LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Sabirabad tərəqqisində daha böyük nailiyyətlər qazanır

 

 

Zəngin təbiətə malik Azərbaycan regionları bu gün həm də böyük iqtisadi potensialları və onlardan səmərəli istifadə nəticəsində sürətli inkişaf yolundadır. Təbii ki, bunu şərtləndirən əsas səbəblərdən biri məqsədyönlü dövlət siyasəti və regionların inkişafı məqsədilə həyata keçirilən müvafiq dövlət proqramlarıdır. Qeyd olunanların real nümunələrindən biri qismində Sabirabad rayonu çıxış edir. Ötən ilin sosial-iqtisadi yekunları da böyük uğurlardan xəbər verir.

Qeyd edək ki, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu rayona növbəti səfəri çərçivəsində 8 obyektin açılışında və təqdimatında iştirak edib. Şəhərin yenidən qurulmuş mərkəzi meydanı, orada ucaldılmış ulu öndərin abidəsi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün yeni tikilmiş 3 mərtəbəli inzibati bina, 2013-cü ildə inşa olunmuş möhtəşəm Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkında aparılan genişləndirmə və yenidənqurma işləri, Bulaqlı kəndində istifadəyə verilmiş 52 nəfərin çalışdığı müasir istixana kompleksi, Bakı-Sabirabad yolunun yenidən qurulması işləri ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilib. Bununla bağlı Prezident Sabirabad ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: "Çox işlər görülübdür. Sabirabad abadlaşır, gözəlləşir. Mən keçən dəfə - iki il bundan əvvəl olmuşam burada. Görürəm ki, çox böyük dəyişikliklər vardır. Gözəl binalar tikilir, köhnə binalar bərpa edilir, parklar salınır”.

Rayon İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, hesabat ilində Sabirabadda iqtisadiyyatın bütün sahələrində 2012-ci illə müqayisədə nəticələr daha yüksək olub. İstehsal olunan məhsulun həcmi 299 milyon 843 min manat, sənaye məhsulu istehsalı 5 milyon 286 min manat, kənd təsərrüfatı məhsulları istehsalı 167 milyon 195 min manat təşkil edib. Əhaliyə 602 min manat rabitə, 39 milyon 808 min manat pullu xidmət, 4 milyon 426 min manat nəqliyyat xidməti, 5 milyon 994 min manat həcmində iaşə xidməti göstərilib. Pərakəndə əmtəə dövriyyəsi 167 milyon 872 min manata çatıb. Əvvəlki illə müqayisədə 2013-cü ildə sənaye, kənd təsərrüfatı məhsullarının həcmi, rabitə, nəqliyyat, iaşə və pullu xidmətlər, pərakəndə əmtəə dövriyyəsi xeyli artıb. 46 milyon 673 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, əsas kapitala yönəldilən investisiyaların həcmi 77 milyon 647 min manat olub.

Rayonda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsidir ki, iqtisadiyyatın əsas sahələrində qeyri-dövlət sektorunun xüsusi çəkisi artaraq kənd təsərrüfatında və nəqliyyatda 100 faiz, tikintidə 81,3 faiz, sənayedə 25,3 faiz olub. Ticarət xidmətinin 99,9 faizi, pullu xidmətin 68,8 faizi qeyri-dövlət sektorunun payına düşür. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bütün regionlarda yeni istehsalemal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərinin səviyyəsinin yüksəldilməsi, yeni yerlərinin açılması nəzərdə tutulub. İkinci Dövlət Proqramında Sabirabad rayonu üzrə nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilib. Həmin dövrdə 6 məktəb binası, 1 xəstəxana, 3 həkim və tibb məntəqəsi tikilib. 23 məktəb, 4 xəstəxana, 5 həkim və tibb məntəqəsi, 17 mədəniyyət obyekti əsaslı təmir edilib. Dövlət Bayrağı Meydanı qurulub, Maliyyə idarəsi üçün yeni üçmərtəbəli bina tikilib, rayon İcra Hakimiyyəti və dövlət müəssisələri yerləşən inzibati binaların fasadları müasir qaydada təmir olunub, rayon Mədəniyyət evində əsaslı təmir işlərinə başlanılıb. Müasir tələblərə cavab verən 205 çarpayılıq Mərkəzi Rayon xəstəxanasının tikintisi davam etdirilir. Şəhərdə sukanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb. Rayonda yeni asfaltbeton zavodları istifadəyə verilib.

Heydər Əliyev prospektində yerləşən 9 beşmərtəbəli və 4 ikimərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilərək yeni plastik pəncərələr quraşdırılıb və divarlar müasir plitələrlə üzlənib.

Son illər rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüib. Şəhərin Heydər Əliyev prospektinə, Nəriman Nərimanov, İlham İsgəndərov, Vüqar Əhmədov, Mehdi İbrahimov küçələrinə, Müseyib Şərifzadə küçəsindən Kür çayı üzərində inşa olunan körpüyə qədər avtomobil yollarına 118 min 500 kvadratmetr asfalt döşənib.

Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2013-cü il tarixli 3003 saylı Sərəncamı ilə uzunluğu 46 km olan Nizami-Əliləmbəyli-Sarxanbəyli avtomobil yolunda əsaslı təmir işləri aparılır. Həmin yolun 20 km-lik məsafəsi keçən ilin dekabr ayında istifadəyə verilib, yola 120 min kvadratmetr asfalt vurulub. Hesabat dövründə 870 yeni yeri açılıb ki, bunun da 749-u daimi, 121-i isə müvəqqəti yerləridir. Ümumilikdə Proqram qəbul edildiyi müddət ərzində 175 müəssisə yaradılıb, 3232 yeni yeri açılıb ki, bunun da 2658-i daimi yerləridir. Yeni müəssisələrin yaradılmasında və yerlərinin açılmasında dövlət tərəfindən verilən güzəştli kreditlər mühüm rol oynayır. Təkcə ötən il 66 layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1 milyon 830 min manat güzəştli kredit verilib və nəticədə 142 yeni yeri açılıb.

Məlumdur ki, rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Yaradılmış şərait nəticəsində 2013-cü ildə əvvəlki ildən 576 hektar çox, yəni 56945 hektarda əkin aparılmaqla kənd təsərrüfatı məhsullarının istehsalı 2012-ci ilə nisbətən 11,0 faiz artaraq 167,1 milyon manata çatıb. Dövlət başçısının tapşırığına əsasən, iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı ilkin mərhələdə Dövlət Ehtiyat Fond torpaqlarından və qış otlaq sahələrindən 5000 hektarında meliorasiya tədbirlərinin aparılması nəzərdə tutulur. Bunun nəticəsində rayonun Muğan Gəncəli, Moranlı, Sarxanbəyli kəndlərində suvarmadakı problemlər öz həllini tapacaq.

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə Sabirabad Elektrik Şəbəkəsi və "Azenkotikinti təşkilatı tərəfindən müəyyən tədbirlər həyata keçirilib. Rayon üzrə 31 ədəd transformator təmir olunaraq yerlərinə quraşdırılıb, Vidadi-2 və Minbaşı yarımstansiyalarında yüksək gərginlikli transformatorlar yenisi ilə əvəz olunub. QuruzmaNizami yarımstansiyalarında yenidənqurma işləri aparılıb. Bir sıra kənd yaşayış məntəqələrində həyətyanı sahələrdən keçən və təhlükə mənbəyi olan yararsız hava verilişi xəttləri SİP kabellə əvəz olunub. "Azenkotikinti təşkilatı tərəfindən Narlıq kəndində dayaqlar dəyişdirilib, hava verilişi xəttləri SİP kabellə əvəz olunub, yeni transformator və "Smartkart tipli sayğaclar quraşdırılıb. Ölkə Prezidentinin tapşırığı ilə 2013-cü ildə Sabirabad pilot rayon kimi seçilərək 14 yaşayış məntəqəsi üzrə elektrik təsərrüfatının yenidən qurulması nəzərdə tutularaq bu məqsədlə "Azərenerji” ASC-yə lazımi vəsait ayrılıb. Hazırda həmin istiqamətdə işlər davam etdirilir.

2013-cü ildə görülən işlər nəticəsində təbii qaz istifadəçilərinin sayı 3621 abonent artaraq 12945-ə çatıb. Şəhərin qazlaşma işləri ümumən başa çatdırılıb. Rayonun Bulduq, Mürsəlli, Şıxlar, Qaratəpə, Qaralar, Quruzma, Qaraqaşlı və Surra kəndlərinə, ümumilikdə 15 kəndə təbii qaz verilib. Hazırda rayonun 11 kəndində qazlaşma işləri aparılır və yaxın zamanlarda 3 kəndə təbii qazın verilməsi təmin olunacaq. Sabirabad şəhərinin sukanalizasiya sisteminin yenidən qurulması işlərinə də başlanılıb. Layihəyə əsasən Talış su kəmərindən Sabirabad şəhərinə su xətti çəkilir. Həmin xətt vasitəsilə su borusu keçən ərazilərdə yerləşən və rayon mərkəzinə yaxın olan kəndlərə içməli suyun verilməsi nəzərdə tutulub. Digər kəndlər də bu layihələrdən kənarda qalmayıb. Hazırda rayonun 24 kəndində modul tipli su durulducu qurğular tikilib, 26 kənddə bu tipli qurğuların tikintisinə hazırlıq işləri görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Hacıqabul rayonunda keçirilən Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində təqdim olunan layihədə Sabirabad rayonunun 13 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulur.

Təhsil sahəsi də sürətli inkişaf yolundadır və bu sahəd əmaddi texniki bazanı möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atılır. Bu fonda xatırladaq ki, 2013-cü ildə Prezidentin də təqdimatında iştirak etdiyi 1200 şagird yerlik Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı tam orta məktəb istifadəyə verilib. Hacı Zeynalabdin Tağıyev adına şəhər 6 saylı tam orta məktəb binası əsaslı təmir edilib və məktəbin əlavə 200 şagird yerlik 10 sinif otağı tikilib. Həmçinin, hesabat ilində Qaraağac, Kovlar, 1 saylı Qaragüney və Xəlfəli kənd tam orta məktəbləri də əsaslı təmir edilib. Həmin məktəblərin hamısı lazımi inventar və avadanlıqlarla təchiz olunub.

Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması ilə bağlı Mərkəzi Rayon Xəstəxanası tərəfindən müəyyən tədbirlər həyata keçirilib. 2013-cü il ərzində Mədəniyyət və Turizm şöbəsi əhalinin asudə vaxtının, kitabxanamuzey xidmətinin təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görüb. Şöbənin nəzdində 33 mədəniyyət evi, 8 klub, 58 kitabxana, uşaq musiqi məktəbi, Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Digər sahələr üzrə də sürətli inkişaf qeydə alınır.

 

 

R.BAYRAMOV

 

Mövqe.-2014.-1 mart.-S.10.