Ailə institutu
üzərində böyük təhlükə
Ölkədə
boşanmaların sayı artan xətt üzrə davam edir
İnternetin,
televiziyanın insan həyatına təsirinin sürətlə
artması danılmaz həqiqətdir. Çox təəssüf ki, bu təsirin müsbət
tərəfləri ilə yanaşı, mənfi yönləri
də az deyil.
Əslində, bu hal bütün dünya
üzrə özünü qabarıq formada büruzə verməkdədir. Məsələn,
Venesuela prezidenti Nikolas Maduro ölkəsində
artan cinayətkarlığı teleseriallarla əlaqələndirib. O bildirib ki, çəkilən
filmlər gənclərin narkotik və silahdan istifadə meyllərini xeyli
artırıb.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda da çəkilən bir çox yeni seriallarda zorakılıq, narkotik maddələrdən istifadə halları ilə dolu səhnələr kifayət qədərdir. Bu, hətta, müvafiq dairələrin də dəfələrlə narazılığına səbəb olub. Lakin söhbət burada təkcə teleseriallardan getmir. Televiziyada bir sıra verlişlər var ki, onlar da cəmiyyətə, məsələn, ailə institutuna mənfi istifqamətdə ciddi təsir göstərir. Məsələn, elə ölkədə boşanmaların sayının artamsında televiziya və internetin rolunun böyük olması danılmaz həqiqətdir.
Bu arada onu da bildirək ki, Azərbaycanda ötən il ərzində 86 mindən çox insan nikah bağlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə bağlanan nikahların sayı 2012-ci ilə nisbətən çoxdur. Belə ki, ötən il 86,3 min nikah qeydə alınıbsa, ondan əvvəlki ildə bu rəqəm 78 min 480 olub. Lakin boşanmaların da say artıb. Ən son statistikaya əsasən, ötən il 11, 7 min boşanma faktı qeydə alınıb. Qeyd edək ki, 2012-ci ildə boşananların sayı 11 min nəfər olub. 2011-ci ildə bu rəqəm 10,7, 2010-cu ildə isə 8,9 min olub. Bütün bunlar illər üzrə boşanmaların sayının artıdığını göstərir. Təbii ki, bunun ən böyük zərbəsi də məhz ailə institutuna dəyir.
Qeyd olunduğu
kimi, burada televiziya və internetin təsiri də danılmazdır. "Təmiz
Dünya” Qadınlara Yardım Mərkəzinin rəhbəri Mehriban Zeynalova qeyd edir ki, bəzi
televiziya verilişləri
öz verilişləri
ilə gənc qızları təsirləndirir,
qadınlar sərbəst
yaşamağa meyllənirlər:
"Gənc ailələr
kənar müdaxilələri
qəbul etmir. Bundan əlavə, gənclərin
öz valideynlərindən
iqtisadi asılılığı
da boşanmalara təsir edən səbəblər sırasındadır”.
Hüquq müdafiəçisi
bildirir ki, əvvəllər mövcud
olan ağsaqqallar inistitutu da dağılıb:
"Ağsaqqalların ailəyə
təsiri azalıb. İqtisadi asılılıq, gənclərin
sərbəstliyə meylliliyi,
maddi problemlər boşanmalara təsir göstərir".
Qadın
Krizis Mərkəzinin
rəhbəri Mətanət
Əzizova müsbətə
tərəf dəyişikliklərin
baş verməsi üçün hökumət
səviyyəsində yeni
addımların atılmasına
ehtiyac olduğunu qeyd edir: "2012-ci ildə olduğu kimi, 2013-də də ailə zorakılıqlarının
sayı artıb. Baş verən zorakılıqlar
uşaqlara qarşı
da artıq özünü göstərməyə
başlayıb. Bu da nəticədə boşanmalara gətirib çıxarır. Əslində 2013-cü ildə əvvəlki illərə nisbətən,
dəyişiklik bundan
ibarətdir ki, ötən ildə ailə zəminində ölən qadınların
sayı artıb”.
O, "Faktxəbər"ə məsələ ilə bağlı bildirib: ”Əgər biz bu gün ailədə
qadınların ölümlərindən
danışırıqsa, problemlə
bağlı ciddi tədbir görülməyəcəyi
halda, bu uşaqların öldürülməsi
istiqamətində davam
edə bilər. Baş verənlər onu göstərir ki, ölkədə uşaq zorakılığına qarşı
aparılan mübarizənin
heç bir nəticəsi yoxdur.
Yalnız həyata keçirilə
biləcək real mübarizə
ilə problemin qarşısını almaq
mümkündür. Ailələrin
sosial durumu boşanmalara ən az təsir
edən amillərdəndir:
"Sosial problem ailənin
dağılması üçün
o qədər də ciddi amil deyil”.
Lakin istənilən
halda bir məsələ dəqiqdir
ki, sosial məsələlər də
ailə institutunun dağılmasına təsirsiz
ötüşmür. Ekspertlər hesab
edir ki, bütün bunlar fonunda boşanmaların qarşısını almaq
üçün müxtəlif
sosial layihələr hazırlanmalı, proqramlar
həyata keçirilməlidir.
Digər
tərəfdən, telekanallarda
ailə institutuna zərbə vuracaq və müvəqqəti reytinqə hesablanmış
verilişlərin dayandırılması
istiqamətində də
addımlar atılmalıdır.
İnternetə gəldikdə isə,
onun mənfi təsirlərini neytrallaşdırmaq
hələlik mümkünsüz
görünür. Lakin bu səpkidə də müvafiq tədbirlərin
düşünülüb tapılması və icraya yönləndirilməsi
olduqca önəmlidir.
Əks halda, bütün bunlar Azərbaycanda möhkəm təməllərə
malik ailə institutu üzərində
böyük təhdid
yaradır.
Səməd
CƏFƏROV
Mövqe.-2014.-22 yanvar.-S.6.