Azərbaycanın "Arşın mal alan" filmi Hollivudda nümayiş olunacaq

Los-Ancelesdə Rza Təhmasibin 1945-ci ildə çəkdiyi Azərbaycanın məşhur "Arşın mal alan"  komediya filmi nümayiş olunacaq. Movqe.az-ın Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna istinadən verdiyi xəbərə görə, filmin premyerası sentyabrın 19-da baş tutacaq.Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettası bir neçə dəfə ekranlaşdırılıb. Onlardan baş rolda Rəşid Behbudovun iştirakı ilə 1945-ci ildə çəkilən dünyanın 130 ölkəsində nümayiş olunan film ən məşhur hesab olunur.

2013-cü ildə ildə UNESCO çərçivəsində operettanın 100 illiyi qeyd olunub.

Mövqe.- 2015.- 23 avqust.- S.- 5