Azərbaycan Dövlət Filarmoniyasında Əlibaba Abdullayevin 100 illiyi münasibətilə konsert keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Əlibaba Abdullayevin anadan olmasının 100 illiyi münasibəti ilə konsert keçirilib.Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Ə. Abdullayevin həyat və yaradıcılığından söhbət açaraq bildirib ki, o, Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə verib. Tanınmış baletmeyster Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcılarından biri olub. Ə. Abdullayev "Vətən və cəbhə” kantatası əsasında xoreoqrafik proqram hazırlayıb, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Arşın mal alan”, "Ulduz”, "Durna”, "Qızılgül” kimi tamaşalarda rəqslərə quruluş verib.Sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev vurğulayıblar ki, Ə. Abdullayev dəfələrlə ölkəmizi beynəlxalq festivallarda təmsil edib, Azərbaycanın hüdudlarından kənarda tanınıb.Gecə Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı ilə davam edib. Daha sonra tamaşaçılar Azərbaycan Dövlət Mahnı və Rəqs, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının truppasının, Bakı Xoreoqrafiya Akademiyasının və Dövlət Uşaq Filarmoniyasının kollektivlərinin çıxışları ilə davam edib.

Mövqe.- 2015.- 1 dekabr.- S.4