Qan bir həyat mənbəyidir
Fuad Əsgərov: “Mən Səhiyyə Nazirliyi
tərəfindən ciddi “təhlükə
siqnalının” çalınmasını istəyirəm”
“İnsanların ciddi probilemləri onların köçürülən qandan hepatit virusuna yoluxmalarıdır”
RESPUBLİKAMIZDA qan xəstəliklərindən əziyyət çəkənlərin uzun illər ən böyük problemlərindən biri qan ehtiyatının olmaması ilə bağlı olub. Amma 10 ildən artıqdır ölkəmizdə talassemiya və eləcə də irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyaları keçirilir. Ölkə ictimaiyyəti bu xeyriyyə aksiyalarında fəal iştirak edir. Hər il Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə ölkə üzrə məscid və ibadətgahlarda qanvermə aksiyaları təşkil olunur. Eyni zamanda Səhiyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən vaxtaşırı təşkil edilən könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur. Digər tərəfdən əgər əvvəllər talassemiya xəstələri qan almaq üçün paytaxta üz tuturdularsa, bu gün Mərkəzi Qan Bankının 9 bölməsi yaradılıb. Onların hər birinə bir neçə rayon təhkim olunub ki, bu da talassemiyalı xəstələrin yaşadıqları rayonların daha yaxın olan ərazidə qan ala bilməsini asanlaşdırır. Amma bununla yanaşı bu sahədə problemlər qalmaqdadır. Könüllü qan donorluğunun inkişafı üçün dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyəti institutları da fəal iş aparır. Bu dəfəki mühasibimiz də “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərovdur.
- Fuad müəllim, Azərbaycanda qan donorluğu ilə bağlı son durumu necə qiymətləndirərdiniz?
- Səhiyyə sahəsi nə qədər inkişaf etsə də, qana hər zaman ehtiyac olub. Düşünürəm ki, bu ehtiyacların tam təmin olunması olduqca çətin bir məsələdir. Nəzərə almalıyıq ki, respublikada irsi qan xəstəliklərindən əziyyət çəkən xeyli insan var və bu insanların qana olan ehtiyacları bitmək bilmir. Amma qan yalnız qan xəstəliklərindən əziyyət çəkən şəxslərə lazım deyil. Müxtəlif xəstəliklərlə bağlı qana gündəlik təlabatlar da var. Amma bir məsələ də var ki, qanın müəyyən saxlanma müddəti olduğundan qan ehtiyatları hər zaman yenilənməlidir. Hazırda ölkəmizdə bütün qruplar üzrə qan ehtiyatı kifayət qədər olsa da, insanların hansı qan qrupuna daha çox ehtiyacının olduğunu konkret demək olmaz. Çünki ölkəmizdə kifayət qədər irsi qan xəstəliyi olan insanlar, hemotoloji, onkoloji qan xəstələri var. Qan ehtiyatı onlar üçün eyni zamanda cərrahiyə sahəsində istifadə edilir. Buna rəğmən Mərkəz Qan Bankı gündəlik ehtiyacların öhdəsindən lazımınca gəlir. Əvvəlki illərdən fərqli olaraq indi, nadir hallarda qan tapa bilməyən irsi qan xəstəliyindən əziyyət çəkən insana rast gəlirik. Amma onu da etiraf edək ki, yay aylarında qana təlabat artsa da, qan verənlərin sayı azalır. Buda təbii ki, öz növbəsində müəyyən problemlər yaradır. Amma bu problemlərin öhdəsindən gəlmək üçün vətəndaş cəmiyyəti institutları da güclərini səfərbər edir. Hazırda respublikamızda qan donorluğunun inkişafına dəstək məqsədi ilə koalisiya yaradılıb. Bu birliyə Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası və Qan Donorları Assosiasiyası daxildir. Düşünürəm bu çox güclü bir komandadır. Yaxın gələcəkdə bu sahədə dönüşə və uğurlu layihələrə imza ata biləcəyik.
- Əvvəki illərdə qan çatışmamazlığından ehtiyacı olanların çoxu dünyasını dəyişirdi. Hazırda Mərkəzi Qan Bankının ölkənin regionlarında da nümayəndəliyi yaradılıb. Vəziyyətin müsbətə doğru dəyişdiyini düşünə bilərikmi?
- Gəlin, statistikaya baxaq. Bu gün irsi qan xəstəliklərindən əziyyət çəkən bir uşağın “qan tapa bilmədi” deyə həyatını dəyişməsi xəbərinə rast gəlirikmi? Məncə gəlmirik. Qan xəstəlikləri rahat bir xəstəliklər deyil. İztirab dolu və üzücü xəstəliklərdir. Bu mənada ölüm hallarının olması hardasa, gözləniləndir. Amma buna səbəb qan ehtiyatının olmaması deyil. Mən vətəndaş cəmiyyətini təmsil edirəm və istəməzdim dövlət qurumları adından çıxış edim. Amma ədalət deyilən bir şey var. Mən Mərkəzi Qan Bankının fəaliyyətindən tam razıyam. Hətta öncəki illərlə müqayisə belə etmək istəmirəm. Sadəcə qanvermə saylarını genişləndirmək lazımdır. Amma bu işdə biz vətəndaşlar məsuliyyətli olmalıyıq. Burada hər hansısa dövlət və ya qeyri-hökümət təşkilatının fəaliyyətini gözləmək lazım deyil.
- Qan xəstələri bəzən şikayətlənir ki, qan əldə etmək üçün hökmən öz yaxınları Mərkəzi Qan Bankına qan verməlidir. Yalnız bundan sonra onlara qan verilir. Bu barədə Sizdə məlumat varmı?
- Mən
istəməzdim Qan Bankına aid sullara cavab verim. Amma qan donoruğu sahəsində
yetəri qədər
təcrübəyə malik
olan insan kimi deyə bilərəm ki, qana ehtiyacı olan insanların qan verməsində qeyri-qanuni heç bir şey yoxdur.
Əksinə bu qanunla tənzimlənir. Hətta mən
deyərdim ki, bu qan donorluğunun
inkişafına dəstəkdir.
- Hazırda ölkəmizdə qan xəstəliyindən əziyyət
çəkənlərin əsas
problemləri nə ilə bağlıdır?
- Hazırda qan xəstəliklərindən
əziyyət çəkən
insanların ən cıddi probilemi reablitasiya və hepatit C virusudur. Mən bütün məsuliyyətimlə
deyərdim ki, yaşca daha boyuk və ya
orta yaşlı insanların ciddi probilemləri onların köçürülən qandan
hepatit virusuna yoluxmalarıdır. Mən Səhiyyə
Nazirliyi tərəfindən
ciddi “təhlükə
siqnalının” çalınmasını
istəyirəm. İstər hemofiliya,
istərsə də Talassemiyalı şəxslər
yaxın keçmişdə
hepatitə yoluxublar.
Bəs bu insanların müalicəsinə nə
vaxt başlanılacaq?
Halbuki hepatit olduqca ciddi bir visurdur
və insanı “öldürə bilər”.
Bu xəstələri müalicəsiz və nəzarətsiz buraxmaq olmaz. Bunun fəsadları gələcəkdə
cox ciddi ola bilər.
- Azərbaycanın
hələ də müharibə şəraitində
olduğunu nəzərə
alsaq, qan donorluğu ilə bağlı vəziyyəti
qənaətbəxş saymaq
olarmı?
- Bu suala cavab verməkdə çətinlik çəkirəm.
Qan Donorları Assossasiyası
da irsi qan
xəstəliklərindən əziyyət çəkən
şəxslərlə çalışır
və onların qan təlabatına dəstək olmağa çalışır. Amma Mərkəzi
Qan Bankının fəaliyyətinə tam güvənən
insan olaraq düşünürəm bu
mövzuda bir sıxıntı yoxdur.
Amma qeyd etdiyim kimi bu
sualın cavabı məndə deyil .
- Bu sahənin inkişafı üçün hansı tədbirlərin görülməsi
zəruridir?
- Ölkədə
qan donorluğu vətəndaşlar arasında
bir mənəvi məhsuliyyət olaraq aşılanmalıdır. Könüllü və təmənnasız
donorluq üçün
fərdlərin fəallığı
önəmlidir. Genofondumuzun sağlam
vətəndaş olaraq
böyüməsini istəyiriksə,
bu mövzuya önəm verməliyik.
- Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda
tətbiqi üçün
vətəndaş cəmiyyəti
institutları nə iş görür?
- Qan
Donorluğu sahəsində
vətəndaş cəmiyyətinin
nümayəndəsi olaraq
hazırda ən fəal qurumlar Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyaının fəaliyyətini
önə çəkək
istərdim. Hazırda Mərkəzi
Qan Bankı ilə yaxın əməkdaşlıq şəraitində
işləyirik. Son 2 ildə paytaxt və regionları əhatə edən forum, konfrans və bir çox məqsədyönlü layihələr
həyata keçirilib.
Hazırda 27-31 avqust tarixində
İtaliyanın Milan şəhərində
keirilən Gənc Qan Donorlarının Dunya Forumuna hazırlaşırıq. Məqsədimiz dünya forumun
2017-ci ildə ölkəyə
gətirmək və bu mövzu ətrafında
dünyanın diqqətini
ölkəmizə yönəltməkdir.
Bu istiqamətdə dövlətin dəstəyinə
güvənirik və
bu dəstək bizim üçün də zəruridir.
- Qan
Donorları Assosiasiyası
bu istiqamətdə hansı işləri planlaşdırır?
- Təşkilatımızın
yaxın illər üçün çox ciddi icra planı
var. Layihələrimiz üzərində
peşəkar və əzmkar bir komanda fəaliyyət göstərir. Təbii ki maneələr
də var. Amma bizim məqsədimiz saf və məhsuldardır.
Yaxın
zamanlarda yeni layihələr imza atacayıq. Amma hər nə
ediriksə, ölkənin
sahiyyə sahəsində
olan proqramlarına dəstək məqsədi
ilə edirik. Qan bir həyat mənbəyidir və bizim fəaliyyət insanlara həyatda qalmağa kömək etməkdir.
Yazı “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının dəstəyi
ilə icra etdiyi «Qan xəstəlikləri ilə
bağlı ictimai məlumatlandırma: problemlərin
müəyyənləşdirilməsi və ictimai müzakirələr» layihəsi
çərçivəsində hazırlanıb.
Ìövqe.- 2015.- 24
avqust.- S.- 6