Zəlzələlər yenidən intensivləşir
Azərbaycanın
da yerləşdiyi regionda
yeraltı təkanlar səngimir
Fevralın 10-da ölkə ərazisində baş verən zəlzələnin xofu hələ də tam sovuşmayıb. Düzdür, mütəxəssislər narahatçılıq üçün heç bir əsas olmadığını bildirirlər. Lakin elə təkcə son bir həftə ərzində Azərbaycanın da olduğu bölgədə zəlzələlərin yenidən intensivləşməsi ciddi narahatlıq predmeti olaraq qalır.
Xatırladaq ki, fevralın 19-da Türkiyənin Van vilayətində 4,6 bal gücündə zəlzələ baş verib. Boğaziçi Universiteti yanında Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına əsasən, yerli vaxtla saat 23:51-də, yerin 5 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Akçift kəndində olub. Yeraltı təkanlar təşvişə səbəb olub.
Bundan 4 gün
sonra isə Xəzərdə zəlzələ
olub. Maqnitudası 3 bal olan, 55 km dərinlikdə baş verib. Elə həmin gün İranın cənub-şərqində Kirman
əyalətinin Fəryab
rayonunda 4 bal gücündə zəlzələ
baş verib. Tehran universitetinin Geofizika İnstitutu yanındakı seysmoloji mərkəzin məlumatına
əsasən, zəlzələ
səkkiz kilometr dərinlikdə baş verib. Onu da xatırladaq
ki, İran dünyada ən fəal seysmik zonalarından birində yerləşir. Onun ərazisində bir neçə iri tektonik çat var ki, bu
da ölkə ərazisinin ən azı 90 faizini təşkil edir. Bu səbəbdən İranda tez-tez zəlzələlər baş
verir və əksər hallarda kifayət qədər dağıdıcı olur.
Fevralın 24-də də İranda
Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ
olub. Yeraltı təkanlar Qərbi
Azərbaycan əyalətinin
Poldəşt şəhər
ərazisində qeydə
alınıb. Tehran Universitetinin Geofizika İnstitutu yanındakı
seysmoloji mərkəzin
məlumatına əsasən,
zəlzələ altı
kilometr dərinlikdə
baş verib. İkinci zəlzələ Kirman əyalətinin cənubunda
yerləşən Fəryab
şəhərində baş
verib. Zəlzələnin gücü Rixter
cədvəli ilə
3.6 balla qiymətləndirilir.
Budəfəki zəlzələ 13 kilometr dərinlikdə baş verib. Fevralın
26-da Azərbaycanın Qəbələ
rayonunda zəlzələ
qeydə alınıb.
Milli Elmlər Akademiyasının
Respublika Seysmoloji Xidmət Mərkəzindən
verilən məlumatda
deyilir ki, yerli vaxtla saat
11:29-da Qəbələdən 10 km şimal-şərqdə zəlzələ
qeydə alınıb.
Zəlzələ 3 bala
qədər hiss olunub.
Tikintilərdə dağıntı qeydə alınmayıb.
Beləliklə, təkcə son bir
həftənin məlumatları
Azərbaycanın da yerləşdiyi regionun zəlzələlər baxımından
xeyli fəal olduğunu göstərir.
Cəmiyyətdə isə
bu fonda
narahatlığa yol açan məsələ
dacıdıcı təsirə
malik ola biləcək zəlzələlərin
baş verə biləcəyi ilə əlaqədardır.
Yeri gəlmişkən,
bu yaxınlarda
ABŞ-ın Massaçusets
Texnoloji İnstitutunun
(MIT) alimləri proqnoz
veriblər ki, Bakıda və Şamaxıda güclü
zəlzələ olacaq. Amerikalı alimlər
Bakıda zəlzələ
baş verəcəyi
təqdirdə bunun regionun vəziyyətinə
təsir etmə imkanında olacağını
iddia etmişdilər.
Rusiyanın Dövlət Hidrometeorologiya
Universitetinin alimi
Viktor Bokovun proqnozlarına
görə, yaxın vaxtlarda Azərbaycanda zəlzələ yenidən
təkrar olunacaq.
Bu fonda xatırladaq ki, fevralın 10-da Hacıqabul yaxınlığında
baş vermiş 5,8 maqnitudalı zəlzələ olub. Lakin Azərbaycan seysmoloqları
narahatlığa əsas
görmürlər. O da xüsusi olaraq vurğulanır ki, dünyanın heç yerində zəlzələni dəqiq
proqnozlaşdırmaq mümkün
deyil. Mütəxəssislər hesab edir ki, zəlzələdən
öncə gərginlik
zonalarını, seysmik
bağlılığı və aktiv qırılmanı
müəyyən etmək
olur, lakin zəlzələnin vaxtını
və tam dəqiq yerini müəyyən etmək mümkünsüz
sayılır.
Xatırladaq ki, bir neçə gün əvvəl də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı
məlumatda vurğulanırdı
ki, dünyanın heç bir yerində zəlzələnin
proqnozu olmadığı
kimi, heç kim baş verəcək
hər hansı təkanın gücü barədə də əvvəlcədən heç
nə deyə bilməz. Bu cür
fikirlərin səsləndirilməsi
isə qeyri-ciddi xarakter daşıyır və elmi əsası
yoxdur. Onu da bildirək
ki, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu "Azərbaycanın
geoekoloji xəritəsi”ni
tərtib edib. Xəritədə geoloji mühitin
texnogen təsir nəticəsində məruz
qaldığı dəyişikliklər,
zəlzələ ocaqları,
palçıq vulkanları,
sürüşmələr, torpaq çökmələri,
sellər, şoranlaşmalar,
eroziya və digər proseslər əks olunur.
Burada ekzogen geoloji proseslərin intensiv inkişaf etdiyi ərazilərin sərhədlənməsi, ölkə
ərazisinin içməyə
yararlı yeraltı sularla təminatlılıq
dərəcəsinə görə
rayonlaşdırılması, həmçinin ekoloji əhəmiyyətli, ekoloji
təhlükəli obyektlər,
karbohidrogen və yeraltı su yataqları da yer alıb. Xəritədə, həmçinin dib çöküntüləri
və torpaq qatının çirklənməsi,
texnogen təsir altında geoloji gərgin proseslərin aktivləşmə meylləri,
digər amillər və proseslər haqqında da əhatəli məlumat verilir.
Səməd CƏFƏROV
Mövqe. - 2014.- 27 fevral.- S.6.