Xalq Artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi
festivalı keçiriləcək
Görkəmli bəstəkar, Xalq Artisti, professor
Dadaş Dadaşovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi
festivalı keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyindən Movqe.az-a
bildirilib ki,
dekabrın 2, 4 və 5-də bu münasibətlə
görkəmli sənətkarın 80 illiyinə həsr olunmuş silsilə konsertlər təşkil olunacaq. Tədbirlərdə Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət simfonik orkestri
və Dövlət xalq çalğı
alətləri orkestri geniş
konsert proqramı ilə
çıxış edəcək.Qeyd edək ki,
görkəmli bəstəkar "Rənglər” vokal silsiləsi, "Qanun və piano üçün poema”,
"Simli trio”, "Simli kvartet üçün
poema” instrumental əsərləri
ilə yanaşı, xalq
çalğı alətləri orkestri üçün "5 saylı süita”, İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılara ithaf
etdiyi "1 saylı simfoniya”,
simli orkestr üçün "2 saylı simfoniya”, nəfəsli orkestr
üçün "Zəfər
marşı” və "Təyyarəçilər
marşı” və. s kimi
musiqi əsərlərinin müəllifidir Mövqe.- 2015.- 3 dekabr.- S.4