Jasmina Mixayloviç: Bakı sankiMin bir gecə” nağıllarından çıxmış Nyu-Yorkdur

Mən Azərbaycana vurğunam. Mən orada olmuşam, təkcə Bakıda deyil, başqa yerlərində də. Bura qeyri-adi diyardır. Serbiyadakı qədər əhali yaşayır, ancaq dağlar da var, meşə də var. Bu sözləri Bi-Bi-Si-nin Rus xidmətinə müsahibəsində tanınmış serb yazıçısı, "Xəzər lüğəti”, "Əbədiyyət və daha bir gün”, "Konstantinopolda sonuncu məhəbbət”, "Çay ilə çəkilmiş mənzərə”, "Başqa bədən” kimi əsərlərin müəllifi Milorad Paviçin dul xanımı, yazıçı və ədəbiyyatşünas Jasmina Mixayloviç səsləndirib.Jasmina Mixayloviç bu yay Azərbaycanda olub və müəyyən mənada avtobioqrafiq olan sonuncu əsərini - "Xəzər dənizinin sahilində” kitabını yazıb. Bakıya ilk dəfə Serbiya nümayəndə heyəti ilə birlikdə 2012-ci ildə "Eurovision” Beynəlxalq mahnı müsabiqəsinə gələn Y.Mixayloviç müsahibəsində deyib: "Azərbaycan barədə heçbilmirdimdüşünürdüm ki, Bakı sosializm üslubunda binaları olan kiçik müsəlman şəhəridir. Amma o, məni heyranmat etdi. Bu il isə Bakıya Tbilisidən gəldim. Tbilisidə mənim kitabım və həyat yoldaşımın kitabları çapdan çıxmışdı. Beləcə, iki ildən sonra yenə də Bakını gördüm. Əsl Nyu-York idi, amma "Min bir gecə” nağıllarından çıxmış Nyu-York”. Bakını sevimli Vrşats şəhəri ilə müqayisə edən yazıçı deyir: "Orada da külək əsir, amma Karpatdan əsir. Bu, slavyan vətənimin ətridir. Eynən həmin məstedici rayihədir. Bakıda bu rayihəyə dənizin və dağların ətri qarışıb. Qeyri-adi rayihədir – onda insanın hisslərini coşduran nə isə var. Bu külək mənə başqa mədəniyyətdən nə isə danışdı, buranın Avrasiya olduğunu dedi. Mən ikinci vətənimin ətrini duydum”.

 

Mövqe.- 2015.- 3 dekabr.- S.5