Əsrin faciəsi – Xocalı qətliamı
Bu cinayəti
törədənlər hələ
də məsuliyyətə
cəlb olunmayıblar
və Ermənistanın
indiki rəhbərlyində
təmsil olunurlar
Zülmün ərşə
dayandığı, insanlıq
tarixinin qanla yazılan ən dəhşətli faciələrindən
birinin yaşandığı
soyqırımından 22 il
keçir. Fevralın 26-da növbəti ildönümü qeyd olunan Xocalı faciəsinin nədən yaşanması, bu soyqırımın başvermə
səbəbləri və
onun qarşısının
alınmasının nə
dərəcədə mümkün
olması illər keçdikcə yenə fikirlərə hakim kəsilən
əsas suallardan birinə çevrilir.
Əslində, ermənilərin təkbaşına
cəsarətlənərək nəinki Xocalıya, Dağlıq Qarabağın
digər ərazilərinə
belə iddialar irəli sürməsi, hücumlar təşkil etməsi mümkünsüz
idi. Ancaq təəssüf ki, erməni köpəklərini hürdürən
sahibləri var idi və bu
sahiblərə arxalanan,
hər zaman üstündə gəzdikləri
torpağa, yedikləri
çörəyə naxələf
çıxan ermənilər
yenə də Azərbaycan ərazilərinə
tamah salmışdılar.
Xocalı hadisələrinə
qədər Xankəndidə
yerləşən 366-cı motoatıcı alay
sayəsində zəbt
edə bildikləri ərazilər iştahalarını
daha da artırmışdı.
Yalnız qaldıqları halda
heç nə edə bilməyəcəklərini
özləri də yaxşı bilirdi.
Bu fonda 366-cı motoatıcı rus alayının ermənilər
tərəfində olması
vəziyyəti dəyişirdi
və elə məhz bu alay
1992-ci ilin qarlı qışında Xocalı
soyqırımının yaşanmasında
ən azı ermənilər qədər
rol oynadı. Alayın ixtiyarında olan çoxlu sayda hərbi texnika, şəxsi heyət, həmçinin ermənilərin
özlərinin ixtiyarında
olan silahlar qüvvələr nisbəti
arasında böyük
fərq yaradırdı.
Bu dövrdə Azərbaycanın mərkəzi
hakimiyyətinin Xocalını
taleyin ümidinə buraxması da ermənilərin lehinə
işləyən məqamlardan
biri kimi çıxış edirdi.
Yaranmış vəziyyətə rəğmən,
Xocalının qəhrəman
müdafiəçiləri şəhəri təslim
etməyərək sonadək
rəşadətlə mübarizə
apardılar, onların
bir çoxu döyüşlərin gedişində
şəhidlik zirvəsinə
ucaldılar. Amma faciə bununla
bitmədi, Xocalıda
qalan yüzlərlə
dinc sakini, qadını, qocanı, uşağı yağı
düşmən daha böyük müsibətə
düçar etdi.
1992-ci ilin qarlı fevralında Ermənistandan
Azərbaycan ərazisinə
qanunsuz keçirilmiş
silahlı qüvvələr,
eləcə də Dağlıq Qarabağın
millətçi ermənilərindən
təşkil olunmuş
qanunsuz silahlı birləşmələri keçmiş
SSRİ Müdafiə Nazirliyinin
366-cı motoatıcı alayın
şəxsi heyəti
və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma
keçərək onu
tutdular. Şəhərə daxil olan azğınlaşmış yağılar
təkcə müqavimət
göstərənləri yox,
dinc əhalini, o cümlədən qadınları,
uşaqları, qocaları
aman vermədən qətlə yetirirdilər.
Zülmət gecə məsum
insanlara atılan güllələrdən işıqlanır,
tökülən günahsız
qanlar bəmbəyaz qarı qırmızıya
boyayırdı. Ancaq bütün
bu dəhşət gözü qana boyanmış cəlladları
daha da azğınlaşdırırdı.
Onlar tankları küçələrin
ortasına səpələnən
meyidlərin üzərindən
sürüb tırtıllar
altında cəsədləri
əzməklə hansı
xislətin sahibi olduqlarını yenidən
nümayiş etdirdilər.
Mühasirədən çıxıb
qaçmağa müvəffəq
olan sakinlər təqib edilərək Kətik meşəsində,
Naxçıvanik yolunda,
Qaraqaya ətrafında,
Dəhraz kəndi yaxınlığında, Şelli
istiqamətində, Əsgəran
asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə
eyni qaydada amansızlıqla öldürüldü.
Bundan başqa, erməni yaraqlıları əsir və girov götürdükləri
azərbaycanlıları da
xüsusi amansızlıqla,
işgəncə verərək
qətlə yetirirdilər.
Onlara dözülməz işgəncələr
verilir, insanların başlarının dərisi
soyulur, müxtəlif
əzaları kəsilir,
gözləri çıxarılırdı.
Habelə, qadınların qarınları yarılır,
adamlar diri-diri torpağa basdırılır
və ya yandırılır, meyitlər
zorakılığa məruz
qalırdı.
Nə qədər qəribə görünsə də, törədilən vəhşilikləri
ermənilər özləri
də açıq etiraf edirdilər. Qarabağ
hadisələrinin iştirakçışı,
ermənilərin ən
çox sevdiyi ideoloqlarından biri yazıçı - şair
Zori Balayan «Ruhumuzun dirçəlişi»
adlı kitabında Xocalıda törətdikləri
soyqırım haqqında
yazır: «Biz Xaçaturla
ələ keçirdiyimiz
evə girərkən
əsgərlərimiz 13 yaşlı
bir türk uşağını pəncərəyə
mismarlamışdılar. Türk uşağı
çox səs-küy
salmasın deyə, Xaçatur uşağın
anasının kəsilmiş
döşünü onun
ağzına soxdu.
Daha sonra 13 yaşındakı
türkün başından,
sinəsindən və
qarnından dərisini
soydum. Saata baxdım, türk
uşağı 7 dəqiqə
sonra qan itirərək dünyasını
dəyişdi. Ruhum sevincdən
qürurlandı. Xaçatur daha
sonra ölmüş türk uşağının
cəsədini hissə-hissə
doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi
daha 3 türk uşağına etdik.
Mən bir erməni kimi öz vəzifəmi
yerinə yetirdim.
Bilirdim ki, hər bir
erməni hərəkətlərimizlə
fəxr duyacaq».
Daha bir erməni müəllif, yazıçı-jurnalist David Xerdiyan
da Xocalıda ermənilərin azərbaycanlıların
başına gətirdikləri
müsibətləri «Xaç
uğrunda» kitabında
fəxrlə xatırlayır:
«Martın 2-də «Qaflan»
erməni qrupu türklərin cəsədlərini
toplayıb ayrı-ayrı
hissələrlə Xocalının
1 kilometrliyində yandırdı.
Axırıncı yük maşınında
mən başından
və qollarından yaralanmış təxminən
10 yaşlı bir qız uşağını
gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır.
Soyuq, aclıq və ağır yaralanmasına
baxmayaraq, o hələ
də sağ idi. Ölümlə mübarizə aparan
bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam.
Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin
içərisinə atdı.
Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq
və imdad səsləri gəlirdi».
Bu cinayəti törədənlər hələ
də məsuliyyətə
cəlb olunmayıblar
və Ermənistanın
indiki rəhbərlyində
təmsil olunurlar.
Beləliklə, ermənilərin
növbəti vəhşiliyi
nəticəsində Xocalının
5379 nəfər əhalisi
deportasiyaya məruz qaldı, 613 nəfər,
o cümlədən 63 nəfər
azyaşlı uşaq,
106 nəfər qadın
vəhşicəsinə qətlə
yetirildi, 8 ailə bütünlüklə məhv
edildi, 487 nəfər
müxtəlif dərəcəli
bədən xəsarətləri
aldı, 1275 nəfər
əsir və girov götürüldü.
Girov götürülənlərdən
150 nəfərinin, o cümlədən
68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qətlə yetirilənlərin
cəsədlərinin əksəriyyətini
şəhərdən çıxartmağa
ermənilər imkan verməyib, ona görə də yalnız az
sayda insanın meyitini dəfn etmək mümkün olub.
Görülən tədbirlər, atılan addımlar sayəsində
Xocalı soyqırımı
dünyada tanınır,
qəbul olunur və buna misal
olaraq Pakistan, Meksika qanunverici orqanlarında sözügedən soyqırımının
tanınması ilə
bağlı qəbul olunan müvafiq qanunvericilik aktlarını
göstərmək olar. Heç şübhəsiz
ki, Xocalı faciəsini törədənlərin
ədalətin mühakiməsinə
veriləcəyi, bu faciənin qurbanları olanların ruhlarının
əbədi sakitliyə
qovuşacağı, şəhər
sakinlərinin isə yenidən öz doğma torpaqlarına qovuşacağı gün
də uzaqda deyil.
Səməd CƏFƏROV
Mövqe.-2014.-26
fevral.-S.4.