, qəsəbənin ictimai nəqliyyat
işləyən küçələrində dayanacaqlar
quraşdırılıb. Şıxzamanlı
qəsəbəsində, Aeroport yolu istiqamətində və digər ərazilərdə
365-dən çox fərdi
yaşayış evinin, 250-ə yaxın
yüksəkmərtəbəli binanın dam
örtüyü dəyişdirilib,
çoxmənzilli binalarda 70-dən çox istismar müddətini
bitirmiş liftlər müasir
sərnişin liftləri ilə əvəz edilib.
Ötən müddətdə səhiyyə ocaqlarında aparılan yenidənqurma və təmir-tikinti işlərinin davamı olaraq Abbas Səhhət adına 1 saylı Şəhər və Yoluxucu Xəstəliklər xəstəxanalarında, 6 nömrəli şəhər poliklinikasında əsaslı təmir işləri sürətləndirilib, Təcili Tibbi Yardım Xəstəxanasında və 2 saylı poliklinikada yeni istilik sistemi quraşdırılmış, Təcili Tibbi Yardım Stansiyasının, 2 saylı Uşaq Xəstəxanasının dam örtüyü və Uşaq Stomatoloji Poliklinikasının binası əsaslı təmir olunub. Gəncə şəhərinin Şərq istiqamətindən giriş hissəsində Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Abidə Muzey kompleksi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi inşa edilib. Nizami Gəncəvi Muzeyinin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulub. Birmənalı həqiqətdir ki, Nizami dövrü, ədəbi irsi və məktəbi məsələləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir. Bütün bunları nəzərə aldıqda Gəncədə inşa olunan bu Muzeyin əhəmiyyəti olduqca böyükdür. Prezident İlham Əliyev tərəfindən təməli atılan Gəncə Olimpiya Parkı isə böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaqdır. Burada idmanın bütün növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaqdır. Olimpiya Parkı son illərdə sürətlə inkişaf edən Gəncənin ümumi görünüşünə əlavə yaraşıq verəcək. Bütün bunlar bir daha Gəncənin sürətli tərəqqi yolunda olduğunu aydın nümayiş etdirir.
R.BAYRAMOV
Mövqe. - 2014.- 20 fevral.- S.10.