“Lahıc misgərlik sənəti”
YUNESKO-nun mədəni irs
siyahısında
Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndinə məxsus olan "Lahıc misgərlik sənəti” YUNESKO-nun Qeyri-maddi mədəni
irs siyahısına daxil
edilib. Movqe.az xəbər
verir ki, bununla bağlı qərar YUNESKO-nun
Qeyri-maddi mədəni irs
üzrə Hökumətlərarası Komitənin Namibiyada keçirilən sessiyasında qəbul
edilib. Sessiya çərçivəsində
ölkələrin Qeyri-maddi mədəni
irs üzrə Reprezentativ
siyahıya daxil edilməsi üçün
təqdim olunan nominasiyalara
dekabrın 1-də baxılmağa başlanıb. Azərbaycan
tərəfi "Lahıc misgərlik sənəti”
nominasiyası təqdim edib. Komitənin iclasında bununla
bağlı müzakirələrdə qeyd
olunub ki, bu nominasiya faylı Qeyri-maddi mədəni irsin
qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab
verməklə yanaşı, nümunəvi bir
namizədlik faylı kimi gələcəkdə
digər ölkələrin öz
fayllarını hazırladıqları zaman
bundan istifadə edə bilərlər. "Lahıc misgərlik sənəti”
faylının hazırlanması Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun
Xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət
və Turizm Nazirliyinin,
Xarici İşlər Nazirliyinin,
Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin
birgə əməkdaşlığı ilə hazırlanaraq
YUNESKO-ya təqdim edilib.Hazırda Lahıc
misgərlik sənətindən başqa
Azərbaycanın muğam
ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça
sənəti, tar
ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni
irs
üzrə Reprezentativ siyahısında, həmçinin
Çövkən-ənənəvi Qarabağ
atüstü oyunu isə
YUNESKO-nun Təcili qorunmaya
ehtiyacı olan qeyri-maddi
mədəni irs siyahısında yer alırMədəniyyət və Turizm Nazirliyi bu münasibətilə bütün
Azərbaycan xalqını təbrik edib.Qeyd
edək ki, bəşəriyyətin
qeyri-maddi mədəni irsinin
Reprezentativ siyahısına düşməyə
34 obyekt iddia edir. Hazırda bu
siyahıda 314 obyektin adı var.
Mövqe.- 2015.- 3 dekabr.-
S.7